Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5890/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Braziliya Federativ Respublikasının Bakıdakı Səfirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Braziliya Federativ Respublikasının Bakıdakı Səfirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinin ləğv edilməsinə dair 02 sentyabr 2024cü il tarixli, 7 saylı əmrinin ləğv edilməsi, tutulduğu vəzifəyə bərpa edilməsi, 02 sentyabr 2024-cü il tarixdən qərar icra edilən müddətə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və cavabdehdən onun qanunsuz hərəkətlərinə görə ona dəymiş mənəvi zərərə görə 5000 manat kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçı cavabdeh kimi qoyduğu Braziliya Federativ Respublikasının Bakıdakı Səfirliyində sürücü vəzifəsində işləmiş, lakin 02 sentyabr 2024-cü il tarixli, 7 saylı Əmr əsasında iddiaçı tutduğu vəzifədən azad edilmişdir ki, hazırda iddiaçı həmin Əmri mübahisələndirərək, əmrin ləğv edilməsini, əvvəlki vəzifəyə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqının və cavabdehdən onun qanunsuz hərəkətlərinə görə ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 453-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında yaradılan diplomatik missiyaların üzvləri, onların ailə üzvləri və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid edilir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən maddəsinin tələbinə əsasən iddiaçının bu tələbinə məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı cavabdeh Braziliya Federativ Respublikasının Bakıdakı Səfirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bu halda İddiaçı cavabdeh Braziliya Federativ Respublikasının Bakıdakı Səfirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia üzrə cavabdeh Braziliya Federativ Respublikasının müvafiq məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Braziliya Federativ Respublikasının Bakıdakı Səfirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı cavabdeh Braziliya Federativ Respublikasının Bakıdakı Səfirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia üzrə cavabdeh Braziliya Federativ Respublikasının müvafiq məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-5890/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5890/2024
06.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver