Məhkəmə qərarları › İş №e-2(006)-5049/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5049/2025

18.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5049/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh2 X4rşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh2 X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 rektoru X9 10 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilərək Cavabdeh2 X5 həkim – stomatoloq işinə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 rektoru X9 10 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilərək Cavabdeh2 X5 həkim – stomatoloq işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1%-i məbləğində ödəncin hesablanaraq cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2000-ci il tarixdən müvafiq əmək müqaviləsi əsasında Cavabdeh2 X5 həkim – stomatoloq olaraq işləyirdi. xxxxxxx000300 nömrəli müvafiq əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə yenilənmişdir. Gross əmək haqqı 450 manat olub, lakin həmin əmək haqqı heç vaxt heç bir əsas və səbəb olmadan tam həcmdə ödənilməmişdir. Bu şəraitdə əmək fəaliyyətini davam etdirməyinə məcbur qalmasına səbəb övladlarını təkbaşına böyütməyi olmuşdur. İşlədiyi dövr ərzində intizam tənbehi almamışdır. İş yeri Cavabdeh2 X14 əvvəllər rüşvətə görə məhkumluq həyatı yaşamış X22 direktor təyin edildikdən sonra haqq tələb olunmağa başlanmışdır. Tələb olunan haqqı ödəmədiyi halda isə işdən çıxmaq barədə ərizə verməyi tələb olunurdu. Qanunsuz tələblər ifrat həddə çatdığı üçün məcburiyyət qarşısında qalaraq bu barədə 10 avqust 2025-ci il tarixdə Cavabdeh2 rəhbərliyinə ərizə ilə məlumat verərək işdən çıxmasına dair təzyiqlərə son qoyulmasını və işdən çıxmasının tələb olunmasına rəsmi yazılı aydınlıq gətirilməsi üçün X14 göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra, yəni xx.xx.2025-ci il tarixdə Cavabdeh2 rektoru cənab X9 10 nömrəli əmri ilə müvafiq əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirmişdir. Hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün heç bir əsas mövcud olmadığından əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh2 rektoru cənab X9 10 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ləğv edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilərkən son – haqq hesab lazımi qaydada hesablanıb ödənilməyib. Belə ki, cari və əvvəlki illərdən kəsir qalmış əmək haqqı və istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya vaxtında və tam şəkildə ödənilməyib. Lakin işə bərpa barədə iddia tələbi təmin olunduğu halda “son haqq hesab üzrə borc tələbi”nin təmin edilməsinə zərurət aradan qalxacağı üçün hazırki iddia tələbində sözügedən tələb irəli sürülmür. Cavabdeh2 X8 etirazı: Cavabdehin nümayəndəsi Nümayəndə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış əmək müqaviləsi əsasında Cavabdeh2 X6 Poliklinika şöbəsinin həkim-stomotoloqu kimi fəaliyyət göstərib. Lakin əmək fəaliyyətində yol verdiyi kobud pozuntu faktları nəticəsində Cavabdeh2 rektoru X10 "Əmək müqaviləsinə xitam verilməsinə dair” xx.xx.2025-ci il tarixli əmri ilə iddiaçı X11 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilmişdir. İddiaçı Əmak Məcəlləsinin 72-ci maddəsinin müvafiq olaraq "c” və "e” bəndlərində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən davranış və hərəkətləri törətdiyi üçün əmək müqaviləsi xitam edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi əsas alınmışdır. Belə ki, İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi ziyan vurmuş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində cavabdehin qanuni manafeyinə ciddi xələl gatirmişdir. Tərəflər arasındakı keçmiş əmək münasibətlərini tənzimləyən Əmək Müqavilasinin 3-cü maddəsi işçi qismində iddiaçının əmək funksiyalarını müəyyən edir. Hamin maddənin tərkibinə daxil olan əmək funksiyalarının heç birində Klinika adından müştərilərdən xidmət haqqı qismində pul vasaitlərinin alınması va ya hamin xidmət haqqı vəsaitlərinin har hansı bir formada "rəsmiləşdirilməsi” qeydi mövcud deyil. Əmək fəaliyyəti dövrü X12 xəstə qabulu cədvəli ilə Klinikanın xəzinəsinə daxilolmalar arasındakı uyğunsuzluqlar çoxaldığından daxili nəzarət komissiyası tərəfindən yoxlamalar aparılmışdır. Müşahidələr, xəstələrin qeydiyyatına va xəzinəyə daxil olan vəsaitlərə dair hesabatlar, habelə xəstə şikayələrinin araşdırılmasından məlum olmuşdur ki, iddiaçı Klinikanın "X21” va "Maliyyə və Müalicə Qaydaları"na zidd olmasına baxmayaraq davamlı şəkildə xəstə qəbulu zamanı ödanişləri ona ayrılmış xidməti otağında Klinikanın hesabına köçürmək adı ilə qəbul etmiş va həmin vəsaitləri özü mənimsəmişdir. Müvafiq pozuntu faktının aşkarlanmasına dair Azarbaycan Tibb Universitetinin X7 xx.xx.2025-ci il tarixli Akt tartib edilmişdir. İddiaçı törətdiyi qeyri-etik va həkimlik peşəsinə yaraşmayan mənimsəmə hallarının üzə çıxmasından sonra, yəni xx.xx.2025-ci il tarixli Aktın tartib edildiyi tarixdən əmək müqaviləsinin xitam tarixinə qədər olan müddət ərzində, yəni 10 avqust 2025-ci ildə Klinikanın rəhbərliyindən Cavabdeh2 rektoru canab Gəray Gəraybəyliyə va Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayətlər etmişdir. Şikayətlərin tarixlərinə nəzər saldıqda aydın olur ki, iddiaçı məhz Klinikaya vurduğu maddi ziyanın aşkarlanmasından sonra, yəni Aktın tərtib olunduğu tarixdən sonra özünü "sığortalamaq” üçün şikayətlər etmişdir. İddiaçı X13 iddia ərizəsində "əmək haqqı heç vaxt heç bir əsas va səbəb olmadan tam həcmdə ödənilməmişdir” ittihamına münasibətdə bildirir ki, bu hazırki işə bərpaya dair fərdi əmək mübahisəsinin predmeti deyil. Hətta varsayılsa ki, iddiaçı bu tələbi başqa bir fərdi əmək mübahisəsi üzrə müstəqil mübahisələndirir, Klinika müvafiq ödənişlərin ödənilməsinə va haqq-hesabın tamamlanmasına dair bütün təsdiqedici sənədləri təqdim etməyə hazırdır. İddiaçı Şafi qızı iddia edir ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsi üçün heç bir bir əsas yoxdur. Lakin Əmak Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi diktə edir ki, işçi Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqavilasi ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin "c” və "e” bandlarində aşağıdakı kobud pozuntu halları müəyyən edilib: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi İddiaçı əməllərinə yuxarıda sadalanmış müvafiq hallara münasibətdə qiymət verildikdə aydın olur ki, İddiaçının mənimsədiyi vəsait Cavabdeh Klinikanın fəaliyyətindən gələn gəlir kimi Klinikanın Xəzinəsinə daxil olmalı idi, lakin Klinika bu vəsaitlərdən məhrum olmuşdur. İddiaçının təqsirli hərəkətləri nəticəsində Cavabdehə maddi ziyan dəyib. Əlavə olaraq Cavabdeh Klinika Azarbaycan Tibb Universitetinin nəznində fəaliyyət göstərir, yəni demək olar ki, bütün Tibb Universitetinin tələbələri tədris müddəti ərzində bir dəfə təcrübə və yaxud praktik dərslərin keçirilməsi üçün Klinikaya gəlir. Odur ki, Klinikanın hər bir əməkdaşı öz davranış va əməlləri ilə tələbələrə nümunə olmalıdır, onların qeyri-etik, mənəvi dəyərləri ucuzlaşdıran va nəfsi istəkləri qabardan hərəkətləri birbaşa Klinikanın imicinə va reputasiyasına təsir edir. İddiaçının qanunsuz hərəkətləri nəticəsində hal-hazırda Tibb Universitetinin tələbələrindən tutmuş, müəllim va inzibati heyatinə qədər İddiaçı Klinikadakı mənimsəmə hallarından danışır. Nəticədə İddiaçı özü işdən azad edilsə də, qanuni manafelarinə vurduğu ziyan bundan bəlkə illər sonra da Klinikanın adında qara ləkə kimi qalacaq. Əlavə olaraq tərəfimizdən əmək müqavilasinə xitam verilməsi qanunvericiliyə uyğun olduğundan iddia tələbinin "məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” hissəsində iddiaçının dəlilləri əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xajiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 2000-ci ildən Cavabdeh2 X5 işləyir. xx.xx.2018-ci ildə Gəray müəllim tərəfindən müqavilə yenilənib. 1 ildir ki, onlara yeni direktor İmran bəy təyin olunub. Bu müddətə qədər də ona heç bir xəbərdarlıq olunmayıb, vaxtında gedib vaxtında gəlib. Bir gün onu İmran həkim çağırıb ki, gəl ərizəni yaz işdən çıx. Heç bir əsas göstərməyib, deyib ki, ilin axırına kimi bir neçə nəfər çıxaracağıq. Soruşub ki, onu niyə işdən çıxarırlar və ərizəni yazmayıb. Qalan məzuniyyətinin verilməsini istəyib, lakin razılaşmayıblar. Deyib ki, “onda səni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracağıq”. Sonra da deyiblər ki artıq əmr verilib, işə çıxma. Bu günə qədər ona heç bir xəbərdarlıq, töhmət olmayıb. Btüün xəstələr ondan razı olub. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və həmçinin əmrdə əsaslandırma, Həmkarlar İttifaqının rəyinin olmadığını, iddiaçıya hələ də əmrin surətinin və son haqq-hesabın verilmədiyini qeyd edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh2 nümayəndəsi X2 Universitetinin hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığını bildirərək, onlara münasibətdə iddianın rədd olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirdi və etirazın məzmunun auyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2018-ci il tarixli, **********827 saylı İddiaçı ilə X18 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı polikinika şöbəsində həkim-stomatoloq vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh2 X8 xx.xx.2025-ci il tarixli aktından görünür ki, X15 Poliklinika şöbəsinin həkim-stomatoloqu İddiaçı 23 noyabr 2018-ci il tarixində klinikanın “X21 və “Maliyyə və Müalicə Qaydaları”-nı həmçinin xx.xx.2024-cü i ltarixdə klinikada nizam-intizamı gücləndirmək, həkim və pasient münasibətlərinin şəffaflığıın təmin etmək məqsədi ilə qəbul olunmuş əmri kobud şəkildə pozaraq, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri icra etməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində xəstə X19 həkim-stomatoloq İddiaçı qəbuluna gəlmişdir. İddiaçı tərəfindən göstərilən tibbi xidmətə görə ödəniş birbaşa olaraq həkim tərəfindən qəbul edilmişdir. Bu isə vəsaitin xəzinədən yayındırılaraq mənimsənilməsi kimi qiymətləndirilir. xx.xx.2025-ci il tarixli, 10№-li Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “Poliklinika şöbəsi” bölməsində “Həkim-stomatoloq” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70-ci maddəsini “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsaəsn xx.xx.2025-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 50 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01890 saylı “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, xx.xx.2025-ci il tarixə, saat 16:30-a təyin edilmiş mediasiya prosesində hər iki tərəf iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. 1 saylı Bakı Dost Mərkəzinin xx.xx.2025-ci il tarixli, 26042/2025 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 186 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisəX21nı pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”

Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının əmək intizamına və müəssisəX21na əməl etməməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə iddiaçının işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, işəgötürən əmək qanunvericiliyinə riayət etməməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vermiş və iddiaçını işdən azad etmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin “əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar” adlanan 80-ci maddəsinin tələbinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə araşdırması zamanı müvafiq razılığın alınması ilə bağlı cavabdeh klinikadan sənədlər tələb edildikdə, Klinikanın nümayəndəsi müvafiq razılığın olduğunu bildirsə də, məhkəmə iclaslarının dəflərlə bu məqsədlə təxirə salınmasına baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Bu da əmək qanunvericiliyinin həmin tələbinə riayət edilməməsi qənaətinə gəlmək üçün əsas verir. Bundan başqa Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Müvafiq tənbeh tənberi verilməzdən əvvəl cavabdeh tərəfin yol verilməsini iddia etdiyi pozuntu halı ilə bağlı iddiaçının izahatının alınması, izahat verməkdən imtina etdiyi halda, bu halın aktlaşdırılması iş materialları ilə müəyyən edilmir, həmçinin cavabdeh Klinika tərəfindən müvafiq sənədlər, tələb edilməsinə baxmayaraq, məhkəməyə təqdim edilməmişdir. Bununla da qanunvericiliyin tələblərinin pozulduğu öz təsdiqini tapmışdır. Bundan başqa Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşdən görünür ki, cavabdeh Klinika Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə istinad etməklə, o cümlədən müvafiq sənədin əsaslandırılmasının imperativ xarakter daşımasına baxmayaraq, heç bir əsaslandırma aparmadan, yalnız müvafiq maddənin məzmununu əmrə daxil etməklə iddiaçını işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin müvafiq maddəsinin məzmununun əmrə köçürülməsi, həmin əmrin əsaslandırılması demək deyildir. Bundan başqa, o da qeyd olunmalıdır ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə, onun məzmununda göstərilməli olan - verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. O da qeyd olunmalıdır ki, ƏM-nin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, iddiaçının vəsaiti xəzinədən yayındıraraq mənimsəməsi ilə bağlı əmək və ya ircra intizamının yol verildiyi iddia edilən pozuntu elə həmin tarixdə - xx.xx.2025-ci il tarixdə aşkar olunsa da, müvafiq intiazm tənbehi qanunda nəzərdə tutulan bir aylıq müddət ötürülməklə tətbiq edilmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edən əmrlə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin “əmək haqqının gecikdirilməsinə görə faiz ödəncin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə hazırki işin faktiki hallarına əsasən qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 X16 tərəfindən İddiaçı barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz hesab edildiyindən, cavabdeh tərəfindən iddiaçının əmək haqqının verilməsinin gecikdirilməsi işin mübahisəsiz halıdır. Bu gecikdirmənin işəgötürənin təqsiri üzündən baş verməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məxəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin məcburi iş buraxma üçün əmək haqqı ilə bağlı tələblərə tətbiqi həmin normanın mahiyyətindən irəli gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Qərarında da fərdi əmək mübahisəsinin yarandığı hallarda da həmin normanın tətbiqi ilə bağlı ifadə etdiyi mövqe məcburi iş buraxma üçün əmək haqqı tələblərinə deyil, işçinin işlədiyi dövr üçün ödənilməli olan, yəni işçinin gördüyü işə görə ödənilməli olan, lakin işəgötürənin təqsiri üzündən ödənilməyən əmək haqqının ödənilməsi ilə bağlı mübahisələrə tətbiq edilməlidir. ƏM-nin 172-ci maddəsinin mahiyyətindən göründüyü kimi işəgötürənin təqsiri dedikdə, işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallar ilə bağlı işçinin əmək haqqının ödənilməsinin gecikdirildiyi hallar nəzərdə tutulmuşdur. Həmçinin işəgötürənin özündən asılı olmayan səbəblərə görə işçiyə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə işəgötürənin məsuliyyəti istisna edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən, yəni işdən çıxarılmasında özünü haqlı hesab edərkən işəgötürən tərəfindən işçiyə əmək haqqının ödənilməsindən söhbət gedə bilməz. Yəni belə bir şəraitdə İddiaçı Cavabdeh2 X16 tərəfindən əmək haqqının verilməsinin gecikdirilməsinin cavabdehin iradəsindən və imkanlarından asılı olan hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, Cavabdeh2 X16 tərəfindən verilmiş İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmr məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar məhkəmə tərəfindən qəbul edildiyindən məcburi iş buraxmaya görə əmək haqqının gecikdirilməsində cavabdeh təqsirli hesab edilə bilməz. Məhkəmə iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh2nə münasibətdə iddianın rədd olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə iddiaçının işəgötürəni Cavabdeh2 deyil, Cavabdeh2 X1 və əmək müqaviləsinə də Klinika tərəfindən xitam verildiyindən və hazırkı iddiaya cavab verməli olan şəxs kimi Universitetin özü deyil, müvafiq Klinika çıxış etdiyindən, ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında Cavabdeh2 X16 tərəfindən verilən xx.xx.2025-ci il tarixli əmr ləğv edilməli, İddiaçı Cavabdeh2 X5 həkim – stomatoloq vəzifəsinə işə bərpa edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkil tərəfindən təqdim olunmuş hesabatda göstərilən saatları nəzərdən keçirərək, işin xarakterini və işə sərf oluna bilən real vaxtları nəzərə almaqla hesab edir ki, İddiaçı hüquqi yardım göstərdiyinə görə Maraqlı şəxs tərəfindən Vəkil 440 manat əmək haqqının hesablanaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında Cavabdeh2 X16 tərəfindən verilən xx.xx.2025-ci il tarixli 10 nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh2 X5 həkim – stomatoloq vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Vəkil tərəfindən İddiaçı göstərilmiş hüquqi yardıma görə cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Maraqlı şəxs hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar