Məhkəmə qərarları › İş №e-2(006)-5902/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5902/2021

23.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5902/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən yaşayış mənzilinə azyaşlı uşaqları ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X3 ikinci cavabdeh qismində qeyd etməklə, onun ünvan 1 ünvanda yerləşən yaşayış mənzilinə azyaşlı uşaqları ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27.04.2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə girmişlər və 10.07.2007-ci il təvəllüdlü X11 və 18.10.2010-cu il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. 11.05.2012-ci il tarixdən ünvan 1 ünvanda yerləşən mənzilə qeydiyyatdadır. Cavabdehla ilk uşağı doğulmamışdan əvvəl ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra ünvan 1 ünvanda yerləşən mənzildə yaşamağa başlamışdır və uzun illər ailəsi tərəfindən onun üçün hazırlanmış cehiz əşyalarını həmin mənzilə aparmışdır. Hal-hazırda Cavabdeh onu həmin evdə yaşamağa imkan vermir və o, yaşadığı mənzildən zorla və heç bir səbəb olmadan çıxarılmış və azyaşlı uşağları ilə kirayələrdə qalmağa məcbur olmuşdur. O, həmin mənzildən məcburi qaydada çıxarıldığı anadək orada yaşamışdır. Hazırki ana qədər də ona məxsus bütün cehiz əşyaları həmin mənzildədir. Əlavə olaraq bildirir ki, o, cavabdehlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla cavabdehlə bərabər hüquqlar, yəni həmin yaşayış sahəsində yaşayaraq ondan istifadə etmək hüququ əldə etmişdir. Cavabdeh bu hərəkətləri ilə onun və uşaqlarının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, azyaşlı uşağları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmalıdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı qeyd etmişdir ki, 2 il 5 aydır ki, o, qeydiyyatda olduğu mənzildə yaşaya bilmir. 2 il 5 ay bundan əvvəl həyat yoldaşı Həmidov X9 Dispanserdə müalicə almağa göndəriləndən sonra onu həmin mənzildən məcburi qaydada qayınanası X4 çıxarmışdır. Onlarla yaşamaq istəmədiyini bildirmişdir. Çünki həmin mənzil qayınanasının adına qeydiyyatdadır. Qayınanası özü də həmin mənzildə qeydiyyatdadır və orada yaşayır. Mənzilin dövlət reyestrindən çıxarışı qayınanasındadır. Qayınanası onu və iki uşağını məcburi evdən çıxaranda o, qardaşına bildirmiş, qardaşı gəlib onu aparmışdır. Həmin vaxtdan da hal hazırda onun cehiz əşyaları həmin mənzildədir. Onlar məcbur olub mənzildən çıxdıqdan sonra ilk öncə Göyçay rayonu Çayarxı kəndində atası və anasının yanına getmişlər, sonradan Bakıya qayıdaraq Sulutəpə qəsəbəsi (Çiçək qəsəbəsi) 2-ci sıra deyilən ərazidə yerləşən həyət evində o, iki uşağı, anası və atası kirayədə yaşamağa başlamışlar. Kirayədə yaşadığı həyət evi iki mərtəbəli evdir. Birinci mərtəbədə onlar kirayədə qalırlar, ikinci mərtəbədə ev sahibi özü yaşayır. Hal-hazırda da həmin mənzildə kirayədə qalırlar və 150 manat kirayə haqqı verir, maddi imkanları aşağıdır. Qeydiyyatda olduğu mənzildə yaşayana qədər uşaqları 42 nömrəli orta məktəbdə oxumuşlar. Mənzildən çıxarılandan sonra məcbur qalıb uşaqlarını Xırdalan şəhəri 1 saylı orta məktəbə adlarını yazdırmışdır, hal-hazırda da orada oxuyurlar. Çünki həyat yoldaşı müalicə alırdı. Təxminən 7-8 ay müalicə alıb dispanserdən çıxdıqdan sonra ona mənzillərinə qayıtmaq istədiyini bildirsə də, nə həyat yoldaşı, nə də qayınanası onu həmin mənzilə qayıtmağa imkan vermirlər. Həyat yoldaşını da qayınanası öyrədir. Bir dəfə həyat yoldaşı gələrək onu kirayədə yaşadığı evin həyətində təhqir edərək, onu mənzilə buraxmayacağını bildirmişdir. Bunu hal-hazırda kirayədə yaşadığı evin sahibi X7 da təsdiq edə bilər. Bundan başqa, o, iddia ərizəsinə qayınanasının onu zorla evdən çıxarması barədə səs yazısını və Vüsalın ona 17 iyun 2021-ci il tarixdə göndərdiyi səs yazılarını ərizəsinə əlavə edir. Qayınanasının səs yazısını o özü evdən çıxardığı vaxt yazmışdır ki, sübut kimi saxlayıb gələcək həyat yoldaşı Cavabdeh qulaq asdırım. Cavabdeh səs yazısını isə özü whatsapp vasitəsi ilə ona göndərmişdir. Onları qayınanası evdən çıxaran zaman qonşular özü də buna şahid olmuşlar. Əlavə olaraq bildirir ki, o, kirayədə qalmaqla iki uşağına baxır, onları böyüdür, maddi imkanı aşağıdır, həm uşaqlara baxmaq və həm də kirayə pulu vermək onun üçün çətindir. O, Sahil metrostansiyasının yaxınlığında yerləşən Azərbaycan Dövlət Pedoqoji Universitetində işləyir. Hər gün işə gedib gəlmək onun üçün çətindir, həm yol uzaq olur, həm xərcləri çox olur, həm də uşaqlarını məktəbə aparıb gətirmək çətindir. Bundan başqa, uşaqları böyüyür, onların bu problemlərlə böyüməmələri, atalarından ayrı yaşamamaları, onların təhsili ilə daha yaxşı məşğul olması, eləcə də yola və kirayəyə çox vəsait xərcləməməsi üçün öz qeydiyyatda olduğu mənzilə köçmək istəyir. Mənzilə köçsə uşaqlarını yenidən 42 nömrəli orta məktəbə adlarını yazdırar, onlar rahat məktəbə gedib gələrlər. O isə yola və kirayəyə xərclədiyi pulları ailəsinə, uşaqlarının təhsilinə xərcləyər. Əgər o, öz qeydiyyatda olduğu ünvanda yaşaya bilsə, atası və anası qardaşı X8 ilə birlikdə yaşayacaqlar. Qardaşı hal-hazırda Bakıxanov qəsəbəsində yaşayır. Qeyd etdiyi mənzil həyət evi olmaqla, iki ayrı otaqdan ibarətdir. Bir otaqda qayınanası və bir otaqda o ailəsilə yaşamışdır. O, öz ailəsindən ayrılmaq və həyat yoldaşından boşanmaq istəmir. O, uşaqlarının gələcəyini düşünərək bunu istəyir. İstəyir ki, uşaqları ailə qayğısı ilə böyüsünlər, məktəb yaxında olsun, məktəbə rahat getsinlər. Bundan başqa, kirayədə yaşadığını, qayınınası və həyat yoldaşı tərəfindən həmin mənzildən zorla çıxarıldığı və həmin mənzildə yaşamasına icazə verilməməsini və iddia ərizəsində göstərdiyi digər xüsusatları təsdiqləmək üçün kirayədə yaşadığı evin sahibi X5 şahid qismində dindirilməsini xahiş edir. X7 və Cavabdeh bir-birilərini tanıyırlar. Bundan başqa, bildirir ki, o, işləməli olduğu üçün üçün hər gün işdə olduğundan məhkəməyə gələ bilmir, buna görə də, məhkəmədə onun hüquqlarını nümayəndəsi və vəkili müdafiə edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 27.04.2011-ci il tarixdə rəsmi nikah daxil olmuşdur. Onların 10.07.2007-ci il təvəllüdlü X11 və 18.10.2010cu il təvəllüdlü X12 adlı iki uşaqları var. İddiaçı qayınanası X2 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə köçmüşdür. 11.05.2012-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür. Hazırda iddiaçı həmin mənzilə istifadə hüququ tanınmaqla köçürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisənin həllinə İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olduqları vaxt qüvvədə olan qanunvericiliyə istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında gəlin «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdeh X1 ailə üzvü olmadığına görə onun yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə həmin mənzilin tərkib hissəsindən istifadə etmək hüququ yaranmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar