Məhkəmə qərarları › İş №e-2(006)-509/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-509/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-509/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı X4 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti və “buraxılmış müddətin bərpası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(006)-509/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 ərizəni müdafiə edərək izahatında qeyd etmişdir ki, "xxxx" MTK hazırda hər hansı fəaliyyətlə məşğul deyil və ofisi yoxdur. 2017-ci ilə qədər kooperativin ofisi ünvan 1 ünvanda yerləşib. Hazırda orada həmin yaşayış binasında idarəetməni həyata keçirən "xxxx" MMC-nin ofisi yerləşir. Lakin, iddiaçı həmin ofisə müraciət etməyib və iddia ərizəsində cavabdehin ünvanı kimi mövcud olmayan poçt ünvanını qeyd edib. Bu səbəbdən birinci instansiya məhkəməsi məhkəmə bildirişlərini ünvan 2 ünvanına göndərib, halbuki həmin poçt ünvanı Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/4217 saylı, xx.xx.2006-cı il tarixli məktubuna əsasən 2006-cı ildən dəyişdirilib. Bu səbəbdən "xxxx" MTK birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən iş icra icraatına göndərildikdən sonra məlumat alıb və xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə rəsmi qaydada təqdim olunub. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini və işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə iddiaçı X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, ərizəni nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(006)- 509/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilməsi barədə ərizə təmin edilməli, mülki iş şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, 28 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MTK ilə X6 arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 (on iki min altı yüz) manat, habelə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun və kommunal xərclərə dair artıq ödənilmiş 200 (iki yüz) manat, ümumilikdə 12.928 (on iki min doqquz yüz iyirmi səkkiz) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı X5 ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdeh "xxxx" MTK-dan tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE**********0002088501, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdeh tərəfə təqdim edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-1729/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-509/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və cavabdeh tərəfindən verilmiş müddətin bərpası ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti müddətinin buraxılması üzrlü hesab edilməli və buraxılmış müddət bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə “apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış müddətin bərpası barədə” ərizə təmin edilsin. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzürlü hesab edilərək bərpa olunsun və mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar