Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5062/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli MF-KL\069 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə xitam verilməsi və Mingəçevir şəhəri A.Məmmədov küçəsində istifadədə olan 0,162 hektar torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 57,85 kvadrat metr ümumi, 36,31 kvadrat metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2(051)- 157/2023 nömrəli qətnaməsi ilə (hakim E.Cəbrayılzadə) iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun alınması və sair tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-491/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-157/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X3, X4 və X2 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 121 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş və aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat ekspertiza xərcinin iddiaçı ləğv prosesində olan "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə, qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manatın ləğv prosesində olan "xxxx" ASCdən alınaraq «X6» MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Daha sonra LPO "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-588/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-491/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər üç instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad edərək iddiaçının kredit borcunun ödənilməsini tələb etməkdə iddia müddətini buraxılması əsası ilə iddianın rədd edilməsi qənaətində olmuşlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Mülki Məcəlləsinin 527.1.-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəlləsinin 550.1-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəlləsinin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, «odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.» Konstitusiya Məhkəməsi Plenumunun bu yanaşmasnı nəzərə alaraq o, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2024-cü il tarixdə müraciət edib xx.xx.2015-ci il tarixli MF-KL\069 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə özünə məxsus Mingəçevir şəhəri A.Məmmədov küçəsində istifadədə olan 0,162 hektar torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 57,85 kvadrat metr ümumi, 36,31 kvadrat metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli **********514 saylı məktubla həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsindən imtina etmişdir. Bu səbəbdən xx.xx.2015-ci il tarixli MF-KL\069 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə etdiyi ki, əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur, cavabdehin müvafiq subyektiv hüququnun aradan qalxdığına görə mənə xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilin ipotekadan azad edilməsinə dair imtinasını da əsassız edır. Beləliklə hesab edir ki, xx.xx.2015-ci il tarixli MF-KL\069 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə xitam verilməli və Mingəçevir şəhəri A.Məmmədov küçəsində istifadədə olan 0,162 hektar torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 57,85 kvadrat metr ümumi, 36,31 kvadrat metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin mülki işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının qəbul edilməsi tələbini nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, məhkəmədən xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə xitam verilməsi və Mingəçevir şəhəri, A.Məmmədov küçəsində istifadədə olan 0,162 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 57,85 m2 ümumi, 36,31 m2 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandırarkən, Mülki Məcəllənin 550.1, 554.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2022-ci il tarixli Qərarına istinad etmiş və qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-157/2023 nömrəli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdeh İddiaçı, X3 və X2 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməmiş, həmin qətnamədən bank tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)- 491/2023 nömrəli qətnaməsi ilə Mingəçevir şəhər Məhkəməsinin qətnaməsi yalnız məhkəmə xərclərinə aid hissədə dəyişdirilmiş, daha sonra bank həmin qətnamədən kassasiya şikayəti versə də, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-491/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, hər üç məhkəmə instansiyası öz mövqeyini Mülki Məcəllənin 375.2-ci maddəsi, yəni müqavilə tələbləri üzrə iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı iddia tələbini Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunmuş xx.xx.2022-ci il tarixli Plenum qərarına istinad etsə də, qərarın məzmununu tam şəkildə ərizəsində göstərməmiş, Konstitusiya Məhkəməsinin mövqeyini öz xeyrinə təfsir etmiş, bununla da mülki mübahisəyə düzgün normanın deyil, tamamilə başqa normanın tətbiqinə nail olmaq məqsədi güdmüşdür. Belə ki, sözügedən qərarda həm də qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Konstitusiya Məhkəməsi iddia müddəti ilə bağlı əvvəlki qərarlarında olduğu kimi, bu qərarında bir daha qeyd etmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 2001-ci il 27 dekabr tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarlar)... Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır... İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz... İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Qərarın məzmunundan da görünür ki, Konstitusiya Məhkəməsinin oxşar mübahisələrlə bağlı (eləcə də hazırki mübahisə ilə bağlı) mövqeyi kifayət qədər aydın ifadə olunmuşdur. İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Ən bəsit formada ifadə edilsə, iddia müddəti borcun, yaxud digər öhdəliyin icrasının məhkəmə qaydasında tələb olunması üçün hüququ pozulmuş şəxsə qanunla verilmiş müddətdir və bu müddətin ötürülməsi borcun məhkəmədənkənar qaydada borcludan tələb edilməsini istisna etmir. Məhz bu hüquqi məntiqlə yanaşaraq Konstitusiya Məhkəməsi qeyd edir ki, «İpoteka haqqında» Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi «İpoteka haqqında» Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Mingəçevir şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2(051)-157/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X1, X4 və X2 qarşı «kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Təqdim olunmuş digər sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-491/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız məhkəmə xərclərinə aid hissədə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-491/2023 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı 10 iyul 2024-cü il tarixdə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli MF-KL\069 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə xitam verilməsi və Mingəçevir şəhəri A.Məmmədov küçəsində istifadədə olan 0,162 hektar torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 57,85 kvadrat metr ümumi, 36,31 kvadrat metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsini xahiş etmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 avqust 2024-cü il tarixli **********514 saylı məktubundan görünür ki, iddiaçının 10 iyul 2024-cü il tarixli müraciətinə baxılmış və ipotekaya xitam verilməsi üçün «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan hallar mövcud olmadığından ipoteka predmeti olan mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” azərbaycan Respublikası Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2022-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-157/2023 saylı qətnaməsindən göründüyü kimi, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə tələblərə münasibətdə iddia müddəti keçsə də, bu, həmin müqavilənin təminatı kimi çıxış edən ipoteka (girov) müqaviləsi üzrə yüklü edilmiş Mingəçevir şəhəri A.Məmmədov küçəsində istifadədə olan 0,162 hektar torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 57,85 kvadrat metr ümumi, 36,31 kvadrat metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 nömrəli mənzilə münasibətdə ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına əsas vermir. Qanunvericilikdə ipotekaya xitam verilməsinin dəqiq əsasları müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. İddiaçının irəli sürdüyü dəlil ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslarda qeyd edilməmişdir.Bu səbəbdən, iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5062/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5062/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver