Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6308/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X13 Zahid oğlunun sədrliyi, Ağayeva Yeganə Taleh qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X12 Ağsu Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 59 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının həmin X4 və İstismar Şöbəsinin mühəndis-mexanik vəzifəsinə bərpa olunmasını, həmçinin iddiaçının xx.xx.2025-ci il tarixdən başlayaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X8 Xidməti X12 Ağsu Su X1 İdarəsi Texniki İstehsalat və İstismar Şöbəsində mühəndis-mexanik vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdən etibarən hər il onunla əmək müqaviləsi bağlanmışdır. Sonuncu müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə 6 ay müddətinə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinə 1 gün qalmış iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə isə 59 nömrəli əmr ilə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) – “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən işdən azad etmişdir. Əmrin verilməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh tərəfindən 1 həftə əvvəl yazılı xəbərdarlıq edilməmiş və əmək müqaviləsinə müddət bitdikdən 6 gün sonra xitam verilmişdir. Cavabdehin əmri qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib iddia ərizəsinin məzmunundan fərqli olaraq izahatında göstərdi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçını xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, cavabdeh bunu müqavilə müddəti bitənə ən azı 1 həftə qalmış etməli idi. Əmək Məcəlləsinin tələblərinə riayət edilmədiyindən cavabdeh müəssisənin rəhbəri inzibati qaydada cərimə olunmuşdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyib bildirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyindən iddiaçıya xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Bu xəbərdarlıq xx.xx.2025-ci il tarixdə iddiaçıya çatdığından, əlavə olaraq 2 gün də nəzərə alınmaqla, xx.xx.2025ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman iddiaçıya işlədiyi günlər üçün əmək haqqı və istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmiş, cavabdeh müəssisə tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti X16 Ağsu Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 95 nömrəli əmrindən görünür ki, iddiaçının həmin tarixdən Texniki İstehsalat və İstismar Şöbəsinə İX dərəcəli mühəndis-mexanik vəzifəsinə 3 ay müddətinə keçirilməsi, vəzifə maaşının ştat cədvəlinə uyğun olaraq ödənilməsi əmr edilmişdir. X8 Xidməti X16 Ağsu Su X1 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış əmək müqaviləsinin müddətinin bitməsi barədə xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Ağsu Su X1 İdarəsi tərəfindən iddiaçıya göndərilmiş zərfin surətində xx.xx.2025-ci il tarixli ştampın izləri müəyyən edilir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 59 nömrəli əmrdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti X16 Ağsu Su X1 İdarəsi Texniki İstehsalat və İstismar Şöbəsində mühəndis-mexanik vəzifəsində işləyən İddiaçı Əlpaşa oğlu haqqında aşağıdakı səbəbləri nəzərə alaraq: əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar onunla bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 “b” əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xitam verilməsi, işçinin xx.xx.2023 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 63 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin İqtisadiyyat və uçot şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Ağsu 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı işə bərpa tələbinə dair əmək mübahisəsi üzrə işlə bağlı təyin edilmiş ilkin mediasiya sessiyasında Cavabdeh X16 Ağsu Su X1 İdarəsi Texniki İstehsalat və İstismar Şöbəsinin nümayəndəsi iştirak etməmişdir. İş materiallarına X6 Xidməti Dağlıq Şirvan regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubu və məhkəmə qərarları da əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan görünür ki, İddiaçı cavabdeh X8 Xidməti X16 Ağsu Su X1 İdarəsində mühəndis-mexanik vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitəcəyindən, cavabdeh xx.xx.2025-ci il tarixdə iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq göndərmiş, həmin xəbərdarlıq iddiaçıya xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. İddiaçı mediasiya vasitəsilə məsələnin müsbət həllinə nail ola bilmədiyindən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisələndirilən yeganə hal əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq, qanunun tələbinə görə cavabdeh tərəfindən iddiaçıya azı 1 həftə qalmış xəbərdarlıq edilməli olduğu halda, bu xəbərdarlığın yalnız xx.xx.2025-ci il tarixdə edilməsi və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə xitam verilməsi olmuşdur. İddiaçının vəkili-nümayəndəsi hazırkı məhkəmə iclasındakı izahatında iddia ərizəsində müqavilənin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsini qeyd etməklə səhvə yol verdiyini, bu işi icraatında olan digər vətəndaşın eyni cavabdehə qarşı işi ilə qarışdırdığını qəbul etmişdir. Cavabdeh tərəf iddiaçıya xx.xx.2025-ci il tarixdə xəbərdarlıq ünvanladıqlarını, əmək müqaviləsinə xitam verilən zaman qanunun tələblərinə riayət etdiklərini bildirərək iddia tələbini qəbul etmir. c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə: Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdehin xx.xx.2025-ci il tarixdə iddiaçıya müvafiq xəbərdarlığı göndərməsi və iddiaçının xx.xx.2025-ci il tarixdə həmin xəbərdarlığı alması mübahisəsiz olaraq müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitdiyi xx.xx.2025-ci il tarixdə deyil, bu tarixdən 2 gün sonra – xx.xx.2025-ci il tarixdə xitam verməsi əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilməməlidir. Ən azından ona görə ki, bu tarix dəyişikliyində cavabdehin özünün deyil, iddiaçının mənafeyi və qanunvericiliyin tələbləri nəzərə alınmışdır. İşin mübahisəsiz hallarına əsasən cavabdehin iddiaçıya müqavilə müddətinin bitməsinə 11 gün qalmış göndərdiyi xəbərdarlıq ona müqavilə müddətinin bitməsinə 5 gün qalmış çatdırılmış, cavabdeh də bu halı və qanunun tələbini nəzərə alaraq əmək müqaviləsinə onun müddəti bitəndən 2 gün sonra xitam vermişdir. Hər bir halda cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək niyyətinin olması və iddiaçını bu barədə vaxtında xəbərdar etməsi aşkar olmuşdur. Bu baxımdan məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən müqavilə müddəti başa çatandan 2 gün sonra əmək müqaviləsinə xitam verilməsi mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas təşkil etmir. Məhz bu hala görə sözügedən əmrin ləğv edilməsi tərəflər arasındakı münasibətlərə məhkəmə tərəfindən formal yanaşma sərgiləmək, işin faktiki və mübahisələndirilməyən hallarının nəzərə alınmaması ilə nəticələnəcəkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri əsassız olduğundan iddia təmin edilməməlidir. d) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №e-2(006)-6308/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6308/2025
04.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver