Məhkəmə qərarları › İş №e-2(006)-62/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-62/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-62/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, birinci iddia üzrə İddiaçı2, birinci iddia üzrə iddiaçıların və birləşdirilən mülki iş üzrə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X8 nümayəndəsi (vəkili) Nümayəndə1, birinci iddia üzrə cavabdeh və birləşdirilən mülki iş üzrə ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) Nümayəndə2 Hüseyn qızının iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbi, birləşdirilən iş üzrə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh Mənzil Tikinti Kooperativinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X11 qarşı «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair ilk, birləşdirilən iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) X8 qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə öhdəliklərinin icra edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliklərinin icra edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində ümumi sahəsi 78.2 kv.m ibarət 2 otaqlı, tam təmirli (döşəmə parket; sanitar qovşağı tam təmir etmək; mənzilin tavanını alçipan asma tavan şəklində təmir etmək; mərkəzi istilik sistemi; mənzilin divarlarına divar kağızları yapışdırmaq; otaq və sanitar qovşağında qapılarını quraşdırmaq) mənzilin İddiaçı1 təhvil verilməsi; eyni zamanda, İddiaçı1 məruz qaldığı 4.800 manat məbləğində maddi zərərin, 5.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; İddiaçı2 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində ümumi sahəsi 79.2 kv.m ibarət 2 otaqlı, tam təmirli (döşəmə parket; sanitar qovşağı tam təmir etmək; mənzilin tavanını alçipan asma tavan şəklində təmir etmək; mərkəzi istilik sistemi; mənzilin divarlarına divar kağızları yapışdırmaq; otaq və sanitar qovşağında qapılarını quraşdırmaq) mənzilin İddiaçı2 təhvil verilməsi; eyni zamanda, İddiaçı2 məruz qaldığı 4.800 manat məbləğində maddi zərərin, 5.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı1 («Tərəf 2») ilə Cavabdeh MTK («Tərəf 1») arasında 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, ««Tərəf 1» ... «Tərəf 2»-nin razılığına əsasən ******* nömrəli, Seriya RX **********24-05101-093001 reyestr nömrəli olan xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56.0 kv.m ibarət mənzilin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başlandıqdan sonra 18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış kompleksində «B» bloku 4-cü mərtəbə, ümumi sahəsi 78.2 kv.m ibarət 2 otaqlı 16A saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür». Həmin müqavilənin 3.1.5-ci maddəsinə əsasən, «Təmirə daxil olacaqdır: döşəmə parket; sanitar qovşağı tam təmir etmək; mənzilin tavanını alçipan asma tavan şəklində təmir etmək; mərkəzi istilik sistemi; mənzilin divarlarına divar kağızları yapışdırmaq; otaq və sanitar qovşağında qapılarını quraşdırmaq.» Müqavilə üzrə İddiaçı1 ümumi sahəsi 78.2 kv.m ibarət 2 otaqlı mənzil təhvil verilməli olduğu halda, mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdeh iddiaçıya layihədən kənar (təsdiq edilmiş layihədə ümumiyyətlə belə mənzil yoxdur), yaşamaq üçün yararsız, faktiki sahəsi 60 kv.m-dən daha az sahədə mənzil təklif etməklə müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, ««Tərəf 1»... binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»yə kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq kompensasiya (təqdim edilmiş bank kartı əsasında) və kompensasiyanı (kirayə haqqını) ödəyir, «Tərəf 2» «Tərəf 1»dən ödəniləcək kompensasiyanı nağd şəkildə aldığı səbəbindən sözügedən kompensasiya (kirayə haqqı) ona ödənilmişdir və yeni yaşayış binası tikilənədək, tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»yə ödənilməyəcəkdir.» Nəzərə çatdırılır ki, cavabdehdən nağd şəkildə alınmış kirayə haqqı məbləği 2023-cü ilin fevral ayına qədər olan dövrü əhatə edir. Həmin tarixdən sonra cavabdeh mənzilin təhvil verilməyə hazır olduğunu səbəb gətirərək kirayə haqqı ödəməkdən boyun qaçırmış, lakin cavabdehin təhvil verməyi təklif etdiyi mənzil müqavilə öhdəliklərinə uyğun olmadığından iddiaçı həmin mənzilə köçə bilməmişdir. Bu səbəbdən, İddiaçı1 hər ay kirayə puluna ödədiyi 800 manat məbləğində maddi zərərə məruz qalmışdır ki, bu isə iddianın məhkəməyə təqdim edildiyi tarixə 4.800 manat təşkil edir və bu məbləğ hər keçən gün artmaqda davam edir. Eyni zamanda, cavabdehin müqavilə öhdəliklərini kobud şəkildə pozması, kirayə haqqını ödəməməsi İddiaçı1 və ailəsində böyük stresə səbəb olmuşdur. Son 6 aydır kirayə haqqını öz hesabına ödəməyə məcbur olmuş, bu isə ailədə maddi sıxıntıların yaranmasına səbəb olmuşdur. Maddi sıxıntılar isə özü ilə birlikdə ailə daxili problemlərin və mübahisələrin artmasına səbəb olmuş, bununla da iddiaçıya mənəvi zərər dəymişdir. Cavabdehin qanunsuz hərəkətlərinin indiyə qədər 6 ay və bundan sonra da qeyrimüəyyən müddətə qədər davam edəcəyi, bu da iddiaçının həyatına mənfi təsir etdiyindən mənəvi zərər 5.000 manat miqdarında dəyərləndirilməlidir. Göründüyü kimi 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, 78.2 kv.m ibarət 2 otaqlı 16A saylı tam təmirli mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı1 təhvil verilməsi, eyni zamanda 4.800 manat məbləğində maddi zərərin və 5.000 manat məbləğində mənəvi zərərin Cavabdeh MTK-dan tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı2 münasibətdə: İddiaçı2 («Tərəf 2») və Cavabdeh MTK («Tərəf 1») arasında 3 fevral 2021-ci il tarixli, M003/2021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, ««Tərəf 1» ... «Tərəf 2»-nin razılığına əsasən ******* nömrəli, Seriya RX **********24-05101-093001 reyestr nömrəli olan xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56.0 kv.m ibarət mənzilin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başlandıqdan sonra 18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış kompleksində «B» bloku 4-cü mərtəbə, ümumi sahəsi 79.2 kv.m ibarət 2 otaqlı 16 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür». Həmin müqavilənin 3.1.5-ci maddəsinə əsasən, «Təmirə daxil olacaqdır: döşəmə parket; sanitar qovşağı tam təmir etmək; mənzilin tavanını alçipan asma tavan şəklində təmir etmək; mərkəzi istilik sistemi; mənzilin divarlarına divar kağızları yapışdırmaq; ataq və sanitar qovşağında qapılarını quraşdırmaq Müqavilə üzrə İddiaçı2 ümumi sahəsi 79.2 kv.m ibarət, 2 otaqlı mənzil təhvil verilməli olduğu halda, mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdeh iddiaçıya layihədən kənar (təsdiq edilmiş layihədə ümumiyyətlə belə mənzil yoxdur), yaşamaq üçün yararsız, faktiki sahəsi 60 kv.m-dən daha az sahədə mənzil təklif etməklə müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, ««Tərəf 1»... binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»yə kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq kompensasiya (təqdim edilmiş bank kartı əsasında) və kompensasiyanı (kirayə haqqını) ödəyir «Tərəf 2» «Tərəf 1»dən ödəniləcək kompensasiyanı nağd şəkildə aldığı səbəbindən sözügedən kompensasiya (kirayə haqqı) ona ödənilmişdir və yeni yaşayış binası tikilənədək, tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»yə ödənilməyəcəkdir». Nəzərə çatdırırlar ki, cavabdehdən nağd şəkildə alınmış kirayə haqqı məbləği 2023-cü ilin fevral ayına qədər olan dövrü əhatə edir. Həmin tarixdən sonra cavabdeh mənzilin təhvil verilməyə hazır olduğunu səbəb gətirərək kirayə haqqı ödəməkdən boyun qaçırmış, lakin, cavabdehin təhvil verməyi təklif etdiyi mənzil müqavilə öhdəliklərinə uyğun olmadığından iddiaçı həmin mənzilə köçə bilməmişdir. Bu səbəbdən, İddiaçı2 hər ay kirayə puluna ödədiyi 800 manat məbləğində maddi zərərə məruz qalmışdır ki, bu isə iddianın məhkəməyə təqdim edildiyi tarixə 4.800 manat təşkil edir və bu məbləğ hər keçən gün artmaqda davam edir. Cavabdehin müqavilə öhdəliklərini kobud şəkildə pozması, kirayə haqqını ödəməməsi iddiaçıda və ailəsində böyük stresə səbəb olmuşdur. Son 6 aydır kirayə haqqını öz hesabına ödəməyə məcbur olmuş, bu isə ailədə maddi sıxıntıların yaranmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı2 himayəsində xəstə övladı vardır və həmin uşağın saxlanılması iddiaçını bir yandan da ciddi şəkildə sıxıntıya salmışdır. Maddi sıxıntılar isə özü ilə birlikdə ailə daxili problemlərin və mübahisələrin artmasına səbəb olmuş, bununla da iddiaçıya mənəvi zərər dəymişdir. Cavabdehin qanunsuz hərəkətlərinin indiyə qədər 6 ay və bundan sonra da qeyri-müəyyən müddətə qədər davam edəcəyi, bu da iddiaçının həyatına mənfi təsir etdiyindən mənəvi zərər 5.000 manat miqdannda dəyərləndirilməlidir. Göründüyü kimi, 3 fevral 2021-ci il tarixli, M003/2021 saylı müqaviləyə əsasən, 79.2 kv.m ibarət 2 otaqlı 16 saylı tam təmirili mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı2 təhvil verilməsi, eyni zamanda 4.800 manat məbləğində maddi zərərin və 5.000 manat məbləğində mənəvi zərərin Cavabdeh MTK-dan tutularaq, İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi cavabdeh X11 qarşı «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi və cavabdeh X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M001/2021 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən, Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sbkülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. Cavabdeh MTK da həmin sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə sərəncamda qeyd olunan ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri, qanuni sahibləri ilə danışıqlar aparılmış, söküntüsü planlaşdırılan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə MTK-nın həmin ərazidə inşa edəcəyi binalarda razılaşdırılmış ölçülərdə yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi barədə mülkiyyətçilərlə ayrı-ayrı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin biri də xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 21 nömrəli evin paylı mülkiyyətdə olan 14 nömrəli mənzilin 22.0 kv.m. hissəsinin mülkiyyyətçi olaraq cavabdehlə Cavabdeh MTK arasında bağlanmışdır. Bağlanmış həmin müqavilənin 1.3-cü maddəsinə görə, Cavabdeh MTK, “sizin razılığına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 21 nömrəli evin paylı mülkiyyətdə olan 14 nömrəli mənzilin Sizə məxsus 22.0 kv.m. hissəsinin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 ay tikinti inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi olmaqla, ümumilikdə 24 təqvim ayı ərzində ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış kompleksində “B” bloklu, 4-cü mərtəbə, ümumi sahəsi 118,3 kv.m-dən ibarət 2 otaqlı 15A saylı mənzili tam təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə görə, sözügedən mənzilin 78.0 kv.m təşkil edən sahəsini Cavabdeh MTK əvəzləşmə yolu ilə İlham Əliyevə verməli, qalan 40.3 kv.m-lik sahəni isə alqı-satqı yolu ilə hər 1 kv.m görə 1.000 manat olmaqla 36 ay ərzində daxili kredit şərtlərinə uyğun olaraq ümumilikdə 40.300 manat təşkil edən məbləği bərabər hissələrlə hər ay 1.119,44 manatı İlham Əliyev Cavabdeh MTK-ya ödəməlidir. Bildirilir ki, Cavabdeh MTK İlham Əliyevlə bağladığı xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, həmin müqavilə üzrə İlham Əliyevin üzərinə düşən öhdəliklər onun tərəfindən pozulmuşdur, o, öhdəliyini yerinə yetirməmişdir. Bununla bağlı dəfələrlə İlham Əliyevə xəbərdarlıq edilməsinə baxmayaraq, o, ödənişi yenə də həyata keçirməmişdir. Bu səbəbdən Cavabdeh MTK və İlham Əliyev arasında bağlanmış müqavilə üzrə sonuncu üzərinə götürdüyü qarşılıqlı öhdəlikləri icra etməmiş hesab olunur. Qeyd olunan işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq bildirilir ki, cavabdeh İlham Hüseynov, onunla iddiaçı Cavabdeh MTK ararsında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, iddiaçı hazırki müqavilədən imtina (ləğv) etmək və bunun üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı X13 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə öhdəliklərinin icra edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, onunla Cavabdeh MTK arasında olan 12 yanvar 2021-ci il tarixli, M001/2021 saylı müqaviləyə uyğun olaraq tərəfindən 40300 (qırx min üç yüz) manat Cavabdeh MTK-ya ödənilməklə, ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində ümumi sahəsi 118.3 kv.m-dən ibarət 2 otaqlı tam təmirli mənzilin (döşəmə parket; sanitar qovşağı tam təmir etmək; mənzilin tavanını alçipan asma tavan şəklində təmir etmək; mərkəzi istilik sistemi; mənzilin divarlarına divar kağızları yapışdırmaq; otaq və sanitar qovşağında qapılarını quraşdırmaq) Cavabdeh MTK tərəfindən ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X13 ilə Tikinti şirkəti arasında 12 yanvar 2021-ci il tarixli, M001/2021 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X13 paylı mülkiyyəti olan ünvan 4 ünvanında yerləşən 14 saylı mənzili sökülmək üçün Tikinti şirkətinə təhvil verməyi, sonuncu isə Nəsimi rayonu, C.Hacıbəyli küçəsində ev 21 və 23 ünvanında inşa ediləcək on iki mərtəbəli yaşayış kompleksində müvafiq olaraq “B” bloku, 4-cü mərtəbə, ümumi sahəsi 118.3 kv.m-dən ibarət 2 otaqlı 15A saylı mənzili tam təmirli (döşəmə parket; sanitar qovşağı tam təmir etmək; mənzilin tavanını alçipan asma tavan şəklində təmir etmək; mərkəzi istilik sistemi; mənzilin divarlarına divar kağızları yapışdırmaq; otaq və sanitar qovşağında qapılarını quraşdırmaq) şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən sözügedən mənzilin 78 kv.m təşkil edən sahəsini əvəzləşmə yolu ilə, qalan 40.3 kv.m-lik sahəni isə alqı-satqı yolu ilə hər 1 kv.m görə 1000 (bir min) manat olmaqla 36 ay ərzində daxili kredit şərtlərinə uyğun olaraq ümumilikdə 40300 (qırx min üç yüz) manat təşkil edən məbləği bərabər hissələrlə hər ay 1119.44 (min yüz on doqquz manat qırx dörd qəpik) manat X13 tərəfindən ödəniləcəkdir. Öz öhdəliyinin ilk hissəsinin icrası olaraq mənzil boşaldılmış və sökülməsi üçün Tikinti şirkətinə təhvil verilmişdir. Öhdəliyin ikinci hissəsinə gəldikdə isə öhdəliyin icra müddəti olaraq müqavilənin bağlandığı andan 36 ay ərzində müddət müəyyənləşdirilmişdir. Bu isə 2024-cü ilin yanvar ayının 12-ə qədər olan müddəti əhatə edir. Müqavilə bağlandığı andan tam ödənişin edilməsi iqtidarında olmuş və bu barədə Tikinti şirkətinə dəfələrlə təkliflər edilmişdir. Lakin, Tikinti şirkəti tərəfindən “narahat olmamağımız; müddətin sonunda öhdəliklərin qarşılıqlı olaraq icra ediləcəyi” kimi ümumi sözlər işlədilməklə bu təkliflər qəbul edilməmiş və tikinti dövründə binaya yaxınlaşmağa icazə verilməmişdir. Tərəflərindən təhvil verilməsi planlaşdırılan mənzilə baxış keçirilməsi ilə tam ödənişin edilməsi təklif olunmuş, lakin müxtəlif əsassız səbəblər gətirilərək bu təklif də Tikinti şirkəti tərəfindən rədd edilmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia üzrə iddiaçıda cavabdeh tərəfindən öz öhdəliklərinin müqaviləyə uyğun icra edilib-edilməyəcəyi barədə əsaslı şübhələr yaranmağa başlamış (təsdiq edilmiş layihədə 118 m2 ölçüdə mənzilin ümumiyyətlə mövcud olmaması) və Tikinti şirkəti tərəfindən qərəzli olaraq X8 ödəniş etməsinə və mənzilə baxış keçirilməsinə maneələr yaradılması bu şübhələri daha da gücləndirmişdir. Göründüyü kimi tərəflər arasında öhdəliyin hissə-hissə icrası nəzərdə tutulsa da, öhdəliyin yekun icra tarixi hələ də çatmamışdır. Öhdəliyin ikinci hissəsinin də tam icra olunmasına, yəni 40300 (qırx min üç yüz) manat vəsaitin birdəfəlik ödənilməsinə cavabdehin müqavilə şərtlərinə uyğun tam sahəsi 118.3 kv.m-dən ibarət 2 otaqlı mənzilin tam təmirli təhvil verilməsi halında bugün belə hazırdırlar. Tərəflərindən öz öhdəlikləri ilk hissədə tamamilə icra olunmuş, ikinci hissədə isə icra olunmasına hazır olmalarına baxmayaraq, müqavilə öhdəliklərinə qarşı eyni həssaslığı cavabdeh tərəfindən də görmək mümkün olmamışdır. Belə ki, şübhələri reallığa çevrilmiş və Tikinti şirkəti tərəfindən X11 təhvil verilməsi üçün tam sahəsi 95 kv.m olan mənzil təklif olunmuşdur. Bu isə müqavilə öhdəliklərinin kobud surətdə pozulmasıdır. Belə ki, 12 yanvar 2021-ci il tarixli, M001/2021 saylı müqaviləyə əsasən X11 118.3 kv-dən ibarət, 2 otaqlı tam təmirli (döşəmə parket; sanitar qovşağı tam təmir etmək; mənzilin tavanını alçipan asma tavan şəklində təmir etmək; mərkəzi istilik sistemi; mənzilin divarlarına divar kağızları yapışdırmaq; otaq və sanitar qovşağında qapılarını quraşdırmaq) mənzil təhvil verilməli idi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4575/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh X11 qarşı "müqavilənin ləğv edilməsi və sair tələbinə" dair ilk, iddiaçı X8 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə öhdəliklərinin icra edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. Sonradan birinci iddia üzrə cavabdeh və birləşdirilən mülki iş üzrə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Nümayəndə2 Hüseyn qızı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MTK və cavabdeh X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M001/2021 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən, 21 №-li evin 14 №-li mənzilində cavabdeh İlham Əliyevə məxsus olmuş 22.0 kv.m payının dəyəri müəyyən edilməklə (müqavilə bağlandığı xx.xx.2021-ci il tarixə olan bazar qiymətinə uyğun) kompensasiya şəklində Cavabdeh MTK-dan tutularaq X11 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk dəfə verilmiş iddia ərizəsində qeyd olunduğu kimi Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən, Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. Cavabdeh MTK da həmin sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə sərəncamda qeyd olunan ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri, qanuni sahibləri ilə danışıqlar aparılmış, söküntüsü planlaşdırılan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə MTK-nın həmin ərazidə inşa edəcəyi binalarda razılaşdırılmış ölçülərdə yaşayış və qeyriyaşayış sahələrinin verilməsi barədə mülkiyyətçilərlə ayrı-ayrı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin biri də xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 21 nömrəli evin paylı mülkiyyətdə olan 14 nömrəli mənzilin 22.0 kv.m. hissəsinin mülkiyyyətçi olaraq cavabdehlə Cavabdeh MTK arasında bağlanmışdır. Bağlanmış həmin müqavilənin 1.3-cü maddəsinə görə, Cavabdeh MTK, “sizin razılığınıza əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 21 nömrəli evin paylı mülkiyyətdə olan 14 nömrəli mənzilin Sizə məxsus 22.0 kv.m. hissəsinin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 ay tikinti inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi olmaqla, ümumilikdə 24 təqvim ayı ərzində ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində “B” bloklu, 4-cü mərtəbə, ümumi sahəsi 118,3 kv.m-dən ibarət 2 otaqlı 15A saylı mənzili tam təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə görə, sözügedən mənzilin 78.0 kv.m təşkil edən sahəsini Cavabdeh MTK əvəzləşmə yolu ilə İlham Əliyevə verməli, qalan 40.3 kv.m-lik sahəni isə alqı-satqı yolu ilə hər 1 kv.m görə 1.000 manat olmaqla 36 ay ərzində daxili kredit şərtlərinə uyğun olaraq ümumilikdə 40.300 manat təşkil edən məbləği bərabər hissələrlə hər ay 1.119,44 manatı İlham Əliyev Cavabdeh MTK-ya ödəməlidir. Cavabdeh MTK İlham Əliyevlə bağladığı xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, həmin müqavilə üzrə İlham Əliyevin üzərinə düşən öhdəliklər onun tərəfindən pozulmuşdur, o, öhdəliyini yerinə yetirməmişdir. Bununla bağlı dəfələrlə İlham Əliyevə xəbərdarlıq edilməsinə baxmayaraq, o, ödənişi yenə də həyata keçirməmişdir. Bu səbəbdən Cavabdeh MTK və İlham Əliyev arasında bağlanmış müqavilə üzrə sonuncu üzərinə götürdüyü qarşılıqlı öhdəlikləri icra etməmiş hesab olunur. Cavabdeh İlham Hüseynov, onunla iddiaçı Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, iddiaçı hazırki müqavilədən imtina (ləğv) etmək qərarına gəlmiş və bu barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh ”Yeni Dünya” MTK və İlham Əliyev arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmazdan əvvəl, sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 21 №-li evin 14 №-li mənzilindəki payı 22 kv.m (1 otaq) təşkil etmişdir. Cavabdeh MTK, onunla İlham Əliyev arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi qərarına gəldiyi üçün hesab edilir ki, müqavilə bağlanmazdan əvvəl İlham Əliyevə məxsus 22 kv.m payının dəyəri kompensasiya şəklində MTK tərəfindən ona ödənilməlidir. Bu zaman payın dəyəri tərəflər arasında həmin əmlaka dair qiymətlər xx.xx.2021-ci il tarixə uyğun götürülməlidir. Çünki, qeyd olunan tarixdə tərəflər həmin əmlakı həmin vaxt bazar qiyməti ilə dəyərləndirmiş və ümumi razılığa gələrək müqavilə bağlamışlar. Sonradan və son olaraq iddiaçılar İddiaçı2, İddiaçı1 və X8 nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksinin B blokunda, yaşayışın 2-ci mərtəbəsində İddiaçı1 təklif olunan ümumi sahəsi 56.5 kv.m ibarət təmirli mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı1 təhvil verilməsi; müqavilə üzrə öhdəliyin icra edilməyən 21,7 kv.m sahənin dəyərini təşkil edən 65.100 manat məbləğin Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; eyni zamanda İddiaçı1 31 ay kirayə qalmaqla məruz qaldığı zərər məbləğini təşkil edən 24.800 manat məbləğində maddi zərərin, 5.000 manat məbləğində mənəvi zərərin Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; İddiaçı2 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M003/2021 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksinin B blokunda, yaşayışın 2-ci mərtəbəsində İddiaçı2 təklif olunan ümumi sahəsi 62.2 kv.m ibarət təmirli mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı2 təhvil verilməsi; müqavilə üzrə öhdəliyin icra edilməyən 17 kv.m sahənin dəyərini təşkil edən 51.000 manat məbləğin Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi; eyni zamanda İddiaçı2 31 ay kirayə qalmaqla məruz qaldığı zərər məbləğini təşkil edən 24.800 manat məbləğində maddi zərərin, 5.000 manat məbləğində mənəvi zərərin Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi; qanunsuz olaraq sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 21 ünvanında birmərtəbəli binanın zirzəmisində yerləşən 19.5 kv.metr qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş zərərə görə 48.750 manat məbləğin Cavabdeh MTK-dan tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi; birləşdirilən iş üzrə X13 ilə Cavabdeh MTK arasında olan 12 yanvar 2021-ci il tarixli, M001/2021 saylı müqaviləyə uyğun olaraq X14 tərəfindən 13.250 manat məbləğ Cavabdeh MTK-ya ödənilməklə, ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksinin B blokunda, yaşayışın 2-ci mərtəbəsində X11 təklif olunan ümumi sahəsi 91,25 kv.m ibarət təmirli mənzilin Cavabdeh MTK tərəfindən X11 təhvil verilməsi; eyni zamanda, iddiaçı X8 32 ay kirayə qalmaqla məruz qaldığı zərər məbləğini təşkil edən 30.400 manat məbləğində maddi zərərin, 5.000 manat məbləğində mənəvi zərərin Cavabdeh MTK-dan tutularaq iddiaçı X11 ödənilməsi; iddiaçılar İddiaçı1, İddiaçı2 və X11 təhvil verilməsi təklif olunan mənzillərin təmirində olan qüsurlara görə 17.300 manat pulun və ödənilmiş məhkəmə xərclərinin əvəzinin Cavabdeh MTK tərəfindən İddiaçı1, İddiaçı2 və X11 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK tərəfindən müqavilə şərtləri kobud surətdə pozulmaqda davam edir və iddiaçılara dəymiş zərər məbləği günbəgün artmaqda davam edir. Cavabdeh MTK isə hazırki mübahisənin həll edilməsi ilə bağlı isə heç bir tədbir görmür. Eyni zamanda, həmin ərazidə 000746 nömrəli şəhadətnaməyə əsasən, ümumi sahəsi 19.5 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçıların ataları X6 mülkiyyətində olmuşdur. xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin əmlak X6 qanun üzrə vərəsələri, oğulları İddiaçı2 və İddiaçı1 mülkiyyətinə keçmişdir. Lakin MTK 000746 nömrəli şəhadətnamə ilə təsdiq olunmuş 19.5 kv.m. qeyri-yaşayış sahəsini 2020-ci ildə qanunsuz olaraq sökmüş, həmin qeyri-yaşayış sahəsinin əvəzində İddiaçı2 oğluna və İddiaçı1 oğluna hər hansı bir kompensasiya ödənilməmişdir. İş üzrə təyin edilmiş ekspertizalar üzrə məlum olmuşdur ki, iddiaçılara təklif olunan mənzillərin sahəsi 56.5, 62,2 və 91,25 kv.m təşkil edir və eyni zamanda, mənzillərin təmirində qüsurlar vardır. Təmirdə olan qüsurlarla bağlı eyni zamanda mənzillərin 1 kv.m metrinin dəyəri zirzəmi sahəsinin dəyəri ilə bağlı Qiymətləndiricilər Palatasının üzvü olan MMC-nin mütəxəssis rəyi vardır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə İddiaçı2 tərəfindən verilən iddia tələbini müdafiə etdi, tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçıların və birləşdirilən mülki iş üzrə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X8 nümayəndəsi (vəkili) Nümayəndə1 həm birinci, həm də birləşdirilən iş üzrə qarşılıqlı iddia tələbini müdafiə edərək, birləşdirilən iş üzrə ilkin iddia tələbini qəbul etməyərək, birinci və birləşdirilən iş üzrə qarşılıqlı iddia tələbinin təmin edilməsi, birləşdirilmiş iş üzrə ilk iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh və birləşdirilən mülki iş üzrə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) Nümayəndə2 Hüseyn qızı birəşdirilən iş üzrə ilk iddia tələbini müdafiə edərək, birinci və birləşdirilən iş üzrə qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, birəşdirilən iş üzrə ilk iddia tələbinin təmin edilməsi, birinci və birləşdirilən iş üzrə qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000746 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 21 ünvandakı birmərtəbəli binanın zirzəmisindəki 19,5 m2 qeyri-yaşayış sahəsi X12 tərəfindən satın alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsi 21 saylı evin 14 saylı mənzili payları dəqiq şəkildə göstərilməklə İddiaçı2 (4 otaq y/s 56,0 m2-dən ibarət 1/2 hissə), X8 (1 otaq y/s 22,0 m2), X5 (1 otaq y/s 13,5 m2), X2 (3 otaq y/s 42,0 m2), İddiaçı1 (4 otaq y/s 56,0 m2-dən ibarət 1/2 hissə) adına paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. «Elektron Notariat» X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən İddiaçı2 və İddiaçı1 adına 22 fevral 2018-ci il tarixli 18 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak mərhum X9 məxsus olan Bakı şəhəri Nəsimi rayonu C.Hacıbəyli küçəsi 21 saylı evin 14 saylı mənzilindən ibarətdir (torpaq sahələrindən başqa). xx.xx.2023-cü il tarixli, **********164336 saylı səyyar vergi yoxlaması aktından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq qərarına əsasən Vergi auditi İdarəsinin Təmir-tikinti sahəsinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi Z.Əzizov tərəfindən Cavabdeh MTK üzrə müvafiq audit aparılmış, nəticələri barədə akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli, M002/2021 saylı müqavilədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı1 arasında müqavilə bağlanmış, 1-ci tərəf Bakı şəhəri Nəsimi rayonu 741-ci məhəllə V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və 2-ci tərəf isə mülkiyyətində olan mənzilin boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. Müqavilənin predmeti ilə bağlı digər şərtlər, eləcə də, müqavilənin qiyməti müqavilədə təsbit olunmuşdur. Belə ki, müqavilənin 1.2-ci bəndinə əsasən «Tərəf 1» Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»yə kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq kompensasiya (təqdim edilmiş bank kartı əsasında) və kompensasiyanı (kirayə haqqını) ödəyir. «Tərəf 2» «Tərəf 1»-dən ödəniləcək kompensasiyanı nağd şəkildə aldığı səbəbindən sözügedən kompensasiya (kirayə haqqı) ona ödənilmişdir və yeni yaşayış binası tikilənədək, tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»-ə ödənilməyəcəkdir. Müqavilənin 1.3-cü bəndinə əsasən «Tərəf 1» Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və «Tərəf 2»-nin razılığına əsasən ******* nömrəli, Seriya RX, **********24-05101-093001 reyestr nömrəli olan xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56.0 kv.m ibarət mənzilin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşavış kompleksində «B» bloku, 4-cü mərtəbə, ümumi sahəsi 78.2 kv.m ibarət, 2 otaqlı 16A saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən «Tərəf 2»nin əldə etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi «Tərəf 1» tərətindən və ya «Tərəf 1»in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, mənzil təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd edilən mənzilin sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-a il tarixli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri birbirinə bərabər tutulur. xx.xx.2021-ci il tarixli, M003/2021 saylı müqavilədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı2 arasında müqavilə bağlanmış, 1-ci tərəf Bakı şəhəri Nəsimi rayonu 741-ci məhəllə V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və 2-ci tərəf isə mülkiyyətində olan mənzilin boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. Müqavilənin predmeti ilə bağlı digər şərtlər, eləcə də, müqavilənin qiyməti müqavilədə təsbit olunmuşdur. Belə ki, müqavilənin 1.2-ci bəndinə əsasən «Tərəf 1» Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»yə kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq kompensasiya (təqdim edilmiş bank kartı əsasında) və kompensasiyanı (kirayə haqqının) ödəyir. «Tərəf 2» «Tərəf 1»-dən ödəniləcək kompensasiyanı nağd şəkildə aldığı səbəbindən sözügedən kompensasiya (kirayə haqqı) ona ödənilmişdir və yeni yaşayış binası tikilənədək, tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»-ə ödənilməyəcəkdir. Müqavilənin 1.3-cü bəndinə əsasən «Tərəf 1» Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və «Tərəf 2»-nin razılığına əsasən ******* nömrəli, Seriya RX, **********24-05101-093001 reyestr nömrəli olan xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56.0 kv.m ibarət mənzilin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşavış kompleksində «B» bloku, 4-cü mərtəbə, ümumi sahəsi 79.2 kv.m ibarət, 2 otaqlı 16 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən «Tərəf 2»nin əldə etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi «Tərəf 1» tərətindən və ya «Tərəf 1»in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, mənzil təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı odənilir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd edilən mənzilin sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-a il tarixli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri birbirinə bərabər tutulur. xx.xx.2021-ci il tarixli, M001/2021 saylı müqavilədən görünür ki, Cavabdeh MTK ilə X13 arasında müqavilə bağlanmış, 1-ci tərəf Bakı şəhəri Nəsimi rayonu 741-ci məhəllə V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və 2-ci tərəf isə mülkiyyətində olan mənzilin boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. Müqavilənin predmeti ilə bağlı digər şərtlər, eləcə də, müqavilənin qiyməti müqavilədə təsbit olunmuşdur. Belə ki, müqavilənin 1.2-ci bəndinə əsasən «Tərəf 1» Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»yə kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq kompensasiya (təqdim edilmiş bank kartı əsasında) və kompensasiyanı (kirayə haqqını) ödəyir. «Tərəf 2» «Tərəf 1»-dən ödəniləcək kompensasiyanı nağd şəkildə aldığı səbəbindən sözügedən kompensasiya (kirayə haqqı) ona ödənilmişdir və yeni yaşayış binası tikilənədək, tam təmir edilib, təhvil verilənədək «Tərəf 2»-ə ödənilməyəcəkdir. Müqavilənin 1.3-cü bəndinə əsasən «Tərəf 1» Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və «Tərəf 2»-nin razılığına əsasən ******* nömrəli, Seriya RX, **********24-05101-093001 reyestr nömrəli olan xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 22.0 kv.m ibarət mənzilin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşavış kompleksində «B» bloku, 4-cü mərtəbə, ümumi sahəsi 118,3 kv.m ibarət, 2 otaqlı 15A saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür. Sözügedən mənzilin 78.0 kv.m təşkil edən sahəsini «Tərəf 1» əvəzləşmə yolu ilə «Tərəf 2»-yə verir, qalan 40.3 kv.m-lik sahəni isə alqısatqı yolu ilə hər 1 kv.m görə 1000 (bir min) manat olmaqla 36 ay ərzində daxili kredit şərtlərinə uyğun olaraq ümumilikdə 40300 (qırx min üç yüz) manat təşkil edən məbləği bərabər hissələrlə hər ay 1119.44 (min yüz on doqquz manat qırx dörd qəpik) manat «Tərəf 2» «Tərəf 1»-ə ödəyəcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən «Tərəf 2»nin əldə etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi «Tərəf 1» tərəfindən və ya «Tərəf 1»in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, mənzil təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd edilən mənzilin sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri birbirinə bərabər tutulur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MB-15/1446 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Təbriz küçəsi 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının yaşayış və qeyriyaşayış sahələrinin 1 kv. metri üçün hesablanmış ümumi orta bazar qiymətləri aşağıdakı kimidir: 2021-ci il - (ƏDV-li) 900 manat – yaşayış sahəsi, 1.970 manat – qeyri-yaşayış sahəsi üçün. 2022-ci il - (ƏDV-li) 944 manat – yaşayış sahəsi, 2.000 manat – qeyri-yaşayış sahəsi üçün. xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, Cavabdeh MTK tərəfindən 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh MTK tərəfindən X11 ünvanlanan pretenziya məktubuna əsasən MTK aralarında bağlanmış müqavilənin qarşılıqlı razılaşma yolu ilə ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 21, 14 nömrəli mənzilin 22.0 kv.m hissəsinə görə razılaşdırılmış pul şəklində kompensasiyanın 3 gün müddətində qəbul edilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (poçt qəbzinə əsasən tarix xx.xx.2023) xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, X13 tərəfindən 211 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçılar pretenziya qaydasına riayət edərək cavabdehə müraciət etmiş, müqavilə öhdəliklərinin icra edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişlər. X13 tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən öhdəliyin icrası olaraq 3 gün müddətində 40.300 manatın birdəfəlik ödənilməsi ümumi sahəsi 118.3 kv.m-dən ibarət mənzilin tam təmirli şəkildə ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli, 10/9858-9/9955 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən və Cavabdeh MTK tərəfindən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında inşa edilən «B» Blokunda 4-cü mərtəbədə yerləşən təmirli, 2 otaqlı mənzilinin ümumi sahəsinin 79 m2 təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 199870,00 manat (2530,00x79) məbləğində müəyyən olunur. Tədqiq olunan ünvan 5 ünvanda yerləşən və Cavabdeh MTK tərəfindən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında inşa edilən «B» Blokunda 4-cü mərtəbədə yerləşən təmirli, 2 otaqlı mənzilinin ümumi sahəsinin 118 m2 təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 298540,00 manat (2530,00x118) məbləğində olduğu müəyyən olunur. ünvan 5 ünvanda yerləşən və Cavabdeh MTK tərəfindən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında inşa edilən «B» Blokunda inşa edilən təmirsiz mənzilinə uyğun analoji internet saytlarında və eləcə də Mərkəzdə məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır. Mərkəzdə 2021-ci il tarixdə qiymətləndirmə üzrə tədqiqat aparılmadığından, o cümlədən həmin ilə dair məlumat bazası olmadığından qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025ci il tarixli, 10/9024 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Hacıbəyli küçəsində yerləşən, Cavabdeh MTK tərəfindən inşa olunmuş binanın təsdiq edilmiş layihəsi mülki iş materiallarında olmadığından, həmin layihənin ekspertiza tədqiqatına təqdim edilməsi barədə məhkəməyə ünvanlanmış 20 noyabr 2024-cü il tarixli vəsatətin göndərilməsindən və baxış keçirilməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq təqdim edilmədiyindən, iddiaçılar İddiaçı2, İddiaçı1 və X11 təklif olunan mənzillərin Cavabdeh MTK tərəfindən inşa olunmuş binanın təsdiq edilmiş layihəsinə uyğun olub-olmamasına dair sual üzrə tədqiqat aparılmadı.

1. Sahəsi 56.5 kv.metr olan mənzil üzrə 2 yaşayış otağının, 1 mətbəxin, 1 sanitariya qovşağının, 1 dəhlizin və 2 eyvan tikilisinin olduğu müəyyən edilmişdir.

2. Sahəsi 62.2 kv.metr olan mənzil üzrə 1 yaşayış otağının, 1 mətbəxin, 2 sanitariya qovşağının, 1 dəhlizin və 2 eyvan tikilisinin olduğu müəyyən edilmişdir.

3. Sahəsi 91.25 kv.metr olan mənzil üzrə 2 yaşayış otağının, 1 mətbəxin, 1 sanitariya qovşağının, 1 dəhlizin və 2 eyvan tikilisinin olduğu müəyyən edilmişdir. İddiaçı1, İddiaçı2 və X11 təklif olunan mənzillərinin ayrı-ayrılıqda qanunvericilikdə nəzərdə tutulan azalma əmsalları tətbiq edilmədən, içdən-içə (çöl, daxili və qonşu divarlar altı sahələr daxil edilmədən) faktiki olaraq sahələrinin 56.5 kv.metr, 62.2 kv.metr və 91.25 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan mənzillərin yerləşdiyi binada analoji olan hər hansı mənzilin satışda olması ilə bağlı hər-hansı bir məlumat olmadığından, həmin binada təmirli mənzillərin 1 kv.metrinin dəyərini müəyyən etmək mümkün olmamışdır. 03 fevral 2021-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli müqavilələrdə mənzillərin döşəməsinə parket vurulacağının göstərildiyini, lakin fakitiki olaraq tədqiq olunan mənzillərin döşəməsinə laminat materialı vurulduğunu nəzərə alaraq, tədqiq olunan mənzillərin təmirinin müqavilə şərtlərinə uyğun olmadığı müəyyən edilmişdir. Sualın ikinci hissəsində həmin mənzillərin təmirinin müqavilə şərtlərinə uyğunlaşdırılması üçün nə qədər vəsait tələb olunduğunu müəyyənləşdirmək tələb olunmuşdur. Tədqiq olunan mənzilin müqavilə şərtlərinə uyğun olması üçün aparılmalı təmir işlərinin həcmləri smetalarda göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Tədqiq olunan mənzillərin döşəməsində laminatın qüsurlu olduğu və bir mənzilin divarlarına vurulmuş divar kağızının qüsurlu olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzillərdə aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı bərpa işlərinin həcmləri smetalarda göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertiza fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/2-7420/2023 saylı məktubundan görünür ki, Komitənin tabeliyində olan Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2019-cu il tarixli 02/2226 saylı məktubu ilə razılaşdırılmış memarlıqplanlaşdırma bölməsi layihəsinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 29 avqust 2025-ci il tarixli, UNİ/A93-531/2025 saylı ekspert rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X11 təhvil verilməli, yerləşdiyi əraziyə və müqavilə şərtlərinə uyğun təmirli mənzilin 1 kv.metrinin dəyəri 3000,0 (üç min) manat təşkil edir. İddiaçı1 təhvil verilməsi nəzərdə tutulan ümumi sahəsi 78,2 kv.metr (faktiki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/9024 №-li Ekspert rəyinə əsasən 56,5 kv.metr olan) olan 2 otaqlı mənzilin, İddiaçı2 təhvil verilməsi nəzərdə tutulan ümumi sahəsi 79,2 kv.metr (faktiki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/9024 №-li Ekspert rəyinə əsasən 62,2 kv.metr olan) olan 2 otaqlı mənzilin faktiki kirayə dəyəri 800,0 (səkkiz yüz) manat təşkil edir. İddiaçı X11 verilməsi nəzərdə tutulan ümumi sahəsi 118,3 kv.metr (faktiki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/9024 №-li Ekspert rəyinə əsasən 91,25 kv.metr) olan 2 otaqlı mənzilin faktiki kirayə dəyəri 950,0 (doqquz yüz əlli) manat təşkil edir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X11 təklif olunan mənzillərin təmirinin müqavilə şərtlərinə uyğunlaşdırılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9024/2024 nömrəli 03 aprel 2025-ci il tarixli Ekspert rəyi nəzərə alınmaqla tərtib edilmiş smetaya (cədvəl 1.) uyğun olaraq 17 300,0 (on yeddi min üç yüz) manat vəsait tələb olunur. Baxış zamanı mənzillərin döşəməsinə vurulmuş laminatın yararsız olduğu, mənzillərdən birinin divar səthinə vurulmuş divar kağızının qüsurlu olduğu, mənzildəki təmir işlərinin müqavilə şərtlərinə uyğun olmadığı müəyyən edildi. İddiaçılar İddiaçı1, İddiaçı2 və X11 təklif olunan mənzillərin təmirində qüsurların aradan qaldırılması üçün görülməli olan söküntü, təmir işlərinin həcmi və dəyəri, çəkilməli xərcin (mal-materialların dəyəri, usta pulu və digər zəruri təmir xərcləri ) məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-10/9024/2024 nömrəli xx.xx.2025-ci il tarixli Ekspert rəyi nəzərə alınmaqla tərtib edilmiş smetaya uyğun olaraq (cədvəl 1.) 17 300,0 (on yeddi min üç yüz) manat təşkil edir. Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 21 ünvanında birmərtəbəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə uyğun tikililərin ümumi bazar dəyəri 48750,0 (qırx səkkiz min yeddi yüz əlli) manat təşkil edir. Ölçü və qiymətləndirmə işlərinin aparılması üçün xidmət haqqı 400 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, X13 tərəfindən 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Binanın memarlıq planlaşdırma bölməsi-layihə sənədləri elektron daşıyıcıda iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3-cü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 578.3-cü maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsində göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş əşyalar, əgər tərəflərin razılaşması ilə ayrı qiymət müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün müəyyənləşdirilmiş qiymətlə ödənilir. 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli Qərarı: Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı: Qanunvericiliyin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsininpresedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Bənd 2. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bənd 2. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən, Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. Sözügedən sərəncamın icrası məqsədilə Cavabdeh Mənzil Tikinti Kooperativi ilə həmin sahə üzrə mənzil mülkiyyətçiləri, eləcə də İddiaçı1, İddiaçı2 və Əliyev İlham arasında müvafiq müqavilələr bağlanmışdır. Məhkəmə, iş üzrə təqdim edilən xx.xx.2021-ci il tarixli M 001/2021 saylı müqavilənin şərtlərini araşdırmaqla müəyyən edir ki, tərəflər arasında sadə əvəzləşmə müqaviləsi deyil, həm əvəzləşmə, həm podrat, həm də alqı-satqı elementlərini özündə birləşdirən qarışıq tipli müqavilə bağlanmışdır. Belə ki, Əliyev İlham mülkiyyətində olan 22.0 kv.m sahəli mənzili söküntü üçün MTK-ya verməyi öhdəsinə götürmüş, MTK isə bunun müqabilində ona inşa ediləcək binada ümumi sahəsi 118,3 kv.m olan, tam təmirli 15A saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilə üzrə razılaşmaya əsasən, 118,3 kv.m-lik yeni mənzilin yalnız 78 kv.m hissəsi əvvəlki mənzilin əvəzində, yəni əvəzləşmə yolu ilə verilir, qalan 40.3 kv.m sahəyə görə isə Əliyev İlham tərəfindən ödəniş həyata keçirilməli, bu ödəniş 36 ay müddətində hər ay 1.119,44 manat olmaqla, cəmi 40.300 manat təşkil etməli idi. Məhkəmə, xx.xx.2021-ci il tarixli M 002/2021 saylı müqavilənin şərtlərini araşdırmaqla müəyyən edir ki, tərəflər arasında əvəzləşmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı1 mülkiyyətində olan, C.Hacıbəyli küçəsində yerləşən 56.0 kv.m sahəli mənzili söküntü üçün MTK-ya təhvil vermiş, MTK isə bu əvəzində ona 24 ay ərzində inşa edəcəyi binada, tam təmirli vəziyyətdə, ümumi sahəsi 78,2 kv.m olan 16A saylı 2 otaqlı mənzili verməyi öhdəsinə götürmüşdür. Məhkəmə xx.xx.2021-ci il tarixli, M 003/2021 saylı müqavilənin şərtlərini qiymətləndirərək müəyyən edir ki, bu müqavilə də sadə əvəzləşmə xarakteri daşıyır. Belə ki, tərəflər - İddiaçı2 və MTK qarşılıqlı razılıqla, mülkiyyətində olan, C.Hacıbəyli küçəsində yerləşən ümumi sahəsi 56.0 kv.m olan mənzilin söküntü üçün MTK-ya verilməsi və bunun müqabilində MTK tərəfindən 24 ay müddətində inşa ediləcək binadan 79,2 kv.m sahəli, tam təmirli 2 otaqlı mənzilin (16 saylı mənzil) İddiaçı2 verilməsi barədə razılığa gəlmişlər. İddiaçılar - Əliyev İlham, İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciətlərində göstərmişlər ki, Cavabdeh MTK ilə aralarında bağlanmış daşınmaz əmlakın əvəzləşdirilməsinə dair müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan sahədən daha az ölçüdə mənzillər onlara təklif olunmuş, təklif edilən mənzillərin müqavilə şərtlərinə cavab vermədiyi aşkar olduğu halda, iddiaçılar tərəfindən bu mənzillər qəbul edilməmişdir. Bu səbəbdən cavabdeh tərəf müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq, iddiaçılara kirayə haqqı ödənişlərini də dayandırmışdır. Əliyev İlham əlavə olaraq bildirmişdir ki, müqaviləyə əsasən təhvil verilməsi nəzərdə tutulan sahənin bir hissəsi üçün ödəniş öhdəliyi daşıdığı halda, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh MTK tərəfindən ödənişlər qəbul edilməmiş və ona nəzərdə tutulan sahədən az ölçülü mənzil təqdim edilmişdir. Həmçinin, ona məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülmüş, lakin əvəzində heç bir əmlak və ya kompensasiya təqdim edilməmişdir. İddiaçılar, cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində onlara dəyən maddi və mənəvi zərərin, həmçinin təqdim edilən mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün tələb olunan təmir xərclərinin, eyni zamanda müqaviləyə zidd olaraq təqdim olunmuş mənzillərin sahə fərqinə görə ödənilməli olan pul kompensasiyasının və gecikdirilmiş kirayə haqlarının Cavabdeh MTK tərəfindən onlara ödənilməsini tələb etmişlər. Cavabdeh MTK öz növbəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev İlham tərəfindən müqavilə şərtlərinin pozulduğunu və ödənişlərin vaxtında həyata keçirilmədiyini iddia etmişdir. MTK, xx.xx.2021-ci il tarixli, M 001/2021 saylı müqavilənin ləğv edilməsini və Əliyev İlhama məxsus olan 22.0 kv.m sahənin sökülməsi əvəzində müvafiq kompensasiyanın ödənilməsini tələb etmişdir. Məhkəmə, müvafiq normativ hüquqi aktlara və qanunvericiliyin istinad edilən müddəalarına istinad etməklə, onları iş üzrə araşdırılmış və müəyyən edilmiş faktiki hallara tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Belə ki, məhkəmə araşdırması zamanı ilkin olaraq mübahisənin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, təqdim edilən 26 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 6 ünvanda yerləşən və Cavabdeh MTK tərəfindən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında inşa edilən «B» blokunda 4-cü mərtəbədə yerləşən təmirli, 2 otaqlı mənzilin ümumi sahəsinin 79 m2 təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 199.870,00 manat (2530,00x79) məbləğində, mənzilin ümumi sahəsinin 118 m2 təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 298.540,00 manat (2530,00x118) məbləğində olduğu müəyyən olunmuşdur. Lakin, sonradan məhkəmə tərəfindən mənzillərə yerində baxış keçirilən zaman mənzillərin faktiki olaraq müqavilədə nəzərdə ölçülərə uyğun gəlməməsi, 16A və 16 saylı mənzillərin 1 otaqdan ibarət olması, mənzillərin təmirlərində qüsurlar olması, müqavilədə döşəmələrin parket olmasının nəzərdə tutulmasına baxmayaraq faktiki olaraq mövcud olmaması, həmçinin binada 3 mənzildən başqa heç bir boş mənzilin mövcud olmaması müəyyən edilmişdir. Bundan sonra məhkəmə tərəfindən yenidən məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizası təyin edilmiş, təqdim edilən 03 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən müqavilələr üzrə İddiaçı1 21.7 kv.metr, İddiaçı2 17 kv.metr və X11 isə 27.05 kv.metr daha az sahənin təklif edildiyi, həmçinin müqavilələrdə mənzillərin döşəməsinə parket vurulacağının göstərildiyi halda fakitiki olaraq tədqiq olunan mənzillərin döşəməsinə laminat materialı vurulduğu, həmin laminatın və bir mənzilin divarlarına vurulmuş divar kağızının qüsurlu olması nəzərə alınaraq tədqiq olunan mənzillərin təmirinin müqavilə şərtlərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan sonra məhkəmə tərəfindən növbəti dəfə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, təqdim edilən 29 avqust 2025-ci il tarixli ekspert rəyinə əsasən isə yenidən baxış zamanı mənzillərin döşəməsinə vurulmuş laminatın yararsız olduğu, mənzillərdən birinin divar səthinə vurulmuş divar kağızının qüsurlu olduğu, mənzildəki təmir işlərinin müqavilə şərtlərinə uyğun olmadığı və mənzillərin təmirinin müqavilə şərtlərinə uyğunlaşdırılması üçün 17.300 manat vəsait tələb olunduğu müəyyən edilmişdir. Beləliklə, iş üzrə araşdırılan hallar və təqdim edilən sübutlar əsasında aydın olur ki, Cavabdeh MTK tərəfindən bağlanmış müqavilələrin şərtləri əhəmiyyətli şəkildə pozulmuşdur. Belə ki, MTK iddiaçılara məxsus mənzilləri sökülmək üçün təhvil almasına baxmayaraq, müqavilə ilə nəzərdə tutulmuş sahədə və keyfiyyətdə mənzilləri təqdim etməmiş, əvəzində sahəsi daha az olan və texniki göstəricilərinə görə müqavilə şərtlərinə cavab verməyən mənzilləri təklif etmişdir. Bundan əlavə, təklif edilən mənzillərdən başqa binada alternativ mənzilin olmaması, mənzillərdə təmir qüsurlarının mövcudluğu və müqavilə ilə parket döşəmə nəzərdə tutulduğu halda laminat döşəmənin istifadəsi kimi hallar iddiaçıların tələblərinin hüquqi cəhətdən əsaslı olduğunu bir daha sübut edir. Məhkəmə müəyyən edir ki, Cavabdeh MTK bağlanmış müqavilələr üzrə öz öhdəliklərini pozmuş, belə ki, MTK müqavilə şərtlərini pozaraq, nə müqavilədə göstərilən sahədə, nə də təyin olunmuş keyfiyyətdə mənzilləri təqdim etməmişdir. Bu isə bilavasitə iddiaçıların Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. MTK-nın müqavilə şərtlərinə əməl etməməsi hüquqi məsuliyyətin tam şəkildə onun üzərinə qoyulmasını şərtləndirir. Odur ki, məhkəmə qeyd edilənlərdən çıxış edərək ilk növbədə birinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasına münasibətdə hesab edir ki, iddia tələbi mənzilin təhvil verilməsi və əksik qalan sahə üçün pul kompensasiyasının MTK-dan tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, işin müəyyən edilən hallarından göründüyü kimi MTK tərəfindən İddiaçı1 müqavilə üzrə verilməli olan 78.2 kv.metr sahəli mənzil əvəzinə 56,5 kv.metr, İddiaçı2 isə 62,2 kv.metr sahəli mənzillər təklif edilir. İddiaçılar təklif edilən mənzili və əlavə olaraq, əksik qalan 21,7 kv.metr və 17 kv.m sahələr üçün isə 65.100 və 51.000 manat kompensasiya tələb edirlər. İş materiallarında olan sonuncu ekspertiza rəyindən göründüyü kimi iddiaçılara təhvil verilməli olan təmir mənzilin 1 kv.metrinin qiyməti 3.000 manat təşkil edir. Odur ki, iddiaçıların tələbi həmin hissələrdə əsaslı hesab edilməklə təmin edilməli, İddiaçı1 müqavilə üzrə təhvil verilməli olan ümumi sahəsi 78,2 kv.metr, 2 otaqlı təmirli mənzil əvəzinə təklif edilən 56,5 kv.m sahədən ibarət mənzil və həmin mənzilin əksik qalan hissəsini təşkil edən 21,7 kv.metr sahənin dəyərinə görə isə 65.100 (21,7 kv.metr x 3.000 manat=65.100 manat) manat məbləğində pul Cavabdeh MTK tərəfindən İddiaçı1, İddiaçı2 müqavilə üzrə təhvil verilməli olan ümumi sahəsi 79,2 kv.metr, 2 otaqlı təmirli mənzil əvəzinə təklif edilən 62,2 kv.m sahədən ibarət mənzil və həmin mənzilin əksik qalan hissəsini təşkil edən 17 kv.metr sahənin dəyərinə görə isə 51.000 (17 kv.metr x 3.000 manat=51.000 manat) manat məbləğində pul isə Cavabdeh MTK tərəfindən İddiaçı2 təhvil verilməlidir. Lakin, məhkəmə, iddiaçıların tələbinin “hər birinə ayrı-ayrılıqda 24.800 manat məbləğində kirayə haqqının və 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsini əsassız hesab edərək qeyd edir ki, iddiaçılar tərəfindən bu tələblərin irəli sürülməsinə əsas kimi cavabdeh MTK-nın müqavilə öhdəliklərini pozması və nəticədə onların 2023-cü ildən etibarən 31 ay müddətində kirayədə yaşamaları göstərilsə də, iddiaçılar tərəfindən həmin dövr üzrə faktiki olaraq kirayədə yaşamalarını, aylıq kirayə məbləğini və ümumi ödənişin həcmini təsdiq edən heç bir müvafiq sənəd, o cümlədən kirayə müqaviləsi, ödəniş qəbzləri, habelə mənzili kirayə verəcəkləri ehtimalı ilə bu tələbi irəli sürməklə əldə çıxmış fayda şəklində vurulmuş zərəri tələb etmələri dəlili ilə bağlı digər yazılı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, mənəvi zərərə dair tələb üzrə də yalnız ümumi bəyanatlarla kifayətlənilmiş, cavabdeh tərəfin hərəkətləri nəticəsində iddiaçılarda yaranmış mənəvi iztirabların miqyası və mahiyyəti barədə hər hansı sübut, tibbi sənəd və ya digər faktiki məlumatlar təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, prosessual qanunvericiliyə əsasən hər bir tələb sübutlarla əsaslandırılmalıdır və yalnız subyektiv izah və ümumi narazılıq əsasında kompensasiya tələbinin təmin olunması mümkün deyil. Bu səbəbdən göstərilən hissədə iddiaçıların tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. Daha sonra məhkəmə, iddia tələbinin “qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi” hissəsini də əsassız hesab edərək qeyd edir ki, iddiaçılar ünvan 7 ünvanında yerləşən, birmərtəbəli binanın zirzəmisində yerləşən 19.5 kv.m sahəli qeyriyaşayış sahəsinin Cavabdeh MTK tərəfindən qanunsuz olaraq söküldüyünü və bunun əvəzində onlara hər hansı kompensasiya ödənilmədiyini bildirərək 48.750 manat məbləğində ödənc tələb etmişlər. Lakin məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə qeyd olunan qeyri-yaşayış sahəsi üzrə hər hansı öhdəlik və ya razılaşdırılmış şərt nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin sahənin həqiqətən mövcudluğu və iddiaçı-qardaşların subyektiv hüuquqlarının olması sual doğurur. Belə ki, iddiaçı-qardaşların istinad etdiyi əsas X9 xx.xx.2006-cı il tarixdə verilmiş şəhadətnamədir ki, həmin şəhadətnamə S.Əliyevin ünvan 7 ünvanında yerləşən, birmərtəbəli binanın zirzəmisində yerləşən 19.5 kv.m sahəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarını təsbit etsə də, həmin sahənin hazırki iş üzrə tərəflər arasında münasibətlər yaranan anda mövcudluğu, habelə iddiaçı-qardaşların həmin əmlakı miras olaraq qəbul etmələri, həmin sahənin faktiki olaraq cavabdeh tərəfindən söküldüyünü və ya cavabdehin bu hərəkəti nəticəsində iddiaçılara zərər dəydiyini təsdiq edən sübutlar – aktlar, texniki sənədlər, fotoşəkillər və ya ekspert rəyləri məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı da bu iddianı təsdiq edən konkret hallar müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıların həmin hissədə irəli sürdükləri tələb sübuta yetirilməmiş və nəticə etibarilə hüquqi baxımdan əsaslandırılmamışdır. Bu səbəbdən həmin tələb hissəsi üzrə də iddia rədd edilməlidir. Daha sonra məhkəmə birləşdirilən iş üzrə ilk iddia tələbinə münasibətdə isə qeyd edir ki, ilk iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı, yəni Cavabdeh MTK cavabdeh X13 tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilmədiyini iddia edərək, aralarında bağlanmış müqavilənin ləğv edilməsini və daha əvvəl cavabdehə məxsus 22 kv.metr sahəli mənzilin sökülməsi qarşılığında kompensasiyanın ona ödənilməsini tələb edir. Lakin, işin araşdırılması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Cavabdeh MTK öz iddiasını – yəni Əliyev İlham tərəfindən müqavilə öhdəliklərinin pozulması və ödənişlərin həyata keçirilməməsi barədə iddianı – sübut edə bilməmiş, bu barədə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Əksinə, təqdim olunan sübutlar və ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, məhz cavabdeh MTK tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, MTK müqavilə ilə Əliyev İlhama 118,3 kv.m sahəsi olan tam təmirli mənzilin təhvil verilməsini öhdəsinə götürsə də, əvəzində ona sahəsi cəmi 91,25 kv.m olan və texniki baxımdan müqavilə şərtlərinə uyğun olmayan, o cümlədən təmirində ciddi qüsurlar olan mənzil təklif edilmişdir. Göründüyü kimi təqdim edilmiş sübutlar və iş üzrə müəyyən edilən hallar əsasında birinci iddia üzrə irəli sürülmüş tələb hüquqi və faktiki əsaslarla təsdiqini tapmadığından, onun təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bu səbəbdən məhkəmə həmin tələb üzrə iddianın rədd edilməli olduğu qənaətinə gəlir. Daha sonra bunun davamı olaraq məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, ilk iddia tələbi üzrə MTK tərəfindən müqavilə şərtlərinin pozulması öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbi buna nəzərən əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən MTK tərəfindən X11 ümumi sahəsi 118,3 kv.m olan tam təmirli mənzili təhvil verməyi, həmin mənzilin yalnız 78 kv.m hissəsi əvvəlki mənzilin əvəzində, yəni əvəzləşmə yolu ilə, qalan 40.3 kv.m sahəyə görə isə Əliyev İlham tərəfindən ödəniş həyata keçirilməli idi. Hazırda iddiaçı Əliyev İlham 78 kv.m mənzilin əvəzində ona təklif edilən 91,25 kv.m sahəli mənzilin ona verilməsini, artıq gələn sahə üçün isə tərəfindən 13.250 manat məbləğin MTKya ödənilməsini, həmçinin kirayə məbləği və mənəvi zərərin əvəzinin ona ödənilməsini tələb edir. Məhkəmə tələbə münasibətdə qeyd edir ki, tələbin 91,25 kv.m sahəli mənzilin iddiaçıya təhvil verilməsi hissəsi əsaslı hesab edilsə də, artıq qalan sahəyə görə 13.250 manat məbləğində kompensasiyanın ödənilməsi tələbi əsassızdır. Belə ki, iş üzrə digər iddiaçılara münasibətdə məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, mənzillər üzrə əksik sahənin hər kvadrat metri üçün 3.000 manat kompensasiya təyin olunmuşdur. Bu yanaşmanı əsas götürən məhkəmə hesab edir ki, eyni prinsiplər əsasında hazırki vəziyyətdə artıq verilmiş sahəyə görə iddiaçı Əliyev İlham tərəfindən də hər kvadrat metr üçün 3.000 manat məbləğində hesablanmaqla ümumilikdə 39.000 manat pul vəsaitinin Cavabdeh MTK-nın xeyrinə tutulması daha ədalətli və proporsional yanaşma olacaqdır. Məhkəmə xüsusilə vurğulayır ki, hərçənd bu qərar formal olaraq iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər, lakin ədalətlilik, bərabərlik və mütənasiblik prinsiplərinə əsaslanaraq məhkəmənin bu nəticəyə gəlməsi zəruri hesab edilir. Hər nə qədər də ididaçı X13 tərəflər arasında bağlanmış müqavilədə qiymət müəyyən edildiyi üçün ona artıq ölçüdə təklif edilən sahəyə görə həmin dövrdə mövcud olan qiymətlərə görə hesablama aparılmasını iddia etsə də, ədalətlilik və obyektiv qiymətləndirmə baxımından bu cür yanaşma doğru hesab edilə bilməz. Daha sonra məhkəmə, qarşılıqlı iddia tələbinin “kirayə haqqı və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibətdə yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas götürərək bildirir ki, iddiaçı tərəfindən müvafiq dövr ərzində faktiki olaraq kirayədə yaşaması və mənzilin kirayə verməklə gəlir əldə etməsi ilə bağlı aylıq kirayə məbləği və ümumi ödənişin məbləğini təsdiq edən heç bir sənəd - o cümlədən kirayə müqaviləsi, ödəniş qəbzləri və digər yazılı sübutlar -məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi üzrə də yalnız ümumi xarakterli bəyanatlar irəli sürülmüş, lakin cavabdeh tərəfin hərəkətləri nəticəsində iddiaçıda hansı intensivlikdə və mahiyyətdə mənəvi iztirabların baş verdiyini göstərən hər hansı sübut, tibbi sənəd və ya faktiki material təqdim olunmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia tələbinin göstərilən hissəsi sübuta yetirilmədiyindən rədd edilməlidir. Ən sonda məhkəmə, hər üç iddiaçı-qardaşlara münasibətdə təklif edilən mənzillərin təmirində mövcud olan qüsurlara görə 17.300 manat məbləğində təmir xərclərinin Cavabdeh MTK-dan tutulması tələbinə dair qeyd edir ki, bu tələb həmin hissədə də əsaslı hesab edilməklə təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim edilən ekspert rəyləri və məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, MTK tərəfindən iddiaçılara təqdim olunan mənzillərdə təmir işləri müqavilə şərtlərinə uyğun şəkildə yerinə yetirilməmiş, müxtəlif texniki və keyfiyyət qüsurları mövcud olmuşdur. Həmin hallar sübuta yetirildiyindən, iddiaçıların bu hissədə irəli sürdüyü tələb hüquqi və faktiki əsaslara malik olmaqla təmin edilməli, Cavabdeh MTK tərəfindən mənzillərin müqavilə şərtlərinə uyğun təmiri üçün 5.000 manat məbləğində pul İddiaçı1, 5.000 manat məbləğində pul İddiaçı2 və 7.300 manat məbləğində pul isə iddiaçı X11 (sonuncu məhkəmə iclasında iddiaçıların nümayəndəsinin (vəkilinin) məbləğlərin müəyyən edilməsinə dair mövqeyi nəzərə alınmaqla) ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki: 1) birinci iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbi qismən təmin edilməli: a) İddiaçı1 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində verilməli olan ümumi sahəsi 78.2 kv.m sahədən ibarət 2 otaqlı, tam təmirli mənzilin əvəzinə təklif edilən 56,5 kv m. sahədən ibarət mənzil və həmin mənzilin sahəsinin əskik qalan hissəsini təşkil edən 21,7 kv.m sahənin dəyərinə görə Cavabdeh MTK-dan 65100 manat pul tutularaq İddiaçı1 təhvil verilməli; b) İddiaçı2 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində verilməli olan ümumi sahəsi 79.2 kv.m sahədən ibarət 2 otaqlı, tam təmirli mənzilin əvəzinə təklif edilən 62,2 kv m. sahədən ibarət mənzil və həmin mənzilin sahəsinin əskik qalan hissəsini təşkil edən 17 kv.m sahənin dəyərinə görə “Yeni Dünya" MTK-dan 51000 manat pul tutularaq İddiaçı2 təhvil verilməli; c) iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində ev 21 ünvanında yerləşən miras əmlak olan 19,5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərər görə, iddia ərizəsində göstərdiyi kirayə qalmaqla məruz qaldığı və ya iclasda bildirdikləri kimi əldən çıxmış fayda şəklində zərərə görə və mənəvi zərərə görə pul tutulması hissəsində iddiaları təmin edilməməli, 2) “Yeni Dünya" Mənzil Tikinti Kooperativinin iddiası təmin edilməməli, 3) iddiaçı X8 iddiası qismən təmin edilməli: a) iddiaçı X13 ilə cavabdeh "Yeni Dünya” MTK arasında olan 10 yanvar 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində verilməli olan ümumi sahəsi 78 kv.m sahədən ibarət 2 otaqlı, tam təmirli mənzilin əvəzinə təklif edilən 91,25 kv.m sahədən ibarət mənzil Cavabdeh MTK tərəfindən X11 təhvil verilməli və həmin mənzilin sahəsinin artıq olan hissəsini təşkil edən 13,25 kv.m sahənin dəyərinə görə X7 39750 manat tutularaq “Yeni Dünya" MTK-ya ödənilməli, b) Cavabdeh MTK tərəfindən X11 91,25 kv m. sahədən ibarət mənzilin təhvil verilməsi və X7 39750 manat tutularaq Cavabdeh MTK-ya ödənilməsi eyni anda icra edilməli, c) X8 iddiasının kirayə haqqının (və ya əldən çıxmış fayda) tutulması, mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməli, d) Cavabdeh MTK tərəfindən mənzillərin müqavilə şərtlərinə uyğun təmiri üçün 5000 manat pul tutularaq İddiaçı1, 5000 manat İddiaçı2 və 7300 manat pul tutularaq X11 ödənilməlidir. e) Hər bir iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 150 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 və Cavabdeh MTK-dan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22) hesabına, 400 manat məbləğində pul vəsaiti isə iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 və Cavabdeh MTK-dan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Birinci iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbi qismən təmin edilsin. İddiaçı1 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində verilməli olan ümumi sahəsi 78.2 kv.m sahədən ibarət 2 otaqlı, tam təmirli mənzilin əvəzinə təklif edilən 56,5 kv m. sahədən ibarət mənzil və həmin mənzilin sahəsinin əskik qalan hissəsini təşkil edən 21,7 kv.m sahənin dəyərinə görə Cavabdeh MTK-dan 65100 (altmış beş min yüz) manat pul tutularaq İddiaçı1 təhvil verilsin. İddiaçı2 ilə Cavabdeh MTK arasında olan 3 fevral 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində verilməli olan ümumi sahəsi 79.2 kv.m ibarət 2 otaqlı, tam təmirli mənzilin əvəzinə təklif edilən 62,2 kv m. sahədən ibarət mənzil və həmin mənzilin sahəsinin əskik qalan hissəsini təşkil edən 17 kv.m sahənin dəyərinə görə cavabdeh “Yeni Dünya" MTK-dan 51000 (əlli bir min) manat pul tutularaq İddiaçı2 təhvil verilsin. İddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində ev 21 ünvanında yerləşən miras əmlak olan 19,5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərər, kirayə pulu (və ya əldən çıxmış fayda) və dəymiş mənəvi zərərə görə pul tutulması hissələrində təmin edilməsin. Birləşdirilən iş üzrə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh Mənzil Tikinti Kooperativinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X11 qarşı «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair ilk tələbi təmin edilməsin. Birləşdirilən iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) X8 qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə öhdəliklərinin icra edilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı X13 ilə cavabdeh "Yeni Dünya” MTK arasında olan 10 yanvar 2021-ci il tarixli, M002/2021 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş on iki mərtəbəli yaşayış kompleksində verilməli olan ümumi sahəsi 78 kv.m sahədən ibarət 2 otaqlı, tam təmirli mənzilin əvəzinə təklif edilən 91,25 kv.m sahədən ibarət mənzil Cavabdeh MTK tərəfindən iddiaçı X11 təhvil verilsin və həmin mənzilin sahəsinin artıq olan hissəsini təşkil edən 13,25 kv.m sahənin dəyərinə görə X7 39750 (otuz doqquz min yeddi yüz əlli) manat tutularaq “Yeni Dünya" MTK-ya ödənilsin. Cavabdeh MTK tərəfindən X11 91,25 kv m. sahədən ibarət mənzilin təhvil verilməsi və X7 39750 (otuz doqquz min yeddi yüz əlli) manat tutularaq Cavabdeh MTK-ya ödənilməsi eyni anda icra edilsin. Qarşılıqlı iddia tələbi kirayə haqqının (əldən çıxmış faydanın) tutulması, mənəvi zərərin ödənilməsi hissələrində təmin edilməsin. Cavabdeh MTK tərəfindən mənzillərin müqavilə şərtlərinə uyğun təmiri üçün 5000 (beş min) manat pul tutularaq İddiaçı1, 5000 (beş min) manat İddiaçı2 və 7300 (yeddi min üç yüz) manat pul tutularaq X11 ödənilsin. İddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 150 (yüz əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 və Cavabdeh MTK-dan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22) hesabına, 400 (dörd yüz) manat məbləğində pul vəsaiti isə iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 və Cavabdeh MTK-dan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar