Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6352/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası 15 yanvar 2026-cı il tarixə təyin edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə təqdim edərək göstərmişdir ki, mülki iş üzrə xx.xx.2026-cı il tarixinə saat 12:15-ə hazırlıq iclası təyin edilmişdir. X2 Vladimirovnaya və X1 hüquqi yardım göstərilməkdədir və hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Gülşən Fərəcova tərəfindən iş № e- 2(006)-5668/2025 saylı mülki iş üzrə xx.xx.2026-cı il tarixinə saat 12:00-a hazırlıq iclası təyin edilmişdir. Hər iki iclasın vaxtlarının bir-birinə yaxın olması səbəbi ilə № e-2(006)- 6352/2025 saylı mülki iş üzrə xx.xx.2026-cı il tarixinə saat 12:15-ə təyin edilmiş hazırlıq iclasında iştirak edə bilməyəcək. Odur ki, ərizəni nəzərə alıb, № e-2(006)-6352/2025 saylı mülki iş üzrə xx.xx.2026-cı il tarixinə saat 12:15-ə təyin edilmiş hazırlıq iclası qısa müddətdə təxirə salınmasını xahiş etmişdir. Araşdırma zamanı vəkilin ərizəsində hüquqi yardım göstərdiyi digər şəxslərin işi ilə bağlı e-2(006)-5668/2025 nömrəli mülki iş üzrə də məhkəməyə eyni məzmunlu ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamənin “Davranış Qaydaları” adlı ikinci bölməsində “vicdanlı davranış”la bağlı müddəaları əks etdirən 2.2-ci bəndə əsasən, vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. Göründüyü kimi vəkil tərəfindən vəkil etikasına zidd olan davranış nümayiş etdirilməklə, məhkəməyə digər məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar iclasın təxirə salınması xahiş edilmiş, lakin araşdırma zamanı həmin məhkəmə iclasında da iştirak etməkdən eyni əsasla (iclasların bir-birinə yaxın olması səbəbi ilə) yayınması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazlarının olmadığını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf məhkəməyə üzrlü səbəb olmadan gəlmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən («Asan Pay ödəniş Portalı» vasitəsilə xx.xx.2025-ci il tarixli **********51 nömrəli qəbz, saat 16:13:42) ödənilmiş 400 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən («Asan Pay ödəniş Portalı» vasitəsilə xx.xx.2025-ci il tarixli **********51 nömrəli qəbz, saat 16:13:42) ödənilmiş 400 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Nümayəndə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-6352/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6352/2025
15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver