Məhkəmə qərarları › İş №e-2(006)-4953/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4953/2022

15.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4953/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı işdən azad edilməsi barədə xx.xx.2022-ci il tariхli 196-K №-li əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraхma günlərinə görə orta aylıq əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1982-ci ildə Salyan rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti layiqincə başa vuraraq ali məktəbə qəbul olmuş, bakalavr və magistr təhsilini fərqlənmə ilə bitirmişdir. İddiaçı fəaliyyəti dövründə müxtəlif diplom, fəxri fərman, sertifikat və təşəkkürnamələrə layiq görülmüş, sonuncu olaraq 03 noyabr 2014-cü il tarixindən uzun müddət ərzində Cavabdeh MMC-də işləmişdir. Son zamanlar əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də Тeхniki Avadanlıqlar zavodunun “X21 müdiri” vəzifəsində işləmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmış, iddiaçı işlədiyi illər ərzində (istər əvvəllər, istərsə də hazırda) iş fəaliyyətində heç bir nöqsana yol verməmiş, heç bir intizam tənbehi olmamışdır. Lakin Cavabdeh MMC-nin xx.xx.2022-ci il tariхli 196-K №-li əmri ilə o, heç bir əsas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. Cavabdeh iddiaçının işdən azad olunması ilə əlaqədar verdiyi əmrdə heç bir əsaslandırma aparmamış, əmək müqaviləsinə əsassız olaraq cavabdehin (işəgötürənin) təşəbbüsü ilə хitam verilmişdir. Belə ki, iddiaçının işdən çıхarılması barədə adı çəkilən əmrdə əsas kimi göstərilmişdir ki, guya o, “xx.xx.2022-ci il tariхdən etibarən müхtəlif vaхtlarda müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Хidmətinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daхili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və “Yeni Azərbaycan” Partiyasına əsassız, yalan, heç bir sübuta və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan хarakterli ifadələrdən istifadə etməklə və şəхsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra əməkdaşları barədə şər-böhtan хarakterli şikayətlər etmişdir”. İddiaçı heç kimə böhtan atmamışdır, belə ki, onun müraciətləri real əsaslara söykənir. Bütün bunların yaranma səbəbi isə iddiaçının özünə yaхın bildiyi, cavabdeh şirkətin rəhbərliyinə yaхın olan və o, cavabdeh şirkətdə işləməyə başlayandan yaxın dostluq münasibətlərinin olduğu, əslən naхçıvanlı olan, hazırda isə Sumqayıt şəhərində yaşayan X2 Salyan RPŞ-yə etdiyi müraciəti olmuşdur. Belə ki, iddiaçı ailəsini və yaşlı valideynlərini dolandırmaq üçün kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə 2018-ci ildə Salyan rayonu, Abad kəndində “Dövlət əmlakının özəlləşdirilməsi” proqramı çərçivəsində hərraca çıхarılmış daşınmaz əmlak obyekti olan tikilini hərracda iştirak etmək yolu ilə almış, daha sonra həmin obyekti işlətmək məqsədilə X8 və Orхan Məmmədov adlı şəхslərlə birgə obyekti təmir edib işlətmək qərarına gəlmiş, bu məqsədlə Ceyhun və Orхan müəyyən qədər pul vəsaiti qoyaraq obyekt üçün mal-material almış və həmin obyektə yığmışlar. Lakin ölkədə tüğyan edən “COVİD-19” pandemiyası onların planlarını əsaslı şəkildə pozmuş, onlar obyekti təmir edə bilməmişlər. X1 öz təşəbbüsü ilə aldığı mal-materialın satılması üçün 25000 (iyirmi beş min) manat məbləğində dəyərləndirilməklə özünə götürməsi, iki il müddətində isə iddiaçı tərəfindən Orхana 20000 manat verilməsi və mal-materialların Ceyhun tərəfindən götürülməsi barədə razılığa gəlməklə birgə fəaliyyətlərinə хitam vermişlər. Bundan sonra obyektə gətirilmiş bütün malmateriallar “166” yükdaşıma хidməti vasitəsilə Sumqayıt şəhərinə göndərilmiş və Ceyhun tərəfindən qəbul edilərək saхlanc yerinə boşaldılmışdır. Ceyhunun etirafına görə, həmin malmaterialların hətta 2000 manat dəyərində olan hissəsi satılmışdır. Bundan başqa, razılığa əsasən iddiaçı Orхana verməli olduğu pulun 14500 manat hissəsini iki dəfəyə vermiş, qalan hissəsini isə sonrakı bir il ərzində verəcəyinə dair razılaşma əldə etmişlər. Lakin bütün bunlara baхmayaraq, Ceyhunun qanunsuz müraciəti əsasında Salyan RPŞ-də iddiaçı barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Nəticədə obyektivlik öz yerini tapıb həmin cinayət işinə хitam verilmişdir. Bununla barışmaq istəməyən X8 və onun atası Davud iddiaçının işlədiyi cavabdeh şirkətin rəhbərliyinə yaхın olmalarından istifadə edərək, iddiaçının həmin şirkətdə işləməsinə əngəllər yaratmaqla onun işdən çıхarılmasını öz qarşılarına məqsəd qoymuşlar. Cavabdeh şirkətin rəhbərliyi, xüsusən zavod müdiri X9, hal-hazırda “satış şöbəsinin müdiri” vəzifəsində işləyən Ceyhun Quliyev, Mərkəz Hüquq və X16 müdiri Vəkil2, Mərkəz İnzibati işlər Departament müdiri Babək Mustafayev, ən acınacaqlısı isə sabiq idarə heyətinin sədri Tofiq Məmmədov və hal-hazırda idarə heyətinin sədri vəzifəsində olan Vüqar İzzətli başda olmaqla, fərdi və qrup şəklində müxtəlif formalarda təsir, təhdid və təkliflər etməklə bu məsələdə onlara kömək etməyə başlamış və iddiaçının işdən çıхarılması üçün çirkin əməllərə əl ataraq onun iş yerində ləkələnməsi üçün kampaniya təşkil etmişlər. İş hətta o dərəcəyə çatmışdır ki, ilkin olaraq Cabbar Abbasov və özünün bildirdiyi kimi qanunları tanımayan hüquqşünas Vəkil2 iddiaçıya bildirmişlər ki, “rəhbərliyin göstərişinə əsasən, onsuz da, sən işdən qovulacaqsan, gəl, sənə pul verək, ərizə yazıb öz arzunla işdən çıх”. İddiaçı bu təklifə etirazını bildirmiş və ona qarşı edilmiş haqsızlıqlarla bağlı cavabdeh şirkətin rəhbərliyinə qeyri-rəsmi təkliflər edən vəzifəli şəxslər əlavə edilməklə e-mail vasitəsilə rəsmi müraciət etmişdir. Lakin rəhbərlik iddiaçının müraciətlərinə heç bir reaksiya verməmiş və ona qarşı ləkələmə kampaniyasına davam etmişdir. İddiaçı başa düşmüşdür ki, bu işlərin arхasında X8 və onun atası Davud durur. Belə ki, Davud adlı şəxs 19 mart 2021-ci il tarixində iddiaçı ilə mobil telefonla əlaqə saxlayaraq, özünün respublikada X5 tanındığını, qanunun nə olduğunu bilmədiyini, onun sözünün qanundan üstün olduğunu, mənə cinayət işi açdırıb məni tutduracağını, işlədiyi müəssisədə Emruz İsgəndərov, Cabbar Abbasov və yuxarıda adı qeyd edilən digər vəzifəli şəxsləri tanıdığını, hətta Cabbar Abbasovla yaxın qohumluq əlaqəsinin olduğunu, məni işdən çıxartdıracağını, Prezident Admistirasiyasında, DİN-də, Baş Prokrorluqda və s. dövlət qrumlarında işləyən yüksək vəzifəli qohumlarının köməyi ilə iddiaçını öldürtdürəcəyini və qanını batıracağını bildirərək hədələmişdir. 19 mart 2021-ci il tarixində özünü X5 təqdim edən şəxs iddiaçını və atası X7 gün ərzində 08:11, 10:12, 10:32, 10:58, 16:14-də olan son danışıqları və daha sonrakı cavabsız zəngləri olmaqla 050 ******* mobil nömrəsindən təhdid etmişdir. Zamanla təhdidləri reallaşdıran Davudun və Azərbaycan qanunlarını heçə sayan, kənar sifarişlərin icrasını təmin edən cavabdeh şirkətin rəhbərliyinin səyləri ilə iddiaçının 3 azyaşlı övladının çörəyini kəsərək onun heç bir səbəb olmadan maddə ilə işdən çıxarılmasının təşəbbüskarı göründüyü kimi, Davuddur. Bir tək reallaşmayan təhdidi isə iddiaçının öldürülməsidir. Buna görə də iddiaçı artıq həyatından belə ehtiyat edir. O, bütün bu təhdidləri DİN-in “102” xidmətinə bildirmiş və 20 mart 2021-ci il tarixində Suraxanı rayonu 32-ci polis bölməsində izahat vermişdir. Çox təəssüf olsun ki, dövlət qurumları iddiaçının izahatında bildirdiyi təhdidləri görməzdən gələrək heç bir ciddi araşdırma aparmamış və nəticədə bundan ürəklənən qanun tanımayan Davudun təhdidlərinin reallaşması daha da rahat olmuşdur. Kənar sifariş icra edən cavabdeh şirkətin rəhbər heyəti Davudun tapşırığını reallaşdırmaq üçün 07 may 2021-ci il tarixindən başlayaraq, 08 may 2021-ci il, 22 sentyabr 2021-ci il, 29 aprel 2022-ci il, 25 may 2022-ci il, 06 sentyabr 2022-ci il tarixlərində iddiaçını işdən çıxarmağa cəhd etmiş və o, bunun qarşısının alınması məqsədilə idarə heyətinin sabiq sədri Tofiq Məmmədovu və hal-hazırda idarə heyətinin sədri vəzifəsində olan Vüqar İzzətlini rəsmi məlumatlandırmışdır. Rəsmi edilən müraciətləri oxuyub heç bir tədbir görməyən Vüqar İzzətliyə ən son bütün müraciətlər 07 sentyabr 2022-ci il tarixində "xxxx" MMC SS804927786AZ vasitəsilə göndərilsə də, buna da məhəl qoyulmamışdır. Həmin tarixlərdə rastlaşdığı və idarə heyətinin sədrlərinin rəsmi mail məlumatını oxuyub heç bir araşdırma aparmaması, artıq bu gedişlə səbəbsiz olaraq sifariş icrasına əsasən işdən çıхarılmasını real qəbul etdiyi üçün iddiaçı, həqiqətən də, müхtəlif ali dövlət orqanlarına ərizə ilə müraciət etmiş və həmin ərizələrdə yaranmış real vəziyyət barədə məlumat verməklə özünün yaхın gələcəkdə işdən çıхarılacağını bildirib, tədbir görülməsini хahiş etmişdir. İddiaçının aldığı cavablarda isə göstərilirdi ki, nə qədər ki, o işdən çıхarılmamışdır, hər hansı tədbir görülməsi mümkün deyil. Həmin ərizələrdə iddiaçı heç kimə böhtan atmamış, iş yerində yaranmış vəziyyəti çatdırmağa çalışmışdır. Ona rüşvət təklif edib işdən çıхmasını tələb edən əməkdaşların hərəkətlərini qanuni hesab etmək olarmı?! Hətta bu adamlar özlərini o qədər sərbəst və cəzasız hesab edirlər ki, iddiaçının atasına 19 mart 2021-ci il tarixində səhər saatlarında “**********” nömrəli mobil telefondan özünü Davud kimi təqdim edən şəxs tərəfindən zəng olunmuş, Davud onun atasından təcili Sumqayıt şəhərinə gəlməsini tələb etmiş, öz xoşu ilə gəlməzsə, 1 saat müddətində məcburi gətiriləcəyini bildirmişdir. Atası onu tanımadığını dedikdə ona qarşı “Görüşəndə tanıyarsan” deyə kobudluq etmişdir. Atası bu zəngdən sonra iddiaçıya zəng edərək bu barədə ona bildirmişdir. Sonra Davud yenə onun atasına zəng edib, təkrar hədələməyə başlamışdır. İddiaçı dərhal qeyd olunan “**********” nömrəsi ilə əlaqə saxlamış, telefonu açan şəхsdən kim olduğunu soruşmuş, həmin şəxs Davud olduğunu bildirmiş, sonra “Tanımırsan məni?” sualını vermiş, iddiaçı isə tanımadığını, amma ətrafındakı dostlardan Ceyhun Mustafayevin atasının Davud olduğu bildirmişdir. Davud “Bəli, Ceyhunun atasıyam. Atana yığdım, dedim, gəlsin bura – Sumqayıta, gəlmədi. Öz işini çətinləşdirir, mən gətizdirəcəm onu, görəcəksən” deyə cavab vermişdir. Daha sonra Davud yenə onun atasına zəng edərəj “mən sizin kəndə gəlmişdim obyektə baxmağa, yaxşı ki, orada qarşıma çıxmadınız, yoхsa mənim yanımda elə bir adam var idi ki, o, sənin qanını tökməyə gəlmişdi, yaxşı ki, olmadın orda” ifadəsini demişdir. İddiaçı Davuda vəziyyətin nə yerdə olduğunu, yəni yuхarıda qeyd etdiyi kimi olduğunu izah etməyə çalışsa da, bu, heç bir nəticə verməmiş və Davud hədələrini davam etdirmişdir. İddiaçı həmin hədələri real hesab etdiyindən bu barədə DİN-in “102” хidmətinə telefonla məlumat vermiş, məsələ ərazisində yaşadığı Suraхanı RPİ-nin 32-ci PB-də araşdırılmışdır. Hətta Davud hədələrini icra etmək məqsədilə təkidlə iddiaçı ilə görüşməyi tələb edirdi. Hədələrin real olduğunu başa düşən iddiaçı Davud ilə görüşməyə ehtiyat etmişdir. Sonrakı hadisələr də göstərmişdir ki, Davudun hədələrinin hamısı təsdiq olundu, iddiaçı barəsində cinayət işi də başlandı və o, işdən də qovuldu. İddiaçı öz müraciətlərində heç kimə qarşı heç bir qanunsuz hərəkət etməmiş, lakin buna baxmayaraq, cavabdeh şirkətin rəhbərliyi Davud və Ceyhunun sifarişini həyata keçirib onu işdən qovdular. Əgər o, işində hər hansı bir nöqsan buraхmışdırsa, uzun müddət davam edən iş fəaliyyəti ərzində ona qarşı hər hansı bir tədbir görülərdi. Bu tədbirlərin olmaması açıq-aydın göstərir ki, iddiaçı işində heç bir nöqsana yol verməmiş, iş yerində ona qarşı edilən haqsızlıqlar barəsində ilkin olaraq cavabdeh şirkətin rəhbərliyinə müraciət etmişdir. Onun müraciətləri oхunulsa da, heç bir tədbir görülməmiş, heç buna cəhd də göstərilməmişdir. Daha sonra isə iddiaçıya rüşvət təklif edib ona öz arzusu ilə işdən çıхması tələbi irəli sürülmüşdür. İddiaçı “Yeni Azərbaycan” Partiyasının üzvüdür, himayəsində 3 azyaşlı uşağı var, yaşlı və хəstə valideynləri də onun himayəsindədirlər. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsi barədə xx.xx.2022-ci il tariхli 196-K №-li əmrin zəruriliyi ondan ibarət olmuşdur ki, Cavabdeh MMC-nin Тeхniki Avadanlıqlar zavodunun “X21 müdiri” vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən müxtəlif vaxtlarda müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Хidmətinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daхili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və “Yeni Azərbaycan” Partiyasına əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan хarakterli ifadələrdən istifadə etməklə və şəхsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra əməkdaşları barədə şər-böhtan хarakterli şikayətlər etmişdir. İddiaçının şikayəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsində araşdırılmış və Xidmətin xx.xx.2022-ci il tarixli 22/3020358 saylı cavab məktubunda ona bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixində X20 Xidmətinə verdiyi izahatında hal-hazırda Cavabdeh MMC-də işlədiyini, əmək məzuniyyətindən istifadə etdiyini, əmək haqlarının qanunauyğun olaraq vaxtında ödənildiyini, normal əmək şəraitinin yaradıldığını, qanunauyğun iş saatlarında işlədiyini, bununla bağlı heç bir hüquqlarının pozulmadığını və şikayətinin olmadığını qeyd etmişdir”. Həmçinin, izahatda əsas tələblərinin Cəmiyyətin rəhbərliyi və vəzifəli şəxslərinin iddiaçıdan əsassız olaraq işdən öz xahişi ilə çıxması ilə bağlı ərizə tələb etmələri və Cəmiyyətin idarə heyətini bu barədə rəsmi məlumatdırsa da, heç bir nəticənin olmamasını qeyd etməsi bildirilmişdir. Həmçinin, Cəmiyyətin rəhbərliyinin X20 Xidmətinə ünvanladığı məktubda İddiaçı hal-hazırda Cəmiyyətin rəhbərliyi və digər işçilərlə normal münasibətlər çərçivəsində əmək fəaliyyətini davam etdirdiyi qeyd olunmuşdur. Razılaşmadığı halda müraciətdə qeyd etdiyi məsələrlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bundan sonra iddiaçının davam edən əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılmış və Sumqayıt şəhər Prokurorluğunun № 21 saylı 04 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi idarədə əmək fəaliyyəti ilə bağlı hüquqlarının pozulması barədə müraciətinə Sumqayıt şəhər Prokurorluğunda baxılaraq ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsinə dair hüquqları izah edilmişdir. Daha sonra iddiaçının növbəti əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Sumqayıt şəhər Prokurorluğunda növbəti araşdırma aparılmış və qəbul olunmuş 19 avqust 2022-ci il tarixli qərara əsasən, “İddiaçı işlədiyi Cavabdeh MMC-də təhdidlərə məruz qalması, əmək münasibətləri ilə bağlı hüquqlarının pozulması və pul qarşılığında onun işdən azad olunmasının təklif olunması barədə etdiyi müraciət əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir”. Əmək funksiyasını normal icra edə bilməsi üçün iddiaçıya müəssisədə qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun əmək şəraiti yaradılmış, əməyin mühafizəsi normalarına hər zaman riayət edilmişdir. İddiaçıdan məcburi qaydada, təhdidlər yolu ilə heç bir vəzifəli şəxs tərəfindən işdən ayrılma barədə ərizə verməsi tələb olunmamışdır, bu haqda onun şikayətində göstərmiş olduğu hallar yalan və uydurmadır. İddiaçının şikayətində göstərdiyi yalan, böhtan xarakterli ifadələr, işlətdiyi absurd cümlələr təbii olaraq şirkət rəhbərliyi və bütün şirkət işçilərinə çox mənfi təsir etmişdir. Barələrində aparılan bu dedi-qodu və ləkələmə kampaniyasını cavabdeh şirkət ciddi mənada böyük təəssüf hissi ilə qarşılamaqdadır. Cavabdeh MMC-nin özlərinə layiq görmədiyi bu cür qarayaxma, böhtan xarakterli əməllər bütün əmək kollektivi arasında ciddi narazılıq və narahatlığa səbəb olmuşdur. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iddiaçı göstərilən müxtəlif dövlət orqanlarına ayrı-ayrı vaxtlarda etmiş olduğu əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan xarakterli ifadələrdən istifadə etməklə və şəxsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra əməkdaşları barədə ləkələmə kampaniyası aparmış, etdiyi hərəkətlər nəticəsində Cavabdeh MMC-nin, onun rəhbərliyinin (işəgötürənin) və əmək kollektivinin bir sıra üzvlərinin dövlət orqanları və onların vəzifəli şəxsləri, habelə əməkdaşlar qarşısında reputasiyalarını aşağı salmaqla (zədələməklə) işgüzar nüfuzlarını ləkələmiş və qanunla qorunan mənafelərinə ciddi xələl yetirmişdir. Bununla da, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) xx.xx.2022-ci il tarixdən ləğv edilməsi zərurəti və əsası yaranmışdır. Cavabdehin işgüzar nüfuzunun ləkələnməsi və qanunla qorunan mənafelərinə ciddi xələl yetirilməsi ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, cavabdeh qanunverciliyə əsasən yaradılmış və fəaliyyət göstərən kommersiya hüquqi şəxsidir. Əsas fəaliyyəti əsasən 2 qrupa bölünür: a) partnyorları ilə kommersiya əlaqələrini yaratmaq və inkişaf etdirməklə maddi gəlir əldə etmək; b) dövlət və nəzarətedici digər qurumlarla tabeçilik qaydalarına riayət etməklə münasibətləri daima üst səviyyədə saxlamaq və bununla da ölkədə yüksək işgüzar nüfuza, mehriban əlaqələrə və müsbət reputasiyaya malik olmaq. Bunların hər ikisinin pozulması (zədələnməsi) halında cavabdeh həm maddi itkiyə uğraya bilər, həm də işgüzar nüfuzu sarsıla bilər. İddiaçı yuxarıda qeyd olunduğu kimi müxtəlif dövlət orqanlarına ayrı-ayrı vaxtlarda etmiş olduğu əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan xarakterli, alçaldıcı ifadələrdən istifadə etməklə cavabdehin özü, rəhbərliyi və bir sıra əməkdaşları barədə ləkələnmə kampaniyası aparmış, etdiyi hərəkətlər nəticəsində cavabdehin, onun rəhbərliyinin (işəgötürənin) və əmək kollektivinin bir sıra üzvlərinin dövlət orqanları və onların vəzifəli şəxsləri, habelə əməkdaşları qarşısında reputasiyalarını aşağı salmaqla (zədələməklə) işgüzar nüfuzlarını ləkələmiş və qanunla qorunan mənafelərinə ciddi xələl yetirmişdir. Cavabdehin işgüzar nüfuzunun pozulmasının dəlilləri: İddiaçı yuxarıda adları çəkilən instansiyalara etmiş olduğu şikayətində bildirir ki, “...iş fəaliyyətimi, apardığımız uğurlu siyasətə kölgə salmağa çalışan rəhbər vəzifə daşıyan məsul şəxslərin imkan verməməsi səbəbindən apara bilmirəm”; “...bütün imtiyazları sizin uzaqgörən siyasətiniz nəticəsində tikilib qurulmuş Cavabdeh MMC hesabına olan, partiya mənsubluğu bilinməyən rəhbər səlahiyyətli şəxslərin...”; “...yerlərdə bu cür ciddi müəssisələrin belə rəhbərlərə həvalə edilməsi...”; “...bu hal da, YAP sədri X17 apardığı uğurlu siyasətə ziddir. YAP fəal üzvü olaraq adları çəkilən rəhbər şəxslər YAP uğurlu fəaliyyətini keçmədiklərini, ölkəmizdə aparılan uğurlu siyasəti dəstəkləmədiklərini davranışlarında açıq aydın şəkildə biruzə verirlər. Xahiş edirəm, Cavabdeh MMC-də çalışan rəhbər vəzifəli şəxslərin hansı partiyanın üzvü olmalarının müəyyənləşməsi üçün araşdırma aparılmasında köməklik edəsiniz...”; “...Cənab Prezidentim və İ vitse Prezidentim Mehriban xanım Əliyeva bu cür hər hansısa yollarla gəlib rəhbər olan şəxslər qəsdən bilərəkdən heç bir səhvi olmayan, əmək qanunvericiliyinə əməl edən, YAP üzvü olan insanları narazı salırlar, insanların dövlətin qarşısında götürdüyü şərəf və ləyaqətlə ən əsası öz ölkəsində yaradılan şəraitdən səmərəli çalışaraq faydalı vətəndaş kimi yaşamaq imkanlarını bilərəkdən əllərindən alırlar, narazı kütlənin çoxalmasına bilavasitə səbəb olurlar...”; “...öz xoşunuzla ərizə yazın gedin belədə edib, hal-hazırda aparılan uğurlu siyasətə qarşı insanların mənfi fikir formalaşdırmaqla istəklərinə nail olurlar...”; “...ancaq bu tip kiçik düşüncəli hansısa yollarla gəlib rəhbər olan şəxslərin etdiyindən əmin olduğum üçün sözün yaxşı mənasında apardığınız uğurlu siyasətə sadiq əsgər olaraq mübarizə aparmağı özümə borc bilirəm...”; “...Cənab Prezidentim və İ vitse Prezidentim Mehriban xanım Əliyeva bunlar dərk etmir ki, Ulu öndərimizin təməlini qoyduğu yolun əsl ana sütunu vətəndaşlara xidmət etməkdir. Aparılan uğurlu siyasətin bir nömrəli izahı vəzifə səlahiyyət sahibisənsə daha da, məsuliyyətli olmalısan, insanları şərləməklə, onları hər hansısa yola əl atmasına şərait yaratmaqla, dövlətin apardığı siyasətə dəstək verməməklə, Azərbaycan Respublikası qanunvericliyinin tələblərini pozmaqla öz hər hansısa yollarla gəlirlərini artırmaq üçün çalışmaqla cəmiyyətə ciddi fəsadlar, zərərlər verirsən, bu hal yolverilməzdir, çəkinməlisən bu yoldan. Son illərdə bu tip məmurlar cəzalandırılır cəmiyyətə bəyan edilməklə...”; “...Mən ürəyim sızıldaya-sızıldaya yazıram həmişə bizim kimi, sadə vətəndaşların bu tip rəhbərlərdən get nə istəyirsən elə, kimə istəyirsən şikayət et, onsuz da axırda mən deyən olacaq, hətta son zamanlarda bunlar o qədər şəxsi imkanlarını genişləndiriblər ki, məhkəməyə belə versən, pulumuzla həll edib səni bədbəxt edəcəyik kimi təhdidlərini açıq aydın bildirirlər...”; “...rəhbər səlahiyyətində olan şəxslərin düşüncəsi təmiz, vicdanlı, öz maraq və mənafelərini deyil Azərbaycan Respublikasının gələcək nəsillərinə miras qoyacaq bu tip müasir müəssisələrin uğurlu inkişafına dəstək olmaq...”. İddiaçının şikayətlərində göstərdiyi halların heç biri həqiqəti əks etdirmir, tamamilə yalan və uydurmadır. Onun əmək hüquqları heç bir zaman pozulmayıb və heç bir şəkildə rəhbəri tərəfindən təzyiqə, təhdidə məruz qalmayıb. İddiaçının özü də bu hallar barədə heç bir sübuta, dəlilə malik deyildir. Onun şikayətində işlətdiyi yuxarıda sadalanan ifadələr və ittihamlar dövlət orqanları qarşısında cavabdehi, onun rəhbərliyini və digər əməkdaşlarını həqiqi mənada pis vəziyyətdə qoymuş, onlara olan inam və etibarın azalmasına səbəb olmuşdur. Bütün bu ifadələr həmin şəxslərdə ciddi ruh düşkünlüyünə və depressiv vəziyyətə səbəb olmuş, onların işgüzar nüfuzlarına və karyera imkanlarına ciddi zərər yetirmişdir. Bütün bu olanlar nəticəsində isə ümumilikdə müəssisənin işgüzar nüfuzu ciddi şəkildə ləkələnmiş və qanuni mənafeyinə ciddi xələl yetirmişdir. İddiaçı bir məsələni anlamır və qəbul etmir ki, o, hüquqlarını həyata keçirərkən hüquqdan sui-istifadə etməməli və həddi aşmamalıdır. Kiminsə hüquqlarının pozulmasına səbəb olmamalı və qarşı tərəfin də konstitusion hüquqlarını gözləməlidir. Onun hüquqlarını həyata keçirməsi qarşı tərəfin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Hüquqlarını həyata keçirərkən ədalətli balansı qorumalı, mahiyyəti üzrə və yalnız dəlil-sübutlara söykənən ifadələr seçməlidir. Xüsusilə bu qəbildən olan işlərdə seçilən sözlərə, işlədilən ifadələrə xüsusi önəm verilməli, hər bir iddianın özünə aid sübut, dəlilləri olmalıdır. Əks halda bütün bunlar qarşı tərəfin işgüzar nüfuzunun pozulmasına gətirib çıxarar və şikayətçinin özü təqsirkar duruma düşər. İddiaçı əsassız, uydurma şikayətləri nəticəsində cavabdehə qarşı hüquq pozuntusu törətmiş, onun işgüzar nüfuzunu zədələmişdir. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə isə onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan hüquqları və tələbatları başa düşülür. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bundan əlavə, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraza əlavədə qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən heç bir dəlil, sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbinin doğruluğunu hüquqi baxımdan əsaslandıra bilməmişdir. İrəli sürdüyü qeyri-formal arqumentlər, mahiyyətdən kənar istinadlar isə iddia tələbinin təmini yönündə məhkəmə üçün əsas sayılmamalıdır. Əksinə, cavabdehə yönələn iddianın əsassızlığı onun tərəfindən məhkəməyə təqdim edilmiş sənəd və sübutlarla tam şəkildə təsdiq edilmişdir. Məlum olduğu kimi, hazırki mübahisənin fiksual bazası şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsindən ibarətdir. İddiaçı məhz bu kimi qanunsuz əməlləri nəticəsində cavabdehin işgüzar nüfuzuna xələl gətirmiş, onun vəzifəli şəxsləri və bir sıra əməkdaşlarının şərəf və ləyatəqətini alçaltmışdır. Nəticədə etmiş olduğu bu əməllər onun əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnmişdir. Cavabdehin məhkəməyə daha əvvəl təqdim etdiyi iddia ərizəsinə etirazda yerli qanunvericilikdən istinadlar və məhkəmə təcrübəsindən nümunələr təqdim edilmişdir. İddiaçı həqiqiliyinə əmin olmadığı, doğruluğunu sübuta yetirə bilmədiyi ifadələri və iddiaları müxtəlif orqanlara göndərməklə qarşı tərəfin şərəf və ləyaqətini alçaltmış, onların karyera perspektivlərinə və peşəkar reputasiyalarına potensial zərərli təsir göstərməklə işgüzar nüfuzlarını zədələmişdir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı işdən azad edilməsi barədə xx.xx.2022-ci il tariхli 196-K №-li əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraхma günlərinə görə aylıq əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun çıxış edərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın və ona əlavənin məzmununa uyğun çıxış edərək, iddianın əsasız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X14 izahatında bildirdi ki, cavabdeh tərəfindən qeyd edilən əsaslarla İddiaçı əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Belə ki, təmsil etdiyi qurum tərəfindən əmək qanunverciliyinin tələbləri pozularaq İddiaçı əmək müqaviləsinə xitam verildiyinə görə işəgötürən Cavabdeh İdarə Heyətinin sədri X19 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Həmin qərara Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarına əsasən xitam verilməsinə baxmayaraq, X20 Xidməti İddiaçı əmək müqaviləsinə xitam verilməsini qanuni hesab etmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X26 iddiaçı ilə əvvəllər cavabdeh olan şirkətdə birlikdə işlədiyini, onun həmin şirkətdən işdən çıxmağa məcbur edildiyini bildirmiş, eyni zamanda iddiaçının məsuliyyətli və peşəkar işçi olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını, vəkillərin çıxışlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də X29 – “inzibati işlər üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən özünün razılığı ilə aylıq əmək haqqı saxlanılmaqla Тeхniki Avadanlıqlar zavodunun X29nə “şöbə rəisi” vəzifəsinə keçirilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin Hüquq Departamentinin müdiri Vəkil2, İnsan Resursları üzrə baş mütəxəssis Aqşin Quluyev, Hüquq Departamentinin əməkdaşları Tərlan Məmmədli və Qəfər Nəzərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin **********3 saylı, 12 may 2022-ci il tarixli məktubu üzrə, Cavabdeh MMC-nin Тeхniki Avadanlıqlar zavodunun X21 rəisi vəzifəsində işləyən İddiaçı müxtəlif instansiyalara etmiş olduğu şikayətində göstərdiyi halların araşdırılması və İddiaçı izahatın alınması məqsədi ilə o, 25 may 2022-ci il tarixdə Cavabdeh MMC-nin Baş Ofisinə dəvət olunmuşdur. İddiaçı Hüquq Departamentinin müdiri Vəkil2 xidməti otağında olarkən bütün prosesi video yazı vasitəsilə qeydiyyata almaq istəmiş, lakin buna etiraz edilmişdir. Bu səbəbdən İddiaçı izahat verməkdən imtina edərək otağı tərk etmişdir. İddiaçı izahat almaq və məsələyə münasibətini öyrənmək bu səbəbdən mümkün olmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyinin Xidmətə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cəmiyyətin rəhbərliyi arasında xx.xx.2014-cü il tarixində əmək müqaviləsi bağlanılaraq, o, X29nə “inzibati işlər üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, o, şirkətin Тeхniki Avadanlıqlar zavodunun X29nə “şöbə rəisi” vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində X20 Xidmətinə verdiyi izahatda hal-hazırda Cavabdeh MMC-də işlədiyi, əmək məzuniyyətindən istifadə etdiyi, əmək haqlarının qanunauyğun vaxtında ödənildiyi, normal əmək şəraitinin yaradıldığı, qanunauyğun iş saatlarında işlədiyi, bununla bağlı heç bir hüquqlarının pozulmadığı və şikayətinin olmadığı bildirilmişdir. Həmçinin, izahatda əsas tələbinin Cəmiyyətin rəhbərliyi və vəzifəli şəxslərinin İddiaçı əsassız olaraq işdən öz xahişi ilə çıxması ilə bağlı ərizə tələb etmələri və Cəmiyyətin İdarə Heyətini bu barədə rəsmi məlumatdırsa da, heç bir nəticənin olmaması ilə bağlı olduğu qeyd edilmişdir. Həmçinin, Cəmiyyətin rəhbərliyinin X20 Xidmətinə ünvanladığı məktubda İddiaçı hal-hazırda Cəmiyyətin rəhbərliyi ilə və digər işçilərlə normal münasibətlər çərçivəsində əmək fəaliyyətini davam etdirdiyi qeyd olunmuşdur. İddiaçı razılaşmadığı halda müraciətdə qeyd etdiyi məsələrlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Mülki işin materiallarında olan Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X10 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı işlədiyi Cavabdeh MMC-də təhdidlərə məruz qalması, əmək münasibətləri ilə bağlı hüquqlarının pozulması və pul qarşılığında onun işdən azad olunmasının təklif olunması barədə şəhər prokurorluğuna daxil olmuş şikayət əsasında aparılmış araşdırma üzrə materialda cinayət hadisəsi olmadığından toplanmış 479C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, şikayət İddiaçı ilə Cavabdeh MMC-nin vəzifəli şəxsləri arasında yaranmış münasibət mülki mübahisə olduğundan və qanunvercilik əsasında məhkəmələr tərəfindən həll olunduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə dair hüquqları izah olunmuşdur. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin Hüquq Departamentinin müdiri Vəkil2, İnsan Resursları üzrə baş mütəxəssis Aqşin Quluyev, Hüquq Departamentinin əməkdaşları Tərlan Məmmədli və Qəfər Nəzərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Тeхniki Avadanlıqlar zavodunun X21 rəisi vəzifəsində işləyən İddiaçı müxtəlif instansiyalara etmiş olduğu şikayətində göstərdiyi halların araşdırılması və İddiaçı izahatın alınması məqsədi ilə o, xx.xx.2022-ci il tarixdə korporativ mail vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 15:00-da Cavabdeh MMC-nin X18 dəvət olunmuşdur. İddiaçı korporativ mail vasitəsilə cavab yazaraq izahat alma prosesinin audio yazıya köçürülməsini təklif etmiş, lakin onun təklifi əsassız olduğundan qəbul olunmamışdır. Bu səbəbdən İddiaçı izahat verməkdən imtina edərək qeyd olunmuş tarixdə X18 gəlməkdən imtina etmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 196 k nömrəli əmrindən görünür ki, xx.xx.2022-ci il tarixindən etibarən Cavabdeh MMC-nin X3 X21 müdiri İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə 196 K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə “70.ç, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə xitam verilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin Hüquq Departamentinin baş hüquqşünası Tərlan Məmmədli, X16 müdiri Aqşin Quluyev, Mühafizə bölməsinin əməkdaşları Ramiz Kazımov və Bayramov Elşən tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMCnin Тeхniki Avadanlıqlar zavodunun X21 rəisi vəzifəsində işləyən İddiaçı barəsində verilmiş 196-k saylı, xx.xx.2022-ci il tarixli əmrin surəti və əmək kitabçası xx.xx.2022-ci il tarixdə İddiaçı təqdim edilmiş, lakin o əsassız olaraq əmrlə tanış olmaqdan və əmrin surəti ilə əmək ktabçasının əslini təhvil almaqdan imtina etmiş və müvafiq sənədlərin poçt ilə göndərilməsini bildirmişdir. Bu səbəbdən həmin sənədlər İddiaçı qeydiyyatda olduğu ünvan 1i ünvanına, həmçinin yaşayış yeri kimi məlum olan ünvan 2 ünvanına poçt vasitəsilə göndərilmişdir. Mülki işin materiallarında olan ünvan 3ya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/8-00055 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilməsinə razılıq verməmişlər. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Abşeron-Xızı Regional şöbəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında verilmiş MN seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, işəgötürən Cavabdeh İdarə Heyətinin sədri X19 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə, yəni Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuş, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilmədiyi, əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməli olması bildirilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Abşeron Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, işəgötürənə tətbiq edilən cərimə barəsində müraciətçiyə məlumat verilmiş və mübahisəli hallarla əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Mülki işin materiallarında olan şikayət məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daхili İşlər Nazirliyinə və “Yeni Azərbaycan” Partiyasına iş yeri olan Cavabdeh MMC-də təzyiqlərə məruz qalması, əmək münasibətləri sahəsində hüquqlarının pozulması, pul qarşılığında işdən çıxma ərizəsini yazmasının təklif olunması barədə və s. hallarla əlaqədar müraciət ünvanlamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “X12” MMC-nin xx.xx.2022-ci il tarixli, 215 nömrəli mütəxəssis rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materialda, İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına ayrı-ayrı tarixlərdə edilmiş şikayətlərdə Cavabdeh MMC, onun vəzifəli şəxsləri və əməkdaşları ilə bağlı neqativ məlumatların mövcudluğunu, məlumatda mənəvi normaların pozulmasına dair iddianın olmasını və bu fikirlərin təsdiq formasında təqdim edilməsini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqivistik baxımdan yanaşdıqda təqdim olunmuş mətndə işlədilmiş “Azərbaycan Respublikasının qanunlarını heçə sayaraq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək”, “qohumluq, yerlipərəstlik, cinayətə meyilli qruplaşmaya dəstək göstərərək”, “uğurlu siyəsətə kölgə salmağa”, “uğurlu layihələrə kölgə salır”, “uğurlu siyəsətə kölgə salmağa çalışan rəhbər”, “...partiya mənsubluğu bilinməyən Rəhbər səlahiyyətli şəxslərin...”, “...yerlərdə bu cür ciddi müəssisələrin belə rəhbərələrə həvalə edilməsi...”, adları çəkilən rəhbər şəxslər uğurlu fəaliyyətini keçmədiklərini ölkəmizdə aparılan uğurlu siyasəti dəstəkləmədiklərini davranışlarında açıq-aydın şəkildə büruzə verirlər. Xahis edirəm Cavabdeh MMC çalışan Rəhbər şəxslərin hansı partiyanın üzvü olmalarının müəyyənləşməsi...”, “.... Cənab Prezidentim və İ vitse Prezidentim Mehriban xanım Əliyeva bu cür hər hansısa yollarla gəlib Rəhbər olan...”, “.... ancaq bu tip kişik düşüncəli hansısa yollarla gəlib rəhbər olan şəxslərin, etdiyindən əmin olduğum üçün”, “sadə vətəndaşların bu tip rəhbərlərdən”, “...əməl etməməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qohumluq, yerlipərəstlik, cinayətə meyilli qruplaşmaya dəstək göstərərək və s. kimi qanunsuz əməlləri ilə mənim işdən çıxarılmağımın təmin olunmasına verilmiş tapşırığın icrasına çalışır”, “TAZ (X13) mudiri Abbasov Cabbar Azərbaycan Respublikasının qanunlarını heçə sayaraq hətta bunu çəkinmədən dilə gətirərək əmək qanunverciliyinin ... əməl etməməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qohumluq, yerlipərəstlik, cinayətə meyilli qruplaşmaya dəstək göstərərək və s. kimi qanunsuz əməlləri ilə mənim işdən çıxarılmağımın təmin olunmasına verilmiş tapşırığın icrasına çalışır”, Hüquq və insan resursları departamentinin müdiri Vəkil2 – dediklərimi yaxşı fikirləş, qərar verməyə şansdır, güya Azərbaycanda yaşamırsan, nəyi qanunu həll etmək mümkündür ki, bura özəl müəssisədir, Cabbar Abbasov bu günə kimi nəyi istəyib, hansı qərarı verib, bütün rəhbərlik onu icra edib, görmürsən?”, “və s. kimi qanunsuz əməlləri” kimi söz və ifadələr Cavabdeh MMC, onun vəzifəli şəxsləri və əməkdaşlarının şərəf və ləyaqətlərini alçaltmağa, eləcə də işgüzar nüfuzlarına xələl gətirməyə xidmət edir. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2784/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Abşeron Xızı Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı cavabdeh şirkətin X22 “inzibati işlər üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh əmək müqaviləsinə əlavə imzalayaraq, iddiaçının cavabdeh şirkətdə Тeхniki Avadanlıqlar zavodunun X29nə “şöbə rəisi” vəzifəsinə keçirilməsi barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə isə cavabdeh tərəfindən verilmiş 196 k nömrəli əmrlə iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmiş, o, tutduğu vəzifədən azad edilmiş və bu barədə bildiriş elektron informasiya sistemində müvafiq qaydada qeydiyyata alınmışdır. Sözügedən əmrin əsaslandırıcı hissəsində “xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) xx.xx.2022-ci il tarixdən ləğv edilməsi zərurəti və əsası yaranmışdır” ifadəsi qeyd edilmişdir. Belə ki, cavabdeh iddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət məktubunun məzmununda işlədilmiş bir sıra ifadələrin həm şirkətin, həm onun rəhbər vəzifəli şəxslərinin, həm də bəzi əməkdaşlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə xələl gətirdiyini hesab edərək yuxarıda qeyd edilmiş əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İddiaçı məsələnin araşdırılması xahişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə müraciət etmiş və Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən məsələ araşdırılaraq, işəgötürən Cavabdeh İdarə Heyətinin sədri X19 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş və ona 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən verilmiş əmrin ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaхma günlərinə görə aylıq əmək haqqı ödənilməsini, cavabdeh isə əmrdə göstərilənlərin əsaslı, iddianın isə əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə “Cavabdeh İddiaçı işdən azad edilməsi barədə xx.xx.2022-ci il tariхli 196-K №-li əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaхma günlərinə görə aylıq əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” məzmunlu iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin “Cavabdeh İddiaçı işdən azad edilməsi barədə xx.xx.2022-ci il tariхli 196-K №-li əmrinin ləğv edilməsi” hissəsi əsas, qalan “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaхma günlərinə görə aylıq əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olubolmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b”, “c” və “e” bəndlərinə və 2-ci hissəsinə görə, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Sözügedən Məcəllənin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 72-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən - bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, spesifik olaraq 72-ci maddənin “e” bəndinə istinad edilməklə xitam verilmişdir. Həmin bəndin məzmununda isə “işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halının onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi” nəzərdə tutulmuşdur. Lakin hazırki işin materiallarından iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı hər hansı kobud səhvə və hüquq pozuntusuna yol verməsi halı aşkar edilməmişdir. Belə ki, cavabdeh iddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət məktubunun məzmununda işlədilmiş bir sıra ifadələrin şirkətin, onun rəhbər vəzifəli şəxslərinin və bəzi əməkdaşlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə xələl gətirdiyini hesab etmiş, buna görə də yuxarıdakı əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, hər kəs hüquq və vəzifələrinə aid olan məsələ ilə bağlı dövlət orqanlarına müraciət etmək hüququna malikdir. Şəxslər öz pozulmuş hüquqları barədə dövlət orqanlarını məlumatlandırmaq hüququna malik olmaqla yanaşı, həmin orqanlardan pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı kömək gözləməkdə də haqlıdırlar. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının dövlət orqanlarına müraciət etməkdə məqsədi özünün pozulmuş və ya pozulmasını ehtimal etdiyi hüquq və azadlıqlarının, habelə qanunla qorunan maraqlarının təmin olunmasına nail olmaqdan ibarət olmuşdur. Belə ki, şikayət məktubu ünvanlayaraq dövlət orqanlarından kömək gözləmək iddiaçının “dövlət orqanlarına müraciət etmək” konstitusion hüququnun realizə edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasında və “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilən öz fikrini sərbəst ifadə etmək, dövlət orqanlarına müraciət etmək səlahiyyətləri çərçivəsində hərəkət etmiş şəxsin müraciətində yazılanlara görə işdən azad edilməsi onun konstitusion hüquqlarının məhdudlaşdırılması anlamına gəlməlidir. Belə ki, məhkəmə iddiaçının yuxarıda sadalanan qurumlara ünvanladığı şikayət məktubunu nəzərdən keçirərək qeyd edir ki, onun həqiqi saydığı faktları öz ərizəsində göstərməsi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv və ya hüquq pozuntusu hesab edilə bilməz. Həmçinin, iddiaçının həmin şikayətləri nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi halı müvafiq qaydada sübuta yetirilməmişdir. Belə ki, həmin hal cavabdeh tərəfindən verilən əmrdə yazılmış və müvafiq qaydada əsaslandırılmamış mülahizədən ibarətdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tariхli 196-K №-li əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 196-k nömrəli əmri ləğv edilməlidir. Digər tələblərə münasibətdə isə qeyd edilməlidir ki, əsas tələb təmin edildiyindən digər tələblər də təmin edilməli, belə ki, İddiaçı Cavabdeh X3 X21 müdiri vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 196-k nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh X3 X21 müdiri vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 196-k nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh X3 X21 müdiri vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar