Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5344/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi 29 saylı Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsinə" tələbinə dair iş üzrə (açar sözlər: qohumluq faktının təsdiqi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi 29 saylı Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 25 iyun 2*24-cü il tarixli Arxiv arayışından görünür ki, X1 22.*7.1894-cü ildə anadan olmuşdur. Onun atası X13, anası isə Bilqeyis Məhəmmədqulu qızıdır. - Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 2* iyun 2*24-cü il tarixli Arxiv arayışından görünür ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X25 idarəsi" arxiv fondunda mühafizə edilən 1943-cü ilə dair Bakı şəhəri Caparidze (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında *2 avqust 1943-cü ildə doğulan İsmayıl-zadə (sənəddə olduğu kimi) Səkinə Müseyib qızının təvəllüdü qeyd olunur. Atası: İsmayıl-zadə (sənəddə olduğu kimi) Müseyib (ata adı qeyd olunmayıb) Anası: İsmayıl-zadə (sənəddə olduğu kimi) Böyük-xanım (sənəddə olduğu kimi) (ata adı qeyd olunmayıb). - Səbail rayon qeydiyyat şöbəsinin 22 iyul 2*25-ci il tarixli arayışından görünür ki, X38 26 may 197*-ci ildə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında 26.*5.197*-ci ildə 88* nömrəli akt qeydi Nəsimi rayonunun qeydiyyat şöbəsində tərtib olunmuşdur. - Nəsimi rayon qeydiyyat şöbəsinin 27 avqust 2*25-ci il tarixli arayışından görünür ki, İsmayıl-Zadə Müseyib *5 may 1975-ci ildə ölmüşdür. Ölüm haqqında *6 may 1975-ci ildə 848 nömrəli akt qeydi tərtib olunmuşdur. - 48 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 369 saylı, *4.12.2*24-cüil tarixli aayışından görünür ki, Ərizəçi 1959-cu il tarixindən Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 37 №-li ünvanda yerləşən mənzildə qeydiyyatdadır. -29 saylı Notariat ofisini *9 yanvar 2*25-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 29 saylı notariat ofisində 23.*4.2*24-cü il və 22.*7.2*24-cü il tarixində adı çəkilən şəxslərin hər-hansı notariat hərəkəti aparmaqlarına dair "Elektron notariat" X2 axtarış nəticəsində heçbir məlumat aşkar edilməmişdir. a) iddia tələbi Ərizəçi 29 saylı Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 babası, onun birinci nikahından olan oğlu Əli X8 ögey əmisi, babasının ikinci nikahda olduğu Bilqeyis Məhəmmədqulu qızının (atasının adı ərinin adı ilə eyni) nənəsi, X6 isə bibisinin olmasını təsdiq edə biləcək qohumluq münasibətlərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, *2 avqust 1943-cü ildə ünvan 1 ünvanda doğulmuşdur. Həmin ev ilk əvvəl babası X4 mülkiyyətində olmuş, daha sonra ögey əmisi X5 adına “ÇİXARİŞ” verilmişdir. Bakı şəhəri ZDS İK-nin Bakı şəhərində Bələdiyyələşdirilmiş Tikintilərin Reyestrinə əsasən “ÇİXARİŞ” ögey əmisi Əli X8 adına verilməsinə baxmayaraq, həmin ev eyni zamanda babasının ikinci nikahda olduğu nənəsi Bilqeyis Məmmədqulu (atasının adı ərinin, yəni babaı Məhəmmədqulunun adı ilə eyni) qızına və bibisi X7 məxsus olmuşdur. Bilqeyis Məmmədqulu qızı atası Müseyibin anası olmuşdur. Bildirir ki, babası X4 birinci nikahından Əli X16, ikinci nikahından olan arvadı Bilqeyis Məhəmmədqulu (atasının adı ərinin adı ilə eyni) qızından isə X9, X14 və atası İsmayıl-zadə X1* anadan olmuşdur. Yuxarıda qeyd olunan çıxarışa əsasən nənəsi Bilqeyis də həmin evin mülkiyyətçisi olduğuna görə onun ölümündən sonra ona çatası paya atası X1* onun birinci dərəcəli vərəsələrindən biri olmuşdur. Həmçinin məlumat üçün bildirir ki, bibisi X6 övladı olmamış, onun nə vaxt ölməsi barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Belə olduğu halda, onun payına düşən hissədən də atası Müseyibin payı olduğuna görə həmin hissə də miras əmlakın kütləsinə daxil edilməlidir. X3 vərəsəsi kimi atası Müseyibin və bibisi Səkinənin payına düşən hissənin qəbulu üçün qohumluq əlaqəsinin müəyyən edilməsi zərurəti yaranmışdır. Lakin, nənəsi Bilqeyisin vərəsəsi kimi atası Müseyibin və onun bacısı bibim Səkinənin vərəsəsi kimi miras qalmış əmlakın tərəfindən qəbul edilməsi üçün bu barədə onların sağlığı dövründə hər hansı hüquqverici sənədlər tərtib olunmamışdır. Onların qohumluq faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, X4 onun babasının, birinci nikahından olan oğlu Əli X8 ögey əmisi, babasının ikinci nikahda olduğu Bilqeyis Məhəmmədqulu qızının (atasının adı ərinin adı ilə eyni) nənəsi olması, X6 isə bibisinin olmasını təsdiq edə biləcək qohumluq əlaqəsinə dair arayışın verilməsi ilə əlaqədar Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi idarəsinə, Bakı şəhəri Nəsimi, Yasamal və Səbail rayon Qeydiyyat şöbələrinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinin 22.*7.2*25-ci il tarixli 3-16-5/8-1891/16 saylı məktubundan görünür ki, “X25” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və anam İsmayıl-zadə Böyükxanımın ölümü haqqında akt qeydiaşkar edilmiş və bu haqda müvafiq arayış verilmişdir. Həmin arayışdan görünür ki, anası İsmayılzadə Böyükxanım 26.*5.197*-i ildə vəfat etmişdir. Onun doğum tarixi barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsindən verilmiş arayışdan görünür ki, atası İsmayıl-zadə X1 *5.*5.1975-ci ildə vəfat etmişdir. Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş Arxiv arayışından görünür ki, babası X12 22.*7.1894-cü ildə anadan olmuş, lakin nə vaxt vəfat etməsi barədə məlumat müəyyən edilməmişdir. Həmçinin həmin arayışla da Bilqeyis Məhəmmədqulu qızının onun arvadı olması qeyd edilsə də, nə vaxt anadan olması və nə vaxt vəfat etməsi müəyyən edilməmişdir. Eləcə də atası İsmayıl-zadə Müseyibin ölümü haqqında məlumat əldə edə bilsə də, onun doğumu haqqında və nənəsinin Bilqeyis Məmmədqulu qızının, bibisinin X11 doğumu və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinin 22.*7.2*25-ci il tarixli 3-16-5/8- 1891/16 saylı, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 2*.*8.2*25-ci il tarixli 3-16- 5/8-12/2*6*/25 saylı və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin *3.*9. 2*25-ci il tarixli 3-16-5/8-R-15-1552/25 saylı məktublarından görünür ki, bu qohumluğu təsdiq edə biləcək kifayət qədər sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa, nənəsi Bilqeyisin vərəsəsi kimi atası Müseyibin və atası Müseyibin bacısı Səkinənin vərəsələrindən biri kimi mirasın qəbulu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri 29 saylı notariat kontoruna müraciət etdi. Lakin Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusunun 341* saylı, 22.*9.2*25-ci il tarixli məktubla müraciəti miras qoyanla qohumluq əlaqələri tam müəyyən edilmədiyinə görə təmin olunmamış və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bildirir ki, valideynlərindən miras qalmış mübahisəli evi, yəni ünvan 2 ünvanda yerləşən evi faktiki qəbul etmişdir. Belə ki, 1967-ci ildə ailə həyatı qurmuşdur. Nikahı 1974-cü ildə rəsmiləşdirilib. 1978-ci ilədək həyat yoldaşıyla birlikdə həmin evdə yaşamıdır. Uşaqları həmin evdə doğulmuşlar. Ərinin xidməti vəzifəsi ilə əlaqədar 1978-ci ildə Kürdəmir rayonuna köçmüşlər. Lakin bütün ev əşyaları orada qalmış, istifadələrində olan otağın qapısını bağlamış, ordan başqa kimsə istifadə etməmişdir. Ailə üzvləriylə mütəmadi olaraq gəlib getmişlər və müəyyən fasilələrlə həmin evdə yaşamışlar. Oğlu Yaşa 1978-ci ildə Kürdəmirdə orta məktəbi bitirdikdən sonra 1984cü ildə yenidən Bakı şəhərinə köçüb orada yaşamış, 1991-ci ildə ailə həyatı qurmuş, onun həyat yoldaşı X17 da həmin evə gəlin köçmüş və birgə orada yaşamışlar. Nəvələri 28.*7.1994-cü il təvəllüdlü Rüstəmov Raul, 12.1*.1995-ci il təvəllüdlü X45 və *1.*2.2**7-ci il təvəllüdlü Rüstəmli Rəna orada anadan olmuşlar. Onlar həmin evin yaxınlığında yerləşən Nəsimi rayonu, 1 saylı orta məktəbdə təhsil almışlar. Evin bütün kommunal haqları onun, ya da oğlu Yaşa tərəfindən ödənilmişdir: Orada qeydiyyatda olduğuna görə kommunal haqlara dair bütün ödənişlər onun tərəfindən, ya da oğlu Yaşa tərəfindən ödənilmişdir. b) iddiaya etiraz: Maraqlı şəxs qismində cəlb olunmuş 29 saylı Notariat Kontoru məhkəməyə ərizə ünvnlayaraq, *6.1*.2*25-ci il İş № e-2(**6)-5344/2*25 üzrə Ərizəçi Müsəyyib qızının "qohumluq faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə başlanılmış məhkəmə icraatında Bakı şəhəri 29 saylı Notariat ofisi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Bu barədə bildirirlər ki, vətəndaşın 12.*9.2*25-ci ildə müraciəti əsasında 22.*9.2*25-ci il tarixli rəsmi məktubla ona vərəsəlik işinin açılması üçün təqdim edilməli olan zəruri sənədlər barədə məlumat verilmişdir. Həmin cavab məktubu izahat xarakteri daşıyır və notariat hərəkətinin aparılmasından imtina kimi qiymətləndirilə bilməz. "Azərbaycan Respublikasının Notariat haqqında" Qanunun 4*-cı maddəsinə əsasən, notarius notariat hərəkətini aparmaqdan yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda imtina edə bilər və bu halda əsaslandırılmış yazılı qərar (imtina haqqında qərar) qəbul etməlidir. Qərarda imtinanın səbəbi və hüquqi əsası göstərilməli, qərarın surəti müraciət edən şəxsə təqdim olunmalıdır. Qeyd edilən maddənin tələblərinə uyğun olaraq, Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən belə qərar qəbul edilməmişdir. Buna görə 22.*9.2*25 tarixli məktub imtina qərarı hesab edilə bilməz və yalnız izahat xarakteri daşıyır. Belə olan halda, notariat ofisini bu məhkəmə işində maraqlı şəxs qismində iştirak etməsi üçün hüquqi əsas yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, xahiş edir, Bakı şəhəri 29 saylı Notariat Ofisi işdə maraqlı şəxs qismində iştirakdan azad edilsin. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X3* izahatında bildirdi ki, o, Ərizəçi bacısıdır. Onların atasının adı Müseyib olmuşdur. X31rın babasıdır. Atalarının iki qardaşı olmuşdur – Əli Qulu və İsmayıl. Bilqeyis ata tərəfdən bibisi olmuşdur. Səkinə isə onların bibisi olmuşdur. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X2* izahatında bildirdi ki, o, Ərizəçi qardaşının həyat yoldaşıdır. Ərizəçinin atası Müseyib, anası isə Böyükxanım olmuşdur. Ümumilikdə 6 baldızı vardır. Ərinin ögey qardaşı vardır. Bilqeyis isə onların nənəsi olmuşdur. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X39 izahatında bildirdi ki, o, Ərizəçi böyük oğludur. Ərizəçinin atası Müseyib, anası isə Böyükxanım olmuşdur. Anasının Səkinə adlı bibisi vardır. Əli Qulu ögey əmisidir, lakin onun anasının adını bilmir. X44 isə anasının babası olmuşdur. Maraqlı şəxs 29 saylı Notariat Kontorunun nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 3*5.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 3*5.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 3*7.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 3*7.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 3*7.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 3*8. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.*4.2*19-cu il tarixli, *3 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırki işdə ərizəçi məhkəməyə təqdim etdiyi sənədlərlə mərhum X4 babası, Əli X8 ögey əmisi, Bilqeyis Məhəmmədqulu qızının nənəsi, X6 isə bibisi olmasını əsaslandırmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş müraciət etmiş, lakin müəyyən sənədlərin olmaması səbəsindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli xx.xx.1943-cü il tarixində doğulmuş Ərizəçi münasibətdə mərhum X4 onun babası, Əli X8 ögey əmisi, Bilqeyis Məhəmmədqulu qızının nənəsi, X6 isə bibisi olması faktı müəyyən (təsdiq) edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21622*, 3*7, 3*8, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il tarixində doğulmuş Ərizəçi münasibətdə mərhum X4 onun babası, Əli X8 ögey əmisi, Bilqeyis Məhəmmədqulu qızının nənəsi, X6 isə bibisi olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-5344/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5344/2025
08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver