Məhkəmə qərarları › İş №e-2(006)-4975/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4975/2023

20.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4975/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək kitabçasında müvafiq düzəliş edilməsi, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək kitabçasında müvafiq düzəliş edilməsi, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmağım barədə qeydin həmin Məcəllənin 68-ci maddəsinin “A” bəndi ilə əvəz olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, Cavabdeh MMC ilə aralarında barışıq sazişi bağlanmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehin nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tərəflər arasında barışıq sazişi bağlandığından iş üzrə icraata xitam verilməsini və yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən görünür ki, tərəflər arasında 18 dekabr 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtləri: 2.1. İddiaçı işdən çıxması barədə qanunvericiliyə uyğun şəkildə cavabdehə müraciət etmədiyini və işə gəlmədiyini qəbul və təsdiq edir. Cavabdeh humanizm prinsiplərindən çıxış edərək barışıq sazişinin bağlanması ilə razılaşıb, iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 2.2. Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə 399-K nömrəli, xx.xx.2019-cu il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2.2ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 2.3. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 399-K nömrəli, xx.xx.2019-cu il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər. 2.4. İddiaçı cavabdehin 2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni - işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı, ödənilməmiş məzuniyyət haqqı və. s) imtina edir. 2.5. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki. bu məsələ ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər. Məhkəmə iddiaçının ərizəsini, barışıq sazişini, iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək kitabçasında müvafiq düzəliş edilməsi, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1. İddiaçı işdən çıxması barədə qanunvericiliyə uyğun şəkildə cavabdehə müraciət etmədiyini və işə gəlmədiyini qəbul və təsdiq edir. Cavabdeh humanizm prinsiplərindən çıxış edərək barışıq sazişinin bağlanması ilə razılaşıb, iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 2.2. Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə 399-K nömrəli, xx.xx.2019-cu il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2.2ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 2.3. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 399-K nömrəli, xx.xx.2019-cu il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər. 2.4. İddiaçı cavabdehin 2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni - işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı, ödənilməmiş məzuniyyət haqqı və. s) imtina edir. 2.5. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki. bu məsələ ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək kitabçasında müvafiq düzəliş edilməsi, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar