Məhkəmə qərarları › İş №e-2(006)-726/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-726/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-726/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının katibliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının cavabdeh "xxxx" MMC tərəfindən boşaldılması və həmin qeyri-yaşayış binasının təhvil alındığı vəziyyətdə cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi, xx.xx.2024-cü il tarixdən müqaviləyə xitam verildiyi xx.xx.2024-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan 1050 manat icarə haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2024-ci il tarixdən iddiaçıya təhvil verilənədək günlük 11.66 manat tariflə hesablanmaqla cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 46.1 kv.m qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə 10 may 2024-cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 406.98 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 56.98 manat vergi qismində büdcəyə, 86%, yəni 400 manat isə iddiaçıya ödəməlidir. 4.3-cü bəndə əsasən, icarə haqqı 10 may 2024-cü il tarixindən hesablanır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.4-cü maddəsinə əsasən, icarəçi icarə haqqını, müqavilə imzalandığı tarixdən etibarən hər ayın ilk 3 (üç) günü ərzində İcarəyə verənə ödəməlidir. Cavabdeh tərəfindən 10 may-10 iyul tarixləri üzrə icarə haqqı ödənilsə də, həmin vaxtdan etibarən bu günə qədər icarə haqqı məbləği ödənilməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3-cü maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 3(üç) gündən çox gecikdirdikdə müqaviləyə xitam verilə bilər. Bununla əlaqədar iddiaçı tərəfindən qeyd edilən müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilmiş, bu barədə cavabdehə bildiriş göndərilmişdir. Tərəflər arasında müqavilənin 7.4-cü maddəsinə əsasən, icarə obyekti yalnız 1 ədəd kondisionerlə təchiz olunmuş vəziyyətdə cavabdehə təhvil verilmişdir. Hazırda qeyri-yaşayış sahəsini cavabdeh əsassız olaraq tutmaqda davam edir, iddiaçıya təhvil verməkdən imtina edir, bununla da iddiaçının hüquqları pozulmaqdadır. Ona görə də icarə sahəsi boşaldılmalı, cavabdeh öz əşyalarını götürərək, sahəni təhvil verildiyi vəziyyətdə geri qaytarmalıdır. Cavabdehin etirazı: Cavabdeh "xxxx" MMC-nin direktoru Nümayəndə ərizə təqdim edərək göstərmişdir ki, notarial təsdiqlənmiş müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 10 may 2024- cü ildən bağlanılmışdır. May-iyun-iyul aylarının ödənişləri qarşı tərəfə ödənilib və ödəniş tapşırığı qarşı tərəfə göndərilmişdir. Özlərinin göndərdiyi bildirişdə də ödənilməyən məbləğ avqust və sentyabr ayları üçün hesablandığı üçün, 2ayın ödənişi (350azn+350azn toplam 700azn) yerinə 3aylığın (1050azn) ödənişi kimi qeyd edilib və məhkəməyə səhv məbləğ ilə ərizə formasında müraciət olunub. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru izahat verərək bildirmişdir ki, 2024-cü ilin may ayında Yasin adlı şəxsin öz debet kartına 250 manat pul göndərmiş, may ayının 10-na kimi 100 manat beh vermişdir. Bildirişdə yazılıb ki, avqust və sentyabr ayının icarə haqqı ödənişləri ödənilməyib. Hazırda isə iki ay əvəzinə 3 ayın ödənişi tələb olunur. Obyekt uzun müddətdir ki, yararsız vəziyyətdə idi. Oraya 30 aprel 2024-cü il tarixdə yerləşmişdir. Suyu qoşduqda su axmağa başlamış və obyekti su basmışdır, buna görə orada heç bir fəaliyyət göstərə bilməmişdir. Sonra iddiaçının nümayəndəsi Ceyhun Paşayev gəlmiş və təmiri edə biləcəyini, lakin bunun pillə-pillə mümkün olacağını bildirmişdir. O da razılaşmışdır. Cavabdeh yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdur. İddiaçı ilə "xxxx" MMC-nin adından X2 arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixədək icarəyə vermiş və "xxxx" MMC xx.xx.2025-ci il tarixdən başlayaraq müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 406.98 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 56.98 manat vergi qismində büdcəyə, 86%, yəni 350 manatı isə iddiaçıya ödəməlidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, içində 1 ədəd kondisioner (Electro lux) olmaqla X1 təhvil verilmişdir. İddiaçı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Onunla bağlanmış xx.xx.2024-cü il tarixli icarə Müqaviləsi üzrə tərəfindən 2024-cü ilin avqust ayından etibarən bu günə qədər icarə haqqı məbləği ödənilmədiyi üçün borc mövcuddur. Ona bu barədə bir neçə dəfə müraciət olunsa da, bugünə qədər borc məbləği tam olaraq ödənilməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3-cü maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini müqavilə ilə müəyyənləşdirilmiş vaxtdan 3 (üç) gündən çox gecikdirdikdə müqaviləyə xitam verilə bilər. Həmin müqavilənin 7.4-cü maddəsinə əsasən, icarə obyekti yalnız 1 ədəd kondisionerlə təchiz olunmuş vəziyyətdə sizə təhvil verilmişdir. Tərəfinizdən obyektdə təchiz olunmuş əşyalar müqavilənin xitamı ilə birlikdə aparılmalı, obyekt təhvil verildiyi vəziyyətdə geri qaytarılmalıdır. Yuxarıda sadalanan səbəblərə əsasən, bildirilir ki, onunla bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləyə icarə haqqının ödənilməməsi səbəbindən birtərəfli qaydada xitam verilir. Tələb edir ki, müqavilə üzrə bütün borcun ödənilməsini və obyektin boş vəziyyətdə təhvil verilməsini təmin edin, əks təqdirdə, müqavilə xitam tarixinə qədər olan borc məbləği, borcun icra olunması üçün çəkilmiş xərclərin (dövlət rüsumu, vəkil üçün xidmət haqqı) və bu müqaviləyə xitam verildikdən sonra icarəyə verilən sahə icarəyə verənin razılığı olmadan tutulmağa davam etdirildikdə, müqavilədə nəzərdə tutulmuş icarə haqqının gündəlik tarifinin məhkəmə qaydasında sizdən tutulması üçün qanunvericiliyə uyğun müvafiq addımlar tərəfindən atılacaqdır. Ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, iyul ayı üçün isə 350 manat ödənişlər edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: Maddə 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; Maddə 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 46.1 kv.m qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi əsasında cavabdeh "xxxx" MMC-yə icarəyə verilmiş, cavabdeh icarəyə verənə aylıq 350 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, icarə haqqını tam şəkildə ödəməmişdir. Hazırda İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü ilin 10 may-10 iyul tarixləri üzrə icarə haqqı olaraq ödənilməyən 1050 (350x3=1050) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona qaytarılmasını və əldən çıxmış faydanın ödənilməsini xahiş edir. İddia tələbindən aydın olur ki, tərəflər arasında mübahisə, cavabdehin icarə haqqı borcunu ödəməməsi səbəbindən yaranmışdır. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericilik icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin hüquqi əsaslarla müəyyən edir. Bu cür əsaslar icarəyə götürən şəxsin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi və ya lazımi qaydada icra etməməsi ilə əlaqədar olur ki, belə halda icarəyə verən həmin qanunsuzluqların aradan qaldırılması haqqında ona xəbərdar edir və bunun üçün ağlabatan müddət təyin edir. Lakin qanunda elə hallar da mövcuddur ki, bir sıra pozuntuya görə icarəyə verən xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinin ləğv edə bilər. Belə hallardan biri icarədarın iki ardıcıl müddət üçün icarə haqqının gecikdirilməsidir (MM-nin 685-ci maddəsi) İşin hallarından aydın olur ki, cavabdeh MMC icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməyərək icarə haqqı ödənişlərini gecikdirmiş, beləliklə də müqavilə bağlanarkən iddiaçının ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xəbərdarlıq etdiyi halda belə, cavabdehin həmin müqavilədən irəli gələn vəzifəsini yerinə yetirməməsi mülki qanunvericiliyin normaları baxımından öhdəliyin pozulması kimi qiymətləndirilir. Bu baxımdan iddiaçı hazırkı tələbi qaldırmaqda haqlı olmuşdur. Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsini su basması nəticəsində istifadə edə bilməməsini bildirsə də, etirazının əsaslarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli № 2-2(102)-600/2023 nömrəli qərarı) Beləliklə, sadalananlara əsasən məhkəmə hesab edir ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi yolu ilə birtərəfli qaydada ləğvi həyata keçirilmiş İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi məhkəmə tərəfindən təsbit edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin 2024-cü ilin 10 may-10 iyul tarixləri üzrə yaranmış 1050 manat icarə haqqı borcu” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməklə, ödənilməmiş 2 aylıq – 700 manat məbləğində icarə haqqı cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, təqdim edilmiş ödəniş qəbzləri ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə 250 manat (100 manat əvvəlcədən beh kimi ödənilmişdir), xx.xx.2024-cü il tarixdə 350 manat, iyul ayı üçün isə 350 manat ödənişlər edilmişdir. İcarə verən tərəfindən cavabdehə ünvanlanan bildirişdən də 2024-cü ilin avqust və sentyabr ayları üçün ödənilməyən icarə haqqının tələb edildiyi müəyyən edilir. Odur ki, məhkəmə 2024-cü ilin avqust və sentyabr ayları üzrə ödənilməli olan 700 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddianın “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil alındığı vəziyyətdə iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən boşaldılmaqla təhvil alındığı vəziyyətdə (içində 1 ədəd Elektro Lux markalı kondisioner olmaqla, su, elektrik və qaz sayğacı üzrə borcsuz vəziyyətdə) iddiaçıya təhvil verilməlidir. İddia tələbinin “qeyri-yaşayış binasının xx.xx.2024-ci il tarixdən iddiaçıya təhvil verilənədək günlük 11.66 manat tariflə hesablanmaqla məbləğin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Qeyd olunan normaya əsaslanmaqla məhkəmə həmin hissədə iddia tələbini əsaslı saymaqla təmin edilməsi, qeyri-yaşayış sahəsinin xx.xx.2024-ci il tarixdən iddiaçıya təhvil verilənədək günlük 11.66 manat (350/30=11.66 manat) tariflə hesablanmaqla ödənilməsi qənaətinə gəlir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 06 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən ödənilməmiş icarə haqqının əvəzi olaraq 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.1 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılmaqla təhvil alındığı vəziyyətdə İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulsun, qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar