Məhkəmə qərarları › İş №e-2(006)-5421/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5421/2025

08.12.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5421/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 təhsili ilə bağlı “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 278-22 saylı, xx.xx.2022ci il tarixli müqavilə üzrə 1250 manat əsas borc, 62.5 manat dəymiş zərər və X2 təhsili ilə bağlı “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 516-22 saylı, xx.xx.2022-ci il tarixlimüqavilə üzrə 1250 manat əsas borc, 62.5 manat dəymiş zərər, 320 manat vəkilə ödənilən xidmət haqqı, 47 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulan ödəniş məbləği ödənildiyi üçün hazırda iş üzrə heç bir mübahisə qalmadığı üçün iddanın davam etdirilməsi zərurəti aradan qalxmışdır. Bu səbəbdən də hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Odur ki, iddianın baxılmamış saxlanılması və iddia ərizəsi üzrə ödənilmiş 47 manat dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etdiyini və cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılması ilə bağlı müraciət edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla baxılmamış saxlanılsın. Ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu (“AsanPay”, qəbz nömrəsi: **********66, tarix: xx.xx.2025, saat: 12:26:30) dövlət büdcəsindən İddiaçınə geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar