Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-58/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xeyrulla qızına və qeyrilərinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) "qeydiyyatın ləğv edilməsi və sair” tələbinə dair ilk, qarşılıqlı iddia ərizələri üzrə iddiaçılar X2 və Cavabdeh7 hüquqi varisi X6 və digərlərinin cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X8 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillə təmin olunma və kompensasiya” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə İddiaçı MMC cavabdehlər Cavabdeh1 Xeyrulla qızına, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ” (3-cü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) "qeydiyyatın ləğv edilməsi və sair tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 319 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında iddiaçının istifadəsinə verilmişdir (pilot layihə). İddiaçıya verilmiş ərazidə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 104 ünvanda yerləşmiş və paylı mülkiyyətdə olmuş yaşayış sahəsi,cavabdehlərin özlərinin notariat qaydasında təsdiq edilmiş yazılı razılıqlarıəsasında sökülmüşdür. Hazırda cavabdehlər tərəfindən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə qanunsuz maneələr yaradılmağa cəhd edilir. Dəfələrlə, cavabdehlərə müraciətlə edilmiş və ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 34,6 kv.m olan və cavabdehlərin razılığı əsasında sökülmüş mənzilin əvəzinə sonunculara yeni tikilmiş binada tam təmirli, ümumi sahəsi 46 kv.m olan mənzil təklif edilmişdir. Lakin,cavabdehlər tərəfindən qeyd edilən təklifə heç bir münasibət bildirilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına əsasən iddiaçı sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbi irəlisürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43.2-ci maddəsinə əsasəndövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyanın 24.3-cü maddəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Cavabdehlərin adına paylı mülkiyyətdə olmuş ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 34,6 kv.m olan və cavabdehlərin razılığı əsasında sökülmüş mənzilin yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Belə vəziyyətdə, yeni inşa edilmiş binanın dövlət reyestrində qeydiyyatının aparılmasında da çətinliklər yaranacaqdır. Bu səbəbdən, hesab edirik ki,cavabdehlərin adına paylı mülkiyyətdə olmuş ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 34,6 kv.m olan və cavabdehlərin razılığı əsasında sökülmüş mənzilin dövlət reyestrində qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə əsasən, “Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər.” Beləliklə, hesab edirik ki, cavabdehlərin adına paylı mülkiyyətdə olmuş ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 34,6 kv.m olan və cavabdehlərin razılığı əsasında sökülmüş mənzilin əvəzinə sonunculara həmin ərazidə yeni tikilmiş binada tam təmirli, ümumi sahəsi 46 kv.m olan mənzil verilməklə, sonuncuların adına qeyd edilən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Odur ki, məhkəmədən xahiş edilmişdir ki, cavabdehlərin adına paylı mülkiyyətdə olmuş ünvan 2 ünvanında yerləşmiş ümumi sahəsi 34,6 kv.m olmuş və cavabdehlərin razılığıəsasında sökülmüş mənzilin əvəzinə sonunculara həmin ərazidə yeni tikilmiş binada tam təmirli, ümumisahəsi 46 kv.m olan yeni mənzil verilməklə, qeyd edilən ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 34,6 kv.m mənzilə dair sonuncuların adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilsin. İlkin iddia üzrə Cavabdeh7 vəfat etdiyindan onun həyat yoldaşı Cavabdeh8 hüquqi varis kimi cavabdeh olaraq işə əlavə edilmişdir. İddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsi” tələbi ilə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı MMC-nin iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X2 mülkiyyətində olan 170 kv.m sahənin sökülməsinin əvəzi olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 190 kv.m mənzilin iddiaçıya verilməsi, həmçinin məhv edilən əşyalara görə qarşılıqlı iddia üzrə cavabdehdən 30000 manat məbləğində maddi ziyanın tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X4 ödənilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ünvanında yerləşən 104 saylı evin 23 saylı mənzilinin 1/8 hissəsi AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, xx.xx.2011-ci il çıxarışına əsasən Cavabdeh4 mülkiyyətindədir. Qeyd edir ki, sözü gedən mənzil paylı mülkiyyətində olsa da, iddiaçı digər mülkiyyətçilərin rəsmi nümayəndəsidir. Bildirir ki, iddiaçı ailə üzvləri ilə birlikdə sözü gedən ünvanda 1988-ci il tarixdən 2019-cu il tarixə kimi mütəmadi yaşamışlar. Belə ki, həyətin girişində iddiaçıya məxsus sahəsi 12 kv.m olan mağaza mövcuddur.Həmin mağaza uzun illərdir ki, meyvə tərəvəzin satışı ilə məşğuldur, hal-hazırda da fəaliyyətdədir, iddiaçı tərəfindən icarəyə verilmişdir. Bundan başqa istər iddiaçı, istərsə də ərazidə olan qonşular həmin torpaq sahəsində müəyyən tiklilər tikərək həmin əraziləri icarəyə vermişlər. İddiaçı tərəfindən tikilmiş onlara məxsus sahəsi 60 kv.m olan evin zirzəmisi həmin ərazidə fəaliyyət göstərən kafeyə mətbəx kimi icrarəyə verilmişdir. Buna baxmayaraq həmin zirzəmi iddiaçıya məxsus olsa da MMC tərəfindən ölçü götürülərkən nəzərə alınmamışdır. Həmçinin evin 16 kv.m sahəsində iddiaçı gözəllik salonu kimi işlətmiş, həmin salonda şəxsən özü uzun illər çalışmışdır. Belə ki, 2019-cu il tarixə kimi iddiaçı ailə üzvləri ilə birgə həmin evdə yaşamış, bərabər təsərrüfat aparmışlar. İddiaçının anasının yataq xəstəsi olduğundan işlətdiyi salonu həmin tarixdə bağlamış, özü isə arada gedib-gəlmişdir. Lakin digər ailə üzvləri qardaşı və ailəsi orada yaşamağa davam etmişlər. Cavabdeh MMC tərəfindən söküntü aparılarkən həmin evdə yaşayış mövcud idi. İddia özü ölkə xaricində olsa da, qardaşı və ailəsi mütəmdi olaraq evdə yaşamışdır. MMC-nin əməkdaşları tərəfindən onlara evdən çıxmaqları barədə dəfələrlə xəbərdarlıqlar olunmuşdur. Lakin MMC-lə müəyyən razılığa gəlinmədiyinə görə iddiaçı tərəfindən ev MMC-yə könüllü şəkildə təhvil verilməmişdir. Lakin iddiaçı mülkiyyətçilərə məlumat vermədən, qərəzli şəkildə iddiaçının qardaşının yoldaşı mağazaya çörək almaq üçün gedərkən, evdə heç kəsin olmamasında istifadə edilmiş, onlara məxsus yaşayış evi qanunsuz olaraq sökülmüşdür. Belə ki, sökülmə zamanı iddiaçılara məxsus şəxsi əşyalar, mənzildə yaşayış üçün yararlı olan bütün əşyalar MMC tərəfindən məhv olunmuşdur. Bu qanunsuz söküntü barədə dərhal DİN 102 xidmətinə müraciət edilsə də, heç bir hüquqi nəticəsi olmamışdır. Həmin gün yaranmış mübahsisənin nəticəsində MMC bu gecə mehmanxanada qalması üçün qardaşının ailəsinə həmin gün 200 AZN manat məbləğində pul vermişdir. MMC-nin bu özbaşına, qanunsuz hərəkətləri iddiaçıya 50.000 (əlli min) manat məbləğində maddi ziyan dəymişdir. Buna baxmayaraq tikili sökülməklə iddiaçıya cavabdeh tərəfindən heç bir kompensasiya vərilməmişdir. İş materillarına MMC-nin Cavabdeh4 müəyyən məbləğdə kompensasiya təklif olunması ilə bağlı rəsmi sənəd təqdim olunsa da həmin təklif təklif olaraq qalmışdır. Real olaraq MMC tərəfindən heç bir addımlar atılmamışdır. Belə ki, ölçü zamanı mənzilin faktiki ölçüsünün 158 kv.m, mağazanın isə 12 kv.m olduğu müəyyənləşdirilmişdir. Həmçinin MMC iddiaçıya mənzilin hansı ölçüdə verilməsini müəyyənləşdirərkən çöldən-çölə hesablandığı halda iddiaçıya məxsus olan sahəsini isə içdən-içə hesablanmışdır. Görünüdüyü kimi MMC-nin pilot layihəsini həyata keçirmək üçün ona İcra hakimiyyəti tərəfindən verilmiş icazədən qanunsuz olaraq sui-istifadə etmiş, bir ailənin evsiz qalmasına səbəb olmuşdur. Mübahisəli məsələ ilə bağlı məhkəmə tərəfindən dərin, obyektiv, şəffaf qərar verilməsi ilə bağlı həmin sahəyə yerli baxış keçirilməli, məhkəmə tərəfindən iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Qeyd edir ki, ümumilikdə MMC cavabdehə məxsus 170 kv.m sahənin sökülməsi nəzərdə tutmuşdur. Bunun qarşılığında MMC iddiaçıya 140 kv.m sahəsi olan yeni mənzil təklif etmişdir. Hesab edir ki, həmin təklif çıxarış əsasında hesablanmışdır. İddiaçın faktiki istifadəsində olan sahə nəzərə alınmamışdır. Ölçmə belə qeyri obyektiv müəyyənləşmişdir. Bu səbəbdən də müəyyənləşən evin sahəsini düzgün və ədalətli hesab etmirlər. Həmçinin MMC iddiaçı tərəfindən icarəyə verilən zirzəmini də hesablamamış, faktiki sahəsi onlar tərəfindən ümumilikdə səhv olaraq 170 kv.m olması müəyyənləşdirilmişdir. Həmçinin onlar tərəfindən iddiaçıya çox aşağı ölçüdə mənzil təklif edilərkən MMC iddiaçıya vurduğu maddi ziyanı da unutmuşdur. Cavabbdeh iddiaçıya 190-200 kv.m olan mənzil və məhv etdiyi əşyaların əvəzi olaraq 50.000 (əlli min) AZN manat məbləğində pul verməli olduğu halda 140 kv.m mənzil təklif edilmişdir. Ona görə də bu təklifi real və obyektiv hesab etmirlər. Cavabdeh xüsusi mülkiyyəti qanunsuz olaraq sökməklə mülki hüququn ümumi əsaslarına zidd hərəkət etmiş, ədalət və mütənasiblik prinsiplərinin pozmuşdur. Bundan başqa iş materiallarına əlavə olunmuş AR Bakı şəhəri Nəsimi Rayon lcra Hakimiyyəti tərəfindən cavabdeh Rahilə Rzayevaya ünvanlanmış məktubda şirkət Nəsimi RİH -nin 1 MMC-nin rəhbərliyinə məsələyə güzəştlə yanaşması ilə bağlı müraciət edilməsi qeyd edilmişdir. Buna baxmayaraq MMC indiki bazar qiymətlərinə uyğun ədalətli kompensasiya, məhv etdiyi mənzilin sahəsinə uyğun mənzil təklif etməmişdir. Həmin qarşılıqlı iddia tələbini bir neçə dəfə dəqiqləşdirərək sonda X2 vəkili və nümayəndəsi məhkəmədən “İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin iddia tələbinin rədd, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin olunaraq, Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, Cavabdeh6 və Cavabdeh7 paylı mülkiyyətində olan sökülmüş sahənin əvəzi olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən 240.6 kv.m. mənzilin Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh2, Cavabdeh3, X10, X9, Cavabdeh6 verilməsi, həmçinin məhvedilmiş əşyalara görə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya dəymiş 30 (otuz min) manat məbləğində maddi ziyanın, iş üzrə məhkəməyə iddia tələbi ilə müraciət edildiyi zamandan etibarən hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqının "xxxx" MMC-dən tutularaq Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh2Xeyrulla qızı, Cavabdeh3, X10, Cavabdeh5, Cavabdeh6 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, dəqiqləşmə ərizəsi yalnız Cavabdeh4 nümayəndəsi və vəkili tərəfindən imzalanmış, məhkəmə isə MPM-nin 51.2-ci maddəsinə istinad edərək ərizəni icraata qəbul etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 və X20 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillə təmin olunma və kompensasiya” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 75 kv.m ölçüdə 2 otaqlı mənzillə təmin olunmaları və mənzillərinin sökülməsi nəticəsində 40.000 məbləğində dəymiş ziyanın, 1.000 manat mənəvi zərərərin, həmçinin mənzillə təmin olunana qədər hər ay 400 manat məbləğində kirayə pulunun ödənilmə vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla 2021-ci ilin oktyabr ayında mənzil sökülənə kimi həmin ünvanda oğlu X20 ilə birgə yaşadığı sübut olunur. Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən o və oğlu X20 07 sentyabr 2003-cü il tarixdən etibarən ünvan 6 ünvanında qeydiyyatdadırlar. Qeyd etmək istəyir ki, oğlu X20 ilə birlikdə ünvan 6 ünvanında yaşamışıq.Evin həyətinin giriş hissəsində ümumi sahəsi 12 m- olan uzun illərdir meyvə-tərəvəz satışı ilə məşğul olan mağaza mövcuddur. Mənzil söküldükdən sonra da həmin mağaza fəaliyyətini davam etdirir, keçmiş həyat yoldaşı X11 və onun razılığı ilə həmin mağaza tərəflərindən icarəyə verilib, ümumi icarə haqqı aylıq olaraq 500 manat müəyyən olunub və hər ay həmin icarə haqqından 150 manat ona ödənilir. Eyni zamanda tərəflərindən tikilmiş sahəsi 60 kv.m olan evin zirzəmisi də həmin ərazidə fəaliyyət göstərən kafeyə mətbəx kimi icarəyə verilmişdi. Evin 162 m sahəsində fəaliyyət göstərən gözəllik salonunda 2019-cu ildən ev sökülən tarixə kimi işləmişdir. Həm zirzəmi, həm də gözəllik salonu söküntü işləri zamanı şirkət tərəfindən sökülmüşdür. Həmin ünvanda yaşamaqları və mənzilin onların istifadəsində olması müvafiq arayışlar və qonşuların şahidliyi ilə təsdiq olunur. Bununla bağlı əlavə olaraq bildirmək istəyir ki, məhkəmə gedişində qonşular şahid qismində məhkəmə prosesində iştirak edəcəklər. Yaşadığı və istifadə hüququm olan ünvan 6 ünvanında yerləşən mənzil Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə "xxxx" MMC-yə yaşayış binası tikilməsi üçün ayrılmış və onun razılığı olmadan həmin şirkət tərəfindən qanunsuz olaraq sökülmüşdür. Həmin ərazidə yaşayan digər sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə çağırılmış, müvafiq məbləğdə kompensasiya müqabilində evlərinin sökülməsinə yazılı razılıq vermişlər. Lakin onun ümumiyyətlə bu prosedurdan xəbəri olmamış, nə"xxxx" MMC tərəfindən, nə də mənzildə qeydiyyatda olan digər şəxslər həmçinin bu işdə digər paylı mülkiyyətçilər qismində çıxış edən X16, Cavabdeh2, X10, X22, Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh6, X17 və Cavabdeh5 tərəfindən məlumatlandırılmamışdır. Bundan əlavə olaraq qeyd etmək istəyirəm ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3638/2012 nömrəli iş üzrə 05 oktyabr 2012-ci il tarixli qətnaməsində iddiaçılar X16, Cavabdeh2, X10, X22, Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh6, X17 və Cavabdeh5 mənə qarşı olan kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Hesab edirəm ki, cavabdehin qanunsuz hərəkətləri ucbatından onun və oğlu X8 mənzil hüquqları pozulmuşdur. Cavabdeh xüsusi mülkiyyəti qanunsuz olaraq sökməklə mülki hüququn ümumi əsaslarına zidd hərəkət etmiş, ədalət və mütənasiblik prinsiplərinə əməl etməmişdir. Mənzilin sökülməsi nəticəsində mənzilin içindəki əşyalar məhv olmuş, onlara təqribi hesablamalarla 40 000 manat məbləğində əmlak ziyanı vurulmuşdur. Söküntü zamanı aşağıdakı əşyalar məhv edilmişdir: Mebel dəsti - 5000 manat, oğlum Rzazadə Cavidanın otağında olan 2 qapılı paltar və sair. Ərizəsinə əlavə olunan sənədlərdə öz əksini tapacaq. "xxxx" MMC tərəfindən Nəsimi rayon lera Hakimiyyətinin Başçısına göndərilən 22 may 2023-cü il tarixli məktubda bizə məxsus olan mənzil müqabilində "xxxx" MMC tərəfindən 165 000 ( bir yüz altmış beş min) manat və əlavə olaraq 20 000 ( iyirmi min) manat kompensasiya, mənzil qəzalı vəziyyətə düşdüyünü üçün isə aylıq 800 manat pul təklif etmişlər. Lakin qeyd olunan 165 000 manat ödəniş və 20 000 manat məbləğində kompensasiya cavabdeh şirkət tərəfindən heç bir formada ödənilməmişdir. Kirayə pulu ilə bağlı müəyyən olunan 800 manat ödəniş keçmiş həyat yoldaşı X14 400 manat, ona 400 manat olmaqla bölünmüşdür. Həmin kirayə ödənişini çoxsaylı müraciətləri nəticəsində nəhayət 2023-cü ilin iyun ayından fasilələrlə almağa başlamışam. İndiyə qədər ümumilikdə 4800 manat kirayə pulu ilə bağlı ödəniş olunub. Kirayə pulunun ödənişi ilə bağlı şirkət mənə hər dəfə çətinliklər yaradır, onu get-gələ salırlar, ödənişi vaxtında ala bilmir. Hesab edir ki, cavabdeh "xxxx" MMC-nin üzərinə o və oğlu X8 mənzil hüquqlarını pozduğu üçün onların yeni mənzillə təmin olunmaları öhdəliyi qoyulmalıdır. Belə ki, sözügedən mənzilin, yəni ünvan 6 ünvanının ümumi sahəsi 170 m müəyyən edilmişdir. Həmin mənzilin mülkiyyətçisi olmadıqlarınıı, lakin orda istifadə hüququ olan şəxslər olduqlarını nəzərə alaraq onun və oğlunun mənzil hüququnun bərpa olunması məqsədilə cavabdeh şirkət tərəfindən 2 otaqlı, ümumi sahəsi 75 m olan mənzillə təmin olunmaqlarını xahiş edirəm. Ümumilikdə bildirmək istəyirəm ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində oğlu və o çox ağır günlər yaşamış, maddi və məişət şəraitimiz olduqca çətinləşmişdir. İllərdir yaşadıqları ev və içindəki əşyalarının məhv olması onlara çarəsiz hala salmışdır. Bütün bunlar onun və oğlunun psixoloji sarsıntılar və mənəvi iztirablar yaşamaqlarına, eyni zamanda həyat səviyyələrinin, yaşayış səviyyələrinin aşağı düşməsinə səbəb olmuşdur. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilsin. Qeyd olunanları nəzərə alaraq cavabdehdən maddi zərərlə yanaşı mənəvi zərərə görə də kompensasiya tələb etmək hüquqlarının olduğunu düşünür. Bütün bunları nəzərə alaraq çavabdeh şirkət tərəfindən onlara 1000 manat məbləğində mənəvi zərərlə bağlı kompensasiya ödəmək öhdəliyinin qoyulmasını da xahiş edir. İlkin iddia üzrə cavabdeh Rzayev Baba Xeyrulla oğlunun hüquqi varisi Cavabdeh8 İddiaçı MMC-yə qarşı “mənzilin verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan tələbini dəqiqləşdirərək ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunaraq, Cavabdeh7 qanun üzrə vərəsəsi Cavabdeh8 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 23 saylı mənzilin 170 kv. m sahənin sökülmsinin əvəzi olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən 240 kv.m mənzilin Cavabdeh8 verilməsi həmçinin məhv edilən əşyalara görə qarşılıqlı iddia üzrə cavabdehdən 30.000 manat məbləğində maddi ziyanın tutularaq, mənzillə təmin olunana qədər hər ay 400 manat məbləğində kirayə pulunun ödənilmə vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili ilkin iddia əriəsinə uyğun izahat verərək, ilkin iddianın təmin, digər iddiaların isə rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh5, Cavabdeh6 və X2 vəkili və nümayəndəsi, həmçinin Cavabdeh7 hüquqi varisi X21 və onun vəkili və etibarnamə üzrə nümayəndəsi ayrı -ayrılıqda qarşılıqlı iddia ərizəsinə uyğun izahatlar verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edərək, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının həllini isə məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X20 öz idida ərizələrinə uyğun izahat verərək iddialarının təmin edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddiaların həllinin isə məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Sonuncu məhkəmə iclasında (məhkəmə qətnaməsinin elanı iclası) proses iştirakçıları iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia, qarşılıqlı iddialar və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 319 nömrəli Sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 319 nömrəli Sərəncamın surətindən görünür ki, AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının icrası ilə bağlı verilmiş Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 18 saylı, xx.xx.2017-ci il tarixli və 100 saylı, xx.xx.2017ci il tarixli sərəncamları ilə görülən sənədləşdirmə işləri İddiaçı adına aparılmışdır. Müqavilə bağlanılması Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılova həvalə edilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 10 xüsusi mülkiyyət kimi 1/8 pay hissəsi Cavabdeh1 Xeyrulla qızının, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7, X5 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh5 xx.xx.2022-ci il tarixli, **********604 saylı ərizəsindən görünür ki, ünvan 10 xüsusi mülkiyyətçi kimi 1/8 pay hissəsi ilə bağlı heç bir iddiası yoxdur və sökülməsinə etiraz etmir. - Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh2 xx.xx.2022-ci il tarixli, **********604 saylı ərizəsindən görünür ki, ünvan 10 xüsusi mülkiyyətçi kimi 1/8 pay hissəsi ilə bağlı heç bir iddiası yoxdur və sökülməsinə etiraz etmir. - Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh3 xx.xx.2022-ci il tarixli, **********604 saylı ərizəsindən görünür ki, ünvan 10 xüsusi mülkiyyətçi kimi 1/8 pay hissəsi ilə bağlı heç bir iddiası yoxdur və sökülməsinə etiraz etmir. - Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh4 xx.xx.2022-ci il tarixli, **********604 saylı ərizəsindən görünür ki, ünvan 10 xüsusi mülkiyyətçisi kimi 1/8 pay hissəsi ilə bağlı heç bir iddiası yoxdur və sökülməsinə etiraz etmir. - Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********604 saylı ərizəsindən görünür ki, ünvan 10 xüsusi mülkiyyətçisi kimi 1/8 pay hissəsi ilə bağlı heç bir iddiası yoxdur və sökülməsinə etiraz etmir. - Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh6 xx.xx.2022-ci il tarixli, **********604 saylı ərizəsindən görünür ki, ünvan 10 xüsusi mülkiyyətçisi kimi 1/8 pay hissəsi ilə bağlı heç bir iddiası yoxdur və sökülməsinə etiraz etmir. - Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh7 xx.xx.2022-ci il tarixli, **********604 saylı ərizəsindən görünür ki, ünvan 10 xüsusi mülkiyyətçisi kimi 1/8 pay hissəsi ilə bağlı heç bir iddiası yoxdur və sökülməsinə etiraz etmir. - "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, 23 saylı mənzilin texniki göstəricilərini və dəyərini müəyyən etmək üçün verdiyi qiymətləndirilmə hesabatından görünür ki, mənzilin parametrləri aşağıdakı kimidir:Mənzilin ümumi sahəsi sənəd üzrə 34,6 kv.m, faktiki sahəsi isə 188.0 kv.m.Qiymətləndirilən mənzilin söküntüdən əvvəlki vəziyyətdə (2019-2020-ci illər) orta bazar qiyməti 360.000 manat təşkil edir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, 23 saylı mənzilin payçısı Cavabdeh4 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı (Olimpus MTK) tərəfindən azadlıq prospekti 104 ünvanında 1 mərtəbəli həyət tipli, sahəsi 34.6 kv.m (faktiki sahəsi 61.13 kv.m) olan 23 saylı mənzilin əvəzinə mülkiyyətçilərə 140 kv.m sahəsi olan yeni mənzil təklif edilmişdir. Tərəfinizdən qeyri-real şərtlər irəli sürülərək köhnə mənzilin əvəzinə sahəsi 130 kv.m və 70 kv.m olan 2 mənzil, əlavə olaraq 15000 manat təzminat tələbi irəli sürülmüşdür.Şirkət tərəfindən isə 210000 manat təzminat təklif edilmiş, siz isə imtina etmişsiniz. Təkliflərlə qarşılıqlı razılıq olmadığı halda məsələnin məhkəmə qaydasında həlli təklif edilir. - İddiaçı Nəsmi Rayon İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, qeyd edilən mənzilin ümumi sahəsi 34.6 kv.m faktiki sahəsi 61.13 kv.m həmçinin 59.21 kv.m zirzəmi hesablanmışdır. Həmin mənzil müqabilində 210000 manat kompensasiya və aylıq 400 manat kirayə haqqı təklif edilmişdir. Təkliflərlə qarşılıqlı razılıq olmadığı halda məsələnin məhkəmə qaydasında həlli təklif edilir. - Azərbaycan Respublikası Bakı şəhəri MKTB 13 saylı MKİS 277 nömrəli xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, X1 pr, 104 ünvanında 2001-ci ildən qeydiyyatda olmaqla həmin mənzil sökülənə kimi oğlu Rzazadə Cavidanla birlikdə yaşayıblar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X12 xx.xx.2023cü il tarixli arayışından görünür ki, X7 ailə tərkibinə oğlu X23 (xx.xx.2000) daxildir. - Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X19 aparatının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, 23 saylı mənzildə qeydiyyatdadır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-819/03 saylı iş üzrə xx.xx.2003-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2000-ci ildə anadan olmuş X20 və X7 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, 23 saylı mənzilinə köçürülərək mənzilə istifadə hüququ tanınmışdır və həmin qətnaməApellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2003-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-(006)237/11 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X15 5000 manat məbləğində kompensasiya verilməsi yolu ilə o və övladı xx.xx.2000-ci ildə anadan olmuş X8 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, 23 saylı ümumi sahəsi 34.6 kv.m, yaşayış sahəsi 12.5kv.m, yardımçı sahəsi 22.1 kv.m olan mənzilə olan istifadə hüquqlarına xitam verilmiş və sonuncu azyaşlı övladı və özünə məxsus əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsi 2-(006)237/11 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1428/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-(006)-3638//2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 cavabdeh X15 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 10 ünvanında yerləşən sökülmüş sahənin ölçüsü ümumilikdə 240.6 kv.m təşkil etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 104, 23 saylı mənzili faktiki olaraq söküldüyündən, sökülmüş sahənin əvvəlki vəziyyətini müəyyən etmək mümkün olmdığından, həmin sahənin 1 kv.m qiymətinin də müəyyən edilməsi barədə tədqiqat aparılması mümkün olmamışdır. - xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Cavabdeh7 arvadı Cavabdeh8 onun vərəsəsidir və miras əmlakdan tam hissədə pay almalıdır. - Nəsimi Rayon Məhkəməsinon 2(006)—3237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatətin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "qeydiyyatın ləğv edilməsi” tələbinə dair e-2(006)-3237/2023 saylı mülki iş, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xeyrulla qızına və qeyrilərinə qarşı "qeydiyyatın ləğv edilməsi və sair” tələbinə dair e-2(006)-3590/2023 saylı mülki işlə bir icraatda biləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Mülki işin materiallarına həmin mənzillə bağlı fotoşəkillər əlavə edilmişdir. b)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X13 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Hazırki iddia üzrə cavabdehlərin hüquqlarına MTK tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X13 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin - 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. - 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. - 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırkı mülki iş ayrı-ayrılıqda verilmiş dörd iddia üzrə tələbləri əhatə edir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilk olaraq xx.xx.2023-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə ilkin iddia üzrə cavabdehlərin qeydiyyatının ləğv edilməsi tələbi ilə məhkəmədə müraciət etmiş, həmin iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılsa da, apellyasiya məhkəməsi tərəfindən iddianın baxılması mümkün hesab edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bununla belə, İddiaçı xx.xx.2023-cü il tarixində mahiyyəti üzrə eyni tələblə yenidən məhkəməyə müraciət etdiyindən, Nəsimi Rayon Məhkəməsinon 2(006)—3237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim: Nail Abbasov) işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hər iki iş üzrə İddiaçı tərəfindən eyni mahiyyətdə tələblər irəli sürüldüyündən, birləşdirilmiş mülki işə ayrıca münasibət bildirilməsinə ehtiyac yoxdur. Məhkəmə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xeyrulla qızına və qeyrilərinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) "qeydiyyatın ləğv edilməsi və sair” tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından məlum olmuşdur ki, ilkin iddia üzrə cavabdehlər ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 34,6 kv.m olan mənzilin xüsusi mülkiyyətçiləri olmuş və bu hüquqlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi çıxarışla təsdiq olunmuşdur. Məhkəmə ilkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər tərəfindən mənzilin sökülməsinə notarial qaydada razılıq verildiyindən həmin daşınmaz əmlaka dair qeydiyyatın hüquqi mənası qalmadığı və ləğv olunmalı olduğu dəlili ilə razılaşmır. Məhkəmə hesab edir ki, notarial razılıq mənzilin tam və real qarşılıq əsasında dəyişdirilməsi və ya itirilmiş (sökülmüş) əmlakın bərabər dəyərdə əvəzləşdirilməsi öhdəliyini ortadan qaldırmır. Əksinə, tərəflər arasında razılıq əsasında söküntü aparıldıqda, mülkiyyətçinin eyni hüquqi və faktiki dəyərə malik mülkiyyət hüququ ilə təmin edilməsini zəruridir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin qiymətləndirmə hesabatından və ekspertiza rəyindən görünür ki, cavabdehlərə məxsus olmuş mənzilin sənəd üzrə sahəsi 34,6 kv.m göstərilsə də, faktiki sahəsi 188 kv.m olmuş, sökülmüş sahənin ümumi həcmi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən 240.6 kv.m təşkil etmişdir. Bu fakt cavabdehlərin əmlakına dair mövcud qeydiyyatın yalnız formal sənəd göstəricilərinə deyil, real fiziki mövcudluğa əsaslandığını göstərir. Digər tərəfdən, ilkin iddia üzrə iddiaçı MTK tərəfindən cavabdehlərə əvəzinə təklif olunan mənzilin ümumi sahəsinin 46 kv.m olması, həm sənəd üzrə, həm də faktiki istifadə sahəsi baxımından əvvəlki əmlaka nisbətdə ciddi dərəcədə az olması ilə cavabdehlərin mülkiyyət hüquqlarının ədalətli şəkildə təmin edilmədiyini göstərir. Məhkəmə hesab edir ki, hazırkı halda ilkin iddia üzrə cavadehlərin paylı mülkiyyətlərində olan mübahisəli mənzildə qeydiyyatları yalnız formal deyil, mülkiyyət hüququnun həyata keçirilməsinin əsas sübutudur və o, əvəz əmlakla tam təmin edilməyənə qədər hüquqi mənasını itirmiş hesab oluna bilməz. Həmçinin, məhkəmə onu da qeyd edir ki, təqdim edilmiş sübutlar arasında cavabdehlərin söküntüyə qarşı konkret etirazının olmaması barədə bəzi notariat ərizələri yer alsa da, bu razılıqların yeni mənzilin dəqiq xüsusiyyətləri və dəyəri barədə tam məlumat əsasında verildiyini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, tərəflər arasında əvəzləşmə ilə bağlı razılıq əldə olunmadığı üçün bu razılıqların hüquqi qüvvəsi də məhduddur. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı MTK tərəfindən dövlət reyestrində qeydiyyatın ləğv olunmasının hansı konkret hüquqi marağı müdafiə etdiyi və bunun nə üçün məhkəmə müdaxiləsi ilə həyata keçirilməsinin zəruri olduğu da əsaslandırılmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xeyrulla qızına və qeyrilərinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) "qeydiyyatın ləğv edilməsi və sair” tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki hazırkı işdə həm X10 və digər mülkiyyətçilər, həm də ayrılıqda mərhum cavabdeh – sökülmüş evin mülkiyyətçilərindən biri olan Cavabdeh7 hüquqi varisi Cavabdeh8 məhkəməyə qarşılıqlı iddia ərizələri müraciət etmişlər. İlkin qarşılıqlı iddia ərizəsinin tələbləri aşağıdakılardan ibarətdir. 1.qarşılıqlı iddia üzrə cavabdehlərin paylı mülkiyyətində olan sökülmüş sahənin əvəzi olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən 240.6 kv.m. mənzilin onlara verilməsi;
2. məhvedilmiş əşyalara görə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya dəymiş 30 (otuz min) manat məbləğində maddi ziyanın onlara ödənilməsi; 3.iş üzrə məhkəməyə iddia tələbi ilə müraciət edildiyi zamandan etibarən hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqının "xxxx" MMC-dən tutularaq onlara ödənilməsi. Cavabdeh8 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin tələbləri aşağıdakılardan ibarətdir.
1. Cavabdeh7 qanun üzrə vərəsəsi Cavabdeh8 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 23 saylı mənzilin 170 kv. m sahənin sökülməsinin əvəzi olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən 240 kv.m mənzilin Cavabdeh8 verilməsi;
2. məhv edilən əşyalara görə qarşılıqlı iddia üzrə cavabdehdən 30.000 manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi,
3. mənzillə təmin olunana qədər hər ay 400 manat məbləğində kirayə pulunun ödənilmə vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması. Məhkəmə ilk olaraq X10 və digərlərinin “cavabdehdən 240.6 kv.m. mənzilin onlara verilməsi” barədə qarşılıqlı iddia ərizəsini münasibət bildirərək qeyd edir ki, iddiaçı və onun nümayəndəsi tərəfindən tələb edilən 240.6 kv.m sahəyə malik mənzilin verilməsi tələbi real icrası mümkün olmayan, qeyri-müəyyən bir tələbdir. Belə ki, iddia olunan mənzilin konkret ölçü ilə — yəni 240,6 kv.m — tələb olunması onun icrasını texniki və hüquqi cəhətdən qeyri-mümkün edir. Belə ölçüdə və planlaşdırmada mənzilin tikintisi, şirkətin balansında olması və ya tikinti layihəsində mövcudluğu barədə heç bir dəqiq məlumat və sübut təqdim olunmamış, bu isə onu göstərir ki, iddia konkret obyektə yönəlməmiş, ümumi və qeyri-müəyyən xarakter daşımışdır. İddiaçı tərəf yalnız konkret ölçü ilə mənzil tələb etmiş, lakin digər mümkün variantları — məsələn, eyni məbləğdə bir neçə mənzilin birləşdirilməsi, həmin sahəyə yaxın kvadratlı mənzil və ya əvəzedici pul kompensasiyası — istəməmişdir. Bu isə onu göstərir ki, tələb hüquq pozuntusunun aradan qaldırılması üçün real mexanizm təklif etmir, yalnız abstrakt hüquqi iddia xarakteri daşıyır. Bundan əlavə məhkəmə qeyd edir ki, tikinti prosesi, planlama, istismar və təhvil şərtləri baxımından heç bir tikinti şirkəti əvvəlcədən hər hansı fiziki şəxsə konkret kvadrat metrlə bu qədər böyük sahəni zəmanətli formada təqdim etmək öhdəliyini könüllü olaraq üzərinə götürməsi mümkün deyildir. Belə hallarda ya müqavilədə mənzilin sahəsi aydın şəkildə göstərilir, ya da tərəflər birgə razılaşma yolu ilə konkretləşdirirlər. Lakin iş materiallarında belə razılaşmanın və ya öhdəliyin varlığı sübut olunmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, tələbin təmin olunacağı təqdirdə, bu qərarın icra mərhələsində ciddi çətinliklər ortaya çıxacaqdır. Çünki əgər tələb olunan ölçüdə mənzil hazırda mövcud deyilsə, bu, onun yenidən layihələndirilməsi, texniki dəyişikliklər, əlavə tikinti və ya digər şəxslərin hüquqlarına müdaxilə ilə mümkün ola bilər. Belə olan halda, məhkəmənin qərarı icra üçün texniki və hüquqi baxımdan çətinliklər doğuracaq, qərarın yerinə yetirilməsi üçün əlavə prosedurlar tələb olunacaqdır. Bu isə məhkəmə qərarının aydın və icra oluna bilən olması prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə Cavabdeh8 cavabdehdən 240.6 kv.m. mənzilin onlara verilməsi”-nə dair ayrıca tələbi ilə bağlı isə qeyd edir ki, iş üzrə artıq yuxarıda ətraflı əsaslandırıldığı kimi, sözügedən tikinti layihəsi çərçivəsində Rzayevlər ailəsinə və digər ailə üzvlərinə 240 kv.mlik sahənin ayrılması ümumiyyətlə mümkün deyildir. Bu yalnız texniki və tikinti şərtləri baxımından deyil, eyni zamanda daşınmaz əmlakın əvvəlki sahibləri arasında mülkiyyət bölgüsü və paylı iştirak hüququ baxımından da qeyri-real hesab olunur. Eyni zamanda, mövcud materiallarla müəyyən edilmişdir ki, həmin daşınmaz əmlak üzərində bir neçə şəxsin mülkiyyət hüququ mövcuddur və bu şəxslər arasında hüquqi əlaqələr ailə və vərəsəlik münasibətlərinə əsaslanır. Bu halda onların hər biri yalnız müvafiq payı həcmində hüquq tələb edə bilər. Cavabdeh8 təkbaşına 240 kv.m mənzil tələb etməsi, digərlərinin hüquqlarını nəzərə almadan, faktiki olaraq bütöv ailəyə və ya bir neçə vərəsəyə şamil edilməli olan əvəzi tam şəkildə yalnız özü üçün tələb etməsi nə hüquqi baxımdan, nə də ədalət prinsipləri baxımından qəbul edilə bilməz. Məhkəmə hər iki qarşılıqlı iddianın “məhv edilən əşyalara görə qarşılıqlı iddia üzrə cavabdehdən 30.000 manat məbləğində maddi ziyanın tutularaq onlara ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hər iki qarşılıqlı iddia ərizələri üzrə iddiaçılar tərəfindən 30.000 manatlıq maddi ziyanın ödənilməsi tələbi də əsaslandırılmamış və mülki iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, iş materiallarında məhv edilmiş konkret əşyaların siyahısı, onların dəyəri, vəziyyəti və ya bu dəyərlərin hansı ekspertizaya əsasən müəyyən olunduğu göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Bundan əlavə, qarşılqlı iddia üzrə iddiaçılar tərəfindən evin sökülməsinə əvvəlcədən razılıq verildiyi və söküntünün könüllü təhvil vermə əsasında həyata keçirildiyi halları məhkəməyə təqdim edilmiş sübutlarla öz əksini tapmışdır. Bu razılıq ərizələri mübahisənin qarşılıqlı razılaşma müstəvisində aparıldığını göstərir və daha sonra təqdim edilən zərər iddialarının hüquqi əsasını zəiflədir. Son olaraq məhkəmə hər iki qarşılıqlı iddianın “hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqının "xxxx" MMC-dən tutularaq onlara ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mülki işin materiallarında bu məbləğin ödənilməsini zəruri edən faktlar – məsələn, iddiaçıların kirayədə yaşamaları, kirayə müqaviləsi, ödəmə sənədləri və ya bu məbləğin real zərurət olduğunu təsdiq edən hər hansı sübutlar təqdim olunmamışdır. Əgər kirayə haqqı real zərər kimi tələb olunursa, bu zərərin konkret və sübutlu şəkildə göstərilməsi, ödəmə sənədləri və ya şahid ifadələri ilə təsdiqlənməsi vacibdir. Belə sübutların olmaması halında bu tələb yalnız ehtimallara əsaslanan fərziyyə kimi qiymətləndirilə bilər və hüquqi baxımdan təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizələri üzrə iddiaçılar X2 və Cavabdeh7 hüquqi varisi X6 və digərlərinin cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsinə” dair qarşılıqlı iddia ərzələri əsassız olduqlarından rədd edilməlidirlər. Məhkəmə qeyd edir ki hazırkı işdə X19 və X20 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində "xxxx" MMC-yə qarşı “mənzillə təmin olunma və kompensasiya” tələbi ilə bağlı müraciət etmişlər. Onların tələbləri aşağıdakılardan ibarətdir.
1. 75 kv.m ölçüdə 2 otaqlı mənzillə təmin olunmaları;
2. mənzillərinin sökülməsi nəticəsində 40.000 məbləğində dəymiş ziyanın onlara ödənilməsi;
3. 1.000 manat mənəvi zərərərin onlara ödənilməsi;
4. mənzillə təmin olunana qədər hər ay 400 manat məbləğində kirayə pulunun ödənilmə vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının “75 kv.m ölçüdə 2 otaqlı mənzillə təmin olunmaları” hissəsi ilə bağlı ilk olaraq onu qeyd edir ki, iddiaçılar özləri də etiraf etmişlər ki, həmin mənzil onların mülkiyyətində olmamış, sadəcə olaraq uzun müddət faktiki yaşayış və qeydiyyat əsasında istifadə olunmuşdur. Məhkəmə hesab edir ki, faktiki istifadə və ya qeydiyyat faktı şəxsin daşınmaz əmlak üzərində əvəz əmlak tələb etmək hüququnu formalaşdırmır. Mülkiyyət hüququ olmadan, sadəcə yaşayış faktı əsasında yeni mənzil tələb olunması mülki hüquq sisteminin prinsiplərinə ziddir və belə tələbin təmin edilməsi mülkiyyət hüququ olan digər şəxslərin legitim maraqlarının pozulmasına gətirib çıxarar. Əlavə olaraq vurğulanmalıdır ki, bu cür iddiaların təmin olunması yaşayış qeydiyyatında olan, lakin mülkiyyət hüququ olmayan bir çox digər şəxslərin oxşar əsaslarla tələblər irəli sürməsinə yol aça bilər. Bu isə mülkiyyət hüququnun sabitliyinə, xüsusi mülkiyyətin toxunulmazlığı prinsipinə və cavabdeh tikinti şirkətinin qanuni maraqlarına ciddi zərbə vura bilər. Lakin məhkənə onu da qeyd etməyi zəruri hesab edir ki, iddianın mənzilin təhvil verilməsi hissəsinin rədd edilməsi gələcəkdə müstəqil tələb irəli sürən üçüncü şəxslərin yeni mənzil üzərində istifadəyə dair hüquqlarını istisna etmir. Belə ki, yeni yaşayış sahəsi mülkiyyətçilərə təqdim edildikdən sonra, həmin ünvanda faktiki və ya hüquqi istifadə əsasında istifadə hüququnun yaranması mümkündür. Bu baxımdan, hazırda üçüncü şəxlərin yeni mənzillə təmin edilmələri əsaslı hesab edilməsə də, gələcəkdə bu şəxslərin həmin mənzillərdə faktiki yaşayış və ailə münasibətləri zəminində istifadə hüququnun müdafiə olunması mümkündür, və bu məsələ ayrıca hüquqi mübahisənin predmeti ola bilər. Məhkəmə iddianın “mənzillərinin sökülməsi nəticəsində 40.000 məbləğində dəymiş ziyanın onlara ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında məhv edilmiş konkret əşyaların siyahısı göstərilsə də, onların cavabdeh MTK tərəfindən məhv olunmasına dair sübutlar mülki iş materiallarına əlavə edilməmiş, bundan əlavə onların dəyəri, vəziyyəti və ya bu dəyərlərin hansı ekspertizaya əsasən müəyyən olunduğu göstərilməmişdir. Məhkəmə iddianın “1.000 manat mənəvi zərərərin onlara ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və X13 haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Son olaraq məhkəmə iddia tələbinin “mənzillə təmin olunana qədər hər ay 400 manat məbləğində kirayə pulunun ödənilmə vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, X19 və X20 mübahisəli əmlakda mülkiyyət hüququna malik olmadıqlarından, həmin əmlakın sökülməsi ilə bağlı onlara dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbi hüquqi əsasdan məhrumdur. Məhkəmə qeyd edir ki, kirayə pulu tələbi yalnız mülkiyyətçiyə şamil edilə bilər. Tikinti şirkətinin yalnız mülkiyyətçiyə qarşı məsuliyyət daşıması hüquqi təcrübədə qəbul edilmiş prinsipdir. Əks halda, əmlak hüququ olmayan hər bir şəxsin kompensasiya tələb edə bilməsi hüquqdan suistifadələrin yaranmasına yol açar və hüquqi sabitliyə zərbə vurar. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X8 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillə təmin olunma və kompensasiya” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xeyrulla qızına və qeyrilərnə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) "qeydiyyatın ləğv edilməsi və sair” tələbinə dair ilk, qarşılıqlı iddia ərizələri üzrə iddiaçılar X2 və Cavabdeh7 hüquqi varisi X6 və digərlərinin cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X8 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillə təmin olunma və kompensasiya” tələblərinə dair iddia ərizələri rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, hazırki iş üzrə dörd iddia tələbinin dördüdə bütövlükdə rədd edildiklərindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manatın 25 AZN-i (iyirmi beş manat) İddiaçı MMC-dən, qalan 25 AZN-i (iyirmi beş manat) isə cavabdehlər Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xeyrulla qızına və qeyrilərinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) "qeydiyyatın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizələri üzrə iddiaçılar X2 və Cavabdeh7 hüquqi varisi X6 və digərlərinin cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərzələri rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X8 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillə təmin olunma və kompensasiya” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manatın 25 AZN-i (iyirmi beş manat) İddiaçı MMC-dən, qalan 25 AZN-i (iyirmi beş manat) isə cavabdehlər Cavabdeh1 Xeyrulla qızı, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.