Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-53/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İlkin iddia üzrə İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələblərinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “avtomobilin və mənzilin açıq hərracdan satılması və s.” tələblərinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh münasibətdə ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda Cavabdeh iddiaçının xeyrinə 250000 (iki yüz əlli min) manat miqdarında kompensasiyanın tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq "xxxx" ASC-yə məhkəmə qətnaməsi çıxan dövrədək kredit öhdəliyi üzrə yaranmış borc məbləği ödənildikdən sonra əldə olunan pul məbləğinin İddiaçı və Cavabdeh arasında ½ nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdеh Cavabdeh оğluna qarşı 2021-ci ildə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayоn Məhkəməsinə müraciət еdərək, Cavabdeh ilə 17 oktyabr 2008-ci il tarixində qeydə alınmış nikahlarına xitam verilməsini, birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladlarının (xx.xx.2013-cü il təvəllüdlü Əliyev Kamranın, xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Nurayın, xx.xx.2015-ci il təvəllüdlü Əliyeva Nəzrinin) onun himayəsində qalması və övladlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün onun xeyrinə ümumi olaraq hər ay 20 000 (iyirmi min) manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-468/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 17 oktyabr 2008-ci il tarixdə bağlanmış və 1097 №-si ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 15 sentyabr 2013-cü il təvəllüdlü X9 və 27 fevral 2015-ci il təvəllüdlü X7 analarının, yəni İddiaçı, 21 iyul 2009-cu il təvəllüdlü X10 isə atası Cavabdeh himayəsinə verilmiş, Cavabdeh 15 sentyabr 2013-cü il təvəllüdlü X4 və 27 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 avqust 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bu qətnamə artıq qanuni qüvvəsini almışdır. Nikah məhkəmə qaydasında pozulduqdan sonra İddiaçı cavabdehlər Cavabdeh, X1 və Əliyev Firudin Məmməd oğluna qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahları dövründə əldə edilmiş əmlakların bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 2388/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 saylı evin 9 saylı mənzilinə görə ödənilmiş 87.368,24 (səksən yeddi min üç yüz altmış səkkiz manat iyirmi dörd qəpik) manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 43.684,12 (qırx üç min altı yüz səksən dörd manat on iki qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə ödənilmiş 100.900 (bir yüz min doqquz yüz) manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 50.450 (əlli min dörd yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzilin təmirinə çəkilmiş 38.559,10 (otuz səkkiz min beş yüz əlli doqquz manat 10 qəpik) manat pul vəsaitinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 19.279,55 (on doqquz min iki yüz yetmiş doqquz manat 55 qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi və Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzildə yerləşən, ümumi dəyəri 16.170 manat təşkil edən əşyalara (hazırda mövcud olduğundan) İddiaçı 1/2 hissədə payı müəyyən edilmiş, əşyalar mövcud olmadığı təqdirdə 8085 (səkkiz min səksən beş) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia isə yalnız İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzildən çıxarılması və Cavabdeh həmin mənzilə köçürülməsi hissəsində təmin edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2388/2021 saylı iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən İddiaçı Cavabdeh və X1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, mənzilə alınmış əmlakların dəyərinin və təmir xərclərinin, habelə mənzillərə görə həyata keçirilən ödənişlərinin yarısının tutulması” barədə ilkin iddia tələbləri qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh mülkiyyət hüquqları tanınmışdır. Həmçinin, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilə görə "xxxx" ASC-nə 09 iyun 2021-ci il tarixinə yaranmış 40 803,48 (qırx min səkkiz yüz üç manat 48 qəpik) manat borc (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlər İddiaçı və Cavabdeh birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən 1/2 hissədə ödənilməsi, Cavabdeh ilə “X17” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "xxxx" MMC-nin Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 586-cı məhəllədə (Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 97) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh pay hüququnun tanınması və Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 97 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə “X17” MMC-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 (altı min doqquz yüz doxsan dörd) manat borc, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlər İddiaçı və Cavabdeh birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən 1/2 hissədə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələbləri qismən təmin edilərək iddia Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi hissəsində təmin edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 904/2022 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Hal-hazırda ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh mülkiyyət hüquqlarının tanınması hissəsində Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qanuni qüvvəsini aldığından, mənzilin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı cavabdeh – keçmiş həyat yoldaşı Cavabdeh mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin satılıb aralarında 1/2 hissədə bölünməsininin vacibliyini bildirmişdir. Cavabdeh isə “sənin burda heç bir payın və haqqın yoxdur” deyərək İddiaçı süni əngəllər yaratmaqla məşğuldur. Bu səbəbdən İddiaçı hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil ümumi paylı mülkiyyətdir. İddiaçı ilə Cavabdeh paylı mülkiyyətdən istifadə edilməsi ilə bağlı razılığa gəlmələri qeyri-mümkündür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “avtomobilin və mənzilin açıq hərracdan satılması və s.” tələblərinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi, “Hyundai-Santafe” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 3ında yerləşən 1 saylı mənzilin qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-904/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə “X18” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "xxxx" MMC-nin Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 97, blok D, 1 nömrəli mənzilə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh pay hüququ tanınmışdır. Cavabdeh həmin ünvana köçürülməsi qət edilmişdir. Bundan başqa həmin qətnaməyə əsasən ilk iddia üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 83 nömrəli binanın 9 saylı mənzili üzrə qalan ipoteka borcunun iki yerə bölünməsi və ödənilməsi qət edilmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-5927/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən “Hyundai-Santafe” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinin Cavabdeh, 1/2 hissəsinin isə İddiaçı arasında bölünməsi qət edilmişdir. İddiaçı hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 97, blok D, 1 saylı mənzildə yaşayır. Lakin Cavabdeh hal-hazırki vaxtadək həmin mənzilə daxil ola bilmir. İddiaçı birgə əmlak kimi bölünmüş “Hyundai-Santafe” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili daimi istifadə etməsinə baxmayaraq, Cavabdeh həmin nəqliyyat vasitəsindən istifadə edə bilmir. Bunlar nəzərə alınaraq ünvan 3ında yerləşən 1 saylı mənzilin və “Hyundai Santafe” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilərək açıq hərraca yönəldilməklə satılmalı və əmlakların satışından əldə olunan vəsait İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməlidir. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzili ipoteka kreditində olduğu üçün bölünə bilməz. Məhz buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsində qeyd olunmuşdur ki, ipoteka üzrə yaranmış borcu və bundan sonra həmin borc üzrə hesablanmış faizlərin ödəniş öhdəliyi İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməlidir. Halhazıradək İddiaçı həmin ipoteka krediti üzrə heç bir ödəniş etməyib. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş ilkin iddia ərizəsinin rədd edilməsi, cavabdehlə iddiaçı arasında 1/2 hissəsi paylı mülkiyyətlər olan “Hyundai Santafe” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyatın və ünvan 3ında yerləşən 1 saylı mənzilin Cavabdeh ilə İddiaçı arasında naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, Cavabdeh payının əvəzi olan pul məbləğini müəyyən edərək kompensasiya kimi ödənilməsi, İddiaçı bundan imtina etdikdə isə qeyd edilən əmlakların hərracdan satılması, əldə olunan pulun paylara uyğun olaraq mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin “ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Nümayəndə bildirdi ki, onlar bütün birgə əmlakların bölünməsini istəyirlər. Buna görə də ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Lakin qarşılıqlı iddianın predmeti olan mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə, qarşılıqlı iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin və qarşılıqlı iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin və "xxxx" MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılılıq iddia ərizələri qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(004)-5927/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, “Hyundai Santafe” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə isə İddiaçı mülkiyyət hüququ müəyyən edilməklə bölünməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-468/2021 nömrəli qətnaməsindən görünür ki, ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 17 oktyabr 2008-ci il tarixdə bağlanmış və 1097 № ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 15 sentyabr 2013-cü il təvəllüdlü X9 və 27 fevral 2015-ci il təvəllüdlü X3 anaları İddiaçı, 21 iyul 2009-cu il təvəllüdlü X5 atası Cavabdeh himayəsinə verilməsi, Cavabdeh 15 sentyabr 2013-cü il təvəllüdlü X4 və 27 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 avqust 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, hər iki iddianın qalan hissədə təmin olunmaması, alimentin tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2388/2021 nömrəli qətnaməsindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 saylı evin 9 saylı mənzilinə görə ödənilmiş 87.368,24 (səksən yeddi min üç yüz altmış səkkiz manat 24 qəpik) manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 43.684,12 (qırx üç min altı yüz səksən dörd manat 12 qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə ödənilmiş 100.900 (bir yüz min doqquz yüz) manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 50.450 (əlli min dörd yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzilin təmirinə çəkilmiş 38.559,10 (otuz səkkiz min beş yüz əlli doqquz manat 10 qəpik) manat pul vəsaitinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 19.279,55 (on doqquz min iki yüz yetmiş doqquz manat 55 qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzildə yerləşən, ümumi dəyəri 16.170 manat təşkil edən əşyalara (hazırda mövcud olduğundan) İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, əşyalar mövcud olmadığı təqdirdə 8085 (səkkiz min səksən beş) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzildən çıxarılması və Cavabdeh həmin mənzilə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə 50450 (əlli min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə, İddiaçı həmin mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8514/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2388/2021 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh və X1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, mənzilə alınmış əmlakların dəyərinin və təmir xərclərinin, habelə mənzillərə görə həyata keçirilən ödənişlərinin yarısının tutulması” barədə ilkin iddia tələblərinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilə görə "xxxx" ASC-nə 09 iyun 2021ci il tarixinə yaranmış 40 803,48 (qırx min səkkiz yüz üç manat 48 qəpik) manat borcun (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlərin İddiaçı və Cavabdeh birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, Cavabdeh ilə “X17” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "xxxx" MMC-nin Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 586-cı məhəllədə (Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 97) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh pay hüququnun tanınması, qətnamənin bu hissədə “X17” MMC ilə Cavabdeh və İddiaçı arasında həmin mənzilə görə müvafiq müqavilələrin bağlanması üçün əsas olması, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 97 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə “X17” MMC-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 (altı min doqquz yüz doxsan dörd) manat borcun, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlərin İddiaçı və Cavabdeh birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, ilkin iddia tələblərinin qalan hissələrdə təmin olunmaması, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması, iddia ərizələrinin, eləcə də apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərin tərəflərin özlərinə aid olunması qət edilmişdir. Məhkəmə aktı xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və icra sənədi xx.xx.2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-904/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8514/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı (xx.xx.2022-ci il tarixdən, ********** qeydiyyat nömrəsi ilə) məxsusdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/782 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən və ünvan 3ında yerləşən 1 saylı mənzillərin naturada ayrılması (bölünməsi) “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzilin bölünməsi mümkün olmadığından qərardadın birinci və ikinci suallarının ikinci hissəsi üzrə təqdiqat aparılmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanı xx.xx.2003-cü il tarixdə X6 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 4 saylı DNK-nın xx.xx.2011-ci il tarixli 4ə- 02-179 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8514/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə və Yasamal Rayon Məhkəməsinin 2(004)-2388/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən həmin mənzil hər birinə 1/2 hissə olmaqla Cavabdeh və İddiaçı mülkiyyətinə verilmişdir. Sözügedən mənzil "xxxx" ASC 1 saylı Nəsimi filialının xeyrinə ipoteka ilə yüklüdür. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97 ünvanında yerləşən (blok D) 1 saylı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş "xxxx" ASC (kreditor-ipoteka saxlayan), Cavabdeh (alıcı-ipoteka qoyan) və X11 (satıcı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli 48 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX HDQHDƏDR-nin Bakı ş. ərazi idarəsi tərəfindən verilmiş 19 noyabr 2011-ci il tarixli 11/34832 nömrəli arayışa əsasən 3 otaqlı ümumi sahəsi 86,0 m2 olan ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli 5 bloklu binanın 2- blokunda, 2-ci mərtəbəsində 9 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 120000 manatdır, mənzilin dəyərinin 70000 manatı alıcıipoteka qoyanın özü tərəfindən, 50000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2011ci il tarixli 48 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan mənzili (ipoteka predmetini) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2011-ci il tarixli 48 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. Kreditin qaytarılma tarixi kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin alıcı-ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 300 ay müddətinə xx.xx.2036-cı il tarixinədək, kredit üzrə ödəniləcək illik faiz dərəcəsi isə 8 % müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 20/23 nömrəli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşa edilmiş “Qoşa Park” Yaşayış Kompleksinin satışını həyata keçirən “X17” MMC ilə aralarında bağlanmış 25 iyun 2012-ci il tarixli, GQPD1/2012 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh həmin Cəmiyyətə 6994 (altı min doqquz yüz doxsan dörd) manat borcu qalmışdır. Məktuba əlavə edilmiş “X17” MMC (İcraçı) ilə Cavabdeh (Sifarişçi) arasında bağlanmış xx.xx.2012-ci il tarixli GQPD1/2012 saylı müqavilədən görünür ki, bu müqavilənin predmeti İcraçının 30 noyabr tarixli etibarnaməyə əsasən "xxxx" MMC-nin Ə.Ələkbərov küç., 586-cı məhəllədə tikintisini həyata keçirdiyi 17 mərtəbəli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda Sifarişçiyə satmasından, Sifarişçinin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun Sifarişçinin ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. İcraçının Sifarişçi ilə tikintisini razılaşdırdığı yer, 17 mərtəbəli, beş bloklu bina, “D” bloku 3-cü mərtəbə, 1 nömrəli mənzillərində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 107894 AZN, ilkin ödəniş 32.000 AZN ümumi satış sahəsi 147.8 m2 1 ədəd 3 otaqdan ibarət mənzillər olacaqdır. Mülki işin obyektiv və ədalətli baxılmasını təmin etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizaların keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2023-cü il tarixli 9/65xx-xx/6478 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 83 saylı evin 9 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 344000.0 manat, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən 97 saylı binanın 1 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 288000.0 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilən 2014-cü il buraxılışlı, ağ mirvari rəngli, mühərrik həcmi 2359 sm3, “Hyundai” markalı, Santafe modelli avtomobilin hazırki vəziyyətdə (avtomobilin salonunun dəri ilə işlənmiş bəzi hissələri çatlamış vəziyyətdədir və kuzasının bəzi hissələrində rəng qopuqları, cızıqlar və batıqlar mövcuddur) orta bazar qiyməti təxminən 33000,00 manat müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 105/089 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2011-ci il tarixli 48 nömrəli kredit müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Nizami 83, M.912 ünvanlı mənzilin alınması məqsədilə 300 ay müddətinə 50000 (əlli min) manat məbləğində ipoteka krediti verilmişdir. 28 noyabr 2011-ci il tarixli 48 nömrəli kredit müqaviləsi bağlanan tarixdən 12 fevral 2024-cü il tarixinədək əsas məbləğ üzrə 13333.41 (on üç min üç yüz otuz üç manat qırx qəpik) manat ödənilmiş, Cavabdeh 12 fevral 2024cü il tarixinə "xxxx" ASC qarşısında ümumi borcu 36666.59 (otuz altı min altı yüz altmış altı manat əlli doqquz qəpik) manat təşkil edir və onun gecikdirilmiş borcu yoxdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ilkin iddia ərizəsinin verilməsinə görə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 105/269 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2011-ci il tarixli 48 nömrəli kredit müqaviləsi üzrə həmin müqavilə bağlanan tarixdən 17 aprel 2024-cü il tarixinədək əsas məbləğ üzrə 13617.29 (on üç min altı yüz on yeddi manat iyirmi doqquz qəpik) manat ödənilmiş, 17 aprel 2024-cü il tarixinə "xxxx" ASC qarşısında ümumi borc 36382.71 (otuz altı min üç yüz otuz səkkiz manat yetmiş bir qəpik) manat təşkil edir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən və iş materiallarının 79-cu səhifəsində olan ********* nömrəli qəbzdən xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən 540 manat məbləğində dövlət rüsumunun ödənilməsi görünsə də, iş materiallarının 50-ci səhifəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5025/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin dövlət rüsumunun İddiaçı geri qaytarılmasının qərara alınması müəyyən edilir. İş materiallarında olan icra vərəqəsindən və icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan isə görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5025/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən icra sənədi üzrə tələb tam təmin olunduğundan (yəni dövlət rüsumu geri qaytarıldığından), icraata xitam verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını mülki işin materialları və ekspert rəyləri ilə müqayisəli şəkildə araşdıraraq müəyyən etdi ki, ilkin və qarşılıqlı iddiaların predmetini təşkil edən mənzillər və avtomobil üzərində tərəflərin ½ hissədə pay hüququnu müəyyən edən məhkəmə aktları qanuni qüvvələrini alaraq icraya yönəldilmişdir. İlkin iddianın predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 nömrəli mənzil iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən, hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış məhkəmə aktı ilə eyni zamanda, həmin mənzilin alınması üçün verilmiş kredit üzrə xx.xx.2021-ci il tarixinə yaranmış 40.803,48 manat borc, eləcə də kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlər tərəflərin birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi qət edilmişdir. Hazırda kredit üzrə cəmi qalıq borcu 36.382,71 manat təşkil edir. Qeyd edilməlidir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı (xx.xx.2022-ci il tarixdən, ********** qeydiyyat nömrəsi ilə) məxsus olmasına dair çıxarış verilmişdir. Qarşılıqlı iddianın predmetini təşkil edən “X19” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 3ında yerləşən 1 saylı mənzil tərəflərin paylı mülkiyyətində olmaqla, avtomobil hazırda İddiaçı istifadəsindədir, mənzil isə hələ ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, çünki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin müvafiq məktubu əsasında müəyyən edilir ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin həmin mənzilə görə MMC-yə 6994 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, bu öhdəlik də hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış məhkəmə aktı ilə tərəflərin ½ hissədə ödəməli olduğu borc öhdəliyi kimi qiymətləndirilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda ilkin iddia üzrə Cavabdeh onun xeyrinə 250.000 manat miqdarında kompensasiyanın tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq "xxxx" ASC-yə məhkəmə qətnaməsi çıxan dövrədək kredit öhdəliyi üzrə yaranmış borc məbləği ödənildikdən sonra əldə olunan pul məbləğinin tərəflər arasında ½ nisbətdə bölünməsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə “Hyundai Santafe” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyatın və ünvan 3ında yerləşən 1 saylı mənzilin tərəflər arasında naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, Cavabdeh payının əvəzi olan pul məbləğini müəyyən edərək kompensasiya kimi ödənilməsi, İddiaçı bundan imtina etdikdə isə qeyd edilən əmlakların hərracdan satılması, əldə olunan pulun paylara uyğun olaraq mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. İlkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC ilkin iddia tələbinin mənzilin naturada bölünməsi hissəsinə etiraz etmişdir. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, tərəflərin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üzərində ½ hissədə payları müəyyən edilən əmlakların naturada bölünməsini, naturada bölgü mümkün olmadığı təqdirdə isə əmlakların açıq hərraca çıxarılmasını və əldə edilən gəlirin tərəflərin paylarına mütənasib bölünməsini tələb etməyə subyektiv hüquqları vardır. Belə ki, işin faktiki hallarından görünür ki, mübahisəli əmlaklar tərəflərin paylı mülkiyyətindədir və paylı mülkiyyətin mülkiyyətçiləri kimi onlar həmin əmlakların bölünməsi və ondan paylarının ayrılması üsulu və şərtləri haqqında hər hansı razılığa gələ bilmirlər. Mülki qanunvericilik isə ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması isə iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə tələblərlə əlaqədar vurğulamağı zəruri hesab edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblərlə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları qismən təmin etməsi yaxud tam təmin etməməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Buna görə də məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsinə baxmayaraq, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmə qeyd edir ki, əslində iddiaçıların niyyəti əmlakların naturada bölünməsinə, bölünməsi mümkün olmayan əmlaklara münasibətdə isə payına mütənasib kompensasiya almağa nail olmaqdır. Çünki münasibətləri heç də xoş olmayan paylı mülkiyyətçilər əmlakı eyni anda istifadə və istismar edə bilməzlər. İddia tələbləri ilə əlaqədar aparılan araşdırma ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıların ilkin tələbləri əmlaklarda olan paylara mütənasib “əmlakların naturada bölünməsi” olduğundan, mübahisə predmeti olan mənzillərin naturada bölünməsinin mümkün olub-olmaması, mümkün olduğu təqdirdə bölgünün aparılma qaydasının müəyyən edilməsi məqsədilə iş üzrə təyin edilmiş ekspertiza tədqiqatı nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı və ünvan 3ında yerləşən 1 saylı mənzillərin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilməklə bu barədə xx.xx.2023-cü il tarixli, 10/782 nömrəli ekspert rəyi tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin “əmlakların naturada bölünməsi” hissəsi mübahisə predmeti olan mənzillərin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının mümkün olmaması müəyyən edildiyindən, qarşılıqlı iddia tələbinin predmeti olan avtomobilin isə naturada ayrılmasına ümumiyyətlə yol verilmədiyindən, tələb bu hissədə təmin edilməməlidir. Beləliklə, mübahisə predmeti olan mənzillər və avtomobil naturada ayrıla bilmədiyindən, ilkin iddia üzrə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzildəki ½ hissədə olan payına görə 250.000 manat kompensasiya tələbi ilə müraciət etdiyindən, lakin ilkin iddia üzrə cavabdeh həmin mənzilin dəyərinin 500.000 manat olmadığını, buna görə də mənzilin ½ hissəsinə görə 250.000 manat məbləğində kompensasiyanın ağlabatan olmadığını mübahisələndirdiyindən, tərəflərin bir-birinə kompensasiya ödəmək niyyətlərinin olubolmadığını dəqiqləşdirmək məqsədilə həm ilkin, həm də qarşılıqlı iddiaların predmetini təşkil edən birgə əmlakların real və obyektiv dəyərini müəyyən etmək zərurəti olduğundan, məhkəmə prosessual qənaət prinsipini əsas götürərək və prosessual fəallıq göstərərək həmin mənzillərin və “X19” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin etmiş, keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 83 saylı evin 9 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 344.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən 97 saylı binanın 1 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 288.000 manat, 2014-cü il buraxılışlı, “Hyundai” markalı, Santafe modelli avtomobilin köhnəlmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 33.000 təşkil etməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında ilkin iddia üzrə iddiaçı tələbində 250.000 manat qeyd etməsinə baxmayaraq, ekspert rəyi ilə razılaşaraq, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakda olan payını alması üçün mənzilin ekspert rəyində göstərilən dəyərinin (344.000 manat) yarısı olan – 172.000 manat kompensasiya qarşılığında ilkin iddia üzrə cavabdehə, qarşılıqlı iddia üzrə iddiaçı isə əmlaklarda olan payını alması üçün 144.000 manat və 16.500 manat olmaqla, ümumilikdə 160.500 manat kompensasiya qarşılığında qarşılıqlı iddia üzrə cavabdehə təklif etmiş, lakin tərəflər bir-birlərinin təkliflərini qəbul etməyərək, qarşı tərəfin əmlaklardakı paylarını almaqdan imtina etmişlər. İlkin iddia üzrə cavabdeh yenə də ekspert rəyinin ilkin iddianın predmeti olan mənzilin dəyərinin müəyyən edilməsi hissəsini mübahisələndirərək, iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə vəsatət versə də, məhkəmə mübahisələndirilən ekspert rəyini kifayət qədər tam və aydın, vəsatəti isə əsassız hesab edərək, xx.xx.2024-cü il tarixli qərardadla həmin vəsatəti təmin etməmişdir. Bundan sonra da məhkəmə dəqiq müəyyən etmişdir ki, tərəflər bir-birlərinə kompensasiya ödəmək niyyətində deyillər. Çünki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında tərəflərin vəkilləri-nümayəndələri bir daha bildirmişlər ki, tərəflər heç bir əmlakla bağlı bir-birlərinə kompensasiya ödəmək istəmirlər. Beləliklə, tərəflərin kompensasiya ilə bağlı razılığa gəlməsinin mümkünsüzlüyü məhkəmə tərəfindən müəyyən edilmişdir. Bununla da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı və ünvan 3ında yerləşən 1 saylı mənzillərin tərəflərin paylarına uyğun naturada ayrılmasının qeyrimümkün olması, “X19” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin naturada ayrılmasına yol verilməməsi, həmçinin, tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmamaları müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin mənzillərin və avtomobilin “açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin bölüşdürülməsi” tələblərinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddianın predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzil "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edildiyindən və müqavilə üzrə 36.382,71 manat qalıq borc mövcud olduğundan, həmin mənzilin açıq hərracda satılması və qanunvericiliyə müvafiq olaraq, ipoteka saxlayanın mənafeləri nəzərə alınmaqla, mənzilin satışından əldə edilən vəsaitdən 36.382,71 manat hissəsinin "xxxx" ASC-yə ödənilməsi, qalan hissəsinin isə tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzilin paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin birbirlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin mənzil açıq hərracda satılmalı və mənzilin satışından əldə edilən vəsaitdən 36.382,71 manat hissəsi "xxxx" ASC-yə ödənilməli, qalan hissəsi isə tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməli, ilkin iddia yuxarıda göstərilən digər hissələrdə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın predmetini təşkil edən “X19” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin də açıq hərracda satılması və satışından əldə edilən vəsaitin tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi məqsədə müvafiqdir. Lakin qarşılıqlı iddianın predmetini təşkil edən ünvan 3ında yerləşən 1 saylı mənzil ilə bağlı isə məhkəmə hesab edir ki, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, yəni tərəflərin mənzil üzərində payları müəyyən edilməsinə baxmayaraq, onların mənzilə mülkiyyət hüququ yaranmadığından, həmçinin, mənzilin açıq hərraca çıxarılaraq satılması barədə məhkəmə qətnaməsi icrasız qalacağından, həmin mənzillə bağlı hissədə iddia tələbi təmin edilməməlidir. Lakin məhkəmə qeyd edir ki, tələbin bu hissədə təmin edilməməsi gələcəkdə həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra tərəflərin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia qismən təmin edilməli, “X19” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin nəqliyyat vasitəsi açıq hərracda satılmalı və satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-146.3-cü maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. 213.1-213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə, ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. - Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli, 1/2024 №-li Qərarının 4.13, 4.15-ci bəndlərində qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəməyə təqdim edilmiş ekspert rəylərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Hazırda rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat hazırda kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki: - ilkin iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzilin paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin mənzil açıq hərracda satılmalı, Mənzilin satışından əldə edilən vəsaitdən 36.382,71 (otuz altı min üç yüz səksən iki manat yetmiş bir qəpik) manat hissəsi "xxxx" ASC-yə ödənilməli, qalan hissəsi isə tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir; - Qarşılıqlı iddia qismən təmin edilməli, “X19” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin nəqliyyat vasitəsi açıq hərracda satılmalı və satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlilidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmənin xərclər məsələsinə qiymət verməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, qalan hissəsi ilkin iddia üzrə İddiaçı aid edilməlidir. Eyni zamanda, qarşılıqlı iddia qismən təmin edildiyindən, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 170 manat hissəsi ilkin iddia üzrə Cavabdeh, qalan 30 (otuz) manat hissəsi isə ilkin iddia üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzilin paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilən vəsaitdən 36.382,71 (otuz altı min üç yüz səksən iki manat yetmiş bir qəpik) manat hissəsi "xxxx" ASC-yə ödənilsin, qalan hissəsi isə tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülsün. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “X19” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin nəqliyyat vasitəsi açıq hərracda satılsın və satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat hissəsi ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin, qalan hissəsi ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin, qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyərinin 170 (bir yüz yetmiş) manat hissəsi ilkin iddia üzrə Cavabdeh, qalan 30 (otuz) manat hissəsi isə ilkin iddia üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-53/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-53/2024
17.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver