Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-626/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "mənzilin təhvil verilməsi öhdəliyi" tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı "mənzilin təhvil verilməsi öhdəliyi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin müqavilə şərtlərinə uyğun İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin Cavabdeh1 Mənzil Tikinti Kooperartivinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş 28 mart 2017-ci il tarixli 38 nömrəli protokoldan çıxarışa əsasən İddiaçı Cavabdeh1 MTK-nin üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh1 MTK ilə bağlanan 28 mart 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı həmin mənzili 105000 (yüz beş min) manata almaq barədə razılığa gəlmişdir. İddiaçı ilkin olaraq mənzilin dəyərinin 30 faizi və digər xərclər olmaqla 30000 manat ödəniş etmiş, qalan məbləği isə 2 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı qrafik tərtib edilmişdir. Cavabdeh1 MTK isə mənzildə müvəqqəti olaraq başqa şəxsin yaşadığını, lakin mənzilin dəyəri tam ödənildikdən sonra mənzili boşaldaraq təhvil verməyi üzərinə öhdəlik götürmüş və bu barədə müqaviləyə əlavədə qeyd olunmuşdur. İddiaçı 28 mart 2019-cu il tarixədək müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə onun müraciətinə əsasən Cavabdeh1 MTK tərəfindən 08 may 2019-cu il tarixdən 08 may 2020-ci il tarixədək ödəniş üçün əlavə olaraq 1 il müddət verilmişdir. İddiaçı mənzilin dəyərini tam olaraq ödədiyindən 08 may 2020-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. İddiaçı həmin müddət bitdikdən sonra Cavabdeh1 MTK-na müraciət edərək mənzilin təhvil verilməsini tələb etmiş, cavabdeh isə bir neçə gün ərzində mənzili tam olaraq boşaldıb təhvil verəcəyini bildirmişdir. Lakin bir neçə gün ərzində cavabdehin mənzili təhvil vermədiyini görüb Cavabdeh1 MTK-ya müraciət etmiş və onu mənzildə yaşayan şəxslə görüşdürməsini tələb etmişdir. İddiaçının tələbinə əsasən Cavabdeh1 MTK tərəfindən Aytən adlı şəxslə əlaqə saxlanılaraq onunla bağlanmış müqavilənin ləğv olunduğu bildirilmiş və mənzili təhvil verməsi tələb olunmuşdur. Hənin şəxs isə mənzilin dəyərini tam ödəyərk aldığını və mənzilin ona məxsus olduğunu demişdir. Bundan sonra iddiaçı 15 iyun 2020-ci il tarixdə rəsmi olaraq “Günəşli MTK”-nə müraciət edərək dəyərini ödədiyi mənzilin ona təhvil verilməsini, əks halda mənzilin dəyəri qalxdığından pulunun artıqlaması ilə ona qaytarılmasını xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq “Günəşli MTK” bildirmişdir ki, onun müraciətindən sonra və ondan əvvəl Cavabdeh2 könüllü olaraq evdən çıxması dəfələrlə təklif olunsa da, evdən çıxmaqdan imtina etmişdir. Buna görə də, “Günəşli MTK” tərəfindən Cavabdeh2 mənzildən çıxarılması üçün aidiyyəti üzrə məhkəməıyə müraciət olunacağı və bu barədə ona məlumat veriləcəyi qeyd edilmişdir. Sonradan “Günəşli MTK” tərəfindən bildirilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 kvm. olan 3 otaqlı mənzil 69634 (altmış doqquz min altı yüz otuz dörd) manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80040 ABŞ dollarına) Cavabdeh2 satılmışdır. Müqavilə üzrə ödəməli olduğu pul ödənilmədiyi üçün “Günəşli MTK” tərəfindən Cavabdeh2 borcu olmadığına dair maliyyə arayışı verilməmişdir. Cavabdeh2 olan arayışların həqiqiliyi isə şübhə doğurur. Çünki Cavabdeh2 şirkətə ödəniş etməmiş və bu barədə qeydiyyat kitabında heç bir məlumat yoxdur. İddiaçı 28 mart 2017ci il tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək Cavabdeh1 MTK tərəfindən inşa olunmuş binanın 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin dəyərini tam olaraq ödəsə də, Cavabdeh1 MTK mənzili təhvil verməklə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh1 etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1nə qarşı "mənzilin təhvil verilməsi öhdəliyi" tələbi Cavabdeh1 MTK-ya münasibətdə əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 kvm. olan 3 otaqlı mənzil 69634 (altmış doqquz min altı yüz otuz dörd) manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80040 ABŞ dollarına) Cavabdeh2 satılmışdır. Müqavilə üzrə ödəməli olduğu pul ödənilmədiyi üçün "Günəşli MTK" tərəfindən Cavabdeh2 borcu olmadığına dair maliyyə arayışı verilməmişdir. "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlana 13 mart 2007-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən payçı pay haqqını ödəmədikdə və ya gecikdirdikdə kooperativin haqqı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bunu nəzərə alaraq, Cavabdeh2 ilə müqavilə "xxxx" MTK tərəfindən ləğv edilib. Bu barədə ona dəfələrlə məlumat verilsə də, Cavabdeh2 həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən, həm də mənzili boşaltmaqdan imtina edir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq Cavabdeh2 ünvan 3 ünvanda yerləşən sahəsi 116 kv.m olan 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmçinin məhkəmə zamanı Cavabdeh2 "xxxx" MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80000 ABŞ dolları dəyəri tam ödənilməklə ona məxsus olan ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin ona məxsus olmasına dair "xxxx" MTK-nın ümumi iclasının protokolundan çıxarış; mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh "xxxx" MTK-nın öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-678/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" MTK-nın Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilmiş, iddiaçı Cavabdeh2 ilə cavabdeh "xxxx" MT arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair "xxxx" MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh2 verilməsi cavabdeh "xxxx" MTK-nin öhdəsinə qoyulmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 678/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə Cavabdeh2 ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilə, 01 fevral 2023cü il tarixli maliyyə arayışı və 01 fevral 2023-cü il tarixli ümumi iclasının protokolundan çıxarış təqdim olunmuşdur. Bundan sonra Cavabdeh2 "xxxx" MTK-nə müraciət edərək ünvan 1 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 kvm. olan 3 otaqlı mənzilə dair 80040 ABŞ dolları ödəməsi barədə arayışları və maliyyə arayışını təqdim etmişdir. Lakin həmin arayışlar və maliyyə arayışı "xxxx" MTK tərəfindən Cavabdeh2 verilməmişdir. Ona görə də, həmin sənədlərin həqiqi olması şübhə yaradır. Hesab edirlər ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən həmin sənədlərin həqiqiliyi ekspertiza təyin edilməklə yoxlanılmalıdır. Çünki həmin sənədlərin saxtalaşdırma ehtimalı vardır. Hazırki iddia ilə bağlı "xxxx" MTK heç bir öhdəlik daşımır və iddiaya cavab verməli olan şəxs deyildir. İddia üzrə əsl Cavabdeh2 olmalıdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m olan 3 otaqlı 279 nömrəli (hazırda 38 nömrəli) mənzilin 69634 (altmış doqquz min altı yüz otuz dörd) manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80040 ABŞ dollarına) satılmasına dair "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanan 13 mart 2007-ci il tarixli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin müqavilə şərtlərinə uyğun İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin "xxxx" Mənzil Tikinti Kooperartivinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiası qanunsuz və əsassız olduğuna görə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni İddiaçı ilə Cavabdeh1 arasında 28 mart 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə 2(006)- 626/2024 saylı mülki iş üzrə məhkəmənin hazırlıq iclasında cavabdeh qizmində işə cəlb edilmişdirlər. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh2 ilə "xxxx" MTK arasında 13 mart 2007-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küç ev 16 da yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 kv.m dən ibarət olan 38 saylı mənzili satın almışdır. Mübahisə predmeti olan mənzil qeyd etdikləri kimi X5 tərəfindən satın alınmış, alındıqdan sonra həmin mənzildə təmir işləri aparılmış, mənzil Cavabdeh2 tərəfindən alındığı gündən bu günədək, yəni hal hazırda da Aytənin davamlı olara sahibliyində və istifadəsindədir. Qeyd edir ki, hələ 2021-ci ildə Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası Nəsimi rayon məhkəməsində baxılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küç ev 16 da yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 kv.m dən ibarət olan 38 saylı mənzil ilə öncə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilmiş, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair Cavabdeh1 MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh2 verilməsi Cavabdeh1 MTK-nın öhdəsinə qoyulmuşdur. Daha sonra həmin iş üzrə Cavabdeh1 MTK Nəsimi rayon məhkəməsinin 2(006)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı Cavabdeh2 tərəfindən öhdəliklərin tam icra edilməsinə dair maliyyə arayışının notariat qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin arayışdan bəlli olmuşdur ki, "xxxx" MTK-nın payçısı Cavabdeh2, həqiqətən, 11 yanvar 2008-ci il tarixdə kooperativə gələcəkdə hazır olacaq binanın 38 saylı mənzilinin dəyərini "xxxx" MTK-nın kassasına tam ödəmişdir. Həmin arayış "xxxx" MTK-nın sədri A.N.Mustafayev tərəfindən tərtib edilmiş, imzalanmış və möhürlənmişdir. Qeyd olunan arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil iddiaçı-"xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə oldugu halda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)- 11040/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 MTK kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1853/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)- 11040/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4944/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən, Cavabdeh1 MTK öz verdiyi apellyasiya şikayətindən imtina etmiş, və Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkilinin ərizəsi qəbul edilmiş və mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Beləliklə, Nəsimi rayon məhkəməsinin 2(006)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 678/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin tələbini yerinə yetirməməsinə görə barəsində Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023- cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1876/2023 saylı qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1876/2023 saylı qərarından inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1296/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən, şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1876/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 il sonra, daha dəqiq desək, xx.xx.2023-cü il tarixdə elektron məhkəmə portalına hal hazırki icraatınızda olan mülki iş üzrə İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilə dair "mənzilin təhvil verilməsi öhdəliyi tələbi barədə iddia ərizəsi daxil olmuşdur. Beləki, İddiaçı cavabdeh qismində Cavabdeh1 MTK-1, maraqlı şəxs olaraq Cavabdeh2 işə cəlb etmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh "xxxx" MTK tərəfindən tərtib edilmiş 28 mart 2017-ci il tarixli 38 nömrəli protokoldan çıxarışa əsasən "xxxx" MTK-nin üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. "xxxx" MTK ilə bağlanan 28 mart 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı həmin mənzili 105000 (yüz beş min) manata almaq barədə razılığa gəlmişdir. İddiaçı ilkin olaraq mənzilin dəyərinin 30 faizi və digər xərclər olmaqla 30000 manat ödəniş etmiş, qalan məbləği isə 2 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı qrafik tərtib edilmişdir. "xxxx" MTK isə mənzildə müvəqqəti olaraq başqa şəxsin yaşadığını, lakin mənzilin dəyəri tam ödənildikdən sonra mənzili boşaldaraq təhvil verməyi üzərinə öhdəlik götürmüş və bu barədə müqaviləyə əlavədə qeyd olunmuşdur. İddiaçı 28 mart 2019-cu il tarixədək müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə onun müraciətinə əsasən "xxxx" MTK tərəfindən 08 may 2019-cu il tarixdən 08 may 2020-ci il tarixədək ödəniş üçün əlavə olaraq 1 il müddət verilmişdir. İddiaçı mənzilin dəyərini tam olaraq ödədiyindən 08 may 2020-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. Lakin burda bir məqama nəzər yetirilməlidir. Evin sahibi, mülkiyyətçisi Cavabdeh2 13 mart 2007-ci il tarixdə "xxxx" MTK ilə aralarında baglanmış müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küç ev 16 da yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 kv.m dən ibarət olan 38 saylı mənzilin sahibidir. Mənzilin hələ 2007-2008-ci illərdə satın alınmasına, MTK-ya heç bir borc olmadığına dair maliyyə arayışı mövcuddur, hansı ki, yuxarıda qeyd etdiyikləri mülki işin gedişatında məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilmiş, və artıq qanuni qüvvəyə minmiş qətnamədə öz təsdiqini tapmışdır. Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küç ev 16 da yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 kv.m dən ibarət olan 38 saylı mənzilə dair yenidən 28 mart 2017-ci il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasındakı müqavilənin hansı qanuni əsası və qüvvəsi ola bilər? Məhkəmə iclasında iştirak edən İlk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın sədri X2 tərəfindən imzalanmış arayışlardan görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK-ya 38 saylı mənzil üçün 30 aprel 2007-ci il tarixdə 8700 manat, 12 oktyabr 2007-ci ildə 17.000 manat,13 noyabr 2007-ci ildə 4250 manat, 04 dekabr 2007-ci ildə 4250 manat, 05 dekabr 2007-ci ildə 4250 manat ödəmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın sədri X2 tərəfindən imzalanmış arayışdan görünür ki, Cavabdeh2 11 yanvar 2008-ci il tarixdə gələcəkdə hazır olacaq binanın 38 saylı mənzilinin dəyərini Cavabdeh1 MTK-nın kassasına tam ödəmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanan 28 mart 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı mənzili 105000 (yüz beş min) manata almaq barədə razılığa gəlmişdirlər. Həmin müqaviləyə əsasən İddiaçı ilkin olaraq mənzilin dəyərinin 30 faizi və digər xərclər olmaqla 30000 manat ödəniş etmiş, qalan məbləği isə 2 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın üzvlülüyünə qəbulu və mənzillərin payçıları arasında razılığı ilə bölüşdürülməsi barədə 28 mart 2017-ci il tarixli 38 nömrəli protokolun çıxarışından görünür ki, İddiaçı razılıq yoku ilə Cavabdeh1 MTK-nın binasında C.Səlimov küçəsi, 3004-cü məhəllə, ümumi sahəsi 116 kv.m olan 1-ci girişində 11 mərtəbədə 3 otaqlı 38 nömrəli mənzilə düşməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı 28 mart 2019-cu il tarixli məktubundan görünür ki, onun 28 mart 2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 MTK ilə onun arasında ünvan 6 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m olan 3 otaqlı mənzilin 105.000 manat satılmasına dair 28 mart 2017-ci il tarixli müqavilə bağlanmışdır. Lakin müəyyən edilmiş 2 illik ödəniş müdddəti başa çatmasına baxmayaraq mənzilin dəyəri tam ödənilməmişdir. Buna görə də müqavilənin 8-ci bəndinə əsasən onun bağlanmış müqavilə birtərəfli qaydada ləğv edilərək müqavilə üzrə ödədiyi pul yalnız mənzil başqa şəxsə satıldıqdan sonra qaytarılacaqdır. İş materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh1 MTK-ya ünvanladığı 08 may 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı Nəsimi rayonu, Cehun Səlimov küçəsi, ev 16 ünvanında yerləşən binanın 11-ci mərtəbəsindəki 3 otaqlı 38 nömrəli mənzili 28 mart 2017-ci il tarixli müqaviləyə əsasən 105.000 manata almışdır. İlkin olaraq 30.000 manat ödəsə də, qalan pulu 2 il müddətində müəyyən edilmiş qrafik üzrə tam ödəyə bilməmişdir. Müqaviləni birtətəfli qaydada ləğv etməyərək, müqavilə üzrə borcunu taç olaraq ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh1 MTK-ya ünvanladığı 15 iyun 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 7 ünvanında yerləşən binanın 11-ci mərtəbəsindəki 3 otaqlı 38 nömrəli mənzili 28 mart 2017-ci il tarixli müqaviləyə əsasən 105000 manata almışdır. Müqavilə bağlanarkən mənzilin dəyəri tam ödənildikdən sonra həmin mənzildə yaşayan Cavabdeh2 tərəfindən mənzilin boşaldılaraq ona təhvil verilməsini təmin edəcəyinizi qeyd etmişdirlər. Müqavilə üzrə 105000 manat pulu tam olaraq ödəsə də, mənzildə yaşayan şəxs mənzilin dəyərini tam ödəyərək aldığınu və mənzilin ona məxsus olduğunu bildirərək mənzildən çıxmayacağını bildirmişdir. Dəyərini ödədiyi mənzilin ona təhvil verilməsini, ya da mənzilin dəyəri qalxdığından pulumu artıqlaması ilə ona qaytarılmasını təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı 11 avqust 2020ci il tarixli məktubundan görünür ki, onun 15 iyun 2020-ci il tarixli müraciətinizə cavab olaraq bildirilir ki, Cavabdeh1 MTK ilə onun arasında ünvan 8 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 m2 olan 3 otaqlı mənzilin 105000 manata satılmasına dair 28 mart 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən qeyd olunan mənzildə Cavabdeh2 yaşasa da, onun tərəfindən ödəniş edilmədiyindən onunla həmin mənzilə dair bağlanmış 13 mart 2007-ci il tarixli müqavilə 23 yanvar 2015-ci il tarixdə birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də, həmin mənzilə dair Sizinlə müqavilə bağlanmışdır. Sizin müraciətinizdən sonra və ondan əvvəl də, Cavabdeh2 könüllü olaraq evdən çıxması dəfələrlə təklif olunsa da, evdən çıxmaqdan imtina etmişdir. Buna görə də, Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 mənzildən çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunaraq Sizə bu barədə əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə olunmuş və Cavabdeh1 MTK-nın sədri X2 tərəfindən imzalanmış arayışdan görünür ki, İddiaçı qızı 08 may 2020-ci il tarixdə gələcəkdə hazır olacaq binanın 38 saylı mənzilinin dəyərini Cavabdeh1 MTK-nın kassasına tam ödəmişdir. İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 MTK-nın Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməsi, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməsi, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair Cavabdeh1 MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh2 verilməsi Cavabdeh1 MTK-nın öhdəsinə qoyulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11040/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 MTK-nın apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın üzvlülüyünə qəbulu və mənzillərin payçıları arasında razılığı ilə bölüşdürülməsi barədə 16 fevral 2022-ci il tarixli 38 nömrəli protokolun çıxarışından görünür ki, Cavabdeh2 razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavabdeh1 MTK-nın binasında C.Səlimov 16 küçəsi, ümumi sahəsi 116 kv.m olan 1-ci girişində, 11 mərtəbədə, 3 otaqlı, 38 nömrəli mənzilə düşməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4944/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsindən birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X3 ərizəsinin qəbul edilməsi və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın 16 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu ünvanında yerləşən yaşayış binasındaki 11-ci mərtəbədə, sahəsi 116 kv.m olan, 1-ci giriş, 3 otaqlı, 38 N-li mənzilə görə Cavabdeh1 MTK-nın xəzinəsinə borcu yoxdur. İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1876/2023 saylı qərarı ilə Cavabdeh1 MTK-nın sədri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1296/2023 saylı qərarı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1876/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İlk öncə məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göstərilən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır (maddə 406.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə belə müəyyən edilmişdir : “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarından da göründüyü kimi "xxxx" MTK ilə ilkin iddia üzrə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m olan 3 otaqlı 279 nömrəli (hazırda 38 nömrəli) mənzilin alqı-satqısına dair 13 mart 2007-ci il tarixli müqavilə bağlanmışdır. Həmin mənzil Cavabdeh2 tərəfindən təmir edilmiş və alındığı gündən bu günədək onun sahibliyində və istifadəsində olmuşdur. Lakin Cavabdeh2 hazırda mübahisə predmeti olan mənzillə bağlı sənədləri itirdiyindən, "xxxx" MTK isə həmin sənədləri təqdim etməkdən imtina etdiyindən tərəflər 2021-ci ildə iddia ərizələri ilə məhkəməyə müraciət etmişdirlər. 2021-ci ildə Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası Nəsimi rayon məhkəməsində baxılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cehun Tağıyev) xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 MTK-nın Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməsi, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməsi, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair Cavabdeh1 MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh2 verilməsi Cavabdeh1 MTK-nın öhdəsinə qoyulması qət edilmişdir. Həmin qətnamə 19 iyun 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, Günəşli" MTK ilə ilkin iddia üzrə Cavabdeh2 arasında 13 mart 2007-ci il tarixdə müqavilə bağlandıqdan sonra, 28 mart 2017-ci il tarixdə "xxxx" MTK ilə ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlanılmışdır. Göründüyü kimi, Cavabdeh2 mübahisəli mənzilin dəyərini 11 yanvar 2008-ci il tarixdə tam ödəmiş (iş materiallarına əlavə edilmiş arayışa əsasən) və bununla da həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Həmin fakt həmçinin Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsində də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, belə olan halda Cavabdeh1 başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə İddiaçı ilə 28 mart 2017-ci il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilkin iddia rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh2 ilə "xxxx" MTK arasında 13 mart 2007-ci tarixdə müqavilə bağlanılmışdır ki, artıq bu halda "xxxx" MTK-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə Cavabdeh2 mənzilin dəyərini tam ödədikdən sonra ikinci və üçüncü dəfə mübahisəli mənzili satmaq kimi hüquqi mövcud olmamışdır. Mövcud olmayan hüquqdan istifadə etməklə sonraki əqdlər bağlanıldığı səbəbindən "xxxx" MTK ilə İddiaçı arasında mübahisəli mənzil barəsində 28 mart 2017-ci il tarixi müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Qanunvericiliyin bu tələblərinə əsasən ilkin iddia üzrə iddiaçı tərəfindən aldığı mənzilin tam dəyəri ödənildiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisəl edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır(maddə 337.2). Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır(maddə 337.4). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Eyni zamanda məhkəmə MTK ilə İddiaçı arasında bağlanmış 28 mart 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəldiyi üçün qeyd edir ki, Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, “Günəşli" MTK ilə İddiaçı arasında bağlanmış 28 mart 2017-ci il tarixli müqaviləsi etibarsız hesab edildiyindən, cavabdeh İddiaçı ödədiyi pul vəsaiti nəzərə alınmalı və ona münasibətdə restitusiya tətbiq edilərək, ödədiyi məbləğ (105.000 manat) “Günəşli" MTK-dan alınaraq İddiaçı qaytarılmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, ikin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "mənzilin təhvil verilməsi öhdəliyi" tələbinə dair iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında 28 mart 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "mənzilin təhvil verilməsi öhdəliyi" tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. 28 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 105.000 (yüz beş min manat) restitusiya qaydasında ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Koooperativindən tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-626/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-626/2024
01.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver