Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-760/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi ziyanın, kirayə haqqının ödənilməsi, müqavilə öhdəliyinin icra edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi ziyanın, kirayə haqqının ödənilməsi, müqavilə öhdəliyinin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 75 saylı müqavilə üzrə ödənilməyən və tikinti başa çatana qədər hər ay üçün ödənilməli olan 1.000 manat pulun və mənəvi ziyana görə 600 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; xx.xx.2022-ci il tarixli 77 saylı müqavilə üzrə ödənilməyən və tikinti başa çatana qədər hər ay üçün ödənilməli olan 500 manat pulun və mənəvi ziyana görə 600 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi; müqavilədə göstərilən Xan Şuşinski küçəsi ilə A.Səhhət küçəsinin kəsişməsində 18 m2 sahədə sökülərək qeyri-yaşayış sahəsi kimi təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması; ödənilmiş 120 manat dövlət rüsumuna görə pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, 24 may 2024-cü il tarixdə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 75 saylı müqavilə üzrə ödənilməyən və tikinti başa çatana qədər hər ay üçün ödənilməli olan 1.000 manat pulun və mənəvi ziyana görə 600 manat pulun cababdeh Cavabdeh MTKdan tutularaq İddiaçı1 ödənilməsi; xx.xx.2022-ci il tarixli 77 saylı müqavilə üzrə ödənilməyən və tikinti başa çatana qədər hər ay üçün ödənilməli olan 500 manat pulun və mənəvi ziyana görə 600 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi; müqavilədə göstərilən Xan Şuşinski küçəsi ilə A.Səhhət küçəsinin kəsişməsində 18 m2 sahədə sökülərək qeyri-yaşayış sahəsi kimi mülkiyyətçi İddiaçı2 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması; ödənilmiş 120 manat dövlət rüsumuna görə pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, iddiaçılar xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 19 fevral 2022-ci il tarixli 75 saylı müqavilə üzrə ödənilməyən və tikinti başa çatanadək hər ay üçün ödənilməli olan 1.000 manat pulun və mənəvi ziyana görə 600 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı1, xx.xx.2022-ci il tarixli 77 saylı müqavilə üzrə ödənilməyən və tikinti başa çatanadək hər ay üçün ödənilməli olan 500 manat pulun və mənəvi ziyana görə 600 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi; müqavilədə göstərilən Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində 18 kv.m qeyri-yaşayış sahəsinin çatışmayan hissəsinin naturada və ya həmin hissənin mövcud bazar dəyərinin mylkiyyətçi İddiaçı2 verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyumlması, ödənilmiş 120 manat dövlət rüsumuna görə pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, iddiaçıların nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 19 fevral 2022-ci il tarixli 75 saylı əvəzləşmə müqaviləsi F blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki 6,8 kv.m Abbas Səhhət küçəsinə baxan və həyətə baxan ümumi sahəsi çöl divar 146,19 kv.m h=42 m olan qeyri-yaşayış sahəsini mülkiyyətçi İddiaçı1 təhvil verilməsini, ödənilməyən və tikinti başa çatanadək hər ay üçün ödənilməli olan 1.000 manat pulun və mənəvi ziyana görə 600 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; xx.xx.2022-ci il tarixli 77 saylı əvəzləşmə müqaviləsi üzrə F blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini Xan Şuşinski küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində 12,85 m, Xan Şuşinski küçəsinə baxan hissə 13.80 m, Abbas Səhhət küçəsinə baxan hissədə h=4,2 m olan çöl divar daxil ümumi sahəsi 131,7 m2 olan qeyri-yaşayış sahəsinin təhvil verilməsini, ödənilməyən və tikinti başa çatanadək hər ay üçün ödənilməli olan 500 manat pulun və mənəvi ziyana görə 600 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi; ödənilmiş 120 manat dövlət rüsumuna görə pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri (dəqiqləşmələrlə) onunla əsaslandırılmışdır ki, İddiaçı2 məxsus olan sahədən - Abbas Səhhət küçəsində baxan hissədə 3 metr, Xan Şüşinski küçəsinə baxan tərəfdə 6 metr, cəmi 18 m2 az sahə ayrılmışdır. Bakı şəhəri Nəsimi rayonu N.B.Yusifbəyli küçəsi 48 saylı ev **********4-05101-083001 reyestr nömrəli çıxarışa əsasən 49,8 m2, faktiki 65 m2 olan qeyri-yaşayış sahəsi birgə mülkiyyətlərindədir. Cavabdeh MTK ilə aralarında bağlanmış 19 fevral 2022-ci il tarixli müqaviləyə əsasən yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsinə dair 75 və 77 saylı müqavilələr üzrə onlara məxsus olan ünvan 1 ünvanda yerləşən «Mülkiyyətçi»yə məxsus 49,8 m2, çıxarış üzrə fatiki olaraq 65 m2 olan qeyri-yaşayış sahəsinin söküntüsünü və əvəzində Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirəcək F blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 6,8 m2, Abbas Səhhət küçəsinə baxan və həyətə baxan, ümumi sahəsi çöl divar daxil 146,19 metr, h=4.2 m olan qeyri-yaşayış sahəsini «Mülkiyyətçi»yə verilməsini və tikinti başa çatdırılıb təhvil verilənədək hər ay 1.000 manat kirayə pulunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın sədri X3 tərəfindən imzalanmış, möhürlənmiş xx.xx.2024-cü il tarixli məktub pretenziyaya əsasən şirkət ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 75, 77 saylı müqavilələr üzrə bizə F-bloku, 1-ci mərtəbə, 395 m2 olan qeyri-yaşayış sahəsinə tərəflərindən ödənilən 2.000 manat kirayə haqqı ödənişinin 15 fevral 2024-cü il tarixdən etibarən dayadırılacağını bildirmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliyini pozmuş, F blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 6.8 metr Abbas Səhhət küçəsinə baxan və həyətə baxan, ümumi sahəsi çöl divar daxil 146,19 m2, h=4.2 m olan qeyri-yaşayış sahəsi «Mülkiyyətçi»yə verilməmiş, tikinti başa çatdırılıb təhvil verilənədək hər ay 3.000 manat kirayə pulunu ödəməkdən imtina etmişdir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən söküntüsü nəzərdə tutulan qeyri-yaşayış sahəsinin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mülkiyyətçinin nikahda olduğu şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh MTK-ya təhvil verilməsini təmin etmək, qeyri-yaşayış sahəsini tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərtilə Cavabdeh MTK-ya təhvil vermək; 4.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək və qeyd edilən qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə təhvil verilənədək aylıq 500 manat kirayə haqqının ödənişini Cavabdeh MTK-ya təqdim edilmiş hesaba köçürülməsini tələb etmək; 4.1.4-cü bəndinə əsasən söküntüsü nəzərdə tutulan qeyri-yaşayış sahəsinin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı əlaqə telefon nömrələrini Cavabdeh MTKnın səlahiyyətli numayəndəsinə yazılı surətdə təqdim etmək; 4.1.6-cı bəndinə əsasən müqavilədə göstərilən müddətdə mülkiyyətçi Cavabdeh MTK-dan müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə qeyri-yaşayış sahəsini təmin etmək. Həmçinin qeyriyaşayış sahəsi müqavilədə nəzərdə tutulmuş 131,7 m2 sahədən az olduğu təqdirdə çatışmamazlıq aşkar edildiyi andan çatışmayan hər 1 m2 sahə üçün 4.000 manat kompensasiya tələb etmək; 4.2.3-cü bəndinə əsasən hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə Cavabdeh MTK müqavilənin 4.1.2-ci və 4.1.3-cü bəndində nəzərdə tutulmuş ödənişin müddətinin mülkiyyətçiyə verilən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisi başa çatanadək uzadılmasını təmin etmək. Göründüyü kimi, cavabdeh aralarında bağlanmış və qanunda nəzərdə tutulmuş müvafiq qaydada təsdiq edilmiş müqavilə öhdəliklərini qəsdən yerinə yetirmir və heç bir səbəb olmadan, onlarla razılaşmadan aralarında bağlanmış müqaviləni birtərəfli qaydada pozmuşdur. Bu səbəbdən, onlara əhəmiyyətli zərər vurmuşdur. Bu zərər məhkəmə tərəfindən müəyyən edilməli və çıxarılacaq qətnamə ilə onlara ödənilməsi təmin olunmalıdır. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, sonuncu dəqiqləşdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, sonuncu dəqiqləşdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, yerində müayinə həyata keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh MTK (VÖEN **********) xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi X1r. - Cavabdeh MTK-nın qanuni təmsilçisi X3 ilə İddiaçı1 arasında bağlanmış 19 fevral 2022-ci il tarixli 75 saylı yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşməsinə dair müqavilədən görünür ki, Cavabdeh MTK İddiaçı1 ilə qarşılıqlı razılıq əsasında ünvan 2 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 49,8 m2, çıxarış üzrə faktiki olaraq 65 m2 olan qeyri-yaşayış sahəsinin söküntüsünü və əvəzində Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək F blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki 6,8 metr Abbas Səhhət küçəsinə baxan və həyətə baxan, ümumi sahəsi çöl divar daxil 146,19 m2, h=4,2 m olan qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verilməsini və tikinti başa çatdırılıb təhvil verilənədək hər ay 1.000 manat kirayə pulunu verməyi öhdəsinə götürmüşdür. Tərəflər bəyan etmişlər ki, razılaşmada qeyd edilmiş 146,19 m2 qeyri-yaşayış sahəsi və hər ay 1.000 manat kirayə haqqı verilməsi ilə bağlı hər hansı bir mübahisə yoxdur və gələcəkdə hər hansı bir mübahisə etməyəcəklər. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsini söküntü üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş 146,19 m2 qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. - Cavabdeh MTK-nın qanuni təmsilçisi X3 ilə İddiaçı2 arasında 51 saylı notariat ofisində təsdiq edilmiş 19 fevral 2022-ci il tarixli 77 saylı yaşayış kompleksində qeyriyaşayış sahəsinin əvəzləşməsinə dair müqaviləsindən görünür ki, qarşılıqlı razılıq əsasında ünvan 2 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus çıxarış üzrə 85,7 kv.m, faktiki olaraq 100 m2 olan qeyri-yaşayış sahəsinin söküntüsünü və əvəzində Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək F blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini Xan Şuşinski küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində 12,85 m, Xan Şuşinski küçəsinə baxan hissə 13.80 m, Abbas Səhhət küçəsinə baxan hissədə h=4,2 m olan çöl divar daxil ümumi sahəsi 131,7 m2 olan qeyriyaşayış sahəsini mülkiyyətçiyə verilməsini və tikinti başa çatdırılıb təhvil verilənədək hər ay 500 AZN kirayə pulunu verməyi öhdəsinə götürmüşdür. Tərəflər bəyan etmişlər ki, razılaşmada qeyd edilmiş 131,7 m2 qeyri-yaşayış sahəsi və hər ay 500 manat kirayə haqqı verilməsi ilə bağlı hər hansı bir mübahisə yoxdur və gələcəkdə hər hansı bir mübahisə etməyəcəklər. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsini söküntü üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş 131,7 m2 qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndində və yarımbəndlərində mülkiyyətçinin hüquq və vəzifələri, 4.2-ci bəndində və yarımbəndlərində MTK-nın hüquq və vəzifələri təsbit olunmuşdur. - Müqavilələrin 4.1-ci bəndində və yarımbəndlərində mülkiyyətçinin hüquq və vəzifələri, 4.2-ci bəndində və yarımbəndlərində MTK-nın hüquq və vəzifələri təsbit olunmuşdur. - Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 şirkətlə bağlanmış 19 fevral 2022-ci il tarixli 75 saylı müqavilə (İddiaçı1), 19 fevral 2022-ci il tarixli 76 saylı müqavilə (X4), 19 fevral 2022-ci il tarixli 77 saylı müqavilə (İddiaçı2) üzrə onlara verilmiş F bloku, 1-ci mərtəbə, 395 m2 olan qeyri-yaşayış sahəsinə MTK tərəfindən ödənilən aylıq 2.000 manat kirayə haqqının ödənişinin 15 fevral 2024-cü il tarixindən etibarən dayandırılacağı bildirilmişdir. İş materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən 49,8 m2, çıxarış üzrə, faktiki olaraq 65 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı1 mülkiyyətində olmuş və onun söküntüsünü və əvəzində Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək F blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki 6,8 metr Abbas Səhhət küçəsinə baxan və həyətə baxan, ümumi sahəsi çöl divar daxil 146,19 m2, h=4,2 m olan qeyriyaşayış sahəsini mülkiyyətçiyə verilməsini və tikinti başa çatdırılıb təhvil verilənədək hər ay 1.000 manat kirayə pulunu verilməsi müqabilində Cavabdeh MTK və İddiaçı1 arasında 19 fevral 2022-ci il tarixli 75 saylı yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşməsinə dair müqavilə bağlanmışdır. Həmçinin, iş materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən, çıxarış üzrə 85,7 kv.m, faktiki olaraq 100 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı2 məxsus olmuş və onun söküntüsü əvəzində isə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək F blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini Xan Şuşinski küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində 12,85 m, Xan Şuşinski küçəsinə baxan hissə 13.80 m, Abbas Səhhət küçəsinə baxan hissədə h=4,2 m olan çöl divar daxil ümumi sahəsi 131,7 m2 olan qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini və tikinti başa çatdırılıb təhvil verilənədək hər ay 500 AZN kirayə pulunu verilməsi müqabilində Cavabdeh MTK ilə mülkiyyətçi arasında 51 saylı notariat ofisində təsdiq edilmiş 19 fevral 2022-ci il tarixli 77 saylı yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşməsinə dair müqavilə bağlanmışdır. Beləliklə də göründüyü kimi, tərəflər qeyd edilən müqavilələr üzrə qarşılıqlı öhdəliklər götürmüşlər. Müəyyən edilmişdir ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirərək mülkiyyətlərində olan sahəni cavabdehə təhvil vermişlər. Cavabdeh MTK isə iddiaçılara şirkətlə bağlanmış 19 fevral 2022-ci il tarixli 75 saylı və 77 saylı müqavilələrə əsasən onlara verilmiş F bloku, 1-ci mərtəbə, 395 m2 olan qeyri-yaşayış sahəsinə MTK tərəfindən ödənilən aylıq 2.000 manat kirayə haqqının ödənişi həyata keçirsə də xx.xx.2024-cü il tarixli məktubu ilə 15 fevral 2024-cü il tarixindən etibarən dayandırılacağı bildirilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəf müqavilə üzrə buna səbəb kimi öhdəliklərini yerinə yetirərək iddiaçılara qeyri-yaşayış sahələrini təhvil verməyə hazır olduqlarını göstərmişlər. İddiaçı tərəf təqdim edilən qeyri-yaşayış sahələrini müqavilədə nəzərdə tutulmuş qaydada istifadəyə tam hazır olmadığını əsas gətirərək götürməkdən imtina etmişlər, eləcə də bu əsasla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirilmiş və binada yaşayış və qeyri-yaşayış sahələri inşa edilmişdir. Ümumilikdə binada təmir işlərinin aparılması müşahidə edilir və müəyyən edilir ki, bina istismara və təyinatı üzrə istifadəyə təhvil verilməmişdir. İddiaçılara verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri tam hazır vəziyyətdə olmamaqla ora giriş üçün pilləkənlərın olmaması, işıq və su xəttlərinin çəkilməməsi, bir sözlə, tam təhvil verilməsi üçün hazır olmaması müşahidə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 761.1, 761.2-ci maddələrinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmçinin mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçı tərəfin də öhdəliyin icrası ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Toplanmış və tədqiq olunmuş sübutları məcmusu ilə müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh MTK arasında, eləcə də, İddiaçı2 ilə Cavabdeh MTK arasında yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşməsinə dair müqavilələr bağlanmış, tərəflər öz üzərlərinə müqavilədə təsbit olunmuş öhdəlik və vəzifələr götürmüşlər. Lakin Cavabdeh MTK üzərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməmiş, müqavilələrdə qeyd olunan formada qeyri-yaşayış sahələrini İddiaçı1 və İddiaçı2 təhvil verməmiş, eləcə də, onlara hər ay ödənilməli olan pul vəsaitinin ödənişini iddiaçı tərəfin izahatlarına əsasən 19 mart 2024-cü il tarixdən dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən bağlanmış müqavilələrin 4.2.1-4.2.8-ci bəndləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda iddiaçılara hər ay ödənilməli olan pul vəsaitinin ödənişini əsassız olaraq 19 mart 2024-cü il tarixdən dayandırmış, bununla da sonuncuların hüquqlarını pozmuşlar. Mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbindən göründüyü kimi, cavabdeh tərəf iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşısında götürdüyü öhdəlikləri icra etməlidir. Bu baxımdan, eləcə də toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri xx.xx.2022-ci il tarixli əvəzləşmə müqaviləsi üzrə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsindəki 6,8 metr Abbas Səhhət küçəsinə baxan və həyətə baxan ümumi sahəsi çöl divar daxil 146,19 m2 h=4.2 metr olan qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilməsi; xx.xx.2022-ci il tarixli 75 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və tikinti başa çatanadək və qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək hər ay ödənilməli olan 1.000 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi Xan Şuşinski küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində 12,85 m. Xan Şuşinski küçəsinə baxan hissə, 13,8 metr Abbas Səhhət küçəsinə baxan hissədə h=4.2 m olan çöl divar daxil ümumi sahəsi 131,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı2 təhvil verilməsi; xx.xx.2022-ci il tarixli 77 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və tikinti başa çatanadək və qeyd edilən qeyriyaşayış sahəsi İddiaçı2 təhvil verilənədək hər ay ödənilməli olan 500 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi hissələrində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdeh tərəfin qanunsuz hərərkətəri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli; xx.xx.2022-ci il tarixli 75 saylı əvəzləşmə müqaviləsi üzrə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsindəki 6,8 metr Abbas Səhhət küçəsinə baxan və həyətə baxan ümumi sahəsi çöl divar daxil 146,19 m2 h=4.2 metr olan qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilməli; xx.xx.2022-ci il tarixli 75 saylı əvəzləşmə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək hər ay ödənilməli olan 1.000 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməli;. xx.xx.2022-ci il tarixli 77 saylı əvəzləşmə müqaviləsi üzrə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi Xan Şuşinski küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində 12,85 m. Xan Şuşinski küçəsinə baxan hissə, 13,8 metr Abbas Səhhət küçəsinə baxan hissədə h=4.2 m olan çöl divar daxil ümumi sahəsi 131,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı2 təhvil verilməli; xx.xx.2022-ci il tarixli 77 saylı əvəzləşmə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və tikinti başa çatanadək və qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı2 təhvil verilənədək hər ay ödənilməli olan 500 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməli; iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu 120 manat Cavabdeh MTK-dan iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 75 saylı əvəzləşmə müqaviləsi üzrə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsindəki 6,8 metr Abbas Səhhət küçəsinə baxan və həyətə baxan ümumi sahəsi çöl divar daxil 146,19 m2 h=4.2 metr olan qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilsin. xx.xx.2022-ci il tarixli 75 saylı əvəzləşmə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək hər ay ödənilməli olan 1.000 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilsin. xx.xx.2022-ci il tarixli 77 saylı əvəzləşmə müqaviləsi üzrə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi Xan Şuşinski küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində 12,85 m. Xan Şuşinski küçəsinə baxan hissə, 13,8 metr Abbas Səhhət küçəsinə baxan hissədə h=4.2 m olan çöl divar daxil ümumi sahəsi 131,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı2 təhvil verilsin. xx.xx.2022-ci il tarixli 77 saylı əvəzləşmə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və tikinti başa çatanadək və qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı2 təhvil verilənədək hər ay ödənilməli olan 500 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu olan 120 manat pul Cavabdeh MTK-dan iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-760/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-760/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver