Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-714/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi İsmayılova Xuraman Sabir qızının, Üçüncü şəxs X39 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (X55 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü sayılaraq uzadılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (X55 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü sayılaraq uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi (əri) olaraq qəbul etməsi üçün qanunla nəzərdə tutulmuş müddətin tərəfindən ötürülməsinin üzürlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, arvadı X12 09 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. Həmin vaxtdan da paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda, 0,0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65,3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəlik açılmışdır. Arvadının dəfni, hüzn mərasimi və sairlə əlaqədar, eləcə də həmin miras əmlakla əlaqəli müxtəlif məhkəmə mübahisələri səbəbindən o, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə gec müraciət etmişdir. Gecikməsinə digər səbəblər də olub ki, həmin səbəblərdən biri də miras əmlakın yüklülüyü barədə arayışı vaxtında ala bilməməsi olub və bunun təqsirkarı da DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin qanunsuz hərəkətləri olub ki, həmin hərəkətlərdən müdafiəyə dair iddiasına məhkəmədə baxılıb və iddia tələbi təmin olunmuşdur. Forma 1 arayışını aldıqdan sonra da aidiyyəti notariat ofisi tərəfindən gətirdiyi arqumentlərə baxmayaraq, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və imtinaya səbəb kimi də vərəsəliyin qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyü göstərilmişdir. O, həmin imtinanı əsassız hesab etdiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırki Bakı İnzibati Məhkəməsinə) müraciət edərək cavabdeh notariusun (13 saylı NK) imtinasının əsassız hesab edilməsini, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılmasının zəruri sayılmasını və tələbinin icrasının cavabdeh notariusa həvalə olunmasını xahiş etmişdir. İddiasına məhkəmədə (hakim Sevinc Alıyevanın icraatında) 2inz(81)-201/2013 saylı iş olaraq baxılmış və tələbinin təmin olunması barədə 11 iyul 2013-cü il tarixli qərar qəbul edilmişdir. Həmin 11 iyul 2013-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, arvadı X1 miras qalmış ünvan 1 ünvanda, 0,0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65,3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə yüklülüyə dair dövlət reyestrindən forma 1 arayışını xidməti idarənin imtinası səbəbindən əldə edə bilməməsi, buna görə də arayışın alınmasına nail ola bilməsi üçün məhkəməyə müraciət etməsi və müraciətinin məhkəmə tərəfindən təmin edilməsindən sonra ona belə bir arayışın verildiyi, habelə mirası qəbul etməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsini və mirası qəbul etdiyini təsdiq edir. Bütün bu məhkəmə mübahisələrindən sonra əldə etdiyi sənədlər (vərəsəlik hüququ haqqında №-si V-17/2015 olan, 27 yanvar 2015-ci il tarixli şəhadətnamə və sair sənədlər) əsasında qeyd olunan miras, yəni arvadı X1 miras qalmış, ünvan 1 ünvanda, 0,0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65,3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini, adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata aldırmışdır və ona buna dair RX seriyalı, ******* №-li, 20 noyabr 2012-ci il tarixli çıxarış verilmışdır. Həmin çıxarış əsasında da o, adına keçirdiyi həmin payı bacısının oğlu, X19 hədiyyə etmişdir və bu barədə də 03 saylı notariat kontorunda, 4Ə-157 reyestr №-li, 29 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanmışdır. Həmin bağışlama müqaviləsinə əsasən də paya hüquq X16 adına dövlət reyestrində qeydiyyata alınmış və buna dair RX seriyalı, ******* №-li, 05 iyun 2015-ci il tarixli çıxarış verilmişdir. Bu müddət ərzində onun arvadının bacısı olan maraqlı şəxs Ağayeva X38, onun mirası qəbul etməsi faktına dair, eləcə də həmin miras əmlaka mülkiyyət hüququnun tanındığı və bu barədə daşınmaz əmlakın dövlət reyestrində adına müvafiq qeydiyyat aparılmaqla müvafiq sənədin (çıxarışın) verilməsinin cavabdeh Ərazi İdarəsinə həvalə olunması barədə 11 iyun 2012-ci il tarixli məhkəmə aktından apelyasiya şikayəti vermiş və apelyasiya instansiyasının (Bakı Apelyasiya Məhkəməsi) 02 noyabr 2012-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, müəyyən olunması tələb olunan fakt üzrə mübahisə olduğundan faktın müəyyən olunması barədə ərizə baxılmamış saxlanılmalıdır. Apelyasiya instansiyasının həmin 02 noyabr 2012-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti də təmin olunmamış, 27 yanvar 2012-ci il tarixli qərarla apelyasiya instansiyasının 02 noyabr 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eləcə də maraqlı şəxs Ağayeva X38 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-201/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarından apelyasiya şikayəti verilmiş və şikayətə 2-1(103)-1290/2016 №-li iş olaraq baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası özünün 30 iyun 2016-cı il tarixli qərardadı ilə şikayəti qismən təmin edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-201/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarını ləğv etmiş və iddianı mümkün saymamışdir. Həmin 30 iyun 2016-cı il tarixli qərardad onunla əsaslandırılmışdır ki, iddiasına ümumi məhkəmələrdə baxılmalı olduğu halda inzibati məhkəmədə baxılıb ki, bu da işlərə baxılmada məhkəmə aidiyyətinin pozulmasının yolverilməzliyi baxımından mümkün sayıla bilməz. Həmin 30 iyun 2016-cı il tarixli qərardad da yuxarı instansiyada mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (indiki inzibati kollegiyanın) 2-1(102)-1658/2016 №-li, 06 dekabr 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyasının qeyd olunan 2-1(103)-1290/2016 №-li, 30 iyun 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ağayeva X38 01 noyabr 2016-cı il tarixdə ölmüşdür və bu barədə sahibsiz ölüm kimi 356 №-li qeydiyyat aparılmış AZ-İ, 809278 №-li, 10 dekabr 2016-cı il tarixli şəhadətnamə verilmişdir. Ağayeva X26 hüquqi varisi X55 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, ona və bacısının oğlu X19, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və 13 saylı Notariat Kontoruna qarşı «hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində (hakim G.A.Əsədova) 2(005)-2246/2019 №-li mülki iş olaraq baxılmış və iddia təmin edilərək 14 iyun 2019-cu il tarixli qətnamə ilə onun adına verilmiş RX seriyalı, ******* №-li, 20 noyabr 2012-ci il tarixli çıxarış, X16 adına olan 29 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi və həmin bağışlama müqaviləsi əsasında verilmiş RX seriyalı, ******* №-li, 05 iyun 2015-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Arvadından qalan mirasa vərəsəlik hüququnun tanınması ilə Ağayeva X26 hüquqi varisi X55 razılaşmır. O isə arvadı X4 09 sentyabr 2009-cu il tarixdə vəfatı ilə əlaqədar paylı mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanda, 0,0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65,3 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəlik hüququnun olduğuna iddialıdır və bu iddiasında haqlı olduğunu yuxarıda göstərdiyi hallar və faktlar təsdiq edir. Ona görə də, cavabdeh Asif Ağayevlə arasında bu məsələ mübahisə doğurduğundan o, mübahisəli miras payı vərəsə olaraq faktiki qəbul etdiyi faktının müəyyən olunması, mirasa vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh notariusa həvalə olunması tələbləri barədə iddia irəli sürmüşdür. İddia ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində, hakim X28 icraatında 2(006)- 968/2021 №-li mülki iş olaraq baxılıb və 01 aprel 2021-ci il tarixli qətnamə ilə iddiası təmin edilməyib. Qətnamədən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin MK-da 2(103)-7932/2021 №-li iş olaraq baxılıb və şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 20 oktyabr 2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-da 2(103)-7932/2021 №-li iş olaraq baxılıb və şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 20 oktyabr 2021-ci il tarixli qərarla iş üzrə ilkin nəticə qüvvədə saxlanılıb və həmin məhkəmələr, əsasən də Apellyasiya və Ali instansiya məhkəmələri iddiasının təmin oluna bilməməsini, mirası faktiki qəbul etməsinin təsdiqi olaraq istinad etdiyi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ((hazırkı Bakı İnzibati Məhkəməsi) (hakim Sevinc Alıyevanın icraatında)) «mirası faktiki qəbul etməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılmasının zəruri sayılması və tələbinin icrasından 13 saylı NK-nın imtinasının əsassız hesab edilməsi və tələbinin icrasının bu notariat ofisinə həvalə edilməsi» barədə iddiasının təmin edilməsinə dair 2inz(81)-201/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarının, sonradan yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyi və onun mirasın qəbulu üçün qanunla nəzərdə tutulan müddətin bərpası tələbinin bu tələblər içərisində olmaması ilə əsaslandırmışlar. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və bir daha məhkəmənin diqqətinə mirası faktiki qəbul etdiyini təsdiq edən sübutlarını mirasqoyanın (arvadı X4) 08 sentyabr 2009-cu ildə vəfatından sonra ondan miras qalmış evə dair forma 1 arayışının alınmasına uzun müddət sərf olunmuş, belə ki, forma 1 arayışının verilməsindən imtina onun tərəfindən məhkəmədə mübahisələndirilib və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli qətnaməsi ilə miras qalmış əmlakın yüklü olub-olmadığı barədə arayışın verilməsi reyestr xidməti idarəsinə (DƏDRX) həvalə olunmuşdur. Həmin qətnamə apellyasiya instansiyasında mübahisələndirilsə də, 01 dekabr 2010-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri 13 saylı notariat ofisi həmin vaxt itkisini mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi kimi qəbul etmiş və şəhadətnamənin verilməsindən imtina etmişdir. Onun mirasın qəbulu ilə əlaqəli müddətin bərpa olunması barədə ərizəsini təmin edən inzibati məhkəmənin 11 iyul 2013-cü il tarixli qərarından sonra ona vərəsəlik şəhadətnaməsi verilmişdir. Bütün bu faktlar, yəni forma 1 arayışı olmadan mirası qəbul etməsinin mümkünsüz olması və həmin arayışın alınması üçün məhkəmələrdə iddiası üzrə işlərə baxılması, mirasın faktiki qəbulu ilə əlaqədar məhkəməyə müraciətləri, onun mirası qəbul etməsini şəksiz nümayiş etdirməsini təsdiq edir və hesab edir ki, məhkəmə mirasın qəbulu üçün qanunda nəzərdə tutulan müddətin onun tərəfindən ötürülməsini bu göstərdiyi faktlara münasibətdə üzürlü saymalı və bərpa etməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi İsmayılova Xuraman Sabir qızı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X55 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə ünvanlanmış bildirişə cavab olaraq ünvan 2 ünvanlanmış və məhkəmə iclası Notariat Ofisinin iş vaxtına düşdüyünə görə məhkəmə iclasında iştirak etməmələrinin üzrlü hesab edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AZ-İ 264578 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 arasında 12 sentyabr 2006-cı il tarixdə nikah bağlanaraq bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 492 saylı qeyd aparılmışdır. - Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 avqust 2012-ci il tarixli 364 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08 sentyabr 2009-cu ildə ölmüşdür. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2008-ci il tarixli, 2(006)-11/2008 saylı qətnaməsi ilə iddiaçılar X29 və qeyrilərinin cavabdehlər X7 və qeyrilərinə qarşı miras mülkdən payların müəyyən edilməsi, miras payların naturada bölünüb verilməsi, mirasın qəbulu müddətinin buraxılmış hesab edilməsi, həyətdən istifadə qaydasının müəyyən edilməsi, otaqdan çıxarılma, otağa köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı X20 cavabdehlər X11 və qeyrilərinə qarşı birinci növbəli vərəsələrin müəyyən olunması, xüsusi mülkiyyətin hüquqi qeydiyyat vəsiqəsinin dəyişdirilməsi, ümumi mülkiyyətdə payın ayrılması və mülkdə istifadə qaydasının müəyyən edilməsi barədə ilkin iddia ərizəsi və X9, X22 cavabdehlər X32 və qeyrilərinə qarşı faktiki qəbul edilmiş əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və onların evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin olunaraq, X29, X23, X20, X6, X14 və X10 hər birinin ünvan 3 ünvanda yerləşən tərəflərə aid olan və miras kütləsinə daxil olan ümumi sahəsi 92.6 kv.metr təşkil edən evə ½ hissədə, X9 və X22 isə hər birinin 3/12 hissədə vərəsəlik hüququnun tanınması və onlara qeyd edilən paylarına uyğun olaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilməsi vəzifəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, X24, X33, X34, X17, X30, İsmayılova Xuraman Sabir qızının, X21, X25, X18, İddiaçı, X3 və X15 ünvan 3 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 03 fevral 2009-cu il tarixli 2(103)-178/2009 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə olan 07 iyul 2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2009-cu il tarixli 2(102)-1560/09 saylı qərarın surətindən görünür ki, cavabdeh X.İddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 fevral 2009-cu il tarixli qətnaməsi Xuraman İsmayılovaya münasibətdə ləğv edilmiş, işin bu hissəsinə yenidən baxılması üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2009-cu il tarixli 2(103)-3689/2009 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılova Xuraman Sabir qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2008-ci il tarixli qətnaməsi cavabdeh Xuraman İsmayılovaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 26 fevral 2010-cu il tarixli 2(102)-382/10 saylı qərarın surətindən görünür ki, cavabdeh İsmayılova Xuraman Sabir qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(103)-3689/2009 nömrəli 13 oktyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilmiş, cavabdeh İsmayılova Xuraman Sabir qızının ünvan 3 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və həmin ünvandan pasport qeydiyyatından çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli 2(102)- 382/10 saylı qərarın surətindən görünür ki, cavabdeh İsmayılova Xuraman Sabir qızının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-382/2010 nömrəli iş üzrə 26 fevral 2010-cu il tarixli qərarının izah edilməsi barədə ərizəsi təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2012-ci il tarixli 2(102)-1350/12 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 27 yanvar 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli 2(006)- 1279/2012 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti bərpa edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 nömrəli evin 3/12 hissəsini miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 nömrəli evin 3/12 hissəsinə miras qoyan X5 ölümündən sonra İddiaçı mülkiyyət hüququ tanınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla onların adına müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2012-ci il tarixli 2(103)-4598/2012 saylı qərardadın surətindən görünür ki, ərizəçi İddiaçı, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini qeyd etməklə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 nömrəli evin 3/12 hissəsini miras əmlak kimi onun tərəfindən qəbul edilmə faktının müəyyən olunması, həmin hissəyə onun mülkiyyət hüquqlarının tanınması və onun adına Dövlət Reyestrindən çıxarış verilməsinin Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Ağayeva X26 qanuni nümayəndəsi X39 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi, vərəsəlik hüququ əsasında payın tanınması və həmin hüquqlar əsasında miras əmlaka ərizəçi Ağayeva X26 qanuni nümayəndəsi X39 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2013cü il tarixli 2inz(81)-2019/2013 saylı qərarının surətindən görünür ki, İddiaçı 08 sentyabr 2009-cu il tarixdə vəfat etmiş arvadı X2 miras qalmış, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində istifadədə olan 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m² yaşayış sahəsi, 65.3 m² köməkçi sahədən ibarət olan nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Cavabdehna həvalə edilmişdir. -Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli 2-1(103)-1290/2016 saylı qərardadın surətindən görünür ki, üçüncü şəxs Ağayeva X26 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2inz(81)-2019/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2016-cı il tarixli 2-1(102)-1658/2016 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli, 2- 1(103)-1290/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2014cü il tarixli 2-1(81)-2756/2014 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma №1) İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli 2-1(81)-2756/2014 saylı qərardadın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2014-cü il tarixli 2-1(81)- 2756/2014 saylı qərarı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, X8 adına əmlakın qeydə alınmasına əsas olmuş məhkəmə qətnaməsinin ləğv olunması, bununla da, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair X8 hüququnun olmaması nəzərə alınmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (forma 1) İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması kimi izah edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2017-ci il tarixli 2-1(103)-15/2017 saylı qərardadın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2014 saylı qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma №1) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. -Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/2018 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərardadın surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2-1(81)-2756/2014 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(102)-219/2019 saylı qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/2018 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(005)-2246/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında 07 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış, X16 adına verilmiş 29 aprel 2015-ci il tarixli 186712 nömrəli bağışlama müqaviləsi və bunun əsasında verilən 05 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)-10993/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2246/2019 saylı iş üzrə 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdehna və X47 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi» tələbinə dair iddiası rədd olunmuşdur. - Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 7932/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2556/2022 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-7932/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının tələbi yuxarıda qeyd edilən məhkəmə aktlarında adı keçən miras əmlakın 3/12 hissəsinin qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması ilə bağlıdır və o bu tələbini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-968/2021 saylı qətnaməsini qüvvədə saxlamış yuxarı instansiyası məhkəməsinin qərarlarında əks edilmiş mövqe iddiaçının mirası faktiki qəbul etməsinin təsdiqi olaraq istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin «mirası faktiki qəbul etməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılmasının zəruri sayılması və tələbinin icrasından 13 saylı NK-nın imtinasının əsassız hesab edilməsi və tələbinin icrasının bu notariat ofisinə həvalə edilməsi» barədə iddiasının təmin edilməsinə dair 2inz(81)-201/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarının, sonradan yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyi və onun mirasın qəbulu üçün qanunla nəzərdə tutulan müddətin bərpası tələbinin bu tələblər içərisində olmaması ilə əsaslandırmışdır. İddiaçının tələbinin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsi təşkil edir ki, bu normaya da əsasən mirasın qəbul edilməsi üçün müəyyəndəşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Normanın mənasına əsasən qanunverici vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verilməsini müəyyən etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik hüququ hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(005)-2246/2019 saylı qətnaməsi üzrə) iddiaçı mirası qəbul etmək faktının təsdiqinin hansı əsasla müəyyən edilməsini əks etdirməyərək buna dair sübutlar (vəsatətlər) təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları nəzərə alınmaqla mirasın qəbulu üçün qanunda nəzərdə tutulan müddətin iddiaçı tərəfindən ötürülməsi iddiasında göstərdiyi faktlara münasibətdə üzürlü sayılması və bərpa edilməsi mümkünsüz olduğundan, eləcə də iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən (səbəblərdən) ötürülməsinə) dair hazırki məhkəməyə əvvəlki məhkəmə baxışları zamanı təqdim edilməmiş və hüquqi qiymət verilməyən mötəbər sübutlar təqdim edilməməsi səbəbi ilə iddia əsaslı sayıla bilməz. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (X55 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü sayılaraq uzadılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (X55 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü sayılaraq uzadılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-714/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-714/2023
21.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver