Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-810/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Bətiyar oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmək münasibətlərinə xitam verilməsinin dəyişdirilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14.04.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmək münasibətlərinə xitam verilməsinin dəyişdirilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanılmış 20 aprel 2021-ci il tarixli, 1CH21 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi, istifadə edilməmiş məzuniyyət pulunun, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbinə dair qətnamə çıxarılmasını; cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bətiyar oğlu məhkəməyə 14.04.2022-ci il tarixli iclas zamanı ərizə təqdim edərək, tərəflərin barışıqla bağlı razılığa gəldiklərini bildirmiş, barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişdir: 1) Cavabdeh iddiaçı ilə arasında bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı 20 aprel 2021-ci il tarixli 1CH21 nömrəli əmri ləğv edilsin. 2) İddiaçı iddiasının istifadə edilməmiş məzuniyyət pulundan, məcburi iş buraxmaya görə əmək haqqından imtina edir. 3) Eyni zamanda, İddiaçı işə bərpa olduqdan sonra 1 (bir) gün sonra işdən azad olunması barədə ərizə təqdim edəcək. Cavabdeh yuxarıda göstərilən şərtlərlə razılaşaraq ərizəni imzalamaqla barışıq sazişini bağlamışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmək münasibətlərinə xitam verilməsinin dəyişdirilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: 4) Cavabdeh iddiaçı ilə arasında bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı 20 aprel 2021-ci il tarixli 1CH21 nömrəli əmri ləğv edilsin. 5) İddiaçı iddiasının istifadə edilməmiş məzuniyyət pulundan, məcburi iş buraxmaya görə əmək haqqından imtina edir. 6) Eyni zamanda, İddiaçı işə bərpa olduqdan sonra 1 (bir) gün sonra işdən azad olunması barədə ərizə təqdim edəcək. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-810/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-810/2022
14.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver