Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-738/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh və digər Cavabdeh9 nümayəndəsi Cavabdeh5 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər X4 və qeyrilərinə qarşı evlərin sökülməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 64 saylı ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan evin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 64 saylı evin ona məxsus evin əvəzinə faktiki yerində müəyyən edilmiş 55.90 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərlə, sahəsi 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 53.61 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 42.60 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 6-cı mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 33 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi; Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 24.29 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 13-cü mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, Akademik M.Qaşqay, İ.Qasımov və C.Hacıbəyli küçələrində yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.57945 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Qeyd olunan ünvanları əhatə edən ərazidə mövcud əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıqları əldə ediləndən, yaşayan sakinlər tam şəkildə köçürülüb, kirayədə yerləşdiriləndən sonra köhnə tikililərin sökülüb ərazi təmizlənməlidir. Mövcud köhnə binalar qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəlidir. Bu baxımdan sakinlərin əksəriyyəti yeni mənzil əldə edilməklə, köhnə mənzillərini təhvil verib, müvəqqəti kirayə köçürülməsi təmin edilmişdir. Şəhərin görkəminə xələl gətirən köhnə tikililərin sökülməsi yerində müasir binaların inşa edilməsi üçün müəyyən edilmiş ümumi qaydaya uyğun olaraq, ərazidə əmlakı olan hər bir mülkiyyətçiyə (əmlak sahibliyində və istifadəsində olanlara) mövcud köhnə tikilinin sahəsinin azı 20% sahə artırılmaqla, yeni tikilən binadan eyni təyinatlı təmirli sahələrin verilməsi təklif olunmuşdur. Köhnə tikililərin sakinləri, cababdehlərdən başqa, İddiaçı MMC ilə öz aralarında razılıq əsasında mənzillərini boşaldaraq, başqa mənzilə köçürülmüşdür. Qəbul edilmiş sərəncama əsasən cavabdehlərin qanuni istifadəsində olan sahələrə 20% dan çox olmaqla sahə artırılmaqla, yeni tikilən binadan eyni təyinatlı təmirli sahələrin verilməsi təklif olunmuşdur. Həmin ərazidə köhnə binaların qəzalı vəziyyətdə olduğu, yaşam üçün yararlı olmadığı, istifadəsi yol verilməz və ətraf üçün hər zaman təhlükəli olduğu barədə rəy və aktlar verilmişdir. Lakin, cavabdehlər şəxsi maraqları üzündən layihənin həyata keçirilməsinə qəsdən maneələr törədirlər ki, bu da həm bina sakinlərinin yeni mənzillərlə təmin olunmasını gecikdirir və həm də layihəni həyata keçirən iddiaçının işinin əngəlləyir. Cavabdehlər aşkar şəkildə mülkiyyət hüququndan sui-istifadə də edirlər. Sonuncuların qəsdli hərəkətləri nəticəsində, layihə üzrə tikinti işlərinin aparılması mümkün deyildir ki, bunun da MMC-nin tikinti ilə bağlı üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirə bilmədikdə, ziyanlarla üzləşəcəyinə səbəb olacağı bəllidir. Məsələnin cavabdehlər ilə məhkəmədən kənar həll edilməsi mümkün olmadığından, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Aşkar məsələdir ki, adı çəkilən torpaq sahəsinin qanuna uyğun sərəncamla MMC-nin adına ayrılması və sonuncuya təhvil verildiyindən sahibliyindədir. Bununla da, həmin torpaq sahəsinə MMC yalnız sərəncam vermə hüququndan başqa bütün hüququlara malik olduğu mübahisəsizdir. Cavabdeh3 iddiaya etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərə məxsus evlərin sökülməsi və əvəzində yeni mənzillərin verilməsi tələbinə dair” iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iş üzrə iddia ərizəsi ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. İddia ərizəsi ilə tanış olan zaman ona məlum olmuşdur ki, iddiaçı "xxxx" MMC Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamına istinad edərək Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, Akademik M.Qaşqay, İ.Qasımov və C.Hacıbəyli küçələrində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.57945 ha torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə MMC-yə ayrıldığını bildirmiş və bu səbəbdən də qeyd olunan ünvanları əhatə edən ərazidə mövcud əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıqlar əldə ediləndən, yaşayan sakinlər tam şəkildə köçürülüb kirayədə yerləşdiriləndən sonra köhnə tikililərin sökülməli olmasını qeyd etmişdir. MMC göstərilənlərə istinad edərək Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 53.61 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbləri əsassız olduğuna görə rədd edilməlidir: Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 64 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/8 hissədə xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 64 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olduğu üçün fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyəti olmamışdır. Bundan əlavə qeyd olunan sərəncamlar verilən zaman bu barədə onlara hər hansı bir məlumat verilməmiş, onların razılığı alınmamışdır. Belə olan halda, Bakı şəhər İcra Hakimiyyətin mübahisə predmeti olan əmlakı qanunla müəyyən edilmiş qaydada geri almadan həmin əmlakın yerləşdiyi torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, həmin torpaq sahəsində yerləşən ona və digər şəxslərə məxsus fərdi yaşayış evinin sökülməsi və yerində yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikilməsi barədə qanunsuz inzibati aktlar qəbul etmişdir. Göstərilənlərə əsasən hesab etmişdir ki, hazırki halda onun xüsusi mülkiyyətində olan daşınmaz əmlakın onun sərbəst iradə ifadəsinin ziddinə olaraq hansı formada özgəninkiləşdirilməsinə dair iddia tələbi əsassızdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya məhkəməyə müraciət etmədən öncə iddiaçı tərəfindən onlara “mövcud köhnə tikilinin sahəsinin azı 20% sahə artırılmaqla, yeni tikilən binadan eyni təyinatlı təmirli sahələrin verilməsi” təklif olunmuşdur. Bununla bağlı iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər onlara hər hansı bir formada rəsmi təklif verməmişdir. Əgər belə bir təklif vermiş olsa idi bununla bağlı sübutları iddia ərizəsinə əlavə edərdi. Ümumiyyətlə hazırki məhkəmə mübahisəsinə qədər onların Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı barədə hər hansı məlumatı olmamışdır. Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamında qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 376 nömrəli Sərəncamı ilə ünvan 3 ünvanında "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.38 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.1829 ha hissəsi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 301 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, İ.Qasımov və C.Hacıbəyli küçələrinin kəsişməsindəki 972-ci məhəllədə "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.39655 ha hissəsi (ümumilikdə 0.57945 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə orada yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilərək, adına rəsmiləşdirilsin. İddia ərizəsinə Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin yerləşmə sxemi (çizgisi) və s. əlavə edilmədiyi üçün ümumiyyətlə həmin torpaq sahəsinin yerləşmə yerini, sərhədlərini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi Bakı şəhər İHB-nin sərəncamında qeyd edilən ünvanlarla ona məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvan (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 64 (yeni qaydalarla: ünvan 2) fərqlidir. Belə olan halda isə iddiaçının Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamına istinad edərək onlara qarşı hazırki iddia tələbini irəli sürməsi tamamilə əsassızdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya onlara məxsus fərdi yaşayış evi qəzalı vəziyyətdədir, yaşam üçün yararlı deyil, istifadəsi yol verilməz və ətraf üçün hər zaman təhlükəlidir. Lakin, iddiaçı tərəfindən qeyd olunan halları təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Bununla bağlı da bildirmişdir ki, onlara məxsus fərdi yaşayş evi yaşayış üçün tam yararlıdır, ətraf üçün hər hansı bir təhlükə yoxdur və fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ilə bağlı hər hansı bir səlahiyyətli orqanın rəyi mövcud deyildir. Göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçının iddia tələbləri rədd edilməlidir. Cavabdeh4 iddiaya etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 64 ünvanında yerləşən fərdi yaşayış ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və bu hüquq dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasına görə, mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun belə əsaslı şəkildə qorunduğu halda, iddia ərizəsində irəli sürülən tələblər qanunsuz və əsassızdır. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən əsaslardan biri guya ona müəyyən təkliflərin edilməsi ilə bağlıdır. Lakin, ona qarşı hər hansı rəsmi təklif təqdim edilməmişdir və iddiaçı bu iddialarını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Əgər belə bir təklif mövcud olsaydı, bununla bağlı sənədlər iddia ərizəsinə əlavə edilərdi. Bundan başqa, mübahisəli məsələyə qədər Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 138 nömrəli sərəncamı barədə onun hər hansı məlumatı olmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin adı çəkilən sərəncamına əsaslanaraq irəli sürülən tələblərin hüquqi əsası yoxdur. Sərəncamda göstərilən torpaq sahəsinin yerləşmə yeri ona məxsus fərdi yaşayış evinin ünvanından fərqlidir və sərəncamda torpaq sahəsinin dəqiq sərhədləri göstərilməmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti onun mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsini geri almadan və onun razılığını almadan digər şəxslərə icarəyə vermək səlahiyyətinə malik deyildir. İddia ərizəsində ona məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu iddia edilsə də, bu barədə hər hansı təsdiqedici sənəd və ya rəy təqdim olunmamışdır. Onun fərdi yaşayış evi yaşayış üçün tam yararlı vəziyyətdədir və heç bir təhlükə yaratmır. Yuxarıda göstərilənlər nəzərə alınaraq, iddia ərizəsinin hüquqi və faktiki əsaslardan məhrum olduğu qənaətindədir. İddiaçının tələbləri qanunsuzdur və təmin edilməməlidir. Cavabdeh5 iddiaya etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, Akademik M.Qaşqay, İ.Qasımov və C.Hacıbəyli küçələrində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.57945 ha torpaq sahəsi çoxmənzilli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün onlara ayrılmışdır. Adıçəkilən sərəncama əsasən ərazidə yaşayan mülkiyyətçiləri, habelə əmlak sahibləri və istifadəçilərlə qarşılıqlı razılıqlar əldə edib yaşadıqları mənzillərdən köçürüb kirayə mənzillərdə yerləşdirildikdən sonra köhnə tikililər sökülməlidir. İddiaçının qənaətinə görə ərazidə olan mövcud köhnə binalar qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəli olduğundan sakinlərin əksəriyyəti ilə razılıq əldə edildikdən sonra köhnə mənzillərini təhvil verib, müvəqqəti kirayə mənzillərə köçürülməsi təmin edilsə də, orada yaşayan xeyli sayda sakinlə, o cümlədən onunla razılıq əldə etmək mümkün olmamışdır. İddiaçı həmçinin, məhkəmənin diqqətinə çatdırmışdır ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamına əsasən qanuni istifadəsində olan sahəyə 20% dan çox olmaqla sahə artırılmaqla yeni tikilən binadan eyni təyinatlı təmirli sahənin verilməsi ona təklif olunmuşdur. Ərazidə köhnə binaların qəzalı vəziyyətdə olduğu, yaşam üçün yararlı olmadığı, istifadəsi yolverilməz və ətraf üçün hər zaman təhlükəli olduğu barədə rəy və aktlar verilmişdir. Lakin cavabdeh şəxsi marağı üzündən layihənin həyata keçirilməsinə qəsdən maneələr törədir ki, bu da sakinlərin yeni mənzillərlə təmin olunmasını gecikdirir, layihəni həyata keçirlməsi işini əngəlləyir və bununla aşkar şəkildə mülkiyyət hüququndan sui-istifadə edir. İddiaçının başqa qənaətinə görə, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamına əsasən, adıçəkilən torpaq sahəsi İddiaçı MMC-yə qanunauyğun ayrıldığından və təhvil verildiyindən, onun qanuni sahibliyindədir və sözügedən torpaq sahəsinə cəmiyyətin, sərəncam vermə hüququ istisna olmaqla, bütün digər hüququlara malik olduğu mübahisəsizdir. Qeyd edilənləri diqqətə çatdırmaqla İddiaçı MMC məhkəmədən xahiş etmişdir ki, onun Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 64 saylı ünvanında yerləşən, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan evinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, həmin ünvanıda yerləşən 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 33 kv.m sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin, binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə, verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 152.6-cı maddələrinə istinad etmişdir. İddia tələbini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. İlk öncə qeyd etməliyəm ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 64 (yeni qaydalarla: AZ 1007, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 10 kv.m., sahəsi olan bir otağı xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmış və həmin daşınmaz əmlaka dair, ona dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, adıçəkilən ərazidə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış digər sahə də onun istifadəsində və sahibliyində olduğundan, İnsan Hüquqin üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin qərarlrında "gözlənilən mülkiyyət hüququ" ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə əsasən ümumilikdə sahəsi 33 kv.m., olan sahə onun mülkiyyətindədir. Həmin 33 kv.m., sahə adıçəkilən ərazidə mövcud olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində və küçənin kənarında yerləşdiyindən uzun illər ərzində tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə bağlı onunla müəyyən danışıqlar aparmış, aralarında bağlayacaqları müqavilənin bütün şərtlərini demək olar ki, tam olaraq razılaşmışlar. Lakin, sonradan onunla danışıq aparan cavabdehin nümayəndəsi şəriklər arasında fikir ayrılığının yaranmasını əsas gətirərək rəsmi qaydada onunla müqavilə bağlamaqdan imtina etmişdir. Hazırda məhkəmyə təqdim edilən iddia ərizəsində qeyd edilən şərtlərlə məhkəməyə qədər danışıqlar zamanı razılaşdıqları şərtlər arasında ciddi fərqlər olduğundan iddia tələbini qətiyyətlə rədd edir. İddia tələblərinin qəbul etmədiyi ilk şərtlərindən biri ona məxsus 33 kv.m., sahənin fərdi yaşayş edinin 1-ci mərtəbəsində olması, təklif edilən sahənin inşa olunacaq çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşməsidir. Digər bir şərt, təklif edilən sahənin az olması, onun və ailə üzvlərinin ehtiyaclarını təmin etməməsidir. Həmçinin, müəyyən dövr üçün təklif edilən kirayə haqqı pulu da onu təmin etmir, çünki, hazırda isdifadəsində olan 33 kv.m., sahədən əldə etdiyi gəlir ilə iddiaçının ona təklif etdiyi məbləğ arasında çox böyük fərq var. Məhkəməyə bildirmək istəmişdir ki, Bakı şəhər İHBnin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı, hansı ki, iddiaçıya hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vermişdir, qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Ona məxsus 33 kv.m., sahə, yuxarıda qeyd etdiyi əsaslarla mülkiyyətində olduğundan qüvvədə olan qanunvericiliyə əsasən, həmin ölçüdə tikili altında yerləşən torpaq sahəsi, habelə həyətyanı torpaq sahəsi onun mülkiyyəti hesab olunur. Belə olan halda, vətəndaşa məxsus əmlak barəsində dövlət orqanının sərəncam verməsi həm daxili, həm də beynəlxalq qanunvericiliyə uyğun deyildir. İddiaçı MMC-nin ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə, hətta iddiaçıya belə hüquqi verən xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı qəbul edən Bakı şəhər İHB-nin fərdi yaşayış evimin yerləşdiyi torpaq sahəsini digər şəxsin sahibliyinə və istifadəsinə vermək səlahiyyəti olmamışdır. Qeyd edilməlidir ki, Konstitusiyanın yuxarda istinad edilən normasına əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Lakin, mülki işin materialarından görünür ki, İddiaçı MMC öz maddi maraqlarını güdərək və daha çox gəlir əldə etməsi qarşısına məqsəd qoyaraq əmlakının ədalətli dəyərini ödəmədən onu xüsusi mülkiyyətində olan mənzililndən mərhum etmək istəyir. Bu həm də Konstitusiyanın 29-cu madəsinin İİ hissəsi ilə nəzərdə tutulan "qanunla qorunan" hüquqlarının pozulması deməkdir. Sərəncamla bağlı digər məsələ, iddiaçıya ayrılmış torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsidir. İddiaçı idda ərizəsinə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə sxemim, həmin sahənin cəmiyyətə təhvil verilmə və müvafiq ayrıc aktlarını əlavə edilməmiş, torpaq sahəsinin sərhədləri məlum deyil. Hesab etmişdir ki, qanunsuz olsa belə, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üst-üstə dümşür. Belə olan halda, iddiaçının ümumiyyətlə ona qarşı hər hansı iddia qaldırmaq hüququ yoxdur. Fərdi yaşayış evinin qəzalı və yaşayış üçün yararsız vəziyyətdə olması, istifadəsi yolverilməz və ətraf üçün hər zaman təhlükəli olması barədə rəy və aktlar verilməsinə dair iddia ərizəsinin dəlilləri tam olaraq əsassızdır. Evinin qəzalı və uçmaq təhlükəsinin olmasına, habelə verilmiş aktlara və rəylərə dair mülki işin materiallarına hər hansı rəsmi sənəd, yaxud da digər yazılı sübut əlavə edilməmişdir. Məhkəmə onu da nəzərə almalıdır ki, iddiaçı onunla heç bir razılıq əldə etmədən və onun icazəsini almadan fərdi yaşayış evinin ərtafına hasar çəkmiş, onun və ailə üzvlərinin oraya gediş gəlişini çətinləşdirmiş və bunla da mənzil hüququnu bir daha pozmuşdur. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh2 və qeyrilərinə qarşı "evlərin sökülməsi, yeni mənzillərin verilməsi və s." tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, Akademik M.Qaşqay, İ.Qasımov və C.Hacıbəyli küçələrində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.57945 ha torpaq sahəsi çoxmənzilli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün onlara ayrılmışdır. Adıçəkilən sərəncama əsasən ərazidə yaşayan mülkiyyətçiləri, habelə əmlak sahibləri və istifadəçilərlə qarşılıqlı razılıqlar əldə edib yaşadıqları mənzillərdən köçürüb kirayə mənzillərdə yerləşdirildikdən sonra köhnə tikililər sökülməlidir. İddiaçın qeyd etdiyi əsasa görə ərazidə olan mövcud köhnə binalar qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəli olduğundan sakinlərin əksəriyyəti ilə razılıq əldə edildikdən sonra köhnə mənzillərini təhvil verib, müvəqqəti kirayə mənzillərə köçürülməsi təmin edilsə də, orada yaşayan xeyli sayda sakinlə, o cümlədən Cavabdeh2 ilə razılıq əldə etmək mümkün olmamışdır. İddiaçı həmçinin, məhkəmənin diqqətinə çatdırmışdır ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamına əsasən qanuni istifadəsində olan sahəyə 20% dan çox olmaqla sahə artırılmaqla yeni tikilən binadan eyni təyinatlı təmirli sahənin verilməsi cavabdehə təklif olunmuşdur. Ərazidə köhnə binaların qəzalı vəziyyətdə olduğu, yaşam üçün yararlı olmadığı, istifadəsi yolverilməz və ətraf üçün hər zaman təhlükəli olduğu barədə rəy və aktlar verilmişdir. Lakin, cavabdeh şəxsi marağı üzündən layihənin həyata keçirilməsinə qəsdən maneələr törədir ki, bu da sakinlərin yeni mənzillərlə təmin olunmasını gecikdirir, layihəni həyata keçirlməsi işini əngəlləyir və bununla aşkar şəkildə mülkiyyət hüququndan sui-istifadə edir. İddiaçının digər əsaslarından biri də ondan ibarət olmuşdur ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamına əsasən, adı çəkilən torpaq sahəsi İddiaçı MMC-yə qanunauyğun ayrıldığından və təhvil verildiyindən, onun qanuni sahibliyindədir və sözügedən torpaq sahəsinə cəmiyyətin, sərəncam vermə hüququ istisna olmaqla, bütün digər hüququlara malik olduğu mübahisəsizdir. Qeyd edilənlərə əsaslanaraq İddiaçı MMC məhkəmədən xahiş etmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 64 saylı ünvanında yerləşən, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan evinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, həmin ünvanıda yerləşən 64 saylı evinin ona məxsus faktiki yerində müəyyən edilmiş 55.90 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərlə, sahəsi 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilsin. İddiaçı MMC iddia tələbini hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 152.6-cı maddələrinə istinad etmişdir. İlk öncə qeyd etməlidir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 64 (yeni qaydalarla: AZ 1007, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissədən (3 otaq-ü/s 49.76 kv.m, y/s 38.07 kv.m) ¼ hissəsi Cavabdeh2, 1/8 hissədən (3 otaq-ü/s 49.76 kv.m, y/s 38.07 kv.m) ¼ hissəsi Cavabdeh2 qızı Cavabdeh6, 1/8 hissədən (3 otaq-ü/s 49.76 kv.m, y/s 38.07 kv.m) ¼ hissəsi Cavabdeh2 qızı X3 və 1/8 hissədən (3 otaq-ü/s 49.76 kv.m, y/s 38.07 kv.m) ¼ hissəsi Cavabdeh2 oğlu Cavabdeh8a xüsusi mülkiyyət hüqüqu ilə məxsusdur və mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmış və həmin daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış verilmişdir. Burdan da belə çıxır ki, onlar ailədə belə 4 nəfər mülkiyyətçi var və hər biridə ayrıca öz ailəsi var ki, 4 ailə deməkdir. Lakin, iddiaçının ümumiyyətlə real təklifdən tam uzaq bir təkliflə müraciət edir ki, 2 otaqlı təmirli mənzil 4 ailə üçün məntiqsizdir. İddia tələblərinin Cavabdeh2 qəbul etmədiyi ilk şərtlərindən biri ona və övladlarına məxsus sahənin təklif edilən sahənin inşa olunacaq çoxmənzilli yaşayış binasında az kvadratlı və cəmi 2 otaqlı təmirli mənzil təklif etməsidir. Məhkəməyə bildirmək istəmişdir ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı, hansı ki, iddiaçıya hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vermişdir, qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Cavabdeh2 və onun övladlarına məxsus yaşayış sahəsi mülkiyyətlərində olduğundan qüvvədə olan qanunvericiliyə əsasən, həmin ölçüdə tikili altında yerləşən torpaq sahəsi, habelə həyətyanı torpaq sahəsi və zirzəmidə onların mülkiyyəti hesab olunur. Belə olan halda, vətəndaşa məxsus əmlak barəsində dövlət orqanının sərəncam verməsi həm daxili, həm də beynəlxalq qanunvericiliyə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İddiaçı MMC-nin Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə, hətta iddiaçıya belə hüquqi verən xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı qəbul edən Bakı şəhər İHB-nin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əvvəlki istifadəçilərinin razılığı olmadan digər şəxsin sahibliyinə və istifadəsinə vermək səlahiyyəti olmamışdır. Qeyd edilməlidir ki, Konstitusiyanın yuxarda istinad edilən normasına əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Lakin, mülki işin materialarından görünür ki, İddiaçı MMC öz maddi maraqlarını güdərək və daha çox gəlir əldə etməyi qarşısına məqsəd qoyaraq əmlakının ədalətli dəyərini ödəmədən cavabdehin xüsusi mülkiyyətində olan mənzilindən mərhum etmək istəyir. Bu həm də Konstitusiyanın 29-cu madəsinin İİ hissəsi ilə nəzərdə tutulan "qanunla qorunan hüquqlarımın pozulması deməkdir. Sərəncamla bağı digər məsələ, iddiaçıya ayrılmış torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsidir ki, iddiaçı idda ərizəsinə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə sxemini, həmin sahənin cəmiyyətə təhvil verilmə və müvafiq ayrıc aktlarını əlavə edilməmiş, torpaq sahəsinin sərhədləri məlum deyil. Hesab etmişdir ki, qanunsuz olsa belə, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üst-üstə dümşür. Belə olan halda, iddiaçının ümumiyyətlə cavabdehə qarşı hər hansı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Eyni zamanda da Cavabdeh2 və övladlarına məxsus fərdi yaşayış evinin qəzalı və yaşayış üçün yararsız vəziyyətdə olması, istifadəsi yolverilməz və ətraf üçün hər zaman təhlükəli olması barədə rəy və aktlar verilməsinə dair iddia ərizəsinin dəlilləri tam olaraq əsassızdır. Belə ki, fərdi yaşayış evinin qəzalı və uçmaq təhlükəsinin olmasına, habelə verilmiş aktlara və rəylərə dair mükli işin materiallarına hər hansı rəsmi sənəd, yaxud da digər yazılı sübut əlavə edilməmişdir. Bütün, yuxarıda qeyd edilənlər və qanunvericilik əsasında belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı MMC-nin Cavabdeh2 qarşı iddia tələbi tam əsassızdır və təmin oluna bilməz. Sonradan İddiaçı MMC iddia ərizəsi üzrə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X8, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh9 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 64 saylı ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan evin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh2, X8, Cavabdeh8 və Cavabdeh6 birgə mənzildəki paylarına uyğun Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 64 saylı evin onlara məxsus evin əvəzinə faktiki yerində müəyyən edilmiş 55.90 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7ci mərtəbəsində, daxili ölçülərlə, sahəsi 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqının ödənilməsi; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 53.61 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi; Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 42.60 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 6cı mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi; Cavabdeh5 və Cavabdeh9 birgə mənzildəki paylarına uyğun Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin onlara məxsus faktiki yerində müəyyən edilmiş 33 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqının ödənilməsi; Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 24.29 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 13-cü mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh9 nümayəndəsi Cavabdeh5 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, X8, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 138 saylı Sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 376 nömrəli Sərəncamı ilə ünvan 3 ünvanında "Konstrakşın Klass” MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.38 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.1829 ha hissəsi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 301 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, İ.Qasımov və C.Hacıbəyli küçələrinin kəsişməsindəki 972-cı məhəllədə “SM" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.39655 ha hissəsi (ümumilikdə 0.57945 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə orada yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə İddiaçı icarə əsasında istifadəsinə verilərək, adına rəsmiləşdirilmiş, İddiaçı Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində İnterservis" Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını və bu Sərəncamla adına rəsmiləşdirilmiş digər sənədlərdən irəli gələn öhdəliklərin icrasını təmin etmişdir; - “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli 3-35/3- 3-33/2024 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 01 2015-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, M.Mırqasımov, Akademik M.Qaşqay, İ.Qasımov və C.Hacıbəyli küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən yaşayış və qeyri-yaşayış binaları (Sifarişçi - İddiaçı MMC Layihəçı - "X9 Restorasyon Proje ve Taahhut Hızmetlerı Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı); - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəydə göstərilmişdir ki, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlmişdir; evlərin əsas yükdaşıyan divarlarında - hörgü birləşmələrində və qapıpəncərə boşluqları ətrafında müxtəlif ölçülü və istiqamətli olmaqla keçici çatlar yaranmışdır; sakinlər tərəfindən bəzi fərdi yaşayış evlərinin üzərində tikinti norma qaydalarının tələblərinə əməl edilmədən müxtəlif inşaat materiallarından olmaqla 2-ci yaşayış mərtəbəsi inşa edilmişdir; yaşayış evlərinin əksəriyyətinin fasadları suvaqsız olduğundan atmosfer sularının təsirindən hörgü məhlulları aşınmış, hörgü daşlarında isə boşalmalar yaranmışdır; evlərin əksəriyyəti kürsüsüz inşa edildiyindən torpaqla təmasda olan xarici və daxili divarlarında atmosfer sularının təsirindən rütubət izləri yaranmışdır; taxta tirlər üzərində quraşdırılmış dam konstruksiyaları çürümüş, deformasiyaya uğramiş və yararsız vəziyyətə düşmüşdür; atmosfer sularının təsirindən baxış keçirilən əksər evlərin daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür; əksər yaşayış evlərinin ağac materialından olan döşəmə və tavan konstruksiyaları çürüyərək deformasiyaya uğramışdır; evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir; kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir; Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 25, 27, 29 Mirəli Qaşqay küçəsi 62, 64 və Mirqasımov küçəsi 22 saylı ünvanlarda yerləşən yaşayış evləri texniki cəhətdən qəzalı vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur; - DƏDKR və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşay küçəsi, ev 64-yeni qaydalarla ünvan 8 ünvanda yerləşən sahəsi 341.2 kv.m olan xüsusi mülkiyyət 1/8 hissədə Cavabdeh4, 1/8 hissədən (3 otaq-ü/s 49.76 kv.m, y/s 38.07 kv.m) ¼ hissədə Cavabdeh6, 1/8 hissədən (3 otaq-ü/s 49.76 kv.m, y/s 38.07 kv.m) ¼ hissədə X3, 1/8 hissədə X2, 3/8 hissədən qalan hissədə X6, 1/8 hissədən (3 otaq-ü/s 49.76 kv.m, y/s 38.07 kv.m) ¼ hissədə Cavabdeh2, 3/8 hissədən-1 otaq 12.0 kv.m "xxxx" MTK-ya, 1/8 hissə və 3/8 hissədən 2 otaq 30.96 kv.m hissədə X1, 1/8 hissədə Cavabdeh3, 8.49 kv.m hissəsi Cavabdeh9 Mirağa oğlunun, 1 otaq 10.0 kv.m hissəsi Cavabdeh5 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 138 saylı Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 376 nömrəli Sərəncamı ilə ünvan 3 ünvanında "Konstrakşın Klass” MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.38 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.1829 ha hissəsi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 301 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, İ.Qasımov və C.Hacıbəyli küçələrinin kəsişməsindəki 972-cı məhəllədə “SM" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.39655 ha hissəsi (ümumilikdə 0.57945 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə orada yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə İddiaçı icarə əsasında istifadəsinə verilmişdir. Lakin, həmin ünvanında yerləşən mənzillərin mülkiyyətçiləri ilə razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehlər istifadələrində olan mənzilin sökülməsi barəsində "xxxx" MMC ilə razılığa gəlməyərək, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 138 saylı Sərəncamı təşkil edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X7 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Cavabdehlərin hüquqlarına "xxxx" MMC tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X7 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. - 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. - 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir və əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20 faizdən çox əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehlərin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mənzillərin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, X8, Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh9 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 64 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş yaşayış sahəsi boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Cavabdeh2, X8, Cavabdeh8 və Cavabdeh6 birgə mənzildəki paylarına uyğun Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 64 saylı evin onlara məxsus evin əvəzinə faktiki yerində müəyyən edilmiş 55.90 kv.m. sahəsinə 20% sahə əlavə edilib İddiaçı MMC tərəfindən yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərlə sahəsi 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqının ödənilsin. Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 53.61 kv.m. sahəsinə 20% sahə əlavə edilib İddiaçı MMC tərəfindən yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilsin. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 42.60 kv.m. sahəsinə 20% sahə əlavə edilib İddiaçı MMC tərəfindən yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 6-cı mərtəbəsində, daxili ölçülərinin sahəsi 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilsin. Cavabdeh5 və Cavabdeh9 birgə mənzildəki paylarına uyğun Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin onlara məxsus faktiki yerində müəyyən edilmiş 33 kv.m. sahəsinə 20% sahə əlavə edilib İddiaçı MMC tərəfindən yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 7-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqı ödənilsin. Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ünvanıda yerləşən, 64 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 24.29 kv.m. sahəsinə 20% sahə əlavə edilib İddiaçı MMC tərəfindən yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 13-cü mərtəbəsində, daxili ölçülərinin sahəsi 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-738/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-738/2025
03.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver