Məhkəmə qərarları › İş №e-2(006)-684/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-684/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-684/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nəcəf-X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun LPO Cavabdeh1 ASC-yə xx.xx.2010-cu il tarixli müqavilə üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçının şifahi vəsatətinə əsasən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə onunla Cavabdeh1 ASC arasında 118/10 saylı kredit müqaviləsi bağlanmışdır. O, borclu olaraq bank qarşısında olan öhdəliklərini tam yerinə yetirərək, banka olan borcunu tam bağlamışdır. Lakin buna baxmayaraq, bank 2018-ci ildə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(005)-2310/2018 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabeh İddiaçı 8243.53 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun LPO Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(005)-2310/2018 saylı qətnaməsindən tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(103)-12241/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(005)-2310/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Beləliklə qanunu qüvvəsini almış məhkəmə qətnaməsindən məlum olur ki, onun yuxarıda qeyd etdiyi kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəliyi yoxdur. Lakin son məhkəmə qərarından 4 (dörd) il zaman keçməsinə baxmayaraq, hal-hazırda bankın əməliyyat sistemində və eyni zamanda "xxxx" MMC-nin kredit reyestrindən çıxarışda həmin kredit üzrə onun guya borclu olduğu əks olunur. O, borclu olmadığı halda kredit bürosundan çıxarışda aktiv öhdəliyinin olduğu qeyd olunması onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edirlər. Vəziyyətin bu formada qalması onun vətəndaş olaraq bir çox hüquqlarını, ipoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və sair hüquqlarını məhdudlaşdırır. Borcunun olmaması barədə məlumatın verilməsi ilə bağlı LPO Cavabdeh1 ASC müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyindən, hüquqlarını müdafiə etmək məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 oğlu məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 12241/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2310/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 8.243,53 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun LPO Cavabdeh1 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12241/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2310/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC qarşısında xx.xx.2010-cu il tarixli, 118/10 saylı kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarında olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli, **********724 saylı məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 118/10 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 80.000 manat məbləğində kreditin verildiyi, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyin vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddianın qaldırıldığı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2310/2018 saylı qətnaməsi ilə İddiaçı LPO Cavabdeh1 ASCnin xeyrinə 8.243,53 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasının qət edildiyi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12241/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 2310/2018 saylı qətnaməsinin ləğv edilməsi və LPO Cavabdeh1 ASC-nin «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsinin qət edildiyi, sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının bank qarşısında xx.xx.2010-cu il tarixli, 118/10 saylı kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına baxmayaraq, Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış bilgiyə görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı iş üzrə cavabdehə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məh Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 118/10 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyestri Xidmətinə verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 118/10 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyestri Xidmətinə verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar