Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-615/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı "xx.xx.2022-ci il tarixli 2V-186 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış reyestr qeydinin və müqavilənin etibarsızlığına, çıxarışın ləğvinə, miras əmlakda vərəsə olaraq iddiaçının payının müəyyən edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçın cavabdehlər Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı "xx.xx.2022-ci il tarixli 2V-186 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış reyestr qeydinin etibarsızlığına və çıxarışın ləğvinə, miras əmlakda vərəsə olaraq iddiaçının payının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsızlığına; Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində qeydiyyata alınmış reyestr qeydinin eibarsızlığına və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvinə; xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərindı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum mirasqoyan xx.xx.1949-cu il təvəllüdlü X30 iddiaçının ata tərəfdən babasıdır. Belə ki, iddiaçının atası – xx.xx.1977-ci il təvəllüdlü X31 iddiaçının anası Qanuni nümayəndə Qınyaz qızı ilə xx.xx.2004-cü ildə nikah bağlamış və nikahları Səadət Sarayında 155 nömrəli ilə qeydiyyata alınmışdır. Həmin nikahdan xx.xx.2008-ci il tarixdə İddiaçı anadan olmuşdur. İddiaçının valideynlərinin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuş və nikahın pozulması Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 443 nömrəsi ilə qeydə alınmışdır. İddiaçının babası X30 xx.xx.2021-ci il tarixdə “Covid-19 vurusu” diaqnozundan ölmüş və mərhumun ölümü xx.xx.2021-ci il tarixdə Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən 838 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının babası Fərhad Ağayev öldüyü anda adına Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylıevin 3 otaqlı 52 saylı mənzili olmuşdur. Həmin mənzil üzərində mərhumun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1996cı il tarixdə 96246 reyestr nömrəsi qeydiyyata alınmışdır. Mərhumun öldüyü anda birinci növbəli vərəsələri aşağıdakı şəxslər olmuşlar: xx.xx.1955-ci il təvəllüdlü arvadı X33 – xx.xx.2022-ci il tarixdə ölmüşdür; xx.xx.1977-ci il təvəllüdlü oğlu – X31 – xx.xx.2022-ci il tarixdə ölmüşdür. X3 öldüyü anda və ondan sonra arvadı Olqa Ağayeva və iddiaçının atası Rüstəm Ağayev mirasqoyanla bir ünvanda yaşamaqla həmin miras qalmış mənzildə qeydiyyatda olmuşlar. İddiaçı yetkinlik yaşına çatmadığından və qanuni nümayəndəsi vərəsəlik işinin açılıb-açılmamasının, ümumiyyətlə vərəsəlik işinin hansı notariat ofisində aparılmasının müəyyən edilməsinin yollarını bilmədiyindən, iddiaçının qanuni nümayəndəsi olan Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə vəkilə müraciət edərək, vərəsəlik işi ilə bağlı sübutların toplanması işi üzrə onlara hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamışdır. Vəkil sorğusuna əsasən Bakı şəhəri 31 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 60 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylıevin 3 otaqlı 52 saylı mənzili mərhum X22 məxsus olmuşdur. Qeyd olunan arayış və digər ilkin zəruri sənədlər toplanaraq xx.xx.2022-ci il tarixdə vərəsəlik işinin açılması üçün Bakı şəhəri 43 saylı Notariat ofisinə yazılı şəkildə müraciət olunsa da, 10 gündən çox müddət ərzində müsbət cavab olmadığından, iddiaçının və onun qanuni nümayəndəsinin vəkili və etibarnamə üzrə nümayəndəsi olaraq tərəfindən notariat ofisinə müraciət edilir. Notariusun təklifi ilə vərəsəlik işinin açılmasının rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə yenidən notariat ofisinə gəldikdə, məlum olmuşdur ki, həmin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə mirsqoyanın ikinci növbəli vərəsəsi olan qardaşı - Cavabdeh3 2V-186 reyestr nömrəli qanunüzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən xx.xx.2022ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı məktub verilmişdir. Eyni zamanda, vəkil sorğusuna əsasən həmin vərəsəlik işində olan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Notariat Ofisindən xx.xx.2022-ci il tarixdə alınmış vərəsəlik işinin materiallarından müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə öz adından 8İ-12947 reyestr nömrəliərizə ilə Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət edərək mərhum X12 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, həmin ərizəsində mirasqoyanın birinci növbəli vərəsəsi olan nəvəsi - yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adını qeyd etməmiş, mirasqoyanın cavabdehdən başqa hər hansı vərəsəsinin olmadığını bildirmişdir. Notariat ofisindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzil üzərində mübahisələndirdikləri “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında cavabdehin mülkiyyət hüququnun qeydiyyata alındığı bildirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X33 və X11 qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin ½ hissədə payı olmuşdur. Onların hər ikisi mirası faktiki cəhətdən qəbul etsələr də, Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən öldüyündən, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunur və digər birinci növbəli vərəsələr olmadığından, miras qalmış əmlakda iddiaçının payı tam müəyyən edilməlidir. Lakin, Cavabdeh3 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət edərkən, vərəsələrdən mirasqoyanla bir ünvanda qeydiyyatda olaraq yaşamış xx.xx.2022-ci il tarixdə ölmüş Rüstəm Ağayevə münasibətdə sonuncunun oğlu İddiaçı adını bəyan etməməklə, həmin xüsusatı notariat ofisindən gizlətmişdir. Nəticədə həmin vərəsə miras əmlakdan pay almaq hüququndan məhrum olmaqla, onun konstitusion hüquqları pozulmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçının vəkili tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş xx.xx.2022-ci il tarixli 230 nömrəli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli **********56 nömrəli cavab məktubundan məlum olmuşdur ki, iddiaçı yetkinlik yaşına çatmayan İddiaçı babası mərhum X22 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 3 otaqlı 52 nömrəli mənzil üzərində mirasqoyanın qardaşı - Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra, sonuncu həmin mənzili Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi ilə bağlı notariat işinin götürülməsi ilə əlaqədar tərəfimdən xx.xx.2022-ci il tarixdə 274 nömrəli sorğu ilə Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edilmiş və notariat ofisi tərəfindən təqdim edilmiş notariat işindən məlum olmuşdur ki, Cavabdeh3 mübahisələndirilən xx.xx.2022-ci il tarixli 2V-186 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” aldıqdan sonra, həmin şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı 52 nömrəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra, Cavabdeh3 miras qalmış əmlakı qaçırmaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə dəyərindən aşağı qiymətə, yəni 85000 manata Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır və hazırda həmin mənzil üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bu göstərdikləri məhkəməyə vermiş olduqları iddia tələbinin dəqiqləşdirilməsini və iddia tələbinin həcminin artırılmasını zəruri edir. Verilmiş iddia ərizəsində iddia tələbinin qanuni əsasıları göstərildiyindən, hazırki ərizədə hüquqi əsaslandırmaya yenidən yer ayırmayaraq, hesab edir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Sonda o, 1. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsızlığına; 2. Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsızlığına; 3. cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığına; 4. həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə; 5. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirmişlərdir ki, mənzilin kirayəçisi onun atası Ağayev Ağarza idi. Mənzildə X40 və o – Cavabdeh3 yaşayırdılar. Sonra hər ikisi evləndilər və onların ailə də orada yaşayırdı. Ataları öləndən sonra xx.xx.1996-cı ildə X40 öz adına özəlləşdirdi. Onlar razılığa gəlmişdilər ki, mənzili satıb pulunu bərabər bölüşərdilər. Mənzili özəlləşdirəndən sonra X5 ona qarşı hikkəli oldu, deyirdi ki, mənzilin sahibi odur və onları evdən çıxarda bilər. onun ailəsini mənzilə qeydiyyata aldırmırdı. Axırda həyat yoldaşı X2 Rayon Məhkəməsində mənzildən istifadə hüququnun tanınması barədə iddia qaldırdı və Nəsimi Rayon Məhkəməsi xx.xx.2000-ci il tarixli qətnaməsi ilə onun iddiasını təmin etdi və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-İ xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsini saxladı. X5 xx.xx.2021-ci il tarixdə vəfat etdi. Onun iki vərəsəsi qaldı. Arvadı X35 və X11, X35 Fərhad Ağayevin ölən günü mənzildə yaşayırdı, ancaq oğlu Rüstəm Ağayev mənzildə yaşamırdı və qeydiyyatda yox idi. Qardaşı ilə araları soyuq olmağına baxmayaraq, onun bütün dəfn mərasimini, qəbir üstü daşını, cümə axşamlarını hamısını onların ailəsi elədi. Vərəsələrdən heç biri mirası qəbul etmədi. X11 xx.xx.2022-ci il tarixdə vəfat etdi, X35 xx.xx.2022-ci il tarixdə vəfat etdi. Qeyd etmək istəyir ki, X16 və X19 dəfn mərasimini, qəbir üstü daşını və hüzrlə əlaqədar digər xərcləri onlar etdilər. iddiaçı ərizəsində göstərir ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə öz adından 8İ-12947 reyestr nömrəli ərizə ilə Bakı şəhəri, 43 saylı Notariat ofisinə müraciət edərək mərhum Cavabdeh3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnaməsini xahiş etsə də, həmin ərizəsində mirasqoyanın birinci növbəli vərəsəsi olan nəvəsi – yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü İddiaçı adını qeyd etməmiş, mirasqoyanın cavabdehdən başqa hər hansı vərəsəsinin olmadığını bildirmişdir. Qeyd etmək istəyir ki, iddiaçının göstərdikləri ona şamil edilə bilməz. Onlar hesab edir ki, İddiaçı birinci növbə vərəsə deyil. O, ümumiyyətlə, bu işdə vərəsə deyil və ola da bilməz. Miras qoyan X30 xx.xx.2021-ci ildə vəfat etmişdir. X11 xx.xx.2022-ci ildə yəni bir il bir ay bir gündən sonra vəfat etmişdir və bu müddət ərzində vərəsəliyi qəbul etməmişdir. Miras qoyanın arvadı X33 da xx.xx.2022-ci ildə vəfat etmişdir. O da təxminən bir il dörd ay ərzində vərəsəliyi qəbul etməmişdir. Demək olar ki, onlar hər ikisi mirasdan faktiki imtina etmişlər. Göründüyü kimi İddiaçı mirasqoyan Fərhad Ağayevə münasibətdə qohumluq münasibətlərinə görə Fərhad Ağayevin nəvəsidir. Qanunun tələbinə görə nəvə və nəticələr o halda vərəsə ola bilərlər ki, mirasın açılma anında onların qanun üzrə birinci növbədə vərəsə ola bilən valideynləri sağ olmasın. İşin hallarından göründüyü kimi miras açılan zaman, yəni mirasqoyan olmasın. İşin hallarından göründüyü kimi miras açılan zaman, yəni mirasqoyan Fərhad Ağayevin xx.xx.2021-ci il tarixdə onun qanun üzrə 1-ci növbə vərəsə olan İddiaçı isə atası Rüstəm Ağayev sağ olmuşdur. Odur ki, işin bu cür halında hazırkı iş üzrə İddiaçı qanun üzrə birinci növbəli vərəsə ola bilən şəxslər kateqoriyasına daxil deyildir. İddiaçı atası Rüstəm Ağayev isə mirasın açıldığı xx.xx.2021-ci il tarixdən, onun öldüyü xx.xx.2022-ci il tarixədək (bir il bir ay bir gün) mirasın qəbuluna dair notariat kontoruna ərizə verməmiş, həmçinin, miras əmlakı kütləsinə daxil olan evdə yaşamamış, bunla da mirası nə rəsmi, nə də faktiki qəbul etməmişdir. Miras əmlakı üzərində Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. İddia ərizəsinə etirazı ilə bir halı göstərməyi özünə borc bilir. Yuxarıda qeyd etmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia tələbi qeyri-qanunidir və təmin edilməməlidir. Buna baxmayaraq, o, halallığı nəzərə alıb, demək olar ki, evin satılmasından əldə edilən pulun 6(altı) min manatını üç nəfərin dəfn mərasiminə xərcləmişdir. Ağayev Fərhadın banka 2900 manat borcu var idi onu ödədi. 4000 manat evin təmirinə xərclədilər. 1000 manat Olqanın borcu var idi onu verdilər. evin sənədləşməsinə 1000 manat. Dəllal pulu 2000 manat, izafi xərclər 1000 manat və Rüstəm Ağayevin müəyyən borcları təxminən 1000 manat. Bütün bunları toplasaq 18000 manat təşkil edir. 20000 manat bankda X20 xahişinə görə İddiaçı adına saxlayıblar. İstəyir ki, hər şey halallıqla olsun. Mənzili qanuni vərəsə kimi öz adına sənədləşdirdikdən sonra satdı. Hesab edir ki, yuxarıda qeyd etdiyi kimi onun tərəfindən heç bir qanun pozuntusu törədilməyib. Mənzilinin alıcısı Cavabdeh4dur. Vicdanlı alıcıdır, çünki mənzil satılarkən Dövlət notariusu qanunla müəyyən olunan bütün tədbirləri görmüşdür. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etirazın məzmununa uyğun izahat verərək, bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının axırları noyabr ayının əvvəllərində Hüseyn adlı əmlakçıya müraciət edərək, ona satın almaq üçün mənzil tapılmasında kömək etməsini xahiş etmişdi, o, ona bor neçə yeni təmirli və köhnə təmirli mənzil göstərmişdi, baxdığı mənzillərdən hazırda mübahisələndirilən mənzili bəyəndi və almaq qərarına gəldi. Bu mənzili ona görə seçdi ki, təmiri köhnə idi və alıb özü istədiyi kimi təmir etmək istəyirdi. Qeyd edir ki. Mənzili ona Hüseynlə birlikdə Nizami adlı ev sahibi göstərmişdi. Onlar təxminən 2-3 gün ərzində qiymət barədə razılaşıb, notariusa getdilər və alqı-satqı etdilər. alqı-satqıdan bir müddət sonra Nizamigil mənzili boşaltdılar və o, təmirə başladı, qeyd edir ki, mənzilin təmirinə təxminən 30000 manat qədər xərc çəkmişdir. Həmin mənzilə baxarkən, eləcə də, alqı-satqı edərkən, mənzilin vərəsəlik əsasında Nizamiyə məxsus olması barədə ona heç kim heç nə deməyib, ümumiyyətlə, mənzilin mübahisəli olması barədə məlumatı olmayıb. Mənzilin sənədi (reyestrdən çıxarış) Nizaminin adına olmuşdur. Notariusda da mənzilin sənədləri yoxlanılıb, hər hansı bir şübhəli hal olmayıb. əgər belə bir hal olsaydı, o, heç vaxt həmin mənzilə yaxın durmazdı, almazdı. Belə olan halda, yəni onun mənzillə bağlı kimlərinsə arasında mübahisə yarada biləcək halın olmasını, mənzil üzərində başqalarının da hüququ olduğunu bilmədiyi vəziyyətdə satın aldığı mənzilə münasibətdə o, vicdanlı alıcı (əldə edən) hesab olunur, ona görə də mənzilin alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. İddiaçı vicdanlı alıcı olaraq ona münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə edilmiş olar. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Belə hüquqi mövqenin tutulması, yəni iddianın təmin olunmaması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X23 izahatında bildirdi ki, qanun üzrə vərəsəliklə əmlakın keçməsi zamanı elektron portalda miras qoyanın ölümü barədə məlumat olsa da, onun nəvəsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatıarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 029663 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Ağayev X1 40 №-li yaşayış evinin 52 saylı mənzilinə xüsusi mülkiyyət hüququ ilə malik olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 199941 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə COVİD-19 virusu səbəbilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 838 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş 05Q-855/69 saylı Arayışdan görünür ki, X28 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Ölüm haqqında xx.xx.2021-ci il tarixli 838 saylı akt qeydi tərtib edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 310556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1149 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 234 saylı; xx.xx.2022-ci il tarixli, 248 saylı; xx.xx.2022-ci il tarixli, 235 saylı; xx.xx.2022-ci il tarixli, 231 saylı; xx.xx.2022-ci il tarixli, 274 saylı vəkil sorğularından görünür ki, iddiaçı tərəf vərəsəlik işi ilə bağlı sənədlərin əldə edilməsi üçün müraciətlər etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-186 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X13 vərəsəsi olaraq qardaşı Cavabdeh3 göstərilmişdir və ona çatası əmlak olaraq ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.2 kv/m, yaşayış sahəsi 40.2 kv/m, 3 otaqlı olan mənzil qeyd edilmişdir. Həmçinin, bu materiallara əlavə edilmiş Cavabdeh3 tərəfindən yazılmış ərizənin surətindən görünür ki, o, ondan başqa hansı vərəsələrin olması ilə bağlı qrafalarda qeyd aparmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünü rki, Ağayev X29 rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, ev 40, mənzil 52 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ əmlakın dövlət reyestrində reyestr kitabının 96246 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışından görünür ki, Cavabdeh3 qeydiyyat ünvanı ünvan 5yyatda olan digər şəxslər sırasına X33, X6, X26, X36 da daxildir. İş materiallarında olan Bakı şəhəri 43 Saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2994 saylı məktubuna əsasən, xx.xx.2022-ci il tarixdə miras qalmış əmlaka dair Cavabdeh3 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar olaraq müraciətdə qeyd olunan X27 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 60 nömrəli məktubundan görünür ki, Nəsimi rayonu, 5 mkr., A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52də qardaşı Cavabdeh3, qardaşının həyat yoldaşı X8 və qızı X26 qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********56 saylı məktubundan görünür ki, Bakı şəhəri 14 saylı DNK-nın 4Ə/1956 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağayev X25 rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzilinə tam mülkiyyət hüququ ilə malik olmuşdur. O, xx.xx.2021-ci il tarixdə, onun X11 isə xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Ağayev Rüstəmin xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adında vərəsəsi vardır. Bundan başqa mərhum X13 Cavabdeh3 adlı qardaşı da vardır. X13 ölümündən sonra Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzilə mülkiyyət hüququ qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə Cavabdeh3 keçmişdir. Daha sonra Cavabdeh3 həmin əmlakı Cavabdeh4 satmışdır. İddiaçı qanun üzrə vərəsə qismində tanınması ilə bağlı notariusa müraciət edilsə də, bunun artıq mümkün olmadığı bildirilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X31 ilə Qanuni nümayəndə nikahı pozulmuşdur. Qanuni nümayəndə xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qanuni nümayəndəsi qismində çıxış edir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. 1252-ci maddəyə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-ci maddəyə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1300-cü maddəyə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1324-cü maddəyə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin faktiki hallarından göründüyü kimi, mülki iş üzrə X13 ünvan 6 ünvanındakı mənzili onun xx.xx.2021-ci il tarixdə ölümündən sonra xx.xx.2022-ci il tarixli, reyestrdə 2V- 186 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə qardaşı Cavabdeh3 mülkiyyətinə keçmişdir. Miras əmlakı əldə edən zaman Cavabdeh3 öz ərizəsində miras qoyanın ondan başqa vərəsəsi olmadığını qeyd etməklə miras əmlakı əldə etmiş və onun birinci növbəli vərəsəsi olan və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X24 çatmalı olan və daha sonra irsi transmissiya qaydası ilə X17 Fariz Rüstəm oğluna qalacaq əmlakın onun tərəfindən əldə edilməsinə mane olmuşdur. Cavabdeh3 qeyd edilmiş miras əmlakı əldə etdikdən sonra onu Cavabdeh4 adına özgəninkiləşdirmişdir. Cavabdeh3 öz etirazında bildirmişdir ki, miras açıldıqda İddiaçı atası Ağayev Rüstəm sağ olmasına baxmayaraq, mirasın əldə edilməsi üçün müraciət etməmişdir. Halbuki, qanunda göstərildiyi kimi vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X33 və X11 qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin ½ hissədə payı olmuşdur. Onların hər ikisi mirası faktiki cəhətdən qəbul etsələr də, Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən öldüyündən, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunur və digər birinci növbəli vərəsələr olmadığından, miras qalmış əmlakda iddiaçının payı tam müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi hissəsində iddia təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Belə ki, iddiaçı, həmçinin, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığını və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində reyestr qeydi aparılmışdır. Həmin reyestr qeydinin etibarsız hesab edilməsi üçün qeyd edilən müqavilənin etibarsızlığı zəruridir. Lakin Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Qeyd edilməlidir ki, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 saylı əmlakın qanunsuz əsasla mülkiyyətçisi olması, həmin əmlakı vicdanlı əldə edən Cavabdeh4 ilə aralarında olan müqavilənin və onun əsasında verilmiş icra qeydinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Bu səbəbdən, iddia bu hissədə təmin oluna bilməz. Eyni zamanda miras əmlakın alqı-satqısı zamanı Cavabdeh4 tərəfindən Cavabdeh3 ödənilmiş 85.000 manatın restitusiya qaydasında tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində bununla bağlı hər hansı xahişin olmaması, təmir işlərinin satışdan öncə və ya sonra aparılması, habelə əmlakın məbləğinin mübahisəli olması ilə bağlı hallar nəzərə alınaraq məsələyə ayrıca məhkəmə icraatı qaydasında baxılması məqsədəmüvafiqdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməli, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməli, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payı müəyyən edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101- 093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydi etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payı müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-615/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-615/2023
06.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver