Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4877/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmrinin ləğv edilməsi, onun X3 Təchizatı və Satışı İdarəsi/Ağdaş ElektrikŞəbəkəsi/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mediasiya xərci olan 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Ali təhsillidir. İİ020000-Mühəndis iqtisadiyyatı və idaretmə, ii020100-istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ali peşə istiqamət üzrə ali diplomu vardır. xx.xx.2009-cu il tarixdən "xxxx" ASC-nin Mingəçevir Tikinti Quraşdırma və İstehsalat İdarəsinin Qranit emalı zavodunun 4-cü dərəcəli operator vəzifəsinə təyin edilmişdir. 5 il qüsursuz işləmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunmuşdur. Müəyyən müddət işsiz qalmışdır. Dövlət qulluğundan keçərək 25 aprel 2023-cü ildə “X3 Təchizatı və Satışı İdarəsi/X5/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə qəbul edilmiş və həmin tarixdə də onun əmək müqaviləsi bağlanmışdır. Ona bildirilmişdir ki, o, dövlət qulluğundan keçmişdir, ona ancaq sınaq müddəti müəyyən edilir. X3 Təchizatı və Satışı İdarəsi/X5/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsində qüsursuz işləmiş, barəsində heç bir şikayət, töhmət verilməmişdir. Ona təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş 17701 saylı vəsiqədən görünür ki, vəsiqənin etibarlıq müddəti xx.xx.2028-ci ilədəkdir. Bununla da müəyyən olunur ki, onunla baxlanmış əmək müqaviləsi 5 illlik olmalı idi. X3 Təchizatı və Satışı İdarəsinin işçisi ona X7 Enerji Təchizatı və Satış İdarəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, MA-1468 saylı xəbərdarlıq məktubu ona göndərilərək bildirilmişdir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Halbuki xx.xx.2024-cü il tarixdə o, işdə olmuş və ona işdən çıxarılma barədə heç bir məlumat verilməmişdir. O, bununla bağlı X3 Təchizatı və Satışı İdarəsinin işçisi X7 Enerji Təchizatı və Satış İdarəsinə ərizə ilə müraciət etmişdir ki, onunla idarə arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmə barədə əmr verilsin. Ancaq işdən çıxarılma barədə əmr ona verilməmişdir. Buna baxmayaraq o, cavabdeh orqana mediasiya təklifini göndərmişdir. İşdən çıxarılma barədə xx.xx.2024-cü il tarixli əmrin surətini və əmək müqaviləsinin surətini 20 sentyabr 2024-cü il tarixdə X1 şəhər şöbəsindən əldə etmişdir. xx.xx.2024-cü il tarixli işdən çıxarılması barədə "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmri qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, işdən azad olunma barədə əmr 31 iyul 2024-cü il tarixdə verilmiş və həmin tarixdə xəbərdarlıq göndərilmişdir. İddiaçının müqaviləsinin müddəti 25 iyul 2024-cü ildə bitirdi. Amma ki, 2024-cü ilin 12 avqustuna qədər qüvvədə olan AR Əmək Məcəlləsinin 73.1-ci maddədə göstərilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2024-cü ilin 12 avqustundan sonra həmin maddəyə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən həmin maddədə göstərilir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmrdən görünür ki, iddiaçının əmək müqaviləsinə 31 iyul 2024-cü il tarixdə xitam verilmişdir. Yəni AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə dəyişiklik olunmamışdan öncə əmr verilmişdir və həmin maddənin təsiri dairəsinə düşmür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan əmək müaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr №k/24-03770 saylı əmrdən görünür ki, X3 və Satışı İdarəsi/X5/Enerji Satış şöbəsi bölməsində nəzarətçi mühəndis vəzifəsində işləyən İddiaçı Nizami oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi qeyd edilmişdir. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə 3 ay müddətinə xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bənidnə əsasən işin birinci iki ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmk müaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarında olan iddiaçıya ünvanlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə məlumatlandırılmaqla əmək kitabçasının götürülməsi üçün kadrlar şöbəsinə yaxınlaşması nəzərinə çatdırılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlərə aşağıdakı qanunvericilik normaları və müqavilə şərtləri tətbiq edilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmiş, müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay müddətinə bağlanmış, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması şərtləndirilmişdir. Bu əsasla müqavilə hər dəfə 3 ay müddətinə 24.07.24-cü il tarixə qədər uzadılmaqla qüvvədə olmuşdur. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. xx.xx.2024-cü il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsası 5 ildən artıq olmayan müddət üçün bağlanmış əmək müqavilələrinə şamil edilir. Əgər müddətli əmək müqaviləsi qüvvədə olan qanunvericiliyə zidd olaraq bağlanmışsa və işəgötürənin müddətin bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam verməsi ilə bağlı mübahisə yaranarsa, bu zaman müqavilənin qanuniliyi məsələsi AR ƏM-in 47-ci maddəsi rəhbər tutulmaqla həll edilməlidir. Bu maddənin əsas tələbi odur ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Müddətin bitməsi ilə bağlı müqaviləyə xitam verilərkən AR ƏM-in 71-ci maddəsində nəzərdə tutulan əlavə təminatlar, həmin maddədə nəzərdə tutulan şərtlər və qaydalar tətbiq edilmir. Lakin müqaviləyə istənilən vaxt xitam verilə bilməz. Ona görə ki, həmin maddənin ikinci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilmişdir. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və AR ƏM-in 179cu maddəsində nəzərdə tutulan hallar aid edilmişdir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə riyaət edilməlidir: a) həmin müqaviləyə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməlidir, b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həfləsi keçməmiş xitam verilə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsində müddətlərin hesablanması qaydaları göstərilməklə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığı, həftələrlə hesablanan müddətlər həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Müqavilədə tərəflər arasında münasibətlərin xitam edilməsinə dair müddət olaraq həftənin müəyyən edilməsi və həmin müddətin xx.xx.2024-cü il tarixdən bir həftə (7 gün) hesablanmasına başlayaraq son tarix xx.xx.2024-cü il tarixinin müəyyən olunması qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2024-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddia təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddia ərizəsi əsas hissəsə təmin edilmədiyindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçıun cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4877/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4877/2024
12.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver