Məhkəmə qərarları › İş №e-2(006)-5493/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5493/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5493/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qafil qızının cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qafil qızı cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmənin icraatında olan e-2(006)-5493/2022 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-5494/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Qafil qızının cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi) "ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması tələbinə dair" mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-5494/2022 saylı mülki işə birləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edirlər ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan e- 2(006)-5494/2022 saylı mülki işdə də tələb eyni kredit öhdəlikləri ilə bağlıdır və iddia eyni cavabdehlərə qarşı qaldırılmışdır. Hər iki işdə tələbin əsasını “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi təşkil edir. Məhkəmə cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin ərizəsini nəzərə alıb, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Qafil qızının cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddiası üzrə e-2(006)-5493/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X3 icraatında olan iddiaçı X1 cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddiası üzrə e-2(006)-5494/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasını cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-5494/2022 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-5493/2022 saylı qərardadından görünür ki, İddiaçı Qafil qızının cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022ci il tarixə, saat 14:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçıların nümayəndəsi və vəkilinin işlərə birgə baxılmasına dair ərizəsini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq, hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Qafil qızının cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddiası üzrə e-2(006)-5493/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X3 icraatında olan iddiaçı X1 cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair iddiası üzrə e-2(006)-5494/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar