Məhkəmə qərarları › İş №e-2(006)-6171/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6171/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6171/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsini cəlb etdiyi “doğum faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsini cəlb etdiyi “doğum faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1902-ci il tarixdə Bakı şəhərində anadan olmuş babası X2 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin babası X6 1900-1910-cu illərdə Bakı şəhərində anadan olmuşdur. Babası ünvan 1 ünvanında yaşamış və 1942-ci ildə 1941-1945-ci illərdə gedən X5 gedən döyüşlərdə vəfat etmişdir. Bununla bağlı yaşadığı ünvana bildiriş (qara kağız) gəlmiş, lakin sonradan itirilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 1902-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 ölmüş elan edilmişdir. Ulu nənəsindən sonra Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 3 ünvanında yerləşən mənzil miras olaraq qalmış və həmin əmlakı ərizəçi idarə edir, lakin onun oğlu olan, babası X2 doğum haqqında şəhadətnamənin olmaması üzündən faktiki idarə etdiyi miras əmlakını adına rəsmiləşdirə bilmir. Ərizəçi doğum haqqında şəhadətnaməni almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməkdən imtina edib məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemindəki məlumatlar yoxlanılmış və doğulmağını qeydə alınması halı müəyyən edilmədiyi üçün doğum faktı təsdiq edən lazımi sənədi başqa qaydada almağı mümkün deyil. Ərizəçinin nümayəndəsi dəqiqləşdirmə barədə ərizə təqdim edərək 1902-ci il tarixdə Bakı şəhərində anadan olmuş babası X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasında X7, ana qrafasında X9 və milliyət qrafasında azərbaycanlı göstərilməklə doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 608 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 378 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1902-ci ilə dair vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilmədiyindən Ərizəçi doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1902-ci ilə dair vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilmədiyindən X2 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Ərizəçi ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1931-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 21 dekabr 1931-ci ildə doğulan X4 təvəllüdü qeyd olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1188/2025 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 1902-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 ölmüş elan edilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi günün X2 ölüm günü sayılması qət edilmişdir. Azərbaycan Respublikası səfərəbərlik və hərbi ximətə çağırış üzrə dövlət xidmətinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Sovet ordusu sıralarında xidmət keçmiş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin strukturuna daxil olan qurumlardan başqa Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda (www.obdmemorial.ru. https://pamyat-naroda.ru) saxlanılır. www.pamyat-naroda.ru portalından çıxarışdan görünür ki, doğum tarixi 1902-ci il, doğulduğu yer Azərbaycan SSR, Bakı şəhəri qeyd edilmiş X6 xx.xx.1942-ci ildə sıravi olaraq orduya çağırılmışdır. ********** nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizənin təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə, araşdırma zamanı təhlil edilmiş sübutlara və işin digər hallarına qiymət verərək hesab edir ki, X2 doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni X2 1902-ci il tarixdə Bakı şəhərində doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd - yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 1902-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. X3 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mustafayev”, adı “Ağa”, ata adı “Mustafa”, doğum tarixi “1902-ci il”, doğum yeri “Bakı”, ata qrafasında “atası X7, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X9, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. X2 ölmüş elan edilməsi nəzərə alınsın. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar