Məhkəmə qərarları › İş №e-2(006)-739/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-739/2025

28.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-739/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan evdən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan evlərin sökülməsi və əvəzində yeni mənzillərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən istismar müddəti başa çatmış qəzali vəziyyətdə olan evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi; cavabdeh X2 mənzilinin əvəzinə faktiki yerində müəyyən edilmiş 241,26 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 6-cı mərtəbəsində, daxili ölçülərlə, sahəsi 82,83 kv.m. olan, 2+1 (studiya tipli) otaqlı, həmin binanın A1 blokunun 6-cı mərtəbəsində sahəsi 71,74 kv.m olan 2 otaqlı və A1 blokunun, 8-ci mərtəbəsində, 2 otaqlı, sahəsi 71,74 kv.m olan təmirli mənzillərin binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi, Cavabdeh2 məxsus ünvan 2ndə yerləşən 62 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 42,81 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 12-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi, Cavabdeh1 məxsus ünvan 2 ünvanıda yerləşən, 62 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 51,68 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 5-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Bakı şəhər İHB-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, Akademik M.Qaşqay, İ.Qasımov və C.Hacıbəyli küçələrində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.57945 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Qeyd olunan ünvanları əhatə edən ərazidə mövcud əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıqlarıəldə ediləndən, yaşayan sakinlər tam şəkildə köçürülüb, kirayədə yerləşdiriləndən sonra köhnə tikililərin sökülüb ərazi təmizlənməlidir. Mövcud köhnə binalar qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəlidir. Bu baxımdan sakinlərin əksəriyyəti yeni mənziləldə edilməklə, köhnə mənzillərini təhvil verib, müvəqqəti kirayə köçürülməsi təmin edilmişdir. Şəhərin görkəminə xələl gətirən köhnə tikililərin sökülməsi yerində müasir binaların inşa edilməsi üçün müəyyən edilmiş ümumi qaydaya uyğun olaraq, ərazidə əmlakı olan hər bir mülkiyyətçiyə (əmlak sahibliyində və istifadəsində olanlara) mövcud köhnə tikilinin sahəsinin azı 20% sahə artırılmaqla, yeni tikilən binadan eyni təyinatlı təmirlisahələrin verilməsi təklif olunmuşdur. Köhnə tikililərin sakinləri, cababdehlərdən başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə öz aralarında razılıq əsasında mənzillərini boşaldaraq, başqa mənzilə köçürülmüşdür. Qəbul edilmiş sərəncama əsasən cavabdehlərin qanuni istifadəsində olan sahələrə 20% dan çox olmaqla sahə artırılmaqla, yeni tikilən binadan eyni təyinatlı təmirlisahələrin verilməsi təklif olunmuşdur. Həmin ərazidə köhnə binaların qəzalı vəziyyətdə olduğu, yaşam üçün yararlı olmadığı, istifadəsi yol verilməz və ətraf üçün hər zaman təhlükəli olduğu barədə rəy və aktlar verilmişdir. Lakin cavabdehlər şəxsi maraqları üzündən layihənin həyata keçirilməsinə qəsdən maneələr törədirlər ki, bu da həm bina sakinlərinin yeni mənzillərlə təmin olunmasını gecikdirir və həm də layihəni həyata keçirən iddiaçının işinin əngəlləyir. Cavabdehlər aşkar şəkildə mülkiyyət hüququndan suiistifadədə edirlər. Sonuncularının qəsdli hərəkətlərinin nəticəsində, layihə üzrə tikinti işlərinin aparılması mümkün deyildir ki, bunun da MMC-nin tikinti ilə bağlı üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirə bilmədikdə, ziyanlarla üzləşəcəyinə səbəb olacağı bəllidi. Məsələnin cavabdehlər ilə məhkəmədən kənar həll edilməsi mümkün olmadığından, iddiaçı hüquqlarının (o cümlədən yeni mənzillər əldə etmiş yüzlərlə sakinlərin hüquqlarını) müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Aşkar məsələdir ki, adı çəkilən torpaq sahəsinin qanuna uyğun sərəncamla MMC-nin adına ayrılması və sonuncuya təhvil verildiyindən sahibliyindədir. Bununla da, həmin torpaq sahəsinə MMC yalnız sərəncam vermə hüququndan başqa bütün hüququlara malik olduğu mübahisəsizdir. Cavabdehlər iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən onlara qarşı qaldırılan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazlar onunla əsaslandırılmışlar ki, Komersiya tikinti Şirkəti Qanunsuz olaraq ona verilən İcra Hakimiyyətinin sərəncamdan kənara çıxaraq onlarla heç bir razılıga gəlmirlər və onları qanunsuz olaraq məhkəməyə veriblər. B.Ş.İ Hakimiyyətinin sərəncamında sakinlırlə razılaşma yolu ilə deyil öz bildikləri kimi hərəkit edirlər və buna görədə onlar və ailələri buna etiraz edirlər, çünki A.A.Monalit tikinti şirkəti şəxsi komersiya şirkətidir və Dövlət ehtiyatları üçün heç bir tikintidən söhbət getmir. A.A.Monalit şirkəti şəxsi şirkətdir və komersiya məqsədilə tikinti aparmaq istəyir. A.A.Monalit şirkəti ona təklifetdiyi ev hal hazırda olmayan və nəvaxt hazır olacax bilinmir və onlara üç il müdətində kirayə qalmagı təklif edir. Nəyə görə onlar hal-hazırda onlara aid olan şəxsi evlərini ona verməlidirlər və 3üç il onun bunun qapısında qalmalıdırlar və heç bir qarantisi olmayan tikilməmiş ev təklifidir. Onlar bununla necə razılaşa bilər, onların və ailəsinin bu cür təkliflə heç cür razılaşa bilmərlər və mümkündə deyil. Çünki Şəhərdə gedən tikintilərdə insanları necə pis vəziyyətdə qoyan kirayə pularını vermıyən onlarala X8 var onlar bunu gördüyü halda necə öz şəxsi evlərini bu Komersiya Şirkətinə verə bilərlər. A.A.Monalit şəxsi tikinti şirkəti Azərbaycan Respublikasınln Konstitusyasının madələrini pozur və heçə sayaraq öz başnalıq edir. Bakı şəhəri Nəsimi rayonu, Mir Qasımov, Mirəli Qaşqay, İmran Qasımov və Ceyhun Hacıbəyli küçələrində yerquruluşu planda göstərilən koordinator daxilində yerləşən 0.57945 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə vermişdir. Qeyd olunan ünvanları əhatə edən ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Tikinti MMC-nin və bu Sərəncamdan irəli gələn öhdəlikləri təmin etsin. Sərəncamın 2-ci bəndində "xxxx" tikinti Mahdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması nəzdində "İnterservis" Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını və bu sərəncamla adına rəsmiləşdirsin, digər sənədlərdən irəli gələn öhdəliklərin icrasını təmin etsin. Belə ki, mülkiyyətlərində olan xüsusi yaşayış evi və torpaq sahəsi nə qədər ki, sahibliyindədirlər, istifadələrindədir və sərəncamlarındadır, həmin torpaq sahəsi icarəsinə AA Monolit MMC kommersiya tikinti şirkətinə verilə və onunla icarə müqaviləsi bağlana bilməz və bağlanmamışdır. Ev və torpağın sərəncamı vermək səlahiyyəti yalnız mülkiyyətçiyə məxsusdur. Bununla yanaşı "xxxx" MMC kommersiya tikinti şirkəti sərəncam üzrə qarşılıqlı razılaşma öhdəliyinin şərtlərini pozaraq, bu günə qədər hansı məbləğdə kompensasiya ödəmək barədə bir dəfə olsa rəsmi müraciət etməmiş və danışıqlar aparmamışdır. AA Monolit MMC-nin iddiaçı iddia ərizəsində yazır ki, həmin ərazidə köhnə evlərin qəzalı vəziyyətdə olduğu, yaşam üçün yararlı olmadığı, istifadəsi yol verilməz və ətraf üçün hər zaman təhlükəli olduğu barədə rəy və aktlar verilmişdir. Nəsimi rayon Mirəli Qaşqay 62 saylı ev mənə aid torpaq sahəsi və ev onların xüsusi mülkiyyətindədir. AA Monolit MMC kommersiya tikinti şirkətinin iddiaçısı məhkəməyə verdiyi iddia ərizəsi üzərindən etdiyi təklif. 1960-cı illərin 4-5 mərtəbəli Xruşovka Fransız prospekti, söküləsi köhnə evlərə aiddir. MMC bunlardan istifadə edərək, iddia üzərindən dəyişdirilməsi, 20% əlavə sahə verməklə onları aldatmağa çalışır. Onlar xruşovka tipli 4-5 mərtəbəli köhnə evlərdə yaşamır və belə bir təklif onların mülkiyyətində olan evə və torpaq sahəmə aid deyil. Nədənsə iddiaçı olmayan mənzillərin nömrəsini yazmağı unudubdur. İddiaçı onları Nəsimi rayon Məhkəməsinə verərək manipulyasiya edir, onları məhkəməylə qorxutmaq istəyir. İddiaçı iddia ərizəsində göstərdiyi 2 il ərzində tikəcəyi sənədsiz, dövlət Reyestr xidmətində olmayan tikəcəyi binanın mənzilləri ilə dəyişmək və müqavilə bağlayaraq, torpaq sahələrini sahiblənməyə çalışır. Bundan başqa AA Monolit MMC kommersiya tikinti şirkəti onların evini alarkən deyəki tam təmirli avropa standarıları ilə onlar həmin evi alıb yaşayası deyillər. MMC həmin evi sökəcək. Məlum məsələdir ki, onların xüsusi mülkiyyətində olan torpaq sahəsindəki evi sökəcək. Qonşusunun ona verdiyi Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi surətindən Nəsimi rayon 972-ci məhəllə İmran Qasımov küçəsi ev 29, 08 iyul 2008-ci il qarşılıqlı razılaşma yolu ilə bazar qiymətləri ilə şirkət tərəfindən alınıb. Alıcı: X13 şirkətin nümayəndəsi. Satıcı: X5, Yaşayış evinin daxili hissəsi 31 kv.m., 2 otaq, ümumi hissəsi 52 kv.m., 231.990 manata bazar qiymətləri ilə qarşılıq razılaşma əsasında satıb.231.990 manat bölüncə 31 kvadrata hər 1 kv. 7.483 manatdan təşkil edər. Əgər 231.990 manatı ümumi hissəyə bölsək 52 kv.m. İ kv.m. 4,461 manat təşkil edir, 2008-ci ildə şirkət tərəfindən alınıb. Başqa bir qonşusu ona verdiyi Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi surətindən Nəsimi rayonu 972 məhəllə, Mirəli Qaşqay küçəsi ev 64 qarşılıqlı razılaşma yolu ilə bazar qiymətləri ilə alınıb. Alıcı: Konstrakşın Klass MMC Satıcı: X1. Yaşayış evinin daxili hisssəsi 12 kv.m. 1 otaq, ümumi sahəsi qonşularının dediyinə görə 17.5 kv.m. xx.xx.2014-cü il, 80.000 min manata bazar qiymətləri ilə qarşılıqlı razılaşma əsasında, Konstrakşın Klass MMC-yə satıb. 80.000 min manat bölsək 12 kv. metrə hər 1 kv. metrə 6.666 manatdan təşkil edar. 80.000 min manatı bölsə 17.5 kv., İ kv. m. 4.571 manat təşkil edər. 2014-cü ildə satılıb Konstrakşın Klass MMC evlərin biri 16 il, o birisini 10 il bundan qabaq alınıb. Bunları əsas götürsələr evlərin bazar qiymətləri məlum olur. Sərəncam üzrə üzərlərinə götürdükləri öhdəlikləri pozaraq, onlara aid xüsusi mülkünə dair danışıqlar aparmayaraq özlərindən qərar verərək, onların heç bir razılığı olmadan, 2 il ərzində tikiləcəyi hündür mərtəbəli binanın, mənzili bəlli olmayan ev verəcəklər. Qeyd edirlər ki, AA Monolit MMC kommersiya tikinti şirkəti onların qanunla qorunan Mülkiyyət hüquqları, konstitusiya hüquqlarını pozmağa çalışır və tikəcəyi az kvadratlı mənzilləri onlarla dəyişərək aldatmaq istəyir. AA Monolit MMC saxsi Kommersiya tikinti şirkətidir. Onlar ancaq bazar qiymətləri ilə razılıq verə bilər. MMC-nin onların torpaqları üzərində 4 mərtəbəli ticarət mərkəzi tikir və 1-2 alt mərtəbələr tikəcək. İddiaçı məhkəmə yolu ilə onlarla müqavilə bağlamaq istəyir. Qeyd etmək istəyirlər ki, bu barədə televiziya kanalları AZTV, İTV, ARB, Xəzər Tv, Space TV verilişlərinin qonaqları Dövlət Reyestr xidmətinin mütəxəssisləri. Vəkillər Kollegiyasının hüquqşünasları televiziya verilişlərində danışaraq öz fikirlərini söyləyərək qeyd ediblər ki, Dövlət Reyestr xidmətindən keçməyən, tikinti kommersiya şirkətləri olan MTK-ların MMC-lərin tikiləcək binalarda mövcud olmayan mənzillərlə və ticarət obyektləri ilə hər hansı bir dəyişdirilmə müqaviləsı bağlana bilməz. Bundan başqa Dövlət Reyestr xidmətinin mütəxəssisləri və Vəkillər kollegiyasının hüquqşünasları qeyd ediblər ki, Bank tərəfindən təminatı olmayan, Bank tərəfindən zəmanəti olmayan, Tikinti Kommersiya şirkətləri olan MTK-iarla MMC-lərlə mövcud olmayan binalarda mənzillərlə, ticarət obyektləri ilə dəyişdirilmə müqaviləsi bağlamaq olmaz. Daha sonra İddiaçı MMC bir neçə dəfə iddia ərizəsini dəqiqləşdirərək son olaraq məhkəmədən cavabdehlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 2ndə yerləşən 62 saylı ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan evdən çıxarılması və evin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu iddia tələbinin dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışlar ki, "xxxx" MTK cavabdeh X4 və qeyrilərinə qarşı “İstismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan evlərin sökülməsi və əvəzində yeni mənzillərin verilməsi barədə” iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 ünvan 2ndə yerləşən 62 saylı ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan evin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi; Cavabdeh X2 mənzilinin əvəzinə faktiki yerində müəyyən edilmiş 241,26 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 6-cı mərtəbəsində, daxili ölçülərlə, sahəsi 82,83 kv.m. olan, 2+1 (studiya tipli) otaqlı, həmin binanın A1 blokunun 6-cı mərtəbəsində sahəsi 71,74 kv.m olan 2 otaqlı və A1 blokunun, 8- ci mərtəbəsində, 2 otaqlı, sahəsi 71,74 kv.m olan təmirli mənzillərin binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi; Cavabdeh2 və Cavabdeh3 bərabər payda ünvan 2ndə yerləşən 62 saylı evin, faktiki yerində müəyyən edilmiş ümumi 42,81 kv.m. sahəyə 20% sahə əlavə edilib, yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 12-ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 54.81 kv.m. olan, 1 otaqlı təmirli mənzilin, bərabər ½ payda binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqının ödənilməsi; Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən, 62 saylı evin ona məxsus faktiki yerində müəyyən edilmiş 51,68 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, A1 blokunun 5- ci mərtəbəsində, daxili ölçülərinin sahəsi, 71.74 kv.m. olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə məhkəmədə baxılan zaman mübahisəli məsələnin həllində ortaya çıxmış hallara görə iddia həcmini azaltmaqla, iddianın dəyişdirilməsi vacibliyi ortaya çıxmışdır. Bildirir ki, hazırda cavabdehlərlə razılıq əldə olunmuş və onlardan üçü - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə müqavilə bağlanmış və həmin müqavilələr iş materiallarına əlavə olunmuşdur. Digər cavabdeh X4 ilə də razılıq əldə olunmuşdur. Belə ki, cavabdehlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq müqavilə bağlanmış, tərəflərin hüquq və öhdəlikləri razılaşdırılmış, o cümlədən tərəflər müqavilə üzrə müəyyən öhdəlikləri qəbul etmişlər. Həmçinin "xxxx" MTK da qeyd olunan müqavilələr çərçivəsində öz öhdəliklərinin icrasına başlamış və cavabdehlərin hesabına müvafiq ödənişləri həyata keçirmişdir. Lakin bütün bunlara baxmayaraq, yuxarıda qeyd olunan mənzillər adıçəkilən cavabdehlər tərəfindən "xxxx" MTK-ya təhvil verilməmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən həm qanunvericiliyin tələbləri pozulmuş, həm də müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Həmçinin digər cavabdeh X4 ilə tamamilə razılıq əldə olunduğundan hazırda onun cavabdehlər sırasında olmasına zərurət qalmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianıın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X10 iddia tələbini qəbul etmiyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 138 saylı Sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 376 nömrəli Sərəncamı ilə ünvan 4 ünvanında "Konstrakşın Klass” MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.38 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.1829 ha hissəsi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 301 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, İ.Qasımov və C.Hacıbəyli küçələrinin kəsişməsindəki 972-cı məhəllədə “SM" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin təqdim edilmiş bölgü sxemi əsasında 0.39655 ha hissəsi (ümumilikdə 0.57945 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə orada yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə İddiaçı icarə əsasında istifadəsinə verilərək, adına rəsmiləşdirilmiş, İddiaçı Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində İnterservis" Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını və bu Sərəncamla adına rəsmiləşdirilmiş digər sənədlərdən irəli gələn öhdəliklərin icrasını təmin etmişdir. - “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli 3-35/3- 3-33/2024 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 01 2015-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, M.Mırqasımov, Akademik M.Qaşqay, İ.Qasımov və C.Hacıbəyli küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən yaşayış və qeyri-yaşayış binaları (Sifarişçi - İddiaçı MMC Layihəçı - "X15 Restorasyon Proje ve Taahhut Hızmetlerı Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı). - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəydə göstərilmişdir ki, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlmişdir; evlərin əsas yükdaşıyan divarlarında - hörgü birləşmələrində və qapıpəncərə boşluqları ətrafında müxtəlif ölçülü və istiqamətli olmaqla keçici çatlar yaranmışdır; sakinlər tərəfindən bəzi fərdi yaşayış evlərinin üzərində tikinti norma qaydalarının tələblərinə əməl edilmədən müxtəlif inşaat materiallarından olmaqla 2-ci yaşayış mərtəbəsi inşa edilmişdir; yaşayış evlərinin əksəriyyətinin fasadları suvaqsız olduğundan atmosfer sularının təsirindən hörgü məhlulları aşınmış, hörgü daşlarında isə boşalmalar yaranmışdır; evlərin əksəriyyəti kürsüsüz inşa edildiyindən torpaqla təmasda olan xarici və daxili divarlarında atmosfer sularının təsirindən rütubət izləri yaranmışdır; taxta tirlər üzərində quraşdırılmış dam konstruksiyaları çürümüş, deformasiyaya uğramiş və yararsız vəziyyətə düşmüşdür; atmosfer sularının təsirindən baxış keçirilən əksər evlərin daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür; əksər yaşayış evlərinin ağac materialından olan döşəmə və tavan konstruksiyaları çürüyərək deformasiyaya uğramışdır; evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir; kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir; Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 25, 27, 29 Mirəli Qaşqay küçəsi 62, 64 və Mirqasımov küçəsi 22 saylı ünvanlarda yerləşən yaşayış evləri texniki cəhətdən qəzalı vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. -İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 36 nömrəli ilkin müqavilədən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli, **********11- 10301 reyestr nömrəli HDQH DƏDR-dən Çıxarışa əsasən mülkiyyətində olan paylı mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 62 ünvanında yerləşən i/s 37.0 kv.m, y/s 23.2 kv.m, k/s 13.8 kv.m 2 otaqlı mənzili "Tikinti şirkəti" tərəfindən sökülərək əvəzinə gələcəkdə əsas (payın alqı-satqısına dair) müqavilə bağlanmaqla ona tikiləcək hündürmərtəbəli yaşayış binasından mənzil vermək və digər məsələlər ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. 1.1. "Tərəflər" Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 03 avqust 2023-cü il tarixli, 138 nömrəli Sərəncamının tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıdakı göstərilən məzmunda üzərlərinə öhdəliklər götürürlər: 1.1.1. "Əmlak mülkiyyətçisi" bu Müqavilənin ümumi müddəalar adlı hissəsinin 3-cü abzasında nəzərdə tutulan mənzilini (əlavə tikililər və balkon daxil) sökmək üçün "Tikinti şirkətinə" boş, əşyasız vəziyyətdə təhvil verməyi öhdəsinə götürür. 1.1.2. "xxxx" MTK "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 62 ünvanında yerləşən ü/s 37.0 kv.m, y/s 23.2 kv.m, k/s 13.8 kv.m 2 otaqlı mənzilin sökülməsini və bunun ərazisində həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 14 mərtəbəli binanın Al blokunda 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 86.18 kv.m olan 5 saylı, 2 (iki) otaqlı mənzili (mənzilin ümumi sahəsi dedikdə təsdiq edilmiş lahiyədəki sahələr - arakəsmələr, şaxtalar, texniki sahələr və s. başa düşülür) əmlak mülkiyyətçısinə əmirli (mənzil nəzərdə tutulur) təhvil verməyi və bu müddət ərzində kirayə haqqı vermədən, bundan başqa əlavə olaraq 180000 (bir yüz səksən min) manat pulu verməyi və əşyaların söküntüsü nəzərdə tutulan mənzildən daşınmasını öhdəsinə götürür. Əsas müqavilə bina tam inşa dildikdən sonra bağlanacaq. -İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 35 saylı ilkin müqavilədən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli, **********11-10301 reyestr nömrəli HDQH DƏDR-dən Çıxarışa əsasən mülkiyyətində olan paylı mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 62 ünvanında yerləşən ü/s 42.0 kv.m, y/s 29.2 kv.m, hissə və Cavabdeh3 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli, **********11-10301 reyestr nömrəli HDQH DƏDR-dən Çıxarışa əsasən mülkiyyətində olan paylı mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 62 ünvanında yerləşən ü/s 42.0 kv.m, y/s 29.2 kv.m, hissə mənzili "Tikinti şirkəti" tərəfindən sökülərək əvəzinə gələcəkdə əsas (payın alqı-satqısına dair) müqavilə bağlanmaqla ona tikiləcək hündürmərtəbəli yaşayış binasından mənzil vermək və digər məsələlər ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. 1.1. "Tərəflər" Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 03 avqust 2023-cü il tarixli, 138 nömrəli Sərəncamının tələblərinin və bu müqaviləngeverası ilə əlaqədar olaraq aşağıdakı göstərilən məzmunca üzərlərinə öhdəliklər götürürlər: 1.1. "Əmlak mülkiyyətçisi" bu Müqavilənin ümumi müddəalar adlı hissəsinin 3-cü abzasında nəzərdə tutulan mənzilini (əlavə tikililər və balkon daxil) sökmək üçün "Tikinti şirkətinə" bos, aşyasız vəziyyətdə təhvil verməyi öhdəsinə götürür. 1.1.2. "Tikinti şirkəti" "xxxx" MTK "Əmlak mülkiyyətçiləri"nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 62 ünvanında yerləşən ü/s 42.0 kv.m, y/s 29.2 kv.m mənzilin sökülməsini və bunun əvəzində həmin ərazidə yeni coxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 14 mərtəbəli binanın Al blokunda 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 86.18 kv.m olan 5 saylı, 2 (iki) otaqlı mənzili (mənzilin ümumi sahəsi dedikdə təsdiq edilmiş layihədəki sahələr - arakəsmələr, şaxtalar, texniki sahələr və s. başa düşülür) əmlak mülkiyyətçısinə təmirsiz (mənzil nəzərdə tutulur) təhvil verməyi və bu müddət ərzində kirayə haqqı vermədən, bundan başqa əlavə olaraq 180000 (bir yüz s sən min) manat pulu və təmir üçün hesablanmış 20000(iyirmi min)manat vəsaiti, ümumilikdə 200000 (iki yüz min) manat vəsaiti verməyi və əşyaların söküntüsü nəzərdə tutulan mənzildən daşınmasını öhdəsinə götürür. Əsas müqavilə bina tam inşa edildikdən sonra bağlanacaq. Mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 180.000, və Cavabdeh3 isə 200.000 manat pul ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. - 422.2.2-ci maddəsindən görünür ki, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ünvan 2ndə yerləşən 62 saylı ünvanda mövcud olan, istismar müddəti başa çatmış və texniki cəhətdən qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülməsi və ərazidə yeni yaşayış binalarının inşası ilə bağlı layihənin icrasını həyata keçirən tikinti şirkətidir. Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, göstərilən ərazi yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə iddiaçının icarə əsasında istifadəsinə verilmiş, eyni zamanda həmin ərazidə yerləşən daşınmaz əmlakların mülkiyyətçiləri ilə münasibətlərin qarşılıqlı razılaşma yolu ilə tənzimlənməsi iddiaçının öhdəliyi kimi müəyyən edilmişdir. İddiaçı ilkin olaraq cavabdehlərə məxsus yaşayış sahələrinin boşaldılmasını, sökülməsini və əvəzində yeni tikiləcək binadan mənzillərin verilməsini, həmçinin müvəqqəti köçürülmə dövrü üçün kirayə haqqının ödənilməsini tələb etmişdir. İddia tələbi əsaslandırılarkən göstərilmişdir ki, mübahisəli ünvan üzrə yerləşən yaşayış evləri texniki baxımdan qəzalıdır, mövcud tikinti norma və qaydalarına cavab vermir və yaşayış üçün təhlükə yaradır. Bu hallar fövqəladə hallar sahəsində səlahiyyətli qurumun rəyində də ətraflı şəkildə təsbit edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, işə baxıldığı müddətdə tərəflər arasında münasibətlər dəyişmiş, iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında ilkin müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, cavabdehlər öz mülkiyyətlərində olan mənzilləri söküntü üçün iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun əvəzində cavabdehlərə yeni tikiləcək binadan mənzillər təqdim etməyi, əlavə olaraq müəyyən məbləğdə pul vəsaiti ödəməyi və digər öhdəlikləri üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr yazılı formada bağlanmış, tərəflər tərəfindən imzalanmış, müqavilələrdə tərəflərin hüquq və öhdəlikləri, veriləcək mənzillərin xüsusiyyətləri, pul ödənişlərinin məbləği və öhdəliklərin icra qaydası konkret şəkildə göstərilmişdir. Eyni zamanda, təqdim edilmiş ödəniş qəbzləri ilə cavabdehlərə müqavilələrdə nəzərdə tutulan məbləğlərin İddiaçı MMC-nin tərəfindən faktiki olaraq ödənildiyi təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehlərin qanuni nümayəndələri məhkəmə iclaslarında izahat verərək, bağlanmış müqavilələrdən narazı olduqlarını, onlara faktiki olaraq müqavilədə göstəriləndən daha artıq məbləğdə pul vəd edildiyini, lakin həmin vədin yerinə yetirilmədiyini bildirmişlər və bu əsasla müqavilələrin etibarsız hesab edilməli olduğunu iddia etmişlər. Məhkəmə bu mövqeni qiymətləndirərək qeyd edir ki, müqavilənin etibarsızlığı yalnız tərəflərin iradə ifadəsinin qüsurlu olması, aldadılma, məcburetmə və ya digər hüquqi əhəmiyyət kəsb edən halların sübuta yetirilməsi ilə mümkündür. Lakin cavabdehlər tərəfindən müqavilələrdə nəzərdə tutulmayan əlavə pul vəsaitinin vəd edilməsi ilə bağlı hər hansı yazılı sübut, audio və ya video material, şahid ifadəsi və ya digər mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin bu barədə verdikləri izahatlar subyektiv xarakter daşıyır və təkbaşına müqavilənin etibarsızlığı üçün əsas sayıla bilməz. Əksinə, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlər müqavilələri könüllü şəkildə imzalamış, müqavilə üzrə nəzərdə tutulmuş pul vəsaitlərini qəbul etmiş, iddiaçı isə öz növbəsində müqavilə öhdəliklərinin icrasına faktiki olaraq başlamışdır. Bu hallar tərəflərin müqavilə bağlanarkən real iradə ifadə etdiyini və müqavilə şərtləri ilə razı olduqlarını göstərir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, cavabdehlərlə iddiaçı arasında bağlanmış ilkin müqavilələr hüquqi baxımdan etibarlıdır və tərəflər üçün hüquqi nəticələr doğurur. Müqavilələrin etibarsız sayılması üçün əsaslar mövcud olmadığından, cavabdehlərin müqavilələrə istinad etmədən mənzilləri iddiaçıya təhvil verməkdən imtina etməsi əsassız hesab edilməlidir. Nəzərə alınmalıdır ki, hazırda İddiaçı MMC tələblərini dəyişdirərək yalnız cavabdehlərin mübahisəli ünvanda yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan evdən çıxarılmasını və həmin evin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş edir. Məhkəmə müəyyən edir ki, bu tələb bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin faktiki icrasına yönəlmişdir və cavabdehlərin həmin öhdəlikləri yerinə yetirməməsi iddiaçının hüquqlarını pozur. Bu səbəbdən, məhkəmə hesab edir ki, bağlanmış müqavilələr qüvvədə olmaqla cavabdehlər tərəfindən icra edilməlidir və iddiaçının son dəqiqləşdirilmiş iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ünvan 2ndə yerləşən 62 saylı ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan ev boşaldılaraq "xxxx" MTKya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ünvan 2ndə yerləşən 62 saylı ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan ev boşaldılaraq "xxxx" MTK-ya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar