Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6498/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 18.02.2010-cu il tarixli icarə müqaviləsinə əsasə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, 28 May küçəsi, 62 saylı evin 36 A saylı mənzilinin damında 6 kv.m. sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. 21.10.2020-ci il tarixdə mobil rabitə avadanlıqları sahədən çıxarılmış və icarə obyekti obyektin digər hissəsinin icarəçisi Məziyyə Sadıqova vasitəsi ilə cavabdehə təhvil verilmişdir. Buna görə də hesab edirlər ki, qabaqcadan ödənilmiş 3.000 manat icarə haqqının 21.10.2020-ci il tarixdən 26.04.2021-ci il tarixədək olan hissəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 1841 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “Bakcell" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan icarəyə verən Cavabdeh ilə icarəçi "xxxx" MMC arasında 18.02.2010-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 6 kv.m sahəsini mobil baza stansiyasının quraşdırılması üçün icarə obyektini 5 illik müddətə, illik icarə haqqı 3000 (üç min) manat olmaqla, "xxxx" MMCyə icarəyə vermişdir. İş üzrə 21.10.2020-ci il tarixli təhvil təslim aktının görünür ki, "xxxx" MMC-nin podratçı şirkəti olan "xxxx" MMC şirkəti tərəfindən sökülən mobil baza sahəsinin sökülən zamanı hər hansı bir zərər vurulmamışdır və heç bir narazılıq olmamışdır. Sahəni icarəyə verən Sadıqova Mərziyyə görülən işlərlə bağlı "xxxx" və "xxxx" MMC-yə hər hansı bir iddiasının olmadığını bildirmişdir. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 17.09.2021-ci il tarixli pretenziyanın görünür ki, 18.02.2010-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, 28 May küçəsi, 6 salyı evin 36 A saylı mənzilinin damında 6 kv.m. sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Hər il qabaqcadan bir illik müddət üçün icarə haqqı Cavabdeh ödənilmişdir. O, cümlədən 26.04.2020-ci il tarixdən 26.04.2021-ci il tarixədək 1 illik icarə haqqı ödənilmişdir. 21.10.2020-ci il tarixdə mobil rabitə avadanlıqları sahədən çıxarılmış və icarə obyekti obyektin digər hissəsinin icarəçisi Mərziyyə Sadıqova vasitəsi ilə Cavabdeh təhvil verilmişdir. Hesab edirlər ki, qabaqcadan ödənilmiş 3000 manat icarə haqqının 21.10.2020-ci il tarixdən 26.04.2021-ci il tarixədək olan hissəsi geri qaytarılmalıdır. Qabaqcadan ödənilmiş 3000 manat icarə haqqının 21.10.2020-ci il tarixdən 26.04.2021-ci il tarixədək olan hissəsini, yəni 1541 manat məbləğində pulun geri qaytarmasını xahiş olunmuşdur, əks təqdirdə mövcud qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğin qaytarılması məqsədi ilə iddia əriəzsi ilə məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh mülkiyyət hüququ əsasında özünə məxsus olan Bakı şəhəri, 28 May küçəsiində yerləşən 62 saylı evin 36A saylı mənzilinin damında yerləşən 6 kv.m.sahəni mobil baza stansiyasının quraşdırılması üçün 18.02.2010-cu il tarixdə 5 illik müddətə, illik icarə haqqı 3000 (üç min) manat olmaqla "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti 18 fevral 2015-ci il tarixə qədər müəyyən edilsə də, tərəflərin həmin müqavilənin ləğvi ilə bağlı təşəbbüsü olmamışdır. 21.10.2020-ci il tarixli təhvil təslim aktına əsasən mobil rabitə avadanlıqları sahədən çıxarılmış və icarə obyekti obyektin digər hissəsinin icarəçisi Mərziyyə Sadıqova vasitəsi ilə Cavabdeh təhvil verilmişdir. Hazırda iddiaçı qabaqcadan ödənilmiş 3000 manat icarə haqqının 21.10.2020-ci il tarixdən 26.04.2021-ci il tarixə kimi olan hissəsi, yəni 1541 manat geri qaytarılmasını xahiş edir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Göstərilən Məcəllənin 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış 18.02.2010-cu il tarixli icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən tərəflər müqavilədə şərh edildiyi kimi hər hansı tərəf üçün daha az əlverişli olmayan şərtlərlə, qarşılıqlı razılıq əsasında müqavilə müddətini uzada bilər. Müqavənin 2.3-2.5-ci bəndlərinə əsasən müqavilənin müddətini uzatmaq niyyətində olan tərəf bu müqavilə müddətinin sona çatmasına 6 aydan gec olmayaraq digər tərəfə müqavilənin müddətinin uzadılması barədə yazılı sorğu göndərməlidir. Sorğuda müqavilənin hansı müddətə uzadılması təklifi qeyd edilməlidir. Sorğunu qəbul edən tərəf 1 ay müddətində müddəti uzadılmasına dair sorğunu ya qəbul edilməli və yaxud ondan yazılı imtina etməlidir. Sorğu cavabsız qalarsa, bu müqavilənin müddətinin 2.3-cü bəndində göstərilən qaydaya uyğun olaraq avtomatik uzadılması kimi qiymətləndiriləcək. Hazırki müqavilənin müddətinin uzadılması bu müqavilənin 2.2-2.4-cü bəndlərdə qeyd olunan qaydada həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi tərəflər icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərlərinə öhdəliklər götürmüşlər. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinə əsasən tərəflər müqavilənin bitməsinə 1 (bir) ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməyəcəkləri təqdirdə icarə müddətinin daha 1 (bir) il müddətinə uzadılmış hesab olunması barədə şərt müəyyənləşdirdiklərindən icarə müqaviləsinin müddəti 18 fevral 2020-ci il tarixdən bir il müddətinə, yəni 18 fevral 2021-ci il tarixinədək uzadılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 18.02.2020-ci il tarixdən 21.10.2020-ci il tarixdə qədər cavabdehə məxsus sahədən istifadə etmişdir. 21.10.2020-ci il tarixli təhviltəslim aktına əsasən mobil rabitə avadanlıqları sahədən çıxarılmış və icarə obyekti cavabdehə təhvil verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 18.02.2020ci il tarixdən 18.02.2021-ci il tarix üçün ona əvvəlcədən ödənilmiş icarə haqqının 21.10.2020-ci il tarixdən 18.02.2021-ci il tarixə kimi (4 ay) olan hissəsini, yəni 986,28 (3000 manat / 365 gün = 8,219 manat x 120 gün =986,28) manat icarə haqqını İddiaçı MMC-yə qaytarmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin əsaslandırıcı hissəsində icarə obyekti olan avadanlığın həmin sahəyə quraşdırıldığı vaxtdan hesablanmasını əsas gətirsədə, qeyd oluna ilkin təhvil təslim aktını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 986,28 (doqquz yüz səksən altı manat, iyirmi səkkiz qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1016,28 (bir min on altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Bakcell" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 986,28 (doqquz yüz səksən altı manat, iyirmi səkkiz qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1016,28 (bir min on altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Bakcell" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-6498/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6498/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver