Məhkəmə qərarları › İş №e-2(006)-5616/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5616/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5616/2024 23.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqaviləyə dəyişikliklər edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqaviləyə dəyişikliklər edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə göndərilməli olduğu halda səhvən Nəsimi Rayon Məhkəməsinə göndərildiyini üçün iddia ərizəsini geri qaytarasını, ödənilmiş 571 manat dövlət rüsumunun isə geri qaytarmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh MMC-nin ünvanı ünvan 1ayılov küçəsi, ev 2 B, mənzil 2B göstərilmiş, həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh MMC-nin ünvanının ünvan 2ayılov (Biləcəri qəs.), ev 2b, mənzil 2b olması müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qismində cəlb edilən Cavabdeh MMC-nin rəsmi qeydə alındığı ünvan Bakı şəhərinin Binəqədi rayonunun ərazisinin əhatə dairəsinə aiddir. Məhkəmə iddia ərizəsini və iddiaçının vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 152.1, 152.1.3-cü (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) və 152.1.9-cu (iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda) maddələrinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçının vəkili-nümayəndəsinin ərizəsinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı «müqaviləyə dəyişikliklər edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqaviləyə dəyişikliklər edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar