Məhkəmə qərarları › İş №e-2(006)-5051/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5051/2025

14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5051/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Bafadar oğlunun iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 onun anasıdır. O, xx.xx.1944-cü ildə Bakı şəhərində (Qala qəsəbəsində) anadan olmuşdur. X3 anası X2r. F.X.Kaşiyeva xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Lakin, mərhum X4 doğumu barədə sənədi (şəhadətnaməsi) olmadığından onun doğum tarixini (xx.xx.1944-cü il) təsdiq etmək və valideynləri haqqında məlumatı müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-H-478-6-256/2025 saylı cavab məktubunda, arxiv fondunda mühafizə edilən 1944-cü il Əzizbəyov (Xəzər) rayonu Qeydiyyat şöbəsi, Qala, Zirə, Türkan, Mərdəkan, Binə, Buzovna, Pirallahı qəsəbələri üzrə doğum haqqında qeydiyyat kitablarında Fəridə Xeyrulla qızının təvəllüdü haqqında heç bir məlumatı aşarlanmadığı qeyd olunmuşdur (məktub əlavə olunur). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8 69-541 saylı arayışda Fəridə Xeyrulla qızı barəsində Maraqlı şəxs1ndə xx.xx.1944-cü ilə aid doğum haqqında akt qeydinin aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin və Xəzər rayon Qeydiyyat şöbəsi sözügedən məktub və arayışından göründüyü kimi, mərhum Fəridə Kaşiyevanın (qızlıq) soyadı göstərilmir. Qeyd etmişdir ki, “Kaşiyev” soyadı atası X10 məxsus olmuşdur. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-4xx-xx/2025 saylı arayışdan göründüyü kimi, X8 və Fəridə Xeyrula qızının nikahları haqqında xx.xx.1973-cü il tarixli, 398 nömrəli akt qeydi aparılmışdır. Nikah, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra mərhum Fəridə “Kaşiyeva” soyadını almışdır. Həmin nikah xx.xx.1990-cı il tarixdə pozulmuşdur. Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsi tərəfidən verilmiş xx.xx.2025-ci il tarixli, 3-165/8-15-944/25 saylı arayışdan görünür ki, X7: qızı: Səmədova (Kaşiyeva) Natəvan Şamil qızı (xx.xx.1974); oğlu: Ərizəçi (xx.xx.1975) var. Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 307.2.3-cü maddəsinə əsasən, Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. X1 doğumu faktının müəyyən olunması, anam F.X.Kaşiyevadan qalan əmlakla əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə tələb olunur. X7 doğumuna dair sənədlərini məhkəmədən kənar əldə etmək mümkün deyildir. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X5 xx.xx.1944-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində doğulması faktının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxslər Azərbaycan Respublikasının Milli Arviv İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Fəridə Xeyrulla qızı barəsində Maraqlı şəxs1ndə xx.xx.1944-cü ilə aid doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs1ndə 1949-cu illlərə qədər akt qeydləri saxlanmadığına görə 1947-1964-cü illərə dair bərpa kitabları üzrə Xəzər rayon qeydiyyat şöbəsində yoxlanılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024cü ilin 08 ayının 09 günündə 779 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1944-cü il təvəllüdlü X5 barəsində məlumatlar aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X12 və Fəridə Xeyrulla qızı xx.xx.1973-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Kaşiyev, arvada Kaşiyeva soyadı verilmişdir. Nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1990-cı il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1990-cı ildə 925 nömrəli akt qeydi ilə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Beləliklə, ərizəçinin izahatı, işin materialları ilə X5 xx.xx.1944-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində doğulması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin atasının şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi anasının doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.1944-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində doğulması, və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırki qətnamə Ərizəçi anasının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx.xx.1944-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində doğulması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar