Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4879/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçılar İddiaçı2, X2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, X2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - birgə iddiaçılardan İddiaçı2 münasibətdə: 2024-cü ilin mart ayının əmək haqqısı- 700 AZN məbləğində; 2024-cü ilin aprelayının əmək haqqısı- 700 AZN məbləğində; 2024cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1% -ni təşkil edən məbləğdə olmaqla gecikdirilmiş faiz məbləği (ödənişin həyata keçiriləcəyi günə münasibətdə); xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 53 məzuniyyət gününə görə ödənilməmiş 1382.77 AZN (53 günü x 26.09 AZN) kompensasiya məbləğinin birdəfəlik ödəmə şəklində olmaqla; xx/xx/2023xx/xx/2024-cü iş ilinə görə cəmi 40 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1043.60 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödəmə şəklində olmaqla ödənilməsi; İddiaçı barədə cavabdeh tərəfindən verilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə 3004-X saylı, xx.xx.2024 saylı Əmrin ləğv edilməsi; İddiaçının əmək kitabçasında müvafiq düzəlişin aparılması; İddiaçının işə bərpa edilməsi barədə müvafiq yeniəmrin verilməsi; Məcburi iş buraxmaya ödəniş tarixinə olan müddətə görə hər aylıq 700 AZN-dən hesablamaqla iddiaçıya ödənilməsi; İşgüzar nüfuza dəyən zərərin 5000 AZN məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı2 Ehtiraz qızına ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması; - birgə iddiaçılardan İddiaçı1 münasibətdə: 2024-cü ilin mart ayının əmək haqqısı- 550 AZN məbləğində; 2024-cü ilin aprelayının əmək haqqısı- 550 AZN məbləğində; 2024cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1% olmaqla gecikdirilmiş faiz məbləği (ödənişin həyata keçiriləcəyi günə münasibətdə); xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 49 məzuniyyət gününə görə ödənilməmiş 1029 AZN (49 günü x 21 AZN) kompensasiya məbləğinin birdəfəlik ödəmə şəklində olmaqla; xx/xx/2023- xx/xx/2024-cü iş ilinə görə cəmi 51 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1071 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödəmə şəklində olmaqla; İddiaçı barədə qeyd edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə 3004/1-X saylı, xx.xx.2024 saylı Əmrin ləğv edilməsi; İddiaçının əmək kitabçasında müvafiq düzəlişin aparılması; İddiaçının işə bərpa edilməsi barədə müvafiq yeniəmrin verilməsi; Məcburi iş buraxmaya ödəniş tarixinə olan müddətə görə hər aylıq 550 AZN-dən hesablamaqla iddiaçıya ödənilməsi; İşgüzar nüfuza dəyən zərərin 5000 AZN məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 İsa qızına ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması; - birgə iddiaçılardan İddiaçı3 münasibətdə: 2024-cü ilin mart ayının əmək haqqısı- 550 AZN olmaqla ödənilməsi; 2024-cü ilin aprelayının əmək haqqısı- 550 AZN olmaqla ödənilməsi ; Sosial ödəniş məbləği 140 gün x 21 AZN = 2940 AZN məbləğində ödənilməsi; 2024-cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1% olmaqla gecikdirilmiş faiz məbləği (ödənişin həyata keçiriləcəyi günə münasibətdə); xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 49 məzuniyyət gününə görə ödənilməmiş 1029 AZN (49 günü x 21 AZN) kompensasiya məbləğinin birdəfəlik ödəmə şəklində ödənilməsi; xx/xx/2023xx/xx/2024-cü iş ilinə görə cəmi 54 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1134 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödəmə şəklində ödənilməsi; İşgüzar nüfuza dəyən zərərin 5000 AZN məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Yusifli (Sultanova) Səriyyə Rasim qızına ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması haqqında müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Verilmiş iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı2, X2 və İddiaçı3 cavabdehə qarşı bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi bir iddiada birləşdirmişlər. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə görə, o cümlədən işlərə prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində tez və vaxtında baxılmasının təmin edilməsi məqsədilə iddiaçılar tərəfindən cavabdehə qarşı hər birinə münasibətdə irəli sürülən tələblər barəsində ayrı-ayrılıqda iddia qaldırılmaqla məhkəməyə müraciət edilməlidir. Məhkəmə onu da vurğulayır ki, qanunvericilikdə hazırda irəli sürülən tələblərə baxılmasının prosessual müddəti də fərqli nəzərdə tutulmuşdur. İşdən görünür ki, İddiaçı3 əmək haqqı, məzuniyyət pulu, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürdüyü halda, digər iddiaçılar İddiaçı2 və X1 həmin tələblərlə yanaşı əmrin ləğvi, işə bərpa tələbi ilə bağlı iddia qaldırdıqları müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən məhkəmə işə bərpa məsələsinə dair işlərə onların daxil olduğu vaxtdan 2 ay müddətində baxır. Göründüyü kimi müvafiq tələbə məhkəmə tərəfindən 2 ay ərzində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Bu xarakterli işlərə baxılması üçün məhkəmənin qərardadı ilə müddətin uzadılması da nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə vurğulayır ki, qanunvericiliyin istinad olunan tələbi nəzərə alınmaqla, irəli sürülən məsələlərin araşdırılması kifayət qədər vaxt tələb edir və hazırkı icraat çərçivəsində üç iddiaçıya münasibətdə bir-biri ilə əlaqəsi olmayan müvafiq məsələlərin ağlabatan müddət çərçivəsində araşdırılması mümkün deyildir. Ona görə də göstərilən hallar hazırda irəli sürülən tələblərə birlikdə baxılmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, X2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, X2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4879/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4879/2024
30.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver