Məhkəmə qərarları › İş №e-2(006)-652/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-652/2025

16.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-652/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 2024-cü ilin mart ayının əmək haqqı- 550 AZN məbləğində; 2024-cü ilin aprel ayının əmək haqqı- 550 AZN məbləğində; 2024-cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1% olmaqla gecikdirilmiş faiz məbləği (ödənişin həyata keçiriləcəyi günə münasibətdə); xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 49 məzuniyyət gününə görə ödənilməmiş 1029 AZN (49 günü x 21 AZN) kompensasiya məbləğinin birdəfəlik ödəmə şəklində olmaqla; xx/xx/2023- xx/xx/2024-cü iş ilinə görə cəmi 51 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1071 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödəmə şəklində olmaqla; İddiaçı barədə qeyd edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə 3004/1-X saylı, xx.xx.2024 saylı Əmrin ləğv edilməsi; İddiaçının əmək kitabçasında müvafiq düzəlişin aparılması; İddiaçının işə bərpa edilməsi barədə müvafiq yeni əmrin verilməsi; Məcburi iş buraxmaya ödəniş tarixinə olan müddətə görə hər aylıq 550 AZN-dən hesablamaqla iddiaçıya ödənilməsi; İşgüzar nüfuza dəyən zərərin 5000 AZN məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 İsa qızına ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması haqqında müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 və onun vəkil və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında olan əmək mübahisəsinin müvafiq barışıq sazişi ilə yekunlaşmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mediasiya haqqında AR Qanunu: 4.1. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. 24.5. Mediasiya prosesində tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gəlirlər. 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.3-1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00728 nömrəli tərələr arasında bağlanmış barışıq sazişinə əsasən, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar:

1. Birinci tərəf: İddiaçı1 (Ş/V: AA 7076007, FİN: 4W8RBQS, xx.xx.1990-cı il təvəllüdlü) Bu Saziş imzalandıqdan sonra İkinci tərəfin "ƏLİ VƏ NİNO YAYİM” Məhdud Məsuliyyətli Cəmiyyəti ( VÖEN: **********) onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli № 3004/1 saylı Əmrin, humanizm prinsiplərini nəzərə alaraq Elektron informasiya sistemində X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə dəyişdirilməsinə dair razı olduğu ilə və kağız daşıyıcıda (əmək kitabçasında və s.) dəyişiklik edəcəyinə dair və kompensasiya məbləği olaraq ona 1200 (bir min iki yüz) AZN həcmində kompensasiyanın ödənilməsinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. Birinci tərəf: İddiaçı1 (Ş/V: AA 7076007, FİN: xxxxxxx, xx.xx.1990-cı il təvəllüdlü) Bu Saziş imzalandıqdan sonra humanizm prisnsiplərini nəzərə alaraq, hazırda Nəsimi rayon məhkəməsinin icraatında olan e-2(006)-652/2025 saylı iş üzrə iddia tələbindən imtinası haqqında ərizəsini, o cümlədən, tərəflər arasında imzalanmış barışıq sazişinin bir nüsxəsini məhkəmənin elektron sisteminə əlavə etməyi, həmçinin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ( VÖEN: **********) barəsində ünvanladığı şikayəti geri götürməyi və şikayəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri Ərazi İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində aparılan icraata xitam verilməsi üçün zəruri müraciəti etməyi öhdəsinə götürür. Hazırki X1 təsdiq edir ki, Sazişin şərtləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edildiyi andan "ƏLİ VƏ NİNO YAYİM” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hər hansı şikayəti, iradı və iddiası mövcud deyil, gələcəkdə də bununla bağlı hər hansı tələb, şikayət və iddia qaldırmayacaq.

3. Birinci tərəf: İddiaçı1 Bu Saziş imzalandıqdan sonra tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir və Banşıq sazişinin icra olunması üçün X4 təqdim edəcəyinə dair öz üzərinə Öhdəlik götürür.

1. İkinci tərəf: Əli və X11 Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra humanizm prinsiplərini nəzərə alaraq, Birinci tərəf (İddiaçı1 (Ş/V AZE ********; FİN:4W8RB08) barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli № 3004/1 saylı X5 Sistemində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə dəyişdirilməsinə razıdır və X9 tərəfindən Elektron informasiya Sistemində bu dəyişiklik baş verdikdən sonra kağız daşıyıcıda olan sənədlərdə (Əmək kitabçası və s.) bu dəyişiklik barədə qeyd aparacağına dair öz üzərinə öhdəlik götürür.

2. İkinci tərəf. Əli və Nino Yayım MMC Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra Birinci tərəfə ( İddiaçı1; Ş/V AZE ********; FİN:4W8RB08) aralarında yaranmış mübahisə zəmnində 1200 (bir min iki yüz) AZN həcmində kompensasiya məbləğini birdəfəlik ödəmə şəklində ödəməyi öhdəsinə götürür.

3. İkinci tərəf: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra humanizm prinsiplərini nəzərə alaraq Birinci tərəf İddiaçı1 ilə arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həl! olunduğunu təsdiq edir və Barışıq sazişinin icra olunması üçün İkinci tərəfin X4 təqdim edəcəyi ilə razıdır və buna etiraz etmir. Həmçinin İkinci tərəf üzərinə öhdəlik götürür ki, hazırki mübahisə zəmnində gələcəkdə İddiaçı1 qarşı hər hansı iddia, irad və tələb irəli sürməyəcəkdir. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər əmək münasibətləri ilə bağlı mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X8 və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Birinci tərəf: İddiaçı1 (Ş/V: AA 7076007, FİN: 4W8RBQS, xx.xx.1990-cı il təvəllüdlü) Bu Saziş imzalandıqdan sonra İkinci tərəfin "ƏLİ VƏ NİNO YAYİM” Məhdud Məsuliyyətli Cəmiyyəti ( VÖEN: **********) onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli № 3004/1 saylı Əmrin, humanizm prinsiplərini nəzərə alaraq Elektron informasiya sistemində X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə dəyişdirilməsinə dair razı olduğu ilə və kağız daşıyıcıda (əmək kitabçasında və s.) dəyişiklik edəcəyinə dair və kompensasiya məbləği olaraq ona 1200 (bir min iki yüz) AZN həcmində kompensasiyanın ödənilməsinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. Birinci tərəf: İddiaçı1 (Ş/V: AA 7076007, FİN: xxxxxxx, xx.xx.1990-cı il təvəllüdlü) Bu Saziş imzalandıqdan sonra humanizm prisnsiplərini nəzərə alaraq, hazırda Nəsimi rayon məhkəməsinin icraatında olan e-2(006)-652/2025 saylı iş üzrə iddia tələbindən imtinası haqqında ərizəsini, o cümlədən, tərəflər arasında imzalanmış barışıq sazişinin bir nüsxəsini məhkəmənin elektron sisteminə əlavə etməyi, həmçinin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ( VÖEN: **********) barəsində ünvanladığı şikayəti geri götürməyi və şikayəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri Ərazi İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində aparılan icraata xitam verilməsi üçün zəruri müraciəti etməyi öhdəsinə götürür. Hazırki X1 təsdiq edir ki, Sazişin şərtləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edildiyi andan "ƏLİ VƏ NİNO YAYİM” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hər hansı şikayəti, iradı və iddiası mövcud deyil, gələcəkdə də bununla bağlı hər hansı tələb, şikayət və iddia qaldırmayacaq.

3. Birinci tərəf: İddiaçı1 Bu Saziş imzalandıqdan sonra tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir və Banşıq sazişinin icra olunması üçün X4 təqdim edəcəyinə dair öz üzərinə Öhdəlik götürür.

1. İkinci tərəf: Əli və X11 Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra humanizm prinsiplərini nəzərə alaraq, Birinci tərəf (İddiaçı1 (Ş/V AZE ********; FİN:4W8RB08) barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli № 3004/1 saylı X5 Sistemində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə dəyişdirilməsinə razıdır və X9 tərəfindən Elektron informasiya Sistemində bu dəyişiklik baş verdikdən sonra kağız daşıyıcıda olan sənədlərdə (Əmək kitabçası və s.) bu dəyişiklik barədə qeyd aparacağına dair öz üzərinə öhdəlik götürür.

2. İkinci tərəf. Əli və Nino Yayım MMC Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra Birinci tərəfə ( İddiaçı1; Ş/V AZE ********; FİN:4W8RB08) aralarında yaranmış mübahisə zəmnində 1200 (bir min iki yüz) AZN həcmində kompensasiya məbləğini birdəfəlik ödəmə şəklində ödəməyi öhdəsinə götürür.

3. İkinci tərəf: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra humanizm prinsiplərini nəzərə alaraq Birinci tərəf İddiaçı1 ilə arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həl! olunduğunu təsdiq edir və Barışıq sazişinin icra olunması üçün İkinci tərəfin X4 təqdim edəcəyi ilə razıdır və buna etiraz etmir. Həmçinin İkinci tərəf üzərinə öhdəlik götürür ki, hazırki mübahisə zəmnində gələcəkdə İddiaçı1 qarşı hər hansı iddia, irad və tələb irəli sürməyəcəkdir. İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbinə dair hissədə mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar