Məhkəmə qərarları › İş №e-2(006)-5522/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5522/2024

10.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5522/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iddia ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, onun barəsində işəgötürən tərəfindən daha əvvəl qəbul edilmiş intizam tənbehləri hazırda məhkəmənin digər hakiminin icraatında olan mülki işdə mübahisələndirilir. Hazırda mülki işlər üzrə icraatın birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Digər icraatda iddiaçı tərəfindən intizam tənbehləri mübahisələndirilir, odur ki, icraatların birləşdirilməsinə etiraz etmir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair mülki iş məhkəmənin icraatında olan digər - İddiaçı Cavabdehnə qarşı "əmrlərin ləğv edilməsi" tələbinə e-2(006)-4739/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, hazırki iddia ərizəsindən görünür ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 18 sentyabr 2024-cü il tarixli, 2339 nömrəli Əmrin ləğv olunması, İddiaçı Cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-də “terapevtik xidmətlər şöbəsi 1-in şöbə müdiri” vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində idiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İcraatda olan digər mülki iş üzrə (e-2(006)-4739-2024 saylı mülki iş) iddia tələbindən isə görünür ki, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İddiaçı barəsində töhmət verilməsi barədə 25 iyul 2024-cü il tarixli və 31 iyul 2024-cü il tarixli əmrlərin, İddiaçı oğlu barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 2172 saylı, 05 sentyabr 2024-cü il tarixli əmrlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının obyektiv şəkildə qəbul edilməsini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair e-2(006)-5522/2024 saylı mülki iş məhkəmənin icraatında olan İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair e-2(006)- 4739/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair e-2(006)-5522/2024 saylı mülki iş məhkəmənin icraatında olan İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair e-2(006)-4739/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin və hazırki mülki işin icraatına xitam verilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-4739/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar