Məhkəmə qərarları › İş №e-2(006)-495/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-495/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-495/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, X1, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanıda yerləşən 8 saylı mənzilə köçürülməsi və həmin mənzildən istifadə etməsinə maneçilik yaradan hərəkətlərin Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 də iş üzrə cavabdeh qismində cəlb olunması barədə qərardad qəbul olunmasını və iddianın hazırki həcmdə təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Aleksanlrovnadan müştərək qaydada ödəniş gününün Azərbaycan manatına olan məzənnəsi ilə 25.000 ABŞ dolları məbləğində pulun tulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, iddianın əsası olaraq qeyd olunduğu kimi Cavabdeh1 əri Cavabdeh2 ilə birlikdə onun qeydiyyata düşməsi üçün ondan pul almışlar. Ümumiyyətlə, qeyd etmişdir ki, orada qeydiyyata düşməsi və mənzildən istifadə etməsi üçün cavabdehin ailəsinə 25.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Onu da qeyd etmişdir ki, onlar onu sözügedən ünvana qeydiyyata salanda ona bildirmişlər ki, köçüb Rusiya Federasiyasına getməyə hazırlaşırlar və vəd etmişlər ki, gedəndə mənzili ona satacıqlar. Buna görə də onların bu vədinə inanıb həmin pulları onlara vermişdir. Hətta, onların şirin dilinə inanıb şəxsi pullarının olduğu seyfi də onların evində saxlamışdır. Lakin, sonradan bəlli olmuşdur ki, əslində, onlar planlı şəkildə onu aldadaraq şirin vədlərinə inandırıb, qızları Nelli ilə birlikdə pullarını ələ keçirmişlər. Bir neçə dəfə İrinanı və Viktorun dincəlmək üçün xarici ölkələrə turist səfərlərinin xərcini çəkmişdir. O cümlədən 2019-cu ilin sentyabr ayında onların Belarus Respublikası Minsk şəhərinə getmələrinin yol xərcini, orada oteldə qalmalarının haqqını o, ödəmiş, eləcə də xərcliklərin nağd şəkildə özlərinə vermişdir. Onların həmin səfəri üçün ümumilikdə 7.000 ABŞ dolları məbləğində xərci çıxmışdır. Vəkil sorğusuna "X15”dən verilmiş xx.xx.2024-cü il tarixli, 5/N saylı cavab məktubu ilə cavabdehlərin 2019-cu ili sentyabr ayının 3-dən 10-a qədər həmin oteldə qaldıqları, habelə, Minsk şəhərində olarkən, ona göndərdikləri fotoşəkil ilə təsdiq olunur. X11 Əmirliklərinin Dubay şəhərinə getmələrinin də təxminən 5.000 ABŞ dolları məbləğində xərcini o, ödəmişdir. Eləcə də, dəfələrlə, ondan pul istəmişlər və o, onlara pul vermiş, evlərinə bazarlıqlarının xərcini çəkmişdir. Ümumilikdə onlara verdiyi və xərclədiyi pullar 25.000 ABŞ dolları məbləğində olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiaçı onlara pul verməmişdir. Onlar istirahətə ərinin və oğlunun hesabına getmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən 25.000 ABŞ dollarının ona qaytarılması barədə Yasamal rayon Prokurorluğuna müraciət edilmişdir. Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan şikayət iddiaçı dəfələrlə şikayət vermişdir. İddiaçının özü də bu halı təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirdi ki, Əfqan sürücü kimi onu cavabdehlərin sərəncamına vermişdir. Pandemiya dövründə iddiaçı tərəfindən cavabdehlərə pullar aparıb vermiş, onlara bazarlıq etmişdir. Əfqan bunu ona görə etmişdir cavabdehlər evi ona satmağı vəd etmişlər. Əfqan onların xarici səfərlərini maliyyələşdirib, onlara xərclik üçün pul vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “X15”in xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 2019-cu ilin sentyabrın 3-dən sentyabrın 9-dək Cavabdeh1 və X6 Respublikasının Minsk şəhərindəki X13 yerləşmişlər. Otel məxfilik şərtlərinə görə daha ətraflı məlumat o cümlədən maliyyə detalları təqdim etmir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırki iddia tələbi sübutetmə ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu onun ziyanınadır. Sübut etməli olan tərəfin irəli sürdüyü güman təkzib olunursa həmin tərəfin sübutu əks sübutdan üstün sübutetmə qüvvəli hesab edilə bilməz. İddiaçı pul xərcləməsini qeyd etməklə, həmin pulu cavabdehlərdən tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda da qeyd edilməlidir ki, həmin pulu xərcləsə belə, onun hər hansı qarşılıqla edilməsi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar