Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5270/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının vəkili-nümayəndəsi tərəfindən imzalanan müvafiq iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsinə baxmayaraq, iddia ərizəsinə əlavə edilən vəkilin səlahiyyətini qanunla müəyyən olunmuş qaydada təsdiq edən sənəddə (orderdə) tapşırığın yerinə yetirildiyi təşkilat qrafasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 73.5-ci maddəsinə görə, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Bundan başqa, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli GPP ********* nömrəli qəbz əlavə edilmişdir. Qəbzdən görünür ki, dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə tərəfindən, həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli GPP ********* nömrəli qəbz 2(004)-5923/2022 saylı işdə istifadə edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5923/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1, 152.1.2, 152.1.5-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-5270/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5270/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver