Məhkəmə qərarları › İş №e-2(006)-719/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-719/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-719/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş kredit müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Faqi Nəcəfov tərəfindən Cavabdeh 100.000 (yüz min) manat xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) xx.xx.2022-ci il tarixədək , xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 50.000(əlli min) manat xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 70.000 (yetmiş min) manat məbləğində borc pul xx.xx.2023-cü ilədək borc verilmişdir. Cavabdeh birgə nikahda olduğu həyat yoldaşı X3 borcun alınması barədə razılıq ərizəsi təqdim etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi üzrə götürdüyü 100.000( yüz min) manat borcdan 70.000 ( yetmiş min) manatın notarial qaydada bank depozit vasitəsilə qaytarılmasını təmin etmişdir, lakin həmin müqavilə üzrə 30.000 ( otuz min) manat vəsaitin qaytarılmasını təmin etməmişdir. Bundan başqa digər başa çatmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə borc vəsaitlərini geri qaytarmamışdır. Hələ də həmin borc müqavilələri üzrə qalan ödənişlər Cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehlərə pretenziya göndərilmiş lakin cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Məbləğlər aşağıdakı kimidir: - xx.xx.2021-ci il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən borc xx.xx.2022-ci il tarixədək qaytarılmadığı halda hər keçən gün üçün 0.1% dəbbə pulu hesablanacaqdır. 30.000( otuz min) manat x0.1%=30 manat x 316 gün = 9480 (doqquz min dört yüz səksən) manat. - xx.xx.2022-ci il tarixli borc müqaviləsinin 8-ci bəndinə əsasən borc xx.xx.2022-ci il tarixədək qaytarılmadığı halda hər keçən gün üçün 0.2 % dəbbə pulu hesablanacaqdır. 20.000 ( iyirmi min) manat x0.2% =40 manat x130 gün= 5200 ( beş min iki yüz) manat. - xx.xx.2022-ci il tarixli borc müqaviləsinin 8-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək borc qaytarılmadıqda hər keçən gün üçün 0.2% dəbbə pulu hesablanacaqdır. 50.000(əlli min) manat x 2% =100 manat x124 gün =12400 ( on iki min dört yüz) manat.

3. Qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə 70.000 ( yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 30.000 (otuz min) manat əsas borc, 9480 (doqquz min dört yüz səksən ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min)manat əsas borc , 5200 (beş min iki yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 12.400 (on iki min dört yüz) manat dəbbə pulu və 488 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh arasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş kredit müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh 100.000 manat xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 20000 manat xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 50.000 manat xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 70.000 manat məbləğində borc pul xx.xx.2023-cü ilədək borc verilmişdir. Cavabdeh birgə nikahda olduğu həyat yoldaşı X3 borcun alınması barədə razılıq ərizəsi təqdim etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi üzrə götürdüyü 100.000 manat borcdan 70.000 manatını notarial qaydada bank depozit vasitəsilə qaytarılmasını təmin etmişdir. Lakin həmin müqavilə üzrə 30.000 manat vəsaitin qaytarılmasını təmin etməmişdir. Bundan başqa digər başa çatmış 21.01. 2022-ci il tarixli , xx.xx.2022-ci il tarixli müqavilələr üzrə borc vəsaitlərini geri qaytarmamışdır. Lakin hələ də həmin borc müqavilələri üzrə qalan ödənişlər Cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehlərə pretenziya göndərilmiş lakin cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Həmçinin iddiaçı sonradan cavabdehin izahatına əlavə olaraq izahat vermişdir ki, cavabdehin ona pullar göndərilməsini bildirsədə bu yalandır. “Whatsapp” proqramı vasitəsilə göstərilən kart hesabı ona aid olmamış və pulun alınmasınada həmin yazıda razılıq verilməmişdir. O pullar tamamilə cavabdehin özünün başqa işi ilə bağlı başqa adama verdiyi pullardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, hazırki, mülki iş üzrə cavabdeh tərəfindən həqiqətən iddiaçıdan 170 min manat borc alınmışdır. Ancaq həmin borcdan müxtəlif vaxtlarda cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 23.250 manat pul qaytarılmışdır. Bunu tərəflər arasında keçən “Whatsapp” yazışmaları sübut edir. Həmin yazışmalarda iddiaçı qeyd olunan ödənişlərin ona ödənilməsini inkar etməmişdir. Borc məbləğinə hesablanmış cərimə düzgün hesablanmamışdır. Həmin cərimə yalnız ödənilmiş 23.250 manat pul çıxıldıqdan sonra hesablana bilər. Buna görə də mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin olunmasını xahiş edirik.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən “Güvən” vəkil bürosuna ünvanlanan **********06 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0700 ha və 0.0300 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X1 adına isə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) AZN manat məbləğində pul xx.xx.2023-ci il tarixədək borc vermişdir. 8.İş materiallarında olan "xxxx" Azadlıq filialının 21 yanvar 2022-ci il tarixli qəbzindən görünür ki, 20.000 ( iyirmi min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ın AZ 21 MUGA**********00001 AZM 53 nömrəli depozit hesabına köçürülmüşdür.

9. İş materiallarında olan Ü.F.Kərimov tərəfindən 21 yanvar 2021-ci il tarixli B-152 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 20.000 ( iyirmi min) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 21 MUGA **********00001AZM53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı və Cavabdeh 20.000 ( iyirmi min manat ) depozit hesaba qoyulması barədə razılığa gəlmişlər.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi ilə Cavabdeh 100.000 manat məbləğində borc pul verilmişdir.

12. İş materiallarında olan "xxxx" Azadlıq filialının 12 yanvar 2021-ci il tarixli qəbzindən görünür ki, 100.000 ( yüz min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ın AZ 43 MUGA**********0 2163 AZM 53 hesabına köçürülmüşdür.

13. İş materiallarında olan Ü.F.Kərimov tərəfindən 12 yanvar 2021-ci il tarixli B-47 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 100.000 ( bir yüz min) manat məbləğində pulun mvafiq müavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 43 MUGA 4104 **********3AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir. 14.İş materiallarında olan ərizədə göstərilmişdir ki, 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı və Cavabdeh 100.000 ( bir yüz min manat ) depozit hesaba qoyulması barədə razılığa gəlmişlər. 15.İş materiallarında olan "xxxx" Azadlıq filialının 20 dekabr 2021-ci il tarixli qəbzindən görünür ki, 70.000 ( yetmiş min ) AZN manat məbləğində pul Cavabdeh tərəfindən "xxxx" ın AZ 21 MUGA **********00001 AZM 53 hesabına köçürülmüşdür.

16. İş materiallarında olan Ü.F.Kərimov tərəfindən 20 dekabr 2021-ci il tarixli 3459 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 70.000 ( yetmiş min) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan AZ 21MUGA **********00001AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir. 17.İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 50.000(əlli min) manat AZN məbləğdə pul xx.xx.2022-ci il tarixədək borc verilmişdir. 18.İş materiallarında olan "xxxx" Azadlıq filialının 26 yanvar 2022-ci il tarixli qəbzindən görünür ki, 50.000 ( əlli min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ın AZ 21 MUGA **********00001 AZM 53 hesabına köçürülmüşdür.

19. İş materiallarında olan Ü.F.Kərimov tərəfindən 26 yanvar 2022-ci il tarixli 196 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 50.000( əlli min) manat məbləğində pulun mvafiq müavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 21 MUGA **********00001 AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir.

20. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı və Cavabdeh 50.000 ( əlli min manat ) depozit hesaba qoyulması barədə razılığa gəlmişlər.

21. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 70.000 manat məbləğində borc pul xx.xx.2023-cü ilədək borc verilmişdir.

22. İş materiallarında olan "xxxx" Azadlıq filialının 18 may 2022-ci il tarixli qəbzindən görünür ki, 70.000 ( yetmiş min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ın AZ21MUGA **********00001 AZM 53 hesabına köçürülmüşdür.

23. şİş materiallarında olan Ü.F.Kərimov tərəfindən 18 may 2022-ci il tarixli 1330 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 70.000 ( yetmiş min) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 21 MUGA **********00001AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir. 24.İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X3 notaria qaydada ərizə verəərk əri Cavabdeh 70.000 ( yetmiş min) manat pul məbləğini borc almasına etiraz etmədiyini bildirmişdir.

25. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Pretenziya məktubunda İddiaçı tərəfindən Cavabdeh və X2 xx.xx.2021 –ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş borc müqavilələri üzrə borcun 3 gün ərzində ( 25 noyabr 2022-ci il tarixədək) ödənilməsini, əks halda xx.xx.2022-ci il tarixli müqaviləyə xitam verilməsi və müqavilə şərtlərinə uyğun olaraq borclar məhkəmə qaydasında tələb edilməsi qeyd olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

26. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş kredit müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100.000 (bir yüz min) manat xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) xx.xx.2023-ci il tarixədək, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 50.000 (əlli min) manat xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 70.000 (yetmiş min) manat məbləğində borc pul xx.xx.2023-cü ilədək borc verilmişdir. Cavabdeh birgə nikahda olduğu həyat yoldaşı X3 borcun alınması barədə razılıq ərizəsi təqdim etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi üzrə götürdüyü 100.000 (bir yüz min) manat borcdan 70.000 (yetmiş min) manatın notarial qaydada bank depozit vasitəsilə qaytarılmasını təmin etmişdir, lakin həmin müqavilə üzrə 30.000 ( otuz min) manat vəsaitin qaytarılmasını təmin etməmişdir. Bundan başqa digər başa çatmış xx.xx.2022-ci il tarixli müqavilələr üzrə borc vəsaitlərini geri qaytarmamışdır.

27. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iki kredit müqaviləsi üzrə icra müddəti başa çatmamış müqavilələr olmuşdur ki, onlardan biri xx.xx.2022-ci il tarixli, digəri isə xx.xx.2022-ci il tarixli kredit müqavilələri olmuşdur. Hələ də həmin borc müqavilələri üzrə qalan ödənişlər Cavabdeh tərəfindən ödənilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

28. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

31. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

32. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1).

33. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Göstərilən Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Mülki Məcəllənin 743-cü bəndinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

37. Həmin Məcəllənin 745-ci maddəsinə əsasən əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər.

38. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində yalnız bir kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli müqavilənin ləğvini xahiş etsədə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin də vaxtı bitməmişdir. Lakin iddiaçı hər iki kredit müqaviləsi üzrə vermiş olduğu pulu vaxtından əvvəl istəməkdə haqlı olmuşdur.

39. Belə ki, məhkəmə iclası zamanı iddiaçının izahatından aydın olur ki, cavabdeh pulun vaxtında qayarılmasında çətinliklər çəkmiş, bu çətinliyin səbəbi isə qurduğu işlərin düzgün getməməsi olmuşdur. Bu hal isə ona dəlalət edir ki, borcalanın ödəmə qabiliyyəti çətinləşmiş və iddiaçı vaxtından əvvəl davaranaraq kredit müqavilələri üzrə 28 sentyabr 2022-ci il tarixli yenidən öhdəlik müqaviləsi bağlamışdır. Həmin öhdəlik müqaviləsində isə vaxtı bitmiş iki kredit müqaviləsi üzrə (xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli) və həmçinin müddəti bitməmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı üzərinə könüllü olaraq 1 (bir) ay müddətinə (28 oktyabr 2022-ci ilədək) ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

40. Məhkəmə qətnamənin 38 və 39-cü abzaslarındaki müəyyən etdiyi hallara əsasən belə qənaətə gəlir ki, bu halda cavabdeh tərəf üzərinə düşən öhdəlikləri vaxtında icra etməmiş və müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bunun nəticəsi olaraq vaxtı çatmamış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr ləğv edilməklə yaranmış borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər vaxtı bitmiş müqavilələr (xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli) isə müddəti keçdiyindən və ləğv edildiyindən yenidən məhkəmə qaydasında ləğv edilməsinədə zərurət qalmamışdır.

41. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili müxtəlif vaxtlarda cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 23.250 manat pul qaytarılmasını bildirsədə həmin məbləğin qaytarılması ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

42. Belə ki, “Whatsapp” proqramı vasitəsilə pulun kimə göndərilməsi, kimin tərəfindən alınması, kart hesabının iddiaçıya aid olmasına dair heç bir sübut təqdim edilməmişdir.

43. Məhkəmə onuda qeyd edir ki, xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabineti vasitəsilə cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilən məhkəməmühasibatlıq ekspertizası barədə vəsatət kifayət qədər əsaslandırılmadığından və müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən (cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 23.250 manat pulun qaytarılması barədə) vəsatət təmin edilməməlidir.

44. Məhkəmə bu halda qeyd edir ki, cavabdeh tərəfindən 23.250 manat pulun iddiaçıya verilməsini iddia etsə də, həmin məbləğdə pulun sırf iddiaçının özünə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

45. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən vəsatət təmin ediləcəyi təqdirdə bu məhkəmə prosesinin lüsumsuz uzadılması ilə nəticələnəcəkdir.

46. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).

47. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

50. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

51. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.

52. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüblük müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, cərimə xx.xx.2021ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə 1500 ( bir min beş yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə 1000 (bir min ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə isə 2000 ( iki min ) manat dəbbə pulu müəyyən edilməlidir.

54. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqavilələrinə xitam edilməli, xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə 70.000 (yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənilməmiş 30.000 (otuz min) manat əsas borc, 1500 ( bir min beş yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min) manat əsas borc , 1000 (bir min) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 2000 ( iki min ) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 488 ( dörd yüz səksən səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

55. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Məhkəmə hesab edir ki, ödənilmiş 488 ( dörd yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqavilələrinə xitam verilsin. xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə 70.000 (yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənilməmiş 30.000 (otuz min) manat əsas borc, 1500 ( bir min beş yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min) manat əsas borc, 1000 (bir min) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 2000 ( iki min ) manat dəbbə pulu, ümumilikdə 174.500 (bir yüz yetmiş dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 488 (dörd yüz səksən səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar