Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5135/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər “****" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" (*) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı, Neftçilərin Hüquqlarını Müdafiə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər “****" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" (*) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı, Neftçilərin Hüquqlarını Müdafiə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 tələbləri üzrə cavabdeh “***" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək müqaviləsinin ləğv edilməsi barədə 30 oktyabr 2023-cü il tarixli, SNO-TO-027/23 saylı əmrinin ləğv edilməsi, işə bərpa, 30 oktyabr 2023-cü il tarixindən işə bərpa olan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi 10000 (on min) manat, mənəvi ziyanın əvəzi kim 5000 (beş min) manat pulun tutulması, cavabdeh "xxxx" (* Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən maddi ziyanın əvəzi kim 55000 (əlli beş min ) manat, mənəvi ziyanın əvəzi kimi 40000 (qırx min) manat pulun tutulması, Səngəçal neft-qaz terminalı iş sahəsinə qaytarılması barədə, İddiaçı1 tələbləri üzrə cavabdeh “***" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək müqaviləsinin ləğv edilməsi barədə 04 oktyabr 2023-cü il tarixli, SNO- TO-025/23 əmrinin ləğv edilməsi, işə bərpa, 04 oktyabr 2023-cü il tarixindən işə bərpa olan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi 10000 (on min) manat, mənəvi ziyanın əvəzi kimi 5000 (beş min) manat pulun tutulması, cavabdeh "xxxx" (*) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən maddi ziyanın əvəzi kimi 55000 (əlli beş min) manat, mənəvi ziyanın əvəzi kimi 40000 (qırx min) manat pulun tutulması, Səngəçal neftqaz terminalı iş sahəsinə qaytarılması barədə, İddiaçı3 tələbləri üzrə cavabdeh "xxxx" (*) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi 55000 (əlli beş min) manat, mənəvi ziyanın əvəzi kimi 40000 (qırx min) manat pulun tutulması, Səngəçal neft-qaz terminalı iş sahəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilik iddia ərizəsi verilən zaman birgə iştirakçılığı iki formada tanımışdır. Birinci formada bir neçə iddiaçı bir cavabdehə qarşı tələblərini bir iddia ərizəsində birləşdirə bilərlər. Digər formada isə bir iddiaçı bir neçə cavabdehə qarşı tələblərini bir iddia ərizəsində göstərə bilər. Qeyd olunan yanaşma mülki prosessual qanunvericiliyə əsasən işlərin bir icraatda birləşdirilməsi zamanı da məhkəmə tərəfindən tətbiq edilir. Lakin iş materiallarından görünür ki, iddia ərizəsində müxtəlif iddiaçıların müxtəlif cavabdehlərə qarşı tələbləri bir iddiada birləşdirilmişdir. Belə ki, iddia ərizəsi vasitəsilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən əmək münasibətlərindən yaranan işə bərpa və onunla əlaqəli tələblər Cavabdeh2nə qarşı yönəlmişdir. Digər İddiaçı3 tərəfindən isə iddia ərizəsi vasitəsilə maddi və mənəvi zərərin ödənilməsinə dair tələb əmək münasibətlərində olmadığı cavabdeh "xxxx" (*) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı irəli sürülmüşdür. Göründüyü kimi iki iddiaçının işə bərpa olunması ilə bağlı tələb və digər iddiaçının başqa cavabdehə qarşı maddi və mənəvi zərərin tutulması ilə bağlı tələb bir iddia ərizəsində birləşdirilmişdir. Məhkəmə hesab edir ki, bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər “***" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" (*) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı, Neftçilərin Hüquqlarını Müdafiə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 151.1, 152.1.7 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər “***" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" (*) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı, Neftçilərin Hüquqlarını Müdafiə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəviziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(006)-5135/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5135/2023
21.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver