Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4834/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10i icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X4 mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 23 avqust 2023-cü il tarixli PHŞ-6/3-1-1287/2023 nömrəli əmrinin ləğv edilməsi, Cavabdeh ilə onun arasında bağlanmış 22 fevral 2023-cü il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, onun əvvəlki vəzifəsinə, yəni “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə işə yenidən bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi işburaxma müddətinə görə əmək haqqının və əmək haqqına hesablanan əlavələrin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 22 fevral 2023-cü il tarixindən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə əsasən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vaxt əmrdə bu barədə göstəriş olmasa da, əmək müqaviləsini 3 (üç) ay müddətinə bağlamışlar. O, bunu sınaq müddəti kimi qəbul edərək razılaşmış və əmək fəaliyyətinə başlamışdır. Buna baxmayaraq tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olduğu bəlli olduğundan onunla müddətli əmək müqaviləsi əmək müqaviləsi deyil, müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Çünki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilməmiş və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Hər bir halda müddətli əmək müqaviıəsi bağlanması işçini işəgötürəndən asılı edən və işçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş haldır. Bunula yanaşı işlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək fuksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, müdiriyyətin işlə əlaqədar tələblərini yerinə yetirmişdir. 3 (üç) aylıq müddət başa çatdıqdan sonra da o, işimə davam etmişdir. Lakin 23 avqust 2023-cü il tarixində işə gələrkən rəhbərlik tərəfindən bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə ona əvvəlcədən hər hansı bir xəbərdarlıq edilməmişdi. Yalnız bundan sonra ona məlum olmuşdur ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10i icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X4 23 avqust 2023-cü il tarixli PHŞ-6/3-1-1287/2023 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən zaman isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Təyin olunduğu “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün onunla bağlanmış əmək müqaviləsi hər hansı bir müddət müəyyən edilmədən bağlanmalı olduğundan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10iicraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X1 əmri tamamilə qanunsuz bir əmrdir. Bu səbəbdən də həmin əmr ləğv olunmalı və onunla bağlanmış 22 fevral 2023-cü il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdehn nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 22 fevral 2023-cü il tarixli müddətli əmək müqaviləsi bağlanmış və İddiaçı “TƏBİB”-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş X5 Şəxsin direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq "xxxx" ASC-nin 22 fevral 2023-cü il tarixli PHŞ-6/3-1- 194/2023 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə “TƏBİB”-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş X5 Şəxsin direktorun inzibati məsələlər üzrə müavini əmək müqaviləsinə müddəti qurtardığına görə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh X10 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 22 fevral 2023-cü il tarixdə “TƏBİB”-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş X5 Şəxsinin direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi 3 ay müddətinədək bağlanmışdır. Əmək müqaviləsinin 9-cu bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. İş materiallarında olan Cavabdehn PHŞ-6/3-1-1287/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, Gəncə Şəhər Birləşmiş X5 şəxsin direktorun inzibait məsələlər üzrə müavini İddiaçı 23 avqust 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 22 fevral 2023-cü il tarixli 323 saylı əmək müqaviləsinə xitam verilməsi, əmrin icrası və son haqq-hesabın qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" X9 direktoruna tapşırılması əmr edilmişdir. İş materiallarında olan Bakı 02 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 13 oktyabr 2023-cü il tarixli MŞB/2-03671 saylı arayışından görünür ki, hazırkı mübahisə üzrə tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər, yəni tam mediasiya sessiyasına keçid baş verməmişdir və barışıq sazişi əldə edilməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən müvafiq hesaba ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45.1-ci maddəsinzə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh X10 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 22 fevral 2023-cü il tarixdə “TƏBİB”-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş X5 Şəxsinə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay müddətinədək müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin əmək məcəlləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. xx.xx.2023-cü il tarixdə isə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğunu və onun qanunla qorunan hüquq və mənafelərinin kobud şəkildə pozduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan görünür ki, iddiaçı ilə bağlanılmış 22 fevral 2023-cü il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, həmin müqavilə 3 ay müddətinə bağlanılmış, müddət qurtardıqda əmək münasibətləri davam etdirilmiş, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış, növbəti 3 ayın tamamında isə müqavilənin müddəti yekunlaşmış, bundan sonra əmək münasibətləri davam etdirilməmiş və müddət bitdikdən sonra xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçi İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4834/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4834/2023
19.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver