Məhkəmə qərarları › İş №e-2(006)-69/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-69/2023

28.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-69/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən sökülmüş qonşu mənzillərin onun tərəfindən bərpa edilməsi” tələbinə dair ilk, Cavabdeh MMC-nin İddiaçı qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən sökülmüş qonşu mənzillərin onun tərəfindən bərpa edilməsi” tələbinə dair ilk, Cavabdeh MMC İddiaçı qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlk iddia üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiadan imtina edilməsi barədə ərizəni tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtina məhkəmə tərəfindən qəbul olunmalı və ilk iddia tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, ilk iddia tələbinə dair iş üzrə icraata xitam verildiyindən, həmin iddia ərizəsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçı tam qaytarılmalıdır. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən sökülmüş qonşu mənzillərin onun tərəfindən bərpa edilməsi” tələbinə dair ilk, Cavabdeh MMC-nin İddiaçı qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilk İddiaçı iddiadan imtinası qəbul edilsin və ilk iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçı iddia ərizəsinə görə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar