Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-67/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «əsassız tikilinin sökülməsi, sökülmüş tikintinin bərpası» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «əsassız tikilinin sökülməsi, sökülmüş tikintinin bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli 373 saylı məktub ilə ünvan 2 Hissəsi tərəfindən 4 saylı Evlər İdarəsinin ərazisində yerləşən Nəsimi rayonu, Tağızadə (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m. qeyri-yaşayış sahəsinin X6 icarəyə verilmiş və gələcəkdə Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə razılıq verilmişdir. Bu razılığı aldıqdan sonra X7 həmin qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına təmir işləri aparmış, qapı qoyulmuşdur. Sonra isə səhhətindəki ağır xəstəliklərlə əlaqədar icarə müqaviləsini və özəlləşdirməni axıra çatdıra bilməmişdir. xx.xx.2018-ci il tarixdə xəstəliklə əlaqədar səhhətindəki problemlər nəticəsində vəfat etmişdir. 2020-ci ilin oktyabr ayında naməlum şəxs zirzəminin qapısının qıfılını sındırmış, zəbt etməyə çalışmışdır. Onlar həmin qanunsz hərəkətlərin qarşısını alıb, qapıya yeni qıfıl qoydurmuşlar. Sonradan məlum olmuşdur ki, həmin naməlum şəxs Cavabdeh onların mənzilin altında yerşləşən zirzəmini öz adına keçirmək üçün onlarla razılığa gəlmək istəmiş, lakin onlar öz etirazlarını bildirmişlər və iddiaçı zirzəmini öz adına rəsmiləşdirməyə başlamışdır. Müvafiq sənədləri toplayıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İdarəsinə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə müraciət etmişlər və müraciət ƏMDX tərəfindən icraata qəbul olunub və hazırda idarənin icraatındadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən onlara ünvanlanan xx.xx.2021-ci il tarixli **********05 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, həmin qeyri-yaşayış sahəsində aparılan texniki-inventarlaşdırma işləri başa çatdıqdan sonra qaldırdıqları məsələnin həlli ilə bağlı tərəflərdən təqdim ediləcək dövlət əmlakının icarəyə verilməsi ilə bağlı tələb olunan sənədlər əsasında xidmətdə qanunamüvafiq tədbirlər görüləcəkdir. Həmçinin cavabı onlara təqdim edən işçi onu təqdim edəndə şifahi qaydada onlara demişdir ki, ünvan 2 Hissəsi tərəfindən onlara verilən razılıq məktubu yenilənməlidir. Bununla bağlı onlar həmin hissəyə müraciət etmişlər, lakin hələ də onlara cavab verilməmişdir. 2021-ci il may ayının 1-2-ci tarixlərində Cavabdeh zirzəmini zəbt etmək üçün yenidən qanunsuz hərəkətlər etməyə başlamışdır. Belə ki, o, giriş qapısının qıfılını sındırıb zirzəmiyə daxil olmuş, əraziyə naməlum işlər görmüş, qazıntı işləri aparmışdır. Bütün bunlar onları narahat etdiyinə görə DİN-nin 102 qaynar xəttinə müraciət etmişlər və 20 saylı Polis Bölməsinin işçisi gəlsə də, Nüsrətova qarşı heç bir tədbir görülməmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh 2020ci ilin oktyabr ayında AR İN yanında ƏMDX idarəsinə müraciət edərək, 2021-ci ilin yanvar ayında həmin zirzəmini özəlləşdirmişdir. Bu məsələ ilə bağlı AR İN yanında ƏMDX-ə və AR Müdafiə Nazirliyinin Qarnizon Mənzil İstismar Hissəsinə qarşı iddia qaldırmışlar və iş hal-hazırda Bakı İnzibati Məhkəməsində icraatdadır. Hal-hazırda Cavabdeh tərəfindən əsassız özəlləşdirmə aparmasına baxmayaraq, qeyd olunan zirzəmidə qanunsuz olaraq binanın sütunları uçurulmaqla əsassız söküntü işləri aparır. Binanın layihə strukturu dəyişdirilir. İddiaçının evinin altındakı həmin qeyri-yaşayış sahəsində aparılan işlər onun evi üçün xüsusi təhlükə yaradır. Binanın əsas sütunu sökülmüşdür. Binanın əsas sütununun sökülməsindən əlavə, iddiaçının evinin balkonuna yeni tikililər quraşdırmışdır. Həmin bu özbaşına tikililər iddiaçının hüquqlarını pozur, bina üçün təhlükə yaradır. Göründüyü kimi, cavabdeh aidiyyəti orqanların təsdiq etdiyi layihə olmadan, yaşayış binasının ola biləcək zəlzələdə qarşı davamlılığına ciddi zərər vurmaqla, yaşayışları risk altında qoyur və balkonuna onların icazəsi olmadan quraşdırma işləri aparması ilə onların mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağıyev (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində aparılan qanunsuz tikililərin sökülməsi, binanın əvvəlki layihəsi strukturunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanlanmış ərizədə məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir (cavabdehin nümayəndəsi və vəkilinin etirazını, iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinin olmasını və məhkəmə proseslərinin uzun müddət davam etməsinin qarşısının alınmasını nəzərə alaraq) .
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdehin mübahisəli zirzəmidə yerləşən 45 kv.m. qeyri-yaşayış sahəsinin 33 kv.m. hissəsi ilə bağlı çıxarışı var idi, məhkəmə prosesi gedən dövrdə həmin sahənin yerdə qalan sahəsi ilə bağlı da çıxarış alınmışdır. Yəni həmin sahə artıq tam mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Həmçinin bildirmək istəyir ki, sözügedən tikili iddiaçının heç bir hüquqlarını pozmur, mənzilə giriş-çıxışa heç bir maneə törətmir. Bunu məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyi də təsdiq edir. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 33 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin qanuna mülkiyyətçisidir. Qeyd olunan sahənin Cavabdeh istifadəsində olmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayış təqdim olunmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında 16 noyabr tarixli 41 saylı alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış təqdim edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən əmlak Cavabdeh qanuni mülkiyyətində olduğundan və o, vicdanlı alıcı olduğundan, onun əmlakı üzərinə hər hansı məhdudiyyət qoyula bilməz və onun öz əmlakına dair sərbəst surətdə mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırıla bilməz. İddiaçı, cavabdeh tərəfindən əmlakın qanunsuz özəlləşdirildiyi bildirilsə də, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş Çıxarışın həqiqiliyi və qanuni qüvvəsi heç bir şübhə doğurmur. İddiaçı öz ərizəsində bildirmişdir ki, qeyd edilən yaşayış sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında iş vardır. Bununla bağlı bildirmək istəyir ki, hazırki iş üzrə iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və AR Müdafiə Nazirliyinin Bakı Qarnizon Mənzil İstismar Hissəsinə qarşı (üçüncü şəxs Cavabdeh) iki iddiası olmuşdur və hər iki iş üzrə icraata xitam verilmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6379/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(112)-7053/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd edilən işlərə baxılan zaman iddiaçı müvəqqəti xarakterli təmin tədbiri kimi qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması ilə bağlı ərizə ilə müraciət etmiş və məhkəmə (Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi) tərəfindən həmin ərizə təmin edilməmişdir. Göründüyü kimi, iddianın tərəfləri fərqli olsa da, əslində iddianın predmeti ilə Bakı İnzibati Məhkəməsinə verilmiş iddiaların predmeti eynilik təşkil edir. İddiaçının hazırki iddia ilə müracət etməsi isə tam qanunsuz olmaqla yanaşı, əsassız olaraq məhkəmələrin iş yüküqüq çoxalması və cavabdehə təsir etmək üçün verilmişdir. Belə ki, qeyri-yaşayış sahəsi hazırda icarə müqaviləsi əsasında icarəyə verilmiş və iddiaçı öz mənzilini qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün hər vəchlə orada icarəçinin qanuni fəaliyyətlə sahibkarlıq fəaliyyətinə mane olmaq niyyətindədir. Üçüncü əsas kimi iddiaçı Cavabdeh tərəfindən qanunsuz tikililərin edildiyini, habelə söküntü işlərinin aparıldığını qeyd etmiş, iddiaçının balkonunda yeni tikililərin quraşdırıldığını qeyd etmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tərəblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf nə hər hansı qanunsuz tikilinin aparılması ilə bağlı, nə hər hansı qanunsuz söküntünün aparılması ilə bağlı, nə də onun öz mənzilinə vurulmuş zərərlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə-tikinti ekspertizasının təyin olunması ilə bağlı iddiaçı tərəfindən verilən ərizə də bu əsaslarla təmin edilməməlidir. Əlavə olaraq bildirmək istəyirlər ki, məhz iddiaçı tərəfindən ona məxsus olan mənzili qeyri-yaşayış sahəsinə «çevirmək» istəyərəkən qanunsuz tikililər aparılmış və hətta iş üzrə cavabdehin əmlakına da zərər yetirilmişdir. İddiaçının apardığı qanunsuz tikililərlə bağlı cavabdeh Dbvlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli XO-02-04-N-55-2021-04151 nömrəli məktubda məhz iddiaçı tərəfindən özbaşına tikinti aparıldığı və qanunvericiliyə müvafiq olaraq tədbirlərin görüldüyü qeyd edilmişdir. Göstərilənlərə əsasən İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 7 saylı evin 127 saylı mənzili İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
9. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvan 2 Hissəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 Hissəsi 4 saylı Evlər İdarəsinin ərazisində yerləşən Tağızadə küçəsi, 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m. qeyri-yaşayış sahəsinin X6 icarəyə verilməklə gələcəkdə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun özəlləşdirilməsinə etiraz etmir. Göstərilən qeyriyaşayış sahəsi son 10 ildə dövlət vəsaiti hesabına təmir edilməyib.
10. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 7 saylı binanın sakinləri İddiaçı qonşuları M.Qocayev, G.Hüseynov, R.Hüseynov, F.Heydərov, H.Şiriyev, N.Rüstəmov və T.Xanbabayev tərəfindən 2(112)-116/2021 saylı iş üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyovaya ünvanlanmış ərizədən görünür ki, ünvan 4də, mənzilin altında yerləşən 45 kv.m. qeyri-yaşayış sahəsi 2007-ci ildən etibarən X5 istifadəsindədir. Ona həmin əmlakın özəlləşdirilməsinə razılıqla bağlı Mənzil İstismar İdarəsi tərəfindən Bayramov Eldara 2007-ci ildə məktub da verilmişdir. Həmin vaxtdan etibarən X7 qeyd olunan zirzəmiyə binanın arxa tərəfindən qapı qoyularaq zirzəmini abadlaşdırılmışdır. Binanın (zirzəmi, pilləkənlər, dam örtüyü və həyəti üzrə) ümumi istifadəçiləri olaraq zirzəminin ona məxsus olduğunu qəbul etmiş və özəlləşdirilməsinə ümumi razılıq vermişlər, o, öldükdən sonra isə ailə üzvləri qeyd olunan əmlaka sahiblik etmişlər və oranın vəziyyətinin yaxşılaşdırılması, istifadəyə yararlı olması üçün öz maliyyə vəsaitləri hesabına həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmışlar. Lakin sonra heç tanımadıqları bir şəxs tərəfindən 2020-ci ildə zirzəminin qapısı sındırılıb zəbt edilməyə çalışmışdır. Hələ də həmin şəxsin qanunsuz hərəkətləri davam etməkdədir. Onlar binanın ümumi istifadəçiləri bu binada yaşamayan şəxsin xəlvətcə ümumi istifadədə olan əmlakı özgəninkiləşdirilməsini qəbul etmirlər. Bu əməl İddiaçı və binanın ümumi istifadəçilərinin hüquqlarının pozulmasıdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33 kv.m. olan qeyri-yaşayış sahəsiCavabdeh adına tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
12. İş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısına, surəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə, Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh məxsus qeyri-yaşayış obyektinin üst mərtəbəsində mövcud mənzilin sahibi tərəfindən özbaşına aparılan tikinti işləri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmış, əməkdaşları tərəfindən yerində baxış zamanı göstərilən ünvanda fərdi yaşayış evinin ikinci mərtəbəsində quraşdırılan pilləkən marşının aidiyyəti qurumlar tərəfindən bir müddət öncə görülmüş tədbirlər nəticəsində qismən söküldüyü müşahidə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi məqsədilə müraciətdə əksini tapmış xüsusatlara baxılaraq nəticəsi barədə Komitəyə və müraciət edən şəxsə məlumatın təqdim edilməsi xahiş olunmuşdur.
13. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı səlahiyyətli nümayəndəsi X8 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı istifadəsində olan sahəyə dair icarə müqaviləsinin bağlanılması və bununla bağlı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlandığı müraciətə əlavə etdiyi sahənin balanssaxlayıcısının 373 nömrəli, xx.xx.2007ci il tarixli razılıq məktubunun əslinin geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli ərizəsi ilə əlaqədar bildirirlər ki, qeyd etdiyi müraciətinə sənədlərin surəti əlavə edilmiş və həmin sənədin surəti təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, müraciətində qeyd edilən qeyriyaşayış sahəsi Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin xx.xx.2020-ci il tarixli 833 nömrəli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2020-ci il tarixində icarəyə verilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə»yə əsasən mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada icarəçi tərəfindən xx.xx.2020-ci il tarixdə özəlləşdirilmişdir. Nəzərinə çatdırırlar ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 30-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız məhkəmə qaydasında həll edilir.
14. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin MXMT(112)-138/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizon Mənzil İstismar Hissəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh olmaqla) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaya baxılanadək və yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək ünvan 6 ünvanda iddiaçıya məxsus mənzilin altında yerləşən qeyriyaşayış sahəsində üçüncü şəxs Cavabdeh üzərinə hər hansı tikinti və quraşdırma işlərinin aparılmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır.
15. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6379/2021 saylı, xx.xx.2021-ci il tarixli İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırma şöbəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı X2rşı maraqlı şəxs Cavabdeh qeyd edilməklə «Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan və iddiaçının mənzilinin altında yerləşən 45 kv.m.olan qeyri-yaşayış sahəsini birinci Qarabağ müharibə veteranı X6 icarəyə verməklə gələcəkdə özəlləşdirilməsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvan 2 Hissəsinin xx.xx.2007-ci il tarixli, 373 saylı razılıq məktubu yeni tarixlə mərhum X5 həyat yoldaşı İddiaçı adına verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsinə həvalə edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan və iddiaçıya məxsus mənzilin altında yerləşən qeyri-yaşayış inventarlaşdırma işin aparılmasını və obyektiv xidmət məlumatın verilməsini 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırma şöbəsinə həvalə edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə (hazırda A.Məhərrəmov) küçəsi 7 saylı binanın iddiaçıya məxsus 127 nömrəli mənzilin altında yerləşən qeyri-yaşayış sahəsini birinci Qarabağ müharibə veteranı X5 həyat yoldaşı X3 adına özəlləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi; maraqlı şəxs Cavabdeh adına özəlləşdirilmiş və **********00-05101-083003 nömrəli çıxarışda göstərilən 33 kv.m. qeyri-yaşayış sahəsinin faktiki yerləşmə ünvanın və koordinatların dəqiqləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus mənzilin altında yerləşən zirzəmi ilə üst-üstə dəlib-gəlməməsinin araşdırılmasının cavabdehə həvalə edilməsi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmışdır.
16. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7053/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadın surətindən görünür ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonun Mənzil İstismar Hissəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh) qarşı qeyri-yaşayış sahəsinin iddiaçının adına verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir.
17. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,30 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh adına tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2411 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, -1-ci sual üzrə: - Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsində yerləşən (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m. (rəsmi sənədlərlə 33 kv.m.) qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun aparılmamışdır. -2-ci sual üzrə: - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7830 saylı, xx.xx.2023-cü il tarixli təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, -1-ci sual üzrə: - Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsində yerləşən (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m. (rəsmi sənədlərlə 33 kv.m.) qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən edilmişdir. -2-ci sual üzrə: - Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m. (rəsmi sənədlərdə 33 kv.m.) qeyri-yaşayış sahəsində giriş-çıxış yolunun küçə tərəfdən olduğunu 127 saylı mənzilə giriş-çıxış yolu ümumi pilləkan qəfəsindən (blokdan) olduğunu nəzərə alaraq İddiaçı məxsus əmlakından istifadə etməsinə maneə yaratmadığı müəyyən edilmişdir. Lakin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m. (rəsmi sənədlərlə 33 kv.m.) qeyri-yaşayış sahəsində inşa edilmiş tikili texniki baxımından yuxarı mərtəbədə yaşayan İddiaçı (onun həyat və ya sağlamlığına, əmlakına) hər hansı formada zərər vurmasını, yaxud zərər vurma təhlükəsinin olub-olmaması məsələsi tikinti-texniki ekspertin səlahiyyətindən kənar olduğundan qərardadın ikinci sualının birinci hissəsi üzrə tədqiqat aparılmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 7 saylı evin 127 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh ünvan 7 ünvanının zirzəmisində yerləşən ümumi sahəsi 46,30 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırki zirzəmi onun hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin sökülməsi, binanın əvvəlki layihəsi üzrə strukturunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
22. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.
28. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli zərzəmisində olan ümumi sahəsi 46,30 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir.
29. İddiaçı cavabdeh tərəfindən qanunsuz tikililərin edilməsini, söküntü işlərinin aparılmasını, iddiaçının balkonunda yeni tikililərin quraşdırılmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilməmişdir.
30. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə (hazırda A.Məhərrəmov) küçəsi, 7 saylı binanın zirzəmisində boş olan 45 kv.m. (rəsmi sənədlərdə 33 kv.m.) qeyri-yaşayış sahəsində giriş-çıxış yolunun küçə tərəfdən olduğunu 127 saylı mənzilə giriş-çıxış yolu ümumi pilləkan qəfəsindən (blokdan) olduğunu nəzərə alaraq İddiaçı məxsus əmlakından istifadə etməsinə maneə yaratmadığı müəyyən edilmişdir.
31. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».
34. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
35. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
36. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
37. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.
38. Məhkəmə iddiaçı cavabdeh tərəfindən qanunsuz tikililərin edilməsini, söküntü işlərinin aparılmasını, iddiaçının balkonunda yeni tikililərin quraşdırılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının qanunsuz tikilinin sökülməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından (iddiaçının hansısa hüququnun pozulmasına dair heç bir sübut təqdim olunmadığından) , iddia tələbi əsaslı hesab edilə bilməz.
40. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
41. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi qanunsuz tikilinin sökülməsi hissəsində təmin edilməməlidir.
43. İddianın ikinci hissəsi, yəni binanın əvvəlki layihəsi üzrə strukturunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi qanunsuz tikilinin sökülməsi ilə birbaşa bağlı olduğundan, prosessual qənaət prinsipi baxımından əlavə araşdırma aparılmadan həmin iddia da təmin edilməməlidir.
44. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisəli zirzəminin təmiri və s. işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən edilməsinə baxmayaraq, bu pozuntu həmin zirzəminin fiziki cəhətdən mənfi təsirinə məruz qalması ilə bağlı pozuntu deyildir. Bu pozuntu yalnız mövcud obyektdə edilmiş dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət edilməsi ilə bağlı olmuşdur.
45. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «əsassız tikilinin sökülməsi, sökülmüş tikintinin bərpası» tələbinə dair iddiası təmin edilməməlidir.
46. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
47. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 manat iddiaçıya aid edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «əsassız tikilinin sökülməsi, sökülmüş tikintinin bərpası» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov