Məhkəmə qərarları › İş №e-2(006)-4991/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4991/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4991/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, X5 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5 Abasqulu qızına, X5 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 (1975), X8 (2003), Cavabdeh4 (2002) iddiaçının mülkiyyətində olan iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 15C, mənzil 21 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılmaları və onlara məxsus əşyaların həmin mənzildən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 5 mənzil 21 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən mənzili 2007-ci ildə Şərur MTK tərəfindən alqı-satqı müqaviləsi ilə almışdır. Həmin mənzil xx.xx.2025-ci il tarixədək həyat yoldaşı X1 mülkiyyətində olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdən həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışla iddiaçının tam mülkiyyətindədir. Həmin mənzildə yoldaşı X4, oğlanları X9, X10 və X11 qeydiyyatdadırlar. Həmin mənzili 2007-ci ildən aldıqları vaxtdan qaynı Cavabdeh1 və ailəsi Cavabdeh2 (1975), X8 (2003), Cavabdeh4 (2002) müvəqqəti olaraq həmin mənzildə yaşamaq üçün onlardan xahiş etmişdir və iddiaçı müvəqqəti onun ailəsi ilə birlikdə orada yaşamağa icazə vermişlər. Hazırda kiçik oğlu hərbi xidmətdədir və onun gəlişinə kimi qaynından evi boşaltmağını istəmişlər ki, o vaxta kimi evi təmir edib oğlu qayıdandan sonra onu evləndirsinlər və həmin evə gəlin gətirsinlər. Qaynı da ilk gündən bilir ki, həmin ünvanda 21,22,23 mənzillər iddiaçının mülkiyyətindədir. Bir mənzildə iddiaçı ailəsi ilə, digər mənzildə oğlu X9 öz ailəsi ilə yaşayır. Dəfələrlə ona evi boşaltmağını desə də, o, iddiaçıya evdən çıxmayacağını, bu evin ona məxsus olduğunu deyir. Bununla yanaşı böyük qaynı X6 da Cavabdeh1 “mən sənin arxandayam heç kim səni bu evdən çıxara bilməz” söyləyərək Cavabdeh1 daha da əmin edərək iddiaçıya məxsus mülkiyyətindən çıxmamağı deyir. Bu səbəbdən, iddiaçının yoldaşı məcbur olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət etmişdir, lakin polis ona xx.xx.2025-ci il tarixli, B1-1/-2-7-9707/25 saylı məktubla bildirmişdir ki, hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə işlərə mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını və bununla bağlı məhkəməyə müraciət etməyini bildirmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qaynı Cavabdeh1 müvəqqəti iddiaçıya məxsus evdə yaşasa da, heç bir rəsmi qeydiyyatları yoxdur. Bundan əlavə Cavabdeh1 iddiaçıya məxsus mənzilin açarlarını dəyişərək, iddiaçını o evə yaxın getməyə belə icazə vermir. Hətta Cavabdeh1 iddiaçıya məxsus mənzildə yaşamasına baxmayaraq illərdir kommunal xərcləri iddiaçı ödəyir. Cavabdehlərin həmin mənzildə nə qeydiyyatları yoxdur, nə də son zamanlar həmin mənzildə mütəmadi yaşamırlar.

3. Daha sonra iddiaçı iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 Abbasqulu qızının soyadının “Babayeva” kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh5 Abasqulu qızı, X8 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslanırıcı hissə: a) İş materialları:

7. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 xx.xx.2025-ci il tarixli müraciətinə baxılmış, ona hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə işlərə mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxılması və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 15c, 21 saylı mənzil ilkin olaraq X1 adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 32 saylı DNK-nın 4Ə-1069 reyestr nömrəli xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 15c, 21 saylı mənzil (yeni qaydalarla : ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

10. X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X4 (hədiyyə verən) Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 15c, mənzil 21 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.7 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən tam hissədə hədiyyə alan arvadı İddiaçı mülkiyyətinə verir.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 15c, 21 saylı mənzildə İddiaçı 05 oktyabr 2009-cu il tarixdən qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan digər şəxslər - X12 (xx.xx.2005), X10 (xx.xx.2003), X7r (xx.xx.2001). b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

12. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, hazırki mübahisənin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 15c, 21 saylı mənzil ilkin olaraq hazırki iş üzrə iddiaçının əri X1 adına qeydiyyatdan keçmiş, daha sonra bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir və həmin vaxtdan hal-hazıradək iddiaçının mülkiyyətindədir.

13. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 15c, 21 saylı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan və cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onlar həmin mənzildən çıxarılmalıdır. Belə ki, cavabdehlərin həmin mənzildə yaşamalarına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə hər hansı bağlılıqları müəyyən edilmədiyindən onların həmin sahədən çıxarılmaları tələbi də əsaslı olmuşdur. c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Konstitusiyası: 12-ci maddəsinin İİ hissəsi. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 13-cü maddəsinin İ bəndi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ-İİ bəndləri. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X14rşı” işi üzrə qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1-157.2. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1, Cavabdeh5, X8 və Cavabdeh4 əşyaları ilə birlikdə İddiaçı məxsus olan ünvan 5 ünvanında yerləşən 21 nömrəli mənzildən (yeni qaydalarla: ünvan 1 çıxarılmalıdırlar.

20. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə çəkilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh5, X3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Nəticə:

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, X8 və Cavabdeh4 əşyaları ilə birlikdə İddiaçı məxsus olan ünvan 5 ünvanında yerləşən 21 nömrəli mənzildən (yeni qaydalarla: ünvan 1 çıxarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh5, X3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar