Məhkəmə qərarları › İş №e-2(006)-67/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-67/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-67/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, Birləşdirilmiş birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) Shirinzade Orkhanın vəkilinümayəndəsi Nümayəndə, Birləşdirilmiş ikinci iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı1 nümayəndəsi, eyni zamanda, digər qanuni nümayəndə Cavabdeh1 (eyni zamanda, birinci iş üzrə cavabdeh) iştirakları ilə Birləşdirilmiş birinci iş üzrə iddiaçı Shirinzade Orkhanın Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə birləşdirilmiş birinci iş üzrə Cavabdeh1 qarşı “mənzildən çıxarılma və s.”; Birləşdirilmiş ikinci iş üzrə iddiaçı X3 qanuni nümayəndələri İddiaçı1 və Cavabdeh1 LPO "xxxx" ASC və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə birləşdirilmiş ikinci iş üzrə cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Shirinzade Orkhana və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Shirinzade Orkhan Cavabdeh1 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 12 ünvanında yerləşən, ümumi sahəsi 300 kv.m. olan 52 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı X3 qanuni nümayəndələri İddiaçı1 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3, Shirinzade Orkhana və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Əli oğlunun adından Cavabdeh1 və İddiaçı1 ilə cavabdeh Shirinzade Orkhanın adından Cavabdeh2 arasında Bakı şəhəri 26 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 52 nömrəli mənzilin Shirinzade Orkhanın adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı nömrə ilə qeyd edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

4. Birləşdirilmiş birinci iş üzrə iddiaçı Shirinzade Orkhanın (ikinci iş üzrə cavabdeh) vəkilinümayəndəsi Nümayəndə, birləşdirilmiş ikinci iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı1 nümayəndəsi, eyni zamanda, digər qanuni nümayəndə Cavabdeh1 (eyni zamanda, birinci iş üzrə cavabdeh) məhkəməyə ərizələr təqdim edərək, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və birləşdirilmiş iddialara dair hazırkı mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh1, həmçinin, məhkəmə xərclərinin ondan tutulmasına razı olması barədə ərizə də təqdim etmişdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında birləşdirilmiş birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) Shirinzade Orkhanın vəkili-nümayəndəsi Nümayəndə, birləşdirilmiş ikinci iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı1 nümayəndəsi, eyni zamanda, digər qanuni nümayəndə Cavabdeh1 (eyni zamanda, birinci iş üzrə cavabdeh) ərizələri müdafiə edib, təmin edilməsini, iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin nəticələrinin hər bir tərəfə aydın olduğunu, sazişin könüllü qaydada bağlandığını əlavə etdilər.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə digər iştirakçılar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin ərizələri təmin edilməli və barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Belə ki, mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: «1. Shirinzade Orkhan Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiasından imtina etməyi öhdəsinə götürür və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmir.

2. Cavabdeh1 2025-ci ilin dekabr ayının sonunadək 150000 (yüz əlli min) manat məbləğində pul vəsaitini Shırınzade Orkhana (Şirinzadə Orxan ) ödəməyi öhdəsinə götürür.

3. Shırınzade Orkhan (Şirinzadə Orxan) ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh1 ilə İddiaçı1 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan, xx.xx.2016-cı il təvəllüdlü X3 mülkiyyətinə qaytarmağı və bununla bağlı notarial qaydada alqı-satqı müqaviləsi əsasında 150000 (yüz əlli min) manata geri qaytaracağına dair öz üzərinə öhdəlik götürür.

4. Pul vəsaitinin ödənilməsi daşınmaz əmlakın alqı-satqısı zamanı icra edilir.

5. Daşınmaz əmlakın alqı-satqısı zamanı yaranan bütün xərclər Cavabdeh1 tərəfindən ödənilir.

6. Tərəflər aralarında olan mübahisəni bu yolla həll edirlər.

7. Shırınzade Orkhan (Şirinzadə Orxan) ünvan 3 ünvanında yerləşən mənzillə bağlı gələcəkdə hər hansı formada iddia və tələbərinin olmayacağını öhdəsinə götürür.

8. Cavabdeh1 pul tələbi və digər tələblərlə əlaqədar Shırınzade Orkhan-a (Şirinzadə Orxana) qarşı gələcəkdə hər hansı formada iddia və tələbərinin olmayacağını öhdəsinə götürür.

9. Tərəflər Cavabdeh1, İddiaçı1 və Orkhan Shırınzade barışıq sazişində göstərilən müddəalarla bağlı gələcəkdə mübahisələndirici heç bir iddia və tələbləri olmayacağını öhdələrinə götürürlər.

10. İddiaçılar Cavabdeh1 və İddiaçı1 cavabdehlər Orkhan Shirinzade, Cavabdeh3 və Cavabdeh2 (Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasından imtina etdiklərini bildirir və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər».

b) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.3-52.5. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 114.1, 114.1.4. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0, 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4-262.5. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

10. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, habelə birləşdirilmiş iddia ərizələri üzrə hazırkı mülki işin icraata xitam verilməlidir. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.

Nəticə:

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Ərizələr təmin edilsin. Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. Shirinzade Orkhan Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiasından imtina etməyi öhdəsinə götürür və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmir.

2. Cavabdeh1 2025-ci ilin dekabr ayının sonunadək 150000 (yüz əlli min) manat məbləğində pul vəsaitini Shırınzade Orkhana (Şirinzadə Orxan ) ödəməyi öhdəsinə götürür.

3. Shırınzade Orkhan (Şirinzadə Orxan) ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh1 ilə İddiaçı1 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan, xx.xx.2016-cı il təvəllüdlü X3 mülkiyyətinə qaytarmağı və bununla bağlı notarial qaydada alqı-satqı müqaviləsi əsasında 150000 (yüz əlli min) manata geri qaytaracağına dair öz üzərinə öhdəlik götürür.

4. Pul vəsaitinin ödənilməsi daşınmaz əmlakın alqı-satqısı zamanı icra edilir.

5. Daşınmaz əmlakın alqı-satqısı zamanı yaranan bütün xərclər Cavabdeh1 tərəfindən ödənilir.

6. Tərəflər aralarında olan mübahisəni bu yolla həll edirlər.

7. Shırınzade Orkhan (Şirinzadə Orxan) ünvan 3 ünvanında yerləşən mənzillə bağlı gələcəkdə hər hansı formada iddia və tələbərinin olmayacağını öhdəsinə götürür.

8. Cavabdeh1 pul tələbi və digər tələblərlə əlaqədar Shırınzade Orkhan-a (Şirinzadə Orxana) qarşı gələcəkdə hər hansı formada iddia və tələbərinin olmayacağını öhdəsinə götürür.

9. Tərəflər Cavabdeh1, İddiaçı1 və Orkhan Shırınzade barışıq sazişində göstərilən müddəalarla bağlı gələcəkdə mübahisələndirici heç bir iddia və tələbləri olmayacağını öhdələrinə götürürlər.

10. İddiaçılar Cavabdeh1 və İddiaçı1 cavabdehlər Orkhan Shirinzade, Cavabdeh3 və Cavabdeh2 (Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasından imtina etdiklərini bildirir və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər”. İş üzrə icraata xitam verilsin. Birləşdirilmiş birinci iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz manat) manat məbləğində pul iddiaçı Shirinzade Orkhanın vəkili-nümayəndəsi Vəkil1 geri qaytarılsın. Birləşdirilmiş ikinci iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz manat) manat məbləğində pul iddiaçı X3 qanuni nümayəndəsi Cavabdeh1 geri qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 465 (dörd yüz altmış beş) manat məbləğində pul birləşdirilmiş ikinci iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22); mütəxəssis rəyi üçün tələb edilən 500 (beş yüz) manat məbləğində pul birləşdirilmiş ikinci iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi Cavabdeh1 tutularaq “X1” MMC-nin hesabına (X2 MMC, VÖEN: **********, İBAN: AZ94BRES********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ80NABZ********************, Kod: 513489, SWİFT: BRESAZ22) və digər mütəxəssis rəyi üçün tələb edilən 600 (altı yüz) manat məbləğində pul birləşdirilmiş ikinci iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, Kod: 805562, SWİFT: İBAZAZ2X) köçürülsün. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar