Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-511/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdehndə Satış Əməliyyatları Departamenti X1 bölgə müdiri vəzifəsindən azad edilməyi barədə 25 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə mənə ödənilməli olan 9000 (doqquz min) manatın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, ödənilməmiş məzuniyyət günlərinə görə 4052,63 (dörd min əlli iki manat 63 qəpik) manat kompensasiyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehndə Satış Əməliyyatları Departamenti X3 Adminstrator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə X3 mağaza müdiri, xx.xx.2024-cü il tarixdə şəbəkədə bölgə müdiri vəzifəsinə keçirilmişdir. 2024-cü il iyun ayının əvvəllərində şirkət rəhbərliyindən satış direktoru Rəşad Bilalov iddiaçıya yenidən mağaza müdiri vəzifəsinə keçməyi təklif etmiş, iddiaçı bu təklifi qəbul etməmişdir. Bu təklifi qəbul etməyini bir neçə dəfə israr etdiklərinə baxmayaraq iddiaçı qəbul etməmişdir. İşində heç bir nöqsana yol vermədiyini, yaxşı işinə görə dəfələrlə mükafatlandırıldığını bildirmiş, aşağı vəzifəyə keçirilməyinin səbəbini başa düşmədiyini demişdir. 25 iyun 2025-ci il tarixdə şirkət rəhbərliyi iddiaçıya mağaza müdirliyi vəzifəsini qəbul etməyi, ya da ərizə yazıb işdən getməyi bildirdilər. Beləliklə, işdən çıxmaq üçün ərizə yazmağa məcbur etdilər. İddiaçı bunun qanunsuzluq olduğunu bildirsə də, ona ərizə yazmayacağı təqdirdə heç də yaxşı olmayacağını demişlər. Beləliklə, o, məcbur qalaraq Cavabdehndə Satış Əməliyyatları Departamenti X2 bölgə müdiri vəzifəsindən çıxmağı ilə bağlı ərizə yazmağa məcbur olmuşdur. O, vəzifədən çıxmaq istəyində olmamışdır, işdən çıxmaq üçün ərizəni ona yazmağa məcbur ediblər. Belə ki, cavabdeh tərəfindən iddiaçının ərizə yazdığı gün, yəni xx.xx.2024-cü il tarixdə X2 bölgə müdiri vəzifəsindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən azad edilməyi, aralarındakı əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Cavabdeh əmək müqaviləsinin iddiaçının iradəsinin əleyhinə olaraq pozulmasına nail olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Cavabdeh qanunun bu tələbini pozaraq son haqqhesabda 47 gün məzuniyyət gününün əvəzinə ödəməli olduğu 4052,63 (dörd min əlli iki manat 63 qəpik) manat kompensasiyanı iddiaçıya ödəməmişdir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq 02 iyul 2024-cü il tarixdə Cavabdeh MMC-ə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi barədə yazılı təklif göndərmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddəti gözlədikdən sonra mediasiya təşkilatına ərizə təqdim edilmişdir. Mediasiya prosesində ilk iclas 06 avqust 2024-cü il tarixə təyin edilmişdir Həmin iclasda cavabdehin nümayəndəsi iştirak edərək işin sazişlə başa çatması üçün çalışacağını bildirmişdir. İclas 12 avqust 2024-cü il tarixə təxirə salınmışdır. Mediasiya sesiyasının 12 avqust 2024-cü il tarixdə cavabdehin nümayəndəsi zəng edərək qarşılıqlı razılaşma üçün əlavə vaxt istəmişdir. Cavabdehin nümayəndəsi Mediasiya sesiyasının 15 avqust 2024-cü il tarixli iclasında iştirak etməmiş, buna görə də mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. İddia ərizəsi baxılması üçün cavabdehin ünvanını Bakı şəhəri, Xətai rayonu, 8 noyabr pr-ti,15, X7 göstərməklə Xətai Rayon Məhkəməsinə 23 avqust 2023-cü il tarixdə göndərmişdir. Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(011)-7234/2024 saylı qərardadı ilə cavabdehin ünvanının Bakı şəhəri, Nəsimi rayonu ərazisində olduğundan iddianın aidiyyatı üzrə düzgün verilmədiyi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göstərilən qərardad elektron məhkəmə sisteminə 26 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir.
3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-də Satış Əməliyyatları Departamenti X1 bölgə müdiri vəzifəsindən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməsi, məcburi iş buraxmaya görə məhkəmə qətnaməsi çıxan günədək ödəməli olduğu əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi və ödənilməmiş məzuniyyət günlərinə görə 4052,63 (dörd min əlli iki manat, altmış üç qəpik) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi üzrə “əmrin ləğv edilməsi və s.” tələbinin “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” hissəsinin ayrılaraq, ayrıca icraatda baxılması, ayrılan tələbə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsi qərara alınmışdır.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin olunmasını xahiş etdilər.
6. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbinin əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. İddiaçı əmək kitabçasından görünür ki, xx.xx.2020-ci il tarixli əmr ilə Cavabdeh MMC-də Cəmiyyətin Satış Əməliyyatları Departamenti X3 Adminstrator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli əmr ilə həmin şöbəyə Mağaza müdiri vəzifəsinə keçirilib, xx.xx.2024-cü il tarixli əmr ilə X5 X4 müdiri vəzifəsinə keçirilib, xx.xx.2024-cü il tarixdə həmin şöbəyə Bölgə müdiri vəzifəsinə keçirilib, xx.xx.2024-cü il tarixli əmr ilə AR ƏM-nin 68.2 “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə Cavabdeh MMC tərəfindən xitam verilmişdir.
9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 3 ay müddətinə X1 Satış Əməliyyatları Departamentinə adminstrator vəzifəsinə qəbul edilmişdir. Əsas məzuniyyət müddəti 21 təqvim günü, əmək stajına görə 6 təqvim günü məzuniyyət müəyyən edilmişdir.
10. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 3 ay müddətinə X1 Satış Əməliyyatları Departamentinə adminstrator vəzifəsinə qəbul edilmişdir.
11. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmiş, xx.xx.2021-ci il tarixdən Cəmiyyətin Satış Əməliyyatları Departamenti X1 tam iş rejimli Mağaza müdiri vəzifəsinə keçirilməsi, Əmək haqqının ştat cədvəlinə uyğun olaraq 685 AZN təşkil etməsi, işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsi razılaşdırılmışdır.
12. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş, “Adminstrator” vəzifəsindən “Mağaza müdiri” vəzifəsinə keçirilmiş, əmək haqqının məbləği 450 manatdan 685 manata dəyişdirilmişdir.
13. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmiş, xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Satış Əməliyyatları Departamenti X1 tam iş rejimli Mağaza müdirinin əmək haqqının dəyişdirilməsi, Əmək haqqının ştat cədvəlinə uyğun olaraq 1000 AZN təyin edilməsi, işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsi və əmək haqqının xx.xx.2022-ci il tarixindən tətbiq edilməsi razılaşdırılmışdır.
14. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş, əmək haqqının məbləği 685 manatdan 1000 manata dəyişdirilmişdir.
15. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, aşağıdakılar razılaşdırılmışdır: xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmişdir. xx.xx.2024-cü il tarixdən Cəmiyyətin Satış Direktorluğunun X3 Tam iş rejimli Mağaza müdiri vəzifəsinə keçirilir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1000 AZN təşkil edir. İşçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyun əmək haqqı ödənilir.
16. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmiş, xx.xx.2024-cü il tarixdən Cəmiyyətin Satış Direktorluğunun X3 tam iş rejimli Bölgə müdiri vəzifəsinə keçirilməsi, Əmək haqqının ştat cədvəlinə uyğun olaraq 3413 AZN təşkil etməsi, işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsi razılaşdırılmışdır.
17. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş, “Mağaza müdiri” vəzifəsindən “Bölgə müdiri” vəzifəsinə keçirilmiş, əmək haqqının məbləği 1000 manatdan 3413 manata dəyişdirilmişdir.
18. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədri Nümayəndə2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi xahiş edilmişdir.
19. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 257-K nömrəli əmrindən görünür ki, İddiaçı - Cəmiyyətin Satış Direktorluğu X1 Bölgə müdirinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə Direktorluğuna həvalə edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas işçinin xx.xx.2024-cü il tarixli ərizəsi olmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçı əmrlə tanış olmuşdur.
20. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə Cavabdeh MMC tərəfindən 257-K nömrəli, xx.xx.2024-cü il tarixli əmr ilə ƏM-nin 68.2.a maddəsinə əsasən tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir.
21. Əmək kitabçasının təhvil alınması barədə çıxarışdan görünür ki, İddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə təhvil aldığını öz imzası ilə təsdiqləmişdir.
22. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01638 nömrəli arayışdan görünür ki, hər iki tərəf öz tələblərini sürmüş və mediasiya prosesini davam etdirməyə razılıq verilməmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.
23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əməkhaqqının əvəzinin ödənilməsi və götürülməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
b) Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 9-cu maddə. “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. 11-ci maddə. “a”, “b” bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddə, 2-ci hissə, “b” bəndi. tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddə, 1-ci hissə. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddə, 4-cü hissə Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddə, 5-ci hissə. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddə, 7-ci hissə. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
25. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1, 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. c) Məhkəmənin mövqeyi:
27. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında əmək münasibətləri yaranmışdır. İddiaçı işə qəbul edildikdən sonra bir neçə dəfə vəzifəsi və müvafiq olaraq əmək haqqı artırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə yazaraq həmin tarixdən işdən azad edilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçının xahişinə əsasən xitam vermişdir. İddiaçı əmri mübahisələndirmək üçün mediasiya təşkilatına, daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddiaçının ərazi aidiyyəti qaydalarına əməl etməməsi səbəbi ilə iddia ərizəsini geri qaytarmış, iddiaçı da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində cavabdehə qarşı iddia tələbi irəli sürmüşdür. Nəsimi Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etdikdən sonra iddia tələbinin “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” hissəsinin iddia tələbindən ayrılması və ayrıca icraatda baxılması barədə qərardad qəbul etmişdir. İddiaçı işdən azad edilməsi barədə xx.xx.2024cü il tarixli ərizənin ona məcbur yazdırıldığını bildirir və bunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə uyğun olmadığı ilə əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaçıya qarşı heç bir təsir olmadığını, ona hər hansı təsir edə biləcək şəxsin olmadığını bildirmişdir.
28. Məhkəmə qeyd edir ki, iddiaçı ona işdən çıxarılma barədə ərizənin məcbur yazdırıldığını sübut edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, o, ərizənin ona məcbur yazdırıldığını sadəcə mülahizə olaraq bildirir və qeyd edir ki, ondan bölgə müdiri vəzifəsindən mağaza müdiri vəzifəsinə keçməsi xahiş edilmiş, iddiaçı isə buna razı olmamışdır. Şirkət rəhbərliyi ona mağaza müdiri vəzifəsini qəbul etməyi ya da ərizə yazıb işdən çıxmağı seçimini vermiş, iddiaçı bunun qanunsuz olduğunu bildirmiş, qarşı tərəf isə ərizə yazmayacağı təqdirdə yaxşı olmayacağını bildirmişlər.
29. İddiaçı öz mülahizələrini heç bir sübutla əsaslandıra bilmir, bunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim etmir və sadəcə iradəsi əleyhinə ərizə yazdırıldığını bildirir. Bunu sübut etmək vəzifəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərindədir. Məhkəmə izah edir ki, əgər sübut təqdim edilməsə və iddiaçının iddia tələbi sadəcə mülahizələrə əsasən təmin edilsə, bu vaxt işəgötürənin mənafeyi sarsılaraq əmək münasibətlərində sabitlik pozulmuş olar və əmək müqaviləsi üzrə, o cümlədən Əmək Məcəlləsinin normaları çərçivəsində hüquqi təminat prinsipinin pozulmasına səbəb olar.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçi ərizəsində tarix qeyd etmədiyi təqdirdə xəbərdarlıq müddətini gözləmək işəgötürənin vəzifəsidir. İddiaçı işdən azad edilməsi barədə ərizəsində dəqiq tarix qeyd etmiş və həmin tarixdə işdən azad edilməsini xahiş etmişdir. İşəgötürən də həmin tarixdə – xx.xx.2024-cü ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Belə ki, işçi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan halları ərizəsində göstərmədiyi halda, əgər işçi ərizəsində işdən azad edilmək istədiyi tarixi qeyd edirsə, bu halda işəgötürənin işçini həmin tarixdə işdən azad etmək vəzifəsi deyil, hüququdur. Qanunvericiliyin xəbərdarlıq müddətini müəyyən etməsinin mahiyyəti işəgötürənin həmin müddətdə yeni işçi tapması, onun fəaliyyətinin pozulmasının qarşısının alınmasına yönəlmişdir. İşəgötürən razı olduğu təqdirdə işçini ərizəsində göstərdiyi tarixdə işdən azad edə bilər. Bu hüquq qanunvericilikdə məhdudlaşdırılmamışdır. İşəgötürən bu hüquqdan istifadə etmiş və işçinin heç bir hüququ pozulmamışdır.
31. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə çəkilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Nəticə:
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova