Məhkəmə qərarları › İş №e-2(006)-636/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-636/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-636/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə, İddiaçı2 Qafil qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə və İddiaçı3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 22HS nömrəli xx.xx.2009-cu il tarixli 664H və xx.xx.2009-cu il tarixli 665H nömrəli kredit müqavilələrinə əsasən sonuncuya müvafiq olaraq 240000 manat, 209200 manat və 700000 manat məbləğlərində kreditlər verilmişdir. Qeyd olunmuş kredit öhdəliklərinin təminatı olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 97.08 kv.m.ümumi, 76.18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-6471/2013 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh "xxxx" MMC-dən ümumilikdə hər üç kredit müqaviləsinə görə 1.320.278 manat kredit borcu, ödənilmiş 20 manat dövlət rüsumu, digər xərclər üçün 270 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli və tələb İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 97.08 kv.m. ümumi, 76,18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir və qətnamə icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. İddiaçı hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyünə dair dövlət qeydiyyatı ləğv edilməli va mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ona qaytarılmalıdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarıxli, xx/xx-213387-30 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı «İpoteka haqqında qanun»un 43.1-ci maddəsinin tələbinə uyğun olaraq "Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeli təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 92437,50 manat olmaqla ipoteka saxlayana – Cavabdeh2 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli təklifindən 5 aydan çox müddət keçdikdən sonra ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. Halbuki, «ipoteka haqqında qanun»un 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir kı, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, «İpoteka haqqında qanun»un 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur. 1. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi; 2.İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka prcdınetinın əldə edilməməsi. Birinci şərtdə Cavabdeh2 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Yuxarıda da qeyd olunduğu kimi Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hər üç əmlakla bağlı təkrar hərracların baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanlar dərc etdirilmiş və Cavabdeh2 ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti əlda edilsə də, təxminən 5 aya yaxın müddət keçmişdir. «İpoteka haqqında Qanun»un 43.8-ci maddəsində nəzərdə tutulmuş «ipoteka predmetinin əldə edilməsi» termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunvercilıyin mövqeyi birmənalıdır və heç bır sual doğurmur. Belə ki, «əldə etmə» termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddəsində də daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.Eləcə də, Mülki Məcəllənin 139- 1.1.2-ci bəndinə əsasən, qanunla nıüəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin. başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xilam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hərracın nəticələrinə dair yekun protokol isə təkrar hərrac baş tutmamış hesab olunduqdan və ipoteka saxlayan tərəfindən hərrac təşkilatının təklifinə rəsmi yazılı cavab verildikdən sonra tərtib olunur. Bundan sonra həmin protokol əsasında ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmək üçün müvafiq reyestr orqanına müraciət etməlidir. Sadalanan normaların da tələbindən göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılı razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh2 ASC əmlakı təklifdən 5 ay keçdikdən sonra əldə etmişdir. Beləliklə Cavabdeh2 ASC-nin «İpoteka haqqında qanun»un 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi iddiaçının ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət üçün əsas yaradır. Göstərilənlərə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m. ümumi, 76,18 kv.m.yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

3. İddiaçı2 Qafil qızı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 22HS nömrəli xx.xx.2009-cu il tarixli 664H və xx.xx.2009-cu il tarixli 665H nömrəli kredit müqavilələrinə əsasən sonuncuya müvafiq olaraq 240000 manat, 209200 manat və 700000 manat məbləğlərində kreditlər verilmişdir. Qeyd olunmuş kredit öhdəliklərinin təminatı olaraq İddiaçı2 Qafil qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0.04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m. sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-6471/2013 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh "xxxx" MMC-dən ümumilikdə hər üç kredit müqaviləsinə görə 1.320.278 manat kredit borcu, ödənilmiş 20 manat dövlət rüsumu, digər xərclər üçün 270 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli və tələb İddiaçı2 Qafil qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0.04 ha torpaq sahəsində yerləşən 10 nömrəli 9 mərtəbəli binada 40 kv.m. sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir və qətnamə icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. İddiaçı hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyünə dair dövlət qeydiyyatı ləğv edilməli va mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ona qaytarılmalıdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarıxli, xx/xx-213387-30 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı «İpoteka haqqında Qanun»un 43.1-ci maddəsinin tələbinə uyğun olaraq "Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeli təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 51000 manat olmaqla ipoteka saxlayana – Cavabdeh2 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli təklifindən 5 aydan çox müddət keçdikdən sonra ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. Halbuki, «İpoteka haqqında Qanun»un 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir kı, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, «İpoteka haqqında qanun»un 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur. 1. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi; 2.İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka prcdınetinın əldə edilməməsi. Birinci şərtdə Cavabdeh2 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Yuxarıda da qeyd olunduğu kimi Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hər üç əmlakla bağlı təkrar hərracların baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanlar dərc etdirilmiş və Cavabdeh2 ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti əlda edilsə də, təxminən 5 aya yaxın müddət keçmişdir. «İpoteka haqqında qanun»un 43.8-ci maddəsində nəzərdə tutulmuş «ipoteka predmetinin əldə edilməsi» termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunvercilıyin mövqeyi birmənalıdır və heç bır sual doğurmur. Belə ki, «əldə etmə» termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddəsində də daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.Eləcə də, Mülki Məcəllənin 139- 1.1.2-ci bəndinə əsasən, qanunla nıüəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin. başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hərracın nəticələrinə dair yekun protokol isə təkrar hərrac baş tutmamış hesab olunduqdan və ipoteka saxlayan tərəfindən hərrac təşkilatının təklifinə rəsmi yazılı cavab verildikdən sonra tərtib olunur. Bundan sonra həmin protokol əsasında ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmək üçün müvafiq reyestr orqanına müraciət etməlidir. Sadalanan normaların da tələbindən göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılı razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh2 ASC əmlakı təklifdən 5 ay keçdikdən sonra əldə etmişdir. Beləliklə Cavabdeh2 ASC-nin «İpoteka haqqında qanun»un 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi iddiaçının ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət üçün əsas yaradır. Göstərilənlərə əsasən İddiaçı2 Qafil qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0.04 ha torpaq sahəsində yerləşən 10 nömrəli 9 mərtəbəli binada 40 kv.m. sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

5. İddiaçı3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 22HS nömrəli xx.xx.2009-cu il tarixli 664H və xx.xx.2009-cu il tarixli 665H nömrəli kredit müqavilələrinə əsasən sonuncuya müvafiq olaraq 240000 manat, 209200 manat və 700000 manat məbləğlərində kreditlər verilmişdir. Qeyd olunmuş kredit öhdəliklərinin təminatı olaraq İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində istifadədə olan 0.1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 123 kv.m. ümumi, 107.2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-6471/2013 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh "xxxx" MMC-dən ümumilikdə hər üç kredit müqaviləsinə görə 1.320.278 manat kredit borcu, ödənilmiş 20 manat dövlət rüsumu, digər xərclər üçün 270 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli və tələb İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində istifadədə olan 0.1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 123 kv.m. ümumi, 107.2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir və qətnamə icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. İddiaçı hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyünə dair dövlət qeydiyyatı ləğv edilməli va mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ona qaytarılmalıdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarıxli, xx/xx-213387-30 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı «İpoteka haqqında Qanun»un 43.1-ci maddəsinin tələbinə uyğun olaraq "Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeli təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 268875 manat olmaqla ipoteka saxlayana – Cavabdeh2 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli təklifindən 5 aydan çox müddət keçdikdən sonra ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. Halbuki, «İpoteka haqqında Qanun»un 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir kı, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, «İpoteka haqqında qanun»un 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur. 1. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi; 2.İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka prcdınetinın əldə edilməməsi. Birinci şərtdə Cavabdeh2 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Yuxarıda da qeyd olunduğu kimi Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hər üç əmlakla bağlı təkrar hərracların baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanlar dərc etdirilmiş və Cavabdeh2 ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti əlda edilsə də, təxminən 5 aya yaxın müddət keçmişdir. «İpoteka haqqında qanun»un 43.8-ci maddəsində nəzərdə tutulmuş «ipoteka predmetinin əldə edilməsi» termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunvercilıyin mövqeyi birmənalıdır və heç bır sual doğurmur. Belə ki, «əldə etmə» termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddəsində də daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.Eləcə də, Mülki Məcəllənin 139- 1.1.2-ci bəndinə əsasən, qanunla nıüəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin. başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hərracın nəticələrinə dair yekun protokol isə təkrar hərrac baş tutmamış hesab olunduqdan və ipoteka saxlayan tərəfindən hərrac təşkilatının təklifinə rəsmi yazılı cavab verildikdən sonra tərtib olunur. Bundan sonra həmin protokol əsasında ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmək üçün müvafiq reyestr orqanına müraciət etməlidir. Sadalanan normaların da tələbindən göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılı razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh2 ASC əmlakı təklifdən 5 ay keçdikdən sonra əldə etmişdir. Beləliklə Cavabdeh2 ASC-nin «İpoteka haqqında qanun»un 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi iddiaçının ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət üçün əsas yaradır. Göstərilənlərə əsasən İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində istifadədə olan 0.1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 123 kv.m. ümumi, 107.2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı2 Qafil qızının cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddiası üzrə e- 2(006)-5493/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun icraatında olan İddiaçı1 cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddiası üzrə e-2(006)-5494/2022 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

8. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-635/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı3 Cavabdeh2 ASC-yə (ləğv prosesindədir) qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair e-2(006)-635/2023 saylı mülki iş Nəsimi rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun icraatında olan İddiaçı1 və İddiaçı2 Qafil qızının cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddiası üzrə e-2(006)-636/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

9. Daha sonra İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesinin gedişatındə məlum olmuşdur ki, hərracın mübahisələndirilən yekun protokolu ilə cavabdeh LPO Cavabdeh2 ASC İddiaçı3 məxsus olan əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2023-cü il olan mülkiyyət çıxarışı almışdır. Bu səbəbdən iddia ərizəsinə dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, bu çıxarışın verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, İddiaçı3 məxsus olmuş, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində istifadədə olan 0,1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m. ümumi, 107.2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

10. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesinin gedişatındə məlum olmuşdur ki, hərracın mübahisələndirilən yekun protokolu ilə cavabdeh LPO Cavabdeh2 ASC İddiaçı1 məxsus olan əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2022-ci il olan mülkiyyət çıxarışı almışdır. Bu səbəbdən iddia ərizəsinə dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, bu çıxarışın verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, İddiaçı1 məxsus olmuş, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 mərtəbəli binanın 6-ci mərtəbəsində 97,08 kv.m. ümumi, 76,18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

11. Daha sonra İddiaçı2 Qafil qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə prosesinin gedişatındə məlum olmuşdur ki, hərracın mübahisələndirilən yekun protokolu ilə cavabdeh LPO Cavabdeh2 ASC İddiaçı2 Qafil qızına məxsus olan əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2022-ci il olan mülkiyyət çıxarışı almışdır. Bu səbəbdən iddia ərizəsinə dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, bu çıxarışın verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, İddiaçı2 Qafil qızına məxsus olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0,04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m. sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək onların təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı «İpoteka haqqında» Qanunun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq bu barədə elan dərc etmiş və həmin qanunun müvafiq olaraq ipoteka predmeti Cavabdeh2 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli təklifindən 5 aydan çox müddət keçdikdən sonr ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. Halbuki, «İpoteka haqqında» Qanunda birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «İpoteka haqqında» Qanunda nəzərdə tutulmuş «İpoteka predmetinin əldə etməsi» termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət nyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə etməsi anlamına gəlmir. Bu barədə də qanunvericiliyin mövqeyi birmənalıdır və heç bir sual doğurumr. Belə ki, «əldə etmə» termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hərracın nəticələrinə dair yekun protokol isə təkrar hərrac baş tutmamış hesab olunduqdan və ipoteka saxlayan tərəfindən hərrac təşkilatının təklifinə rəsmi yazılı cavab verildikdən sonra tərtib olunur. Bundan sonra həmin protokol əsasında ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmək üçün müvafiq reyestr orqanına müraciət etməlidir. Sadalanan normaların da tələbindən göründüyü kimi, ipoteka saxlayan ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh2 ASC əmlakı təklifdən 5 ay keçdikdən sonra əldə etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu barədə mövqeyi ondan ibarətdir ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Beləliklə, Cavabdeh2 ASC-nin «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi iddiaçıların ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciəti üçün əsas yaradır. İddiaçıların nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, onlar keçirilmiş hərracıq etibarsız hesab olunması ilə bağlı hər hansı məhkəməyə müraciət etməmişlər, buna zərurət görməmişlər. Onların mübahisələndirdiyi məsələ isə cavabdeh bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddia tələblərini qəbul etməyərək onların təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Binəqədi rayon İcra şöbəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyn üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

16. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə, surəti İddiaçı3, İddiaçı2 Qafil qızına, İddiaçı1, LPO Cavabdeh2 ASC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-213387-30 nömrəli sifarişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6471/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən xx.xx.2008-ci il tarixli, 22HS saylı kredit müqaviləsinə görə 240.000 manat əsas, 19.088 manat faiz borcu, xx.xx.2009-cu il tarixli 664 H saylı kredit müqaviləsinə görə 139.801 manat əsas borc, 52.030 manat faizborcu, xx.xx.2009-cu il tarixli, 665H saylı kredit müqaviləsinə görə 700.000 manat əsas borc, 169.459 manat faiz borcu, ümumilikdə 1.320.278 manat kredit borcu, ödənilmiş 20 manat dövlət rüsumu, digər xərclər üçün 270 manat tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməlidir. Tələb İddiaçı3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində olan 0,1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın İ mərtəbəsində 123 kv.m.ümumi, 107,2 kv.m.əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə; İddiaçı2 Qafil qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0,04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m. sahəsindən ibarət 3 otaqlı 20 nömrəli mənzilinə; İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 nömrəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m. ümumi, 76,18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilinə yönəldilməlidir. Həmin əmlaklar açıq hərracda satılmalı, realizə edilmiş əmlakların dəyərindən 1.320.278 manat məbləğində pul vəsaiti Cavabdeh2 ASC-nin xeyrinə ödənilməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, R01/16/21 saylı rəyinə əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində istifadədə olan 0,1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın İ mərtəbəsində 123 kv.m. ümumi, 107,2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 450.000 manat; xx.xx.2021-ci il tarixli, R01/10/21 saylı rəyinə əsasən İddiaçı2 Qafil qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0,04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m. sahəsindən ibarət 3 otaqlı 20 nömrəli mənzil 80.000 manat; xx.xx.2021-ci il tarixli, R01/09/21 saylı rəyinə əsasən isə İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m. ümumi, 76,18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzili 145.000 manat qiymətləndirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinin tələbləri əsasında ilkin satış qiyməti 450.000 manat müəyyən edilmiş X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində istifadədə olan 0,1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın İ mərtəbəsində 123 kv.m. ümumi, 107.2 kv.m. əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 80.000 manat müəyyən edilmiş İddiaçı2 Qafil qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0,04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m. sahəsindən ibarət 3 otaqlı 20 nömrəli mənzilə və ilkin satış qiyməti 145.000 manat müəyyən edilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m. ümumi, 76.18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilə dair hərracın təşkili və keçirilməsi üçün sifariş göndərilir.

17. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən Binəqədi rayon İcra Şöbəsinə, surəti Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə, İddiaçı3, İddiaçı2 Qafil qızına, İddiaçı1 ünvanlanmış hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli təklifin surətindən görünür ki, Binəqədi rayon İcra Şöbəsinin xx/xx-213387-30 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş: 1.Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində, ev 10, mənzil 20; 2. Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73; 3.Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pros.,78V saylı binada yerləşən qeyri-yaşayış binası təkrar hərraclarının baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 1.51000 manat; 2.92437,50 manat; 3. 286.875 manat olmaqla ipoteka saxlayana təklif olunur. «İpoteka haqqında» Qanunun 43.7,43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan 30 təqdim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR Mülki Məcəlləsinin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur.

18. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən Azərbaycan Respublikası Respublika Xammal və X6 Mərkəzinin "xxxx" MMC-nin direktoru Maisə Əsgərovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ipoteka yüklü olan 1. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində ev 10, mənzil 20;

2. Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73; 3. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyri-yaşayış binası təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 1. 51.000 manata; 2.92.437,50 manata; 3. 286.875 manata ləğv prosesində olan Cavabdeh2 ASCnin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verməsini xahiş etmişdir.

19. İş materillarında olan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən «Fides» vəkil bürosunun vəkili Ehtiram Paşalıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx/xx-213387-30 saylı, xx.xx.2021ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində 10 saylı evin 20 saylı mənzili, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində 119 saylı evin 73 saylı mənzili, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.,78V saylı binada yerləşən qeyri-yaşayış binasının «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq hərraclar keçirilmiş, 43-cü maddəsinə müvafiq olaraq hərraclar baş tutmamış elan edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.6-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə «Birja yenilikləri» qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc olunmuş və tələbkarın əldə etməsi üçün məktub göndərilmişdir. Lakin ipoteka saxlayan bu günə qədər ipoteka predmetinin əldə olunması üçün protokol və müqaviləni götürməmişdir.

20. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 79/02 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6471/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Binəqədi Rayon İcra şöbəsinin xx/xx-213387-30 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubu və LPO “AtaBank» ASC-nin müvafiq məktubu əsasında İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzilin ilkin satış qiyməti 145.000 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 92.437,5 manata ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən alınmışdır.

21. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzili 92.437,5 manata ləğv prosesində olan Cavabdeh2 ASC-yə satılmışdır.

22. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən akı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzili ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

23. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 79/03 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6471/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Binəqədi Rayon İcra şöbəsinin xx/xx-213387-30 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubu və LPO “AtaBank» ASC-nin müvafiq məktubu əsasında İddiaçı2 Qafil (Kafil) qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 10 saylı evin 20 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 51.000 manata ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən alınmışdır.

24. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı2 Qafil (Kafil) qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 10 saylı evin 20 saylı mənzili 51.000 manata ləğv prosesində olan Cavabdeh2 ASC-yə satılmışdır.

25. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 10 saylı evin 20 saylı mənzili ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

26. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 79/04 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6471/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Binəqədi Rayon İcra şöbəsinin xx/xx-213387-30 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubu və LPO “AtaBank» ASC-nin müvafiq məktubu əsasında əsasında İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr., 78V saylı evin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 450.000 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 286.875 manata ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən alınmışdır.

27. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr., 78V saylı evin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123 kv.m. olan qeyri-yaşayış sahəsi 286.875 manata ləğv prosesində olan Cavabdeh2 ASC-yə satılmışdır.

28. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına tam mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

29. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 935/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı3 Cavabdeh2 ASC-nə və 3-cü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı «ipotekaya xitam verilməsi tələbinə dair» iddia tələbi rədd edilmişdir.

30. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8565/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-935/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 8311/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. İş materiallarında olan "xxxx" MMC tərəfindən Binəqədi rayon İcra Şöbəsinə, tələbkar Cavabdeh2 ASC-yə, borclu "xxxx" MMC-yə, İddiaçı3, İddiaçı2 Qafil qızına, İddiaçı1 göndərilmiş xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli bildirişlərin surətindən görünür ki, onlara Binəqədi rayon İcra şöbəsinin 17/14321-3 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr-ti, 78V nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 160.000 manata satılması üçün açıq hərraca çıxarılması ilə bağlı xx.xx.2016-cı il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir.

33. İş materiallarında olan Hərracın dayandırılması barədə xx.xx.2016-cı il tarixli, 38 nömrəli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2347/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr-ti, 78V nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin satışı ilə bağlı hərrac dayandırılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

34. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6471/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən xx.xx.2008-ci il tarixli, 22HS saylı kredit müqaviləsinə görə 240.000 manat əsas, 19.088 manat faiz borcu, xx.xx.2009-cu il tarixli 664 H saylı kredit müqaviləsinə görə 139.801 manat əsas borc, 52.030 manat faiz borcu, xx.xx.2009-cu il tarixli, 665H saylı kredit müqaviləsinə görə 700.000 manat əsas borc, 169.459 manat faiz borcu, ümumilikdə 1.320.278 manat kredit borcu, ödənilmiş 20 manat dövlət rüsumu, digər xərclər üçün 270 manat tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, tələbin İddiaçı3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində olan 0,1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın İ mərtəbəsində 123 kv.m.ümumi, 107,2 kv.m.əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, İddiaçı2 Qafil qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 0,04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m. sahəsindən ibarət 3 otaqlı 20 nömrəli mənzilinə, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində istifadədə olan 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 nömrəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m. ümumi, 76,18 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılması, realizə edilmiş əmlakların dəyərindən 1.320.278 manat məbləğində pul vəsaitinin Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru məcburi icra hərəkətlərinə başlamış və ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı "xxxx" MMC-yə sifariş vermişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan - İddiaçı2 Qafil (Kafil) qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 10 saylı evin 20 saylı mənzilinin, İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr., 78V saylı evin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsinin və İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzilinin açıq hərracdan satılması ilə bağlı hərrac təyin edilmiş, lakin həmin hərracda əmlak satılmamışdır. Bundan sonra hərrac mərkəzi tərəfindən qanunvericiliyin tələblərinə əsasən hərracın təkrar olaraq keçirilməsi ilə bağlı tələbkara və borclu şəxslərə bildiriş göndərilmiş, lakin xx.xx.2022-ci il tarixdə keçirilən hərracda əmlaklar təkrar olaraq satılmamış və nəticədə təkrar hərrac baş tutmamışdır. Əmlakların alıcısı olmadığı üçün hərrac mərkəzi tərəfindən həmin əmlakın əldə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə banka müraciət olunmuş və xx.xx.2022-ci il tarixli məktubu ilə bank tərəfindən ipoteka ilə yüklü olan əmlakları təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin əmlakların bankın adına rəsmiləşdirilməsi barədə razılıq verilmişdir. Hazırda iddiaçılar bankın adına verilmiş çıxarışların, bu çıxarışların verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrinin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatların ləğv edilməsi, iddiaçılara məxsus olmuş əmlakların ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlaklar üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışların iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

35. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.3-cü bəndinə əsasən “Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini müdafiə etməsi yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir.” Kimi hüquqi mövqe müəyyən edilmişdir.

36. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək hər 3 iddia ərizəsi onları imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə həmin iddia ərizələrinin və onlara əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

37. İddiaçılar İddiaçı2 Qafil qızı, İddiaçı3 və İddiaçı1 tərəfindən yazılmış ərizələrdə mülki işlə bağlı iddia ərizələrinin yazılmasından məlumatlı olduqlarından, iddia tələblərini müdafiə etdiklərini göstərmişlər.

38. Məhkəmə bu halda qeyd edir ki, yuxarıda qeyd olunan hüquqi mövqe (Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.3-cü bəndi) və tərəflərin məhkəmə iclasındakı şəxsi iştirakı ilə verilmiş ərizələri nəzərə alınaraq cavabdeh tərfindən verilmiş vəsatətlər (mülki işin icraatına xitam verilməsi barədə) təmin edilməməlidir.

39. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən: 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

2. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

41. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

42. Mülki Məcəllənin 416.1-ci bəndinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

43. Həmin Məcəllənin 416.2-ci bəndinə əsasən isə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

44. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Bunlardan biri isə həmin qanunun 8.0.2-ci maddəsi ilə müəyyən edilmiş tələbdir : “qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;”

45. Məhkəmə qeyd edir ki, hazırki iddia tələblərindəki qeyd edilən mübahisə ipotekaya xitam verilməsi, çıxarışın ləğvi, verilmiş çıxarışların geri qaytarılması və s. olsada ilk öncə buna əsas verən keçirilmiş hərracların etibarsızlığı ilə bağlı iddia ərizəsi verilməliydi ki, belə bir tələb də hazırda mövcud deyildir. Bunun nəticəsi olaraq isə nə qədər ki, mübahisəli hər üç əmlaklar barədə keçirilmiş hərraclar etibarlı olduğundan (etibarsızlığı ilə bağlı mübahisə olmadığından) və hazırki iddia tələbləri isə hərracın etibarsız hesab edilməsindən sonraki prosessual hərəkət olduğundan bütünlükdə verilmiş hər üç iddia tələbləri prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan təmin edilə bilməz.

46. Məhkəmə həmçinin əlavə olaraq qeyd edir ki, iddiaçıların hər üçünün iddia tələbindəki ipotekaya xitam verilməsi qeyd olunsada, hazırki mülki işin materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, keçirilmiş hərracın nəticələri ilə bağlı hər üç əmlakı artıq cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən müıkiyyət hüququ əldə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, artıq hər üç əmlak ipoteka predmeti olmamaqla yüklü deyildir və olmayan bir hüququn xitamından da söhbət gedə bilməz.

47. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddiası, İddiaçı2 Qafil qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddiası, İddiaçı3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddiaları təmin edilməməli, məhkəmə xərcləri iddiaçılara özlərinə aid tələblər üzrə aid edilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

51. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri rədd olunduğundan, məhkəmə xərcləri iddiaçılara özlərinə aid olan tələblər üzrə aid edilməlidir.

53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı2 Qafil qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Binəqədi rayon İcra Şöbəsinə və ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara (özlərinə aid tələblər üzrə ) aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar