Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5138/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı İB Cavabdeh qarşı "pul" tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İB-yə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1416,51 (bir min dörd yüz on altı manat əlli bir qəpik) manat və 34,17 (otuz yeddi manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1495,68 (bir min dörd yüz doxsan beş manat altmış səkkiz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2025-ci il tarixində AK-02114/09-25 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin ödənilməmiş 2022-ci ilin avqust ayı üzrə qalıq 11,50 manat sərfiyyat borcu, 2022-ci ilin sentyabr-dekabr ayları üzrə 309,20 manat sərfiyyat borcu və limitdən əlavə 23,30 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 601,85 manat sərfiyyat borcu və limitdən əlavə 18,40 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 639,58 manat sərfiyyat borcu və limitdən əlavə 61,17 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə 485,68 manat sərfiyyat borcu və limitdən əlavə 22,83 manat sərfiyyat borcu olmaqla, cəmi 2173,51 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayına qədər cavabdeh 757 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1416,51 (bir min dörd yüz on altı manat 51 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5138/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı İB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, iş məhkəmə icraatında olduğu dövrdə dəfələrlə cababdehə iclasların vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməyi lazım bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 238-ci maddəsinin 1-ci bəndinə əsasən hazırkı işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı İB-nin Cavabdeh qarşı "pul" tələbi barədə iddia ərizəsinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmiş və idda tələbinin əsaslı və qanuni olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə xx.xx.2026-cı il tarixli qərardadı ilə tərəflərin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. İddiaçı İB (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” xx.xx.2025-ci il tarixli AK- 02114/09-25 nömrəli müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
9. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, borc ilə tanış olmuş, hesablanmış 1416.50 manat borcu qəbul etdiyini və həmin borc məbləğindən 0 azn ödədikdən sonra qalan 1416.50 manat məbləğində kommunal ödəyicisi kimi maddi durumu aşağı olduğu üçün borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün karta keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Gələcəkdə hər hansı mübahisəli hal və ya şikayət olunarsa, qazın alqı-satqı müqaviləsinə bir tərəfli qaydada xitam verilməsinə və qaz təminatının dayandırılmasına etirazı olmayacağını, yazdıqlarını və həmin ünvanda onun yaşadığını nəzərə alaraq ona məxsus ünvana quraşdırılmış Smart sayğacın kartının aktiv edilməsinə köməklik göstərilməsini İddiaçı İB-dən xahiş etmişdir.
10. “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 34.17 manat dövlət rüsumu ödənilmişdir.
11. Mülki iş materiallarına abonentin saldosu, “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” xx.xx.2025-ci il tarixli Akt da əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqavilə bağlanmış və cavabdehin yaşadığı ünvan 2ərdi yaşayış evinə G-4 markalı qaz sayğacı quraşdırılmışdır.
13. Cavabdeh İddiaçı İB-nin baş direktoruna xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq, ünvan 2ərdi yaşayış evinə G-4 markalı qaz sayğacı quraşdırılana qədər 1416.50 manat borcunun olduğunu etiraf etmiş və hissə-hissə ödəyəcəyini bildirmiş, eyni zamanda quraşdırılmış Smart sayğacın kartının aktiv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
14. Hazırda iddiaçı abonent saldosuna əsasən cavabdehin 2022-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayına qədər ödənilməmiş 1416.50 manat borcunun iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh isə məhkəmə icraatı barəsində qanunla müəyyən edilmiş qaydada xəbər verilməsinə baxmayaraq iddia tələbinə öz münasibətini bildirməmişdir.
c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə hesab edir ki, qaz paylayıcısı olan İddiaçı İB qazdan istifadə edən istehlakçıdan istifadə edilmiş qazın dəyərini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı öz iddia tələbini məhkəməyə təqdim etdiyi abonent saldosu və cavabdehin borcu etiraf etməsi barədə ərizəsi ilə əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları ətraflı araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qazdan istifadə nəticəsində yaranmış borc ödənilməlidir. Borcun məbləği cavabdeh tərəfindən öz ərizəsi ilə təsdiq edilmiş, borcun yaranmasına etiraz edilməmişdir. Buna görə də, cavabdehdən 1.416,51 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir.
16. İddia tələbinin “iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi”nə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəldiyi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34,17 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. bənd 7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Maddə 13. bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaları: Maddə 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Maddə 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Maddə 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddə. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
21. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1.416,51 manat pul və iş üzrə ödənilmiş 34,17 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir.
Nəticə:
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1.416,51 (bir min dörd yüz on altı manat əlli bir qəpik) manat pul və iş üzrə ödənilmiş 34,17 (otuz dörd manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova