Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-844/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ilk iddia üzrə İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə, ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1, ilk iddia üzrə Cavabdeh3 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsızlığı, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız sayılması" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iş üzrə maraqlı şəxs Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olmaqla, Cavabdeh2nə qarşı “sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, həmin tarixli 75 saylı maliyyə arayışı, həmin tarixli 75 saylı protokoldan 645725 saylı çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində, tikilməkdə olan binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilin İddiaçı sahibliyi və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması və mənzilin üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının Cavabdeh2nə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 29 may 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Hüseynov X16 payçı qəbul olunmuş və Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində, tikilməkdə olan binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzil 47.400 manat ödənilməklə İddiaçı satılmışdır. Bağlanmış müqavilənin 1-ci bəndində göstərilir ki, Kooperativ, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 34 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürür. Göstərilən müqavilə iştirakçılar, Cavabdeh2 MTK-nın sədri tərəfindən imzalanmış, o cümlədən MTK-nın möhürü ilə möhürlənmişdir. Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində, tikilməkdə olan binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilin dəyəri olan 47.400 manatdan xx.xx.2007-ci il tarixdə AİT 051701 saylı qəbzlə 14.349 manat, xx.xx.2007-ci il tarixli AİT 051706 saylı qəbzlə 33.051 manat tam olaraq ödənilmişdir. Həmin müqavilənin 2-ci bəndində göstərilir ki, mənzil 2 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 79 kv.m, yaşayış sahəsi 52 kv.mdir, mənzil son variantda daxili santexnika avadanlığı və daxili tamamlama işləri görülmədən payçının özünə verilir. İddiaçı tərəfindən Cavabdeh2 MTK ilə bağlanmış müqavilə və müvafiq sənədlər itirildiyindən bu barədə dəfələrlə Kooperativin rəhbərliyinə müraciət olunsa da, müqavilənin surəti ona təqdim olunmamış, bildirilmişdir ki, sənədlər Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olduğundan, qaytarıldıqdan sonra baxılacaq, müqavilə varsa surəti veriləcək və müqaviləyə əsasən mənzillə təmin olunacaq. Lakin heç bir nəticəsi olmamışdır. Təxminən bir ay əvvəl bağ evindən Cavabdeh2 MTK ilə bağlanmış müqavilə tapılmış, araşdırılarkən aydın olmuşdur ki, ona satılmış olan mənzil xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən təkrarən Cavabdeh1 adlı başqa şəxsə satılmış, mənzil ona təhvil verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən mənzilə dair ********** sayla qeydiyyatdan keçməklə çıxarış verilmişdir. Müqavilələrdə mənzilin ölçüləri fərqli göstərilsə də, həmin binada olan 34 saylı mənzilin iki şəxsə satılması ilə bağlı Cavabdeh2 MTKnın rəhbərliyinə şifahi olaraq dəfələrlə bildirilməsinə baxmayaraq heç bir tədbir görülməmiş, müxtəlif bəhanələr gətirilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Cavabdeh2nə məktub yazılmaqla, mənzilimin ona təhvil verilməsi tələb olunsa da, onlar tərəfindən heç bir hərəkət olunmamış və İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 cavabdehlər olmaqla, Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, həmin tarixli 75 saylı maliyyə arayışı, həmin tarixli 75 saylı protokoldan 645725 saylı çıxarışın etibarsız hesab olunması, onun (iddiaçının) Bakı şəhəri, Nəsimi rayonu, B. Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə, xx.xx.2008-ci il tarixli maliyə arayışı, Cavabdeh2 ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh1 ilə bağlanmış 03 dekabr 2020-ci il tarixli müqavilə, həmin tarixli 75 saylı maliyə arayışı, həmin tarixli 75 saylı protokoldan 645725 saylı çıxarışın etibarsız hesab olunması və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı "müqavilənin etibarsız sayılması" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanan Bakı şəhəri, Nəsimi rayonu, B. Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada 34 saylı mənzilə dair 29 may 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 34 saylı mənzil Cavabdeh1 atası Cavabdeh3 tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən alınmışdır və məkəməyə təqdim edilən maliyyə arayışı da mənzilə görə bütün ödəmələrin edildiyini sübuta yetirir. Bundan sonra, sözügedən mənzil üzərində Cavabdeh1 hüquqları dövlət qeydiyyatına alınmış və buna dair çıxarış verilmişdir. Həmçinin, onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ilkin iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi etibarsız müqavilənin tarixi xx.xx.2007-ci ildir, bu isə o deməkdir ki, hatta müqavilə həqiqi olsaydı belə o, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanan müqavilədən sonrakı tarixdə bağlanılmışdır. İddiaçı ilə Cavabdeh2 MTK arasında “bağlanan” müqavilənin etibarsız olmasını və Cavabdeh1 qarşı olan tələbin əsassız olmasını isə məhkəmə araşdırması zamanı təqdim edilən digər faktlar da sübuta yetirir. Belə ki, İddiaçı iddia edir ki, 29 may 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində, tikilməkdə olan binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzil 47.400 manat ödənilməklə İddiaçı satılmışdır. Lakin, Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binada, ümumiyyətlə 79 kv.m sahəsi olan bir mənzil mövcud deyildir. Cavabdeh1 məxsus mənzilin ölçüsü xx.xx.2007-ci il tarixli müqaviləyə uyğun olaraq 87,40 kv.m təşkil edir. Bu fakt öz əksini həm tərəflərindən məhkəməyə təqdim edilmiş mənzillərin mərtəbəli planını özündə əks etdirən bukletdə, həm də məhkəmə araşdırması zamanı təqdim edilən digər sakinlər ilə bağlanılmış müqavilələrdə öz əksini tapmışdır. Həmçinin mülki işə əlavə edilmiş ilkin iddia üzrə iddiaçının arvadı X13 ilə bağlanılmış xx.xx.2005-ci il tarixli müqavilədə alınan mənzillərin mərtəbəli planını özündə əks etdirən bukletə uyğun olaraq sahəsi 192 kv.m olan 4 otaq kimi göstərilmişdir. Bundan başqa məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində bəlli olmuşdur ki, ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş müqavilə müəssisənin direktoru Təranə Məhərrəmova tərəfindən imzalanmamışdır. Bu isə o deməkdir ki, müqavilədə olan imza saxtalaşdırılmışdır. Digər tərəfdən, ilkin iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi ödəmə qəbzləri ilə bağlı (xx.xx.2007-ci il tarixli AİT 051701 saylı qəbz və xx.xx.2007-ci il tarixli AİT 051706 saylı qəbz) isə məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, qeyd olunan kassa mədaxil qəbzlərinin üzərində qəbzin məhz 34 nömrəli mənzilə görə ödənilməsini təsdiq edən bir sübut yoxdur. Belə ki, məhkəməyə tərəflərindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli müqavilədən göründüyü kimi ilkin iddia üzrə iddiaçının arvadı X6 adına eyni kompleksdən sahəsi 192 kv.m olan 4 otaqlı mənzil alınmışdır və təqdim edilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışından həmin mənzil üzrə ödənişlərin 2005- 2012-ci il aralıqlarında ödənilməsi bəlli olur. Belə olan təqdirdə qəbzlər həmin mənzilə də aid ola bilər. Bundan başqa, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 öz ailəsi ilə birlikdə mübahisə predmeti olan 34 nömrəli mənzildə 2008-ci ildən yaşıyır. Ötən müddət ərizində ilkin iddia üzrə iddiaçı tərəfindən Cavabdeh1 və onun ailə üzvlərinə mənzilə dair hər hansı bir pretenziya bildirilməmiş və onlardan mənzilin boşaldılması tələb edilməmişdir. Belə ki, "xxxx" MMMC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi, ilkin iddia üzrə iddiaçı 2008-ci ildən bu günə qədər həmin binada yerləşən 31 saylı mənzildə yaşayır və ötən 16 il müddət ərzində bunu edə bilərdilər. Onu da qeyd edir ki, ötən 16 il ərzində ilkin iddia üzrə iddiaçı nəinki Cavabdeh1, heç Cavabdeh2 MTK-ya da bu məsələ ilə bağlı müraciət etməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı tərəfindən bununla bağlı indiyə qədər hər hansı bir orqana müraciət edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hesab edir ki, Cavabdeh2 MTK ilə iddiaçının atası Cavabdeh3 arasında bağlanmış 29 yanvar 2007-ci il tarixli kooperativ binada mənzilil alınması haqqında müqaviləyə əsasən kooperativ tərəfindən sözügedən mənzilin payçıya verilməsi, payçı tərəfindən isə mənzilin qəbul edilərək qabaqcadan müəyyənləşdirilmiş məbləği tam olaraq ödəməsi, sözügedən mənzil üzərində Cavabdeh1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarış verilməsi ona dəlalət edir ki, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən mübahisəli mənzillə bağlı mülkiyyət hüquqlarını əldə etmişdir. Beləliklə, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin Cavabdeh2 MTK-nin direktoru Təranə Məhərrəmova tərəfindən imzalanmaması, həmçinin mübahisə predmeti olan 34 saylı mənzilin Cavabdeh1 atası Cavabdeh3 tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən alınması və bu mənzilə dair bütün ödənişlərin edilməsi, o cümlədən qarşıqlıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ödəmə qəbzlərinin hansı mənzilə görə ödənilməsinə dair mötəbər sübutların olmaması və İddiaçı onunla Cavabdeh2 MTK arasında bağlandığını iddia etdiyi müqavilədə sözügedən mənzilin ümumi sahəsinin mövcud sahədən kifayət qədər fərqli qeyd edilməsi bir daha sübut edir ki, İddiaçıla Cavabdeh2 MTK arasında Bakı şəhəri, Nəsimi rayonu, B. Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada 34 saylı mənzilə dair bağlandığı iddia edilən 29 may 2007-ci il tarixli müqavilə etibarsız hesab olunmalı və onun bütün hüquqi nəticələri ləğv edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, o, uzun müddət bölgələrdə işləmişdir. Sözügedən binadan çox yaşamayıb. Qonşuları, yəni cavabdehlərlə heç bir problemi yoxdur. MTK onu aldadıb. MTK-da ona ev verən şəxs işdəki rəhbəri olmuşdur. O, evin onun adına sənədləşdirilməməsi barədə MTKya etiraz edərkən, MTK ona bildirmişdir ki, Azadlıq prospektində yeni bina tikilir və ona yeni binadan ev veriləcək. Hərbçi, Qarabağ müharibəsi veteranı onun 4%-li güzəştli şərtlərlə ipoteka ilə ev almaq hüququ olmuşdur. Bu hüquq ona yalnız 1 dəfə verilmişdir. Mübahisə predmeti olan evi də bu güzəşt hüququndan istifadə etməklə almışdır. Belə ki, əvvəlki evini pul qarşılığında ipoteka ilə yüklü edib, MTK-dakı evi almışdır. Onun tərəfindən MTK rəhbərliyinə dəfələrlə bildirilsə də, Elmira xanım hər dəfə onu sakitləşdirirək yola salmışdır. Elmira xanım vəfat etdikdən sonra isə o, müqaviləni tapmışdır. Həmin evi pulunu ödəmişdir, lakin bu günədək evə ona verilməyib. Son olaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh3 iddia tələbinə etiraz edərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı ilə əvvəllər özü, hazırda isə oğlu qonşudur. İddiaçı tərəfinədn heç bir vaxt ona həmin mənzillə bağlı hər hansı tələb irəli sürülməmişdir. İddiaçı ilə eyni blokda və eyni mərtəbədə yaşayırlar. Hətta bu illər ərzində həmin mənzil tərəfindən iki dəfə təmir edilmişdir. Mənzilin dəyərini mənzili əldə etdikdən təxminən bir neçə ay ərzində ödəyib tamamlamışdır, buna görə də ona maliyyə arayışı verilmişdir. İddiaçı bütün bunların şahidi olmuşdur. Bu illər ərzində iddiaçı heç bir tələb irəli sürməmişdir. Odur ki, iddianın tamamilə əsassız olmasını bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatında bildirmişdir ki, o,təxminən 2009-cu ildən atası ilə, hazırda isə öz ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Bu illər ərzində İddiaçı onların həmin evdə yaşamalarını, evi təmir etmələri görmüş, lakin heç bir tələb irəli sürməmişdir. Həmçinin qeyd etmişdir ki, ötən il İddiaçı ona yaxınlaşaraq bildirmişdir ki, öz yaşadığı, yəni 31 nömrəli mənzilə dair çıxarış almaq istəyir, lakin Reyestr xidmətində ona problem yaradırlar.Ondan xahiş etmişdir, öz mənzilinə dair çıxarışın surətini ona versin ki, o da Reyestr xidmətinə həmin çıxarışı göstərsin.O da İddiaçı bu xahişinə əsasən ona öz mənzilinə dair reyestr çıxarışının surətini vermişdir. Bunun nəticəsində isə İddiaçı ona qarşı əsassız iddia qaldırmışdır. Odur ki, ona qarşı iddianın rədd və qarşılıqlı iddiasını təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh3 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 bildirdi ki, iddiaçının tələbi tamamilə əsasızdır və sadalanan səbəblərdən də təmin edilməməlidir. İlk öncə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mübahisə predmeti olan 34 saylı mənzil Cavabdeh1 öncə onun atası Cavabdeh3 tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən alınmışdır və borcun tam ödənilməsinə dair maliyyə arayışı da mənzilə görə bütün ödəmələrin ödənilməsini sübuta yetirir. Daha sonra onu məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının məhkəməyə təqdim etdiyi etibarsız müqavilənin tarixi xx.xx.2007-ci ildir, bu isə o deməkdir ki, hətta müqavilə həqiqi olsaydı belə o, Cavabdeh3 məxsus müqavilədən sonrakı tarixdə bağlanılmışdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr işin məyyən edilmiş hallarına əsasən belə mübahisələri birinci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq ki, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün birinci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili ikinci şəxsə satacaqlar və sonra da “ikinci şəxs vicdanlı alıcıdır” deyib müqaviləyə istədikləri kimi xitam verəcəklər. Müqavilənin etibarsız olması və Cavabdeh1 qarşı olan tələbin əsassız olmasını isə məhkəmə araşdırması zamanı təqdim edilən digər faktlar da sübuta yetirir. Belə ki, Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binada ümumiyyətlə 79 kv.m sahəsi olan bir mənzil mövcud deyildir. Cavabdehlərə məxsus mənzilin ölçüsü xx.xx.2007-ci il tarixli müqaviləyə uyğun olaraq 87,40 kv.m təşkil edir. Bu fakt öz əksini həm tərəflərindən məhkəməyə təqdim edilmiş mənzillərin mərtəbəli planını özündə əks etdirən bukletdən, həm də məhkəmə araşdırması zamanı təqdim edilən digər sakinlər ilə bağlanılmış müqavilələrin surətlərində öz əksini tapmışdır. Həmçinin mülki işə əlavə edilmiş iddiaçının arvadı X13 ilə bağlanılmış xx.xx.2005-ci il tarixli müqavilədən alınan mənzilin mənzillərin mərtəbəli planını özündə əks etdirən bukletə uyğun olaraq sahəsi 192 kv.m olan 4 otaq kimi göstərilmişdir. Bundan başqa məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində bəlli olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə müəssisənin direktoru Təranə Məhərrəmova tərəfindən imzalanmamışdır. Bu isə o deməkdir ki, müqavilədə olan imza saxtalaşdırılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ödəmə qəbzləri ilə bağlı isə məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, qeyd olunan kassa mədaxil qəbzlərinin üzərində qəbzin məhz 34 nömrəli mənzilə görə ödənilməsini təsdiq edən bir sübut yoxdur. Belə ki, məhkəməyə tərəflərindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli müqavilədən göründüyü kimi iddiaçının arvadı X6 adına eyni kompleksdən sahəsi 192 kv.m olan 4 otaqlı mənzil alınmışdır və təqdim edilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışından həmin mənzil üzrə ödənişlərin 2005-2012-ci il aralıqlarında ödənilməsi bəlli olur. Belə olan təqdirdə qəbzlər həmin mənzilə də aid ola bilər. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 və Cavabdeh3 öz ailəsi ilə birlikdə mübahisə predmeti olan 34 nömrəli mənzildə 2008-ci ildən yaşıyır. Ötən müddət ərizində iddiaçı tərəfindən Cavabdeh1 və onun ailə üzvlərinə mənzilə dair hər hansı bir pretenziya bildirilməmiş və onlardan mənzilin boşaldılması tələb edilməmişdir. Belə ki, “Nəsimi-25 MMMC” tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi, iddiaçı 2008-ci ildən bu günə qədər həmin binada yerləşən 31 saylı mənzildə yaşayırlar və ötən 16 il müddət ərzində bunu edə bilərdilər. Onu da qeyd edək ki, ötən 16 il ərzində iddiaçı nəinki Cavabdeh1, heç Cavabdeh2 MTK-ya da bu məsələ ilə bağlı müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən bununla bağlı indiyə qədər hər hansı bir orqana müraciət edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 ilə bağlanmış 03 dekabr 2020-ci il tarixli müqavilənin etibrasız hesab edilməsini tələb etsə də, Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında belə bir müqavilə bağlanılmamışdır. İddiada qeyd edilən 75 saylı maliyyə arayışı, həmin tarixli 75 saylı protokoldan 645725 saylı çıxarış isə əqd hesab edilmədiyindən onların etibarsız hesab edilməsi mümkün deyildir. Cavabdeh1 adına olan çıxarışın etibarsız sayılması ilə bağlı iddiaçının tələbinə dair isə onu bildirmək istəyir ki, iddiaçı iddia ərizəsində həmin çıxarışın etibarsız saylımasını tələb etsə də çıxarış əqd deyil ona görə də etibarsız sayıla bilinməz. Çıxarış hər hansı bir əqdin və ya digər sənədin əsasında yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sənəddir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı qeyd olunan mübahisə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş iddia müddətini ötürmüşdür və bu səbəbdən də onun iddiası təmin edilməməlidir. İşin hallarından da göründüyü kimi iddiaçı iddia edir ki, Cavabdeh2 ilə 29 may 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Hüseynov X16 payçı qəbul olunmuş və Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində, tikilməkdə olan binanada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzil 47.400 manat ödənilməklə İddiaçı satılmışdır və o, həmin müqavilə üzrə öz öhdəliyini tam icra etmiş, mənzilin dəyərini tam şəkildə ödəmiş, lakin Cavabdeh2 MTK mənzili ona yox, başqa şəxsin sahibliyinə və istifadəsinə vermişdir, yəni Cavabdeh2 MTK İddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliyi icra etməmişdir. Belə olan halda yuxanda sadalanan maddi hüquq normalarının tələblərini bu məsələyə tətbiq edərək belə qənaətə gəlmək olar ki, iddiaçı daşınmaz əmlakla bağlı müqavilə üzrə cavabdehin öz öhdəliklərini icra etmədiyi andan etibarən 6 il ərzində (ümumi iddia müddətini tətbiq etsək, 10 il ərzində) iddia qaldırmalı idi. Lakin, indiki halda iddiaçı cavabdehin öz öhdəliklərini icra etmədiyi gündən (iddiaçının ehtimalına əsasən) 16 il sonra iddia qaldırmışdır, hansı ki bu hal onun iddia müddətini ötürdüyünü deməyə əsas verir. Digər tərəfdən, iddiaçının vəkili məhkəməyə təqdim etdiyi ərizədə AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə istinad edərək (mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu iddialara iddia müddəti şamil edilmir) bu iddiaya iddia müddətinin şamil edilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirirəm ki, göstərilən norma mülkiyyətçi və ya digər sahibin hüquqlarının pozulması ilə bağlıdır. Lakin, indiki halda iddiaçı sözügedən mənzilin nə mülkiyyətçisi, nə də sahibidir. Belə ki, AR Mülki Məcəlləsinin 178.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyat, (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İndiki halda, iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququ dövlət eydiyyatına alınmadığı üçün o mülkiyyətçi hesab edilmir. Həmçinin, AR Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İndiki halda, iddiaçı sözügedən mənzilin heç bir zaman sahibi olmamış, həmin mənzil 2007-ci ildən etibarən Cavabdeh1 və onun ailəsinin sahibliyində və istifadəsində, daha sonra mülkiyyətində olmuşdur. Digər tərəfdən, iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə sözügedən mənzilə sahiblik və istifadə hüququnun tanınmasını xahiş etməklə bir daha etiraf etmişdir ki, onun həmin mənzil üzərində heç bir sahiblik və istifadə hüququ yoxdur. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh3 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 vəsatəti əsasında dindirilmiş şahid X31 ifadəsində göstərmişdir ki, o, eyni binanın 10-cu mərtəbəsində, tərəflər isə 6-cı mərtəbəsində yaşayır. Özü təmir-tikinti işləri ilə məşğuldur. Təmir gedən vaxtlarda Aydının oğlu ondan məsləhət almışdır. Burdan da bilmişdir ki, ev ona məxsusdur. Çünki, orada təmir işlərini o, aparıb. Sonra ikinci dəfə evi təmir etdirəndə Aydın onda demişdir ki, evi oğluna görə təmir etdirir. Çünki, oğlu yaxın vaxtlarda evlənəcəkdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh3 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 vəsatəti əsasında dindirilmiş şahid X14 ifadəsində göstərmişdir ki, o, eyni binanın 11-ci mərtəbəsində yaşayır. Aydının oğlunun xeyir işində iştirak edib. Azayı da tanıyır. Özü yalnız şənbə-bazar günləri evdə olur. Elə həmi günlərdə onu görür. Bu mübahisədən 5-6 ay əvvəl xəbəri olmuşdur. 11 ildir ki, o, həmin binada yaşayır. Həmişə də ev sahibi kimi Aydını bilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə Cavabdeh2 MTK-nın iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh2 MTK və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ MTK ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 79 kv.m. olan 34 saylı mənzilə payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 47.400 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK-ya məxsus xx.xx.2007-ci il tarixli, 051701 nömrəli kassa mədaxil orderindən görünür ki, Hüseynov X16 14.349 manat pay haqqı ödəmişdir. Cavabdeh2 MTK-ya məxsus xx.xx.2007-ci il tarixli, 051706 nömrəli kassa mədaxil orderindən görünür ki, Hüseynov X16 33.050 manat pay haqqı ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 34 nömrəli (yeni qaydalarla – AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 169, M6, m6) mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 75 nömrəli maliyyə arayışının surətindən görünür ki, “Şimşək “MTK-ya məxsus yaşayış binasının 6-cı mərtəbəsinin 34 saylı mənzilinə görə Cavabdeh1 MTK-ya heç bir borcu yoxdur. xx.xx.2020-ci il tarixli, 545725 nömrəli, Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 75 nömrəli protokolundan çıxarışından görünür ki, Cavabdeh1 kooperativə üzv qəbul olunmaqla, MTK-nın ünvan 4 ünvanında yerləşən kooperativin 9B saylı binasının 6-cı mərtəbəsinin 34 saylı mənzilin payçısı hesab olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh2 MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Şimşək MTK-dan müqavilə öhdəliklərinin yerinə yetirilərək Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilərək, ona məxsus mənzilin ona qaytarılması və ya eyni ölçüdə olan başqa mənzillə təmin edilməsini tələb etmişdir. Cavabdeh2 MTK xx.xx.2023-cü il tarixdə iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksi kooperativ əsaslarla payçıların yatırımları hesabına Cavabdeh2 MTK tərəfindən tikilmişdir. İddiaçı hələ bilmir ki, yaxud özü bilərəkdən belə ifadə etmişdir ki, guya bina “tikilməkdə”dir. Bu da, onunla bağlıdır ki, iddiaçı belə bir görünüş yaratsın ki, guya bina yenicə tikilir, guya təzə-təzə yaşayış başlayıb, guya mənzil ona yenicə təhvil verilməmişdir, guya ki, yenicə müraciət edib tələb irəli sürmüşdür. Yəni, mübahisəyə yeni bir görünüş vermək istəyir ki, iddia müddətlərindən yayına bilsin. Halbuki, bina artıq 2005-2007-ci illərdə tikilərək tamamlanmış, 2007-2008-ci illərdən başlayaraq sakinlər mənzillərini təmir edərək köçüb yaşamağa başlamışlar. Fevral 2019-cu ildə isə möhtərəm Prezidentin məlum fərmanından sonra asanlaşdırılmış qaydada istismara qəbul edilən tikililərdən biridir. Necə olmuşdur ki, 2007-ci ildən MTK ilə müqaviləsi olmasını iddia edən tərəf indiyə kimi - 14-15 il ərzində hər hansı orqana mənzilin təhvil verilməməsi ilə bağlı şikayət, sair formada müraciətlər etməmiş, məhkəmədə iddia/tələb irəli sürməmişdir? Necə olub ki, 2007-2008-ci illərdən yaşayış olan binadakı mübahisəli “mənzili”nə iddiaçı indiyə kimi köçüb yaşamamış, ən azından buradakı yaşayışdan xəbərsiz olmuşdur? Bildirirlər ki, mübahisəli həmin mənzilin sahibi 2007-ci ildən payçı və kooperativ üzvü Cavabdeh3 olmuşdur. Cavabdeh3 payını tam ödəmiş, mənzilini də təhvil alaraq sahiblik və istifadəsinə keçirmişdir. Mənzili aldıqdan sonra dərhal da təmirə başlamış, elə 2007-ci il tarixində də təmiri bitirmişdir. Hətta, Cavabdeh3 məlumatına görə (bunu,yəqin ki, məhkəmədə nümayəndəsi də bildirəcəkdir), mənzil təmir edib bitirdikdən sonra həmin bu iddiaçı - İddiaçı ona yaxınlaşaraq bildirib ki, "mən özüm də qonşuluqda yaşayıram,oğluma kirayə mənzil axtarıram, əgər kirayə verəcəksənsə, mənzilə əşya yığma, buranı mənə 300 manata kirayəyə ver.". Bu söhbət Cavabdeh3 xoşuna gəlməyib, o səbəbdən, mənzili ona kirayə də vermək istəməyib. 2007- 2019-cu il tarixlərində - 2-3 il ərzində başqa bir şəxs həmin mənzildə Cavabdeh3 kirayəçisi kimi yaşayıb. 2010-cu ildən həmin mənzildə Cavabdeh3 ailəsi ilə, eləcə də oğlu Cavabdeh1 də daxil olmaqla, birlikdə yaşamağa başlayıb. xx.xx.2021-ci ildə mənzili oğlu, hazırki işdə adı keçən oğluna - Cavabdeh1 bağışlamış, payını ona vermişdir. Bununla bağlı mənzildən və mənzilə olan hüquqlarından notariat təsdiqli ərizə ilə imtina etmiş, mənzil oğlu Cavabdeh1 adına əvvəlcə MTK-da sənədləşdirilmiş, daha sonra aidiyyəti orqanda rəsmiləşdirilmişdir. Mənzil qeydiyyatdan keçmiş və DƏDRX tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir. Hesab edirlər ki, iddiaçının sənədləri saxtadır, hansı şəraitdə, kim tərəfindən tərtib olunması və ya tərtib etdirməsi onlara məlum deyildir. Ola bilər ki, o, nə vaxtsa MTK-dan bu mənzili alıb, amma daha sonra başqa bir mənzilə - 31 saylı mənzilə dəyişib, sənədlər isə onda qalıb, amma fakt-faktlığındadır ki, həmin mənzilin 2007-ci ildən qanuni sahibi var, bunu iddiaçı da həmin vaxtdan bilirdi və indi də bilir. İddiaçının nəyə görə 16 il ərzində bu cür iddia qaldırmaması, tələb irəli sürməməsi, nəyə görə 16 ildən sonra bu sənədlərlə iddia qaldırması müəmmalıdır. Çünki, iddiaçı özü də həmin yaşayış binasında, eyni blokda, eyni mərtəbədəki 31-ci mənzildə ailəsi ilə birlikdə yaşayır. 31 saylı mənzil onun həyat yoldaşının - X6 adınadır. Həmin mənzillə bağlı onların 2005-ci il tarixli müqavilə və protokoldan çıxarış sənədləri vardır, maliyyə arayışını isə 2012-ci ildə almışlar. 2000-ci illərin sonlarından (təxminən 2008-ci ildən) da 31 saylı mənzildə yaşayırlar. Bu halda, iddiaçı necə olub ki, eyni mərtəbədə yaşadığı mənzilə qonşu olan iddia etdiyi 34 nömrəli “mənzilin” 'başqasının mülkiyyətində və sahibliyində olmasından xəbərsiz olub? Axı burada aylarla təmir gedib, buna özü də şahid olub. Burada illərlə kənar şəxslər, eləcə də 13 ildir ki, 34 saylı mənzildə mübahisəsiz qaydada yaşayırlar, neçə illərdir ki, mənzil onların faktiki sahibliyində və istifadəsində, 3 ilə yaxındır ki, mülkiyyətlərindədir. Necə olub ki, iddiaçı, həmin binada, qarşı mənzildə yaşaya-yaşaya bütün bunlardan xəbərsiz olub? Burada, nə isə, bir hiylə və yalan vardır. İddiaçının məhkəməyə mübahisəli mənzilə dair onun adına verilmiş maliyyə arayışını təqdim etməməsi, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilədə mənzilin ünvanının “A.Əliyev” küçəsi kimi deyil, (küçənin həqiqi adı A.Əliyevdir) “M.Əliyev” küçəsi kimi göstərilməsi də həmin müqavilənin həqiqiliyini şübhə altına alır. İddiaçı ərizəsində göstərilir ki, mənzilin ümumi sahəsi 79 kv.m.-dir. Halbuki mübahisəli mənzilin müqavilədə əks olunan ümumi sahəsi 87,4kv.m.-dir. Göründüyü kimi, iddiaçı, heç mənzilin ölçüsünü belə düzgün bilmir. Həmin binada, ümumiyyətlə 79kv.m. ölçüdə mənzil yoxdur. Layihədə də bu ölçülü mənzil yoxdur. Ola da bilər ki, iddiaçının təqdim etdiyi sənədlər başqa bir mənzillə bağlı tərtib olunub, yaxud da, ola bilər ki, burada bir saxtakarlıq edilmişdir, bu üzdən, həmin sənədlərin əsllərini məhkəməyə gətirmək lazımdır. Hər bir halda onlar məsələnin məhkəmədə aydınlaşdırılmasının və həllinin tərəfdarıdırlar. 34 saylı mənzilin sahibi və mülkiyyətçisi var, hüququ tanınıb və rəsmi olaraq qeydiyyata alınıb. Onun mənzili ilə bağlı reyestr qeydiyyatının və məlumatının prezumpsiyası vardır və qüvvədədir. Onu da qeyd edirlər ki, iddiaçı bina kompleksinin narahat sakinlərindən biridir, 2000-ci illərin sonlarından 4 otaqlı 31 saylı mənzildə yaşamasına baxmayaraq indiyə kimi xidmət haqlarını ödəmir. Məlumdur ki, 2019-cu ildən MTK fəaliyyətini dayandırıb, burada "xxxx" MMMC yaradılıb. Hal-hazırda idarəçiliyi "xxxx" MMMC həyat keçirir. İddiaçı "xxxx" MMMC-yə olan borcunu da ödəmir. Haradasa, ümumi 5-6 min manat borcu yığılıb qalıb. Həmişə MTK rəhbərliyi ilə bu üzdən konfliktdə olub. Hazırki MMMC rəhbərliyi ilə də bu səbəbdən konfliktdədir. 2019-cu ilə kimi qeyd edirdi ki, bina istismara qəbul edildikdən sonra xidmət haqlarını ödəyəcəkdir. Bunu təsdiq edən səsli “whatsapp” mesajları da vadır. Lakin bina istismara qəbul edilsə də, yenə də xidmət haqlarını ödəmir. Xidmət müqaviləsi bağlamaqdan da imtina edir. Məqsədi də odur ki, bunu bəhanə edib ödənişləri etməsin,desin ki, müqaviləsi yoxdur. Bundan əlavə, şəhərsalma qaydalarını pozaraq qarajını obyektə birləşdirib, binada qanunsuz söküntütikinti işləri aparıb, bu səbəbdən də MMMC rəhbərliyi ilə konfliktdədir. Hesab edirlər ki, iddiaçının bu cür iddia ilə çıxış etməsi, xidmət haqlarını ödəməmək istəyi ilə bağlıdır. O, bu cür yollarla MTK və MMMC rəhbərliyinə təzyiqlər göstərib xidmət haqqının ödənişindən yayınmaq istəyir. Eləcə də, 34 saylı mənzilin sahibi ilə köhnədən araları yoxdur. Bu yolla onlardan da intiqamını almaq istəyir, çünki, o zaman mənzil ona deyil, başqa bir şəxsə kirayəyə verilib. Beləliklə,yuxarıda göstərilənlərdən görünür ki, iddiaçının tələbi əsassızdır və qüvvədə olan qanunvericiliklə əsaslandırılmamışdır. Qüvvədə olan qanunvericilik kooperativlərdə yatırılmış payın və alınmış pay hissəsinin, eləcə də malın təhvil-təslimlə qəbul edilməsinin qaydalarını və sahiblik hüququnun gerçəkləşməsi imkan və qaydalarını müəyyən etmişdir. İddiaçı, əgər sənədləri hüquqi idisə, bu imkanlarından indiyə kimi nəyə görə istifadə etməməsini, mənzilə nəyə görə sahiblənməməsini, hüququ pozulmuşdursa, nəyə görə 15-16 il ərzində hüququnun bərpası ilə bağlı tədbirlər görməməsini əsaslandırmamışdır. Bütün bunlar və yazılı etirazda gətirdiyi digər dəlillər təsdiq edir ki, 34 saylı mənzillə bağlı mübahisənin və iddia tələbinin əsası yoxdur. Göstərilənləri əsas tutaraq, iddia ərizəsinin təmin edilməməsi və rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MTK-nın xx.xx.2008-ci il tarixli, 6 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 Şimşək MTK-ya məxsus A.Əliyev küçəsi – 1024-cü məhəllədə inşa olunmuş yaşayış binasında 34 saylı mənzilin payçısıdır. Payçı olduğu sahənin dəyəri tam ödənilmiş, borc qalığı yoxdur. Cavabdeh1 tərəfindən Cavabdeh2 MTK-ya ünvanlanmış notarial qaydada təsdiq edilmiş (8İ-653 reyestr nömrəli) **********653 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh2 MTK tərəfindən A.Əliyev küçəsi – 1024-cü məhəllədə inşa olunmuş yaşayış binasında 34 saylı mənzildən və mənzilə dair paydan imtina edərək, həmin mənzilə dair Cavabdeh2 MTK ilə bağladığı müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 MTK-nın nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşdirməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb iddia sürmüyəcək. Cavabdeh2 MTK və X13 arasında bağlanmış xx.xx.2005-ci il tarixli Cavabdeh2 MTKda mənzil alan payçılarla bağlanmış müqavilənin surətindən görünür ki, kooperqativ MTK ünvan 2 ünvanında yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 4 otaqlı, ümumi sahəsi 102.7 kv.m. olan 31 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 86.800 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul barədə xx.xx.2005-ci il tarixli 45 nömrəli iclas protokolundan çıxarışından görünür ki, X1 üzv qəbul olunmaqla, MTK-nın ünvan 4 ünvanında yerləşən kooperativin 9B saylı binasının 6-cı mərtəbəsinin 31 saylı mənzilin payçısı hesab olunması qərara alınmışdır. Cavabdeh2 MTK tərəfindən X8 təqdim edilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 MTK-ya məxsus yaşayış binasının 6-cı mərtəbəsinin 31 saylı mənzilinə görə X6 MTK-ya heç bir borcu yoxdur. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və bu səbəbdən rədd edilməlidir. İlk öncə onu qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsini tələb etmişdir. Bununla bağlı bildirmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsində müqavilənin ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddədə və Mülki Məcəllənin 4-cü fəslindən də göründüyü kimi müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi barədə təşəbbüs sürülməsi və ya məhkəməyə müraciət edilməsi yalnız müqavilənin tərəflərinə məxsusdur. İddiaçı cavabdeh və maraqlı şəxs arasında bağlanan müqavilələrdə tərəf olmadığı səbəbindən isə onun mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli müqavilənin mübahisələndirilməsinə subyektiv hüququ çatmır. Bundan başqa qeyd etmək istəyir ki, tərtib olunmuş iddia ərizəsi çox primitiv formada tərtib edilmişdir və hər hansı bir hüquqi normaya əsaslanmır. İddiaçının tələbində izah verilmir ki, niyə 2007-ci il tarixli müqavilə ilə bağlı MTK-nın üzərinə düşən öhdəliklərin icrasını 16 il sonra tələb edir, təqdim edilən qəbzlərdə ödənişin məhz mübahisə predmeti olan mənzilə aid olmasına dair bir sübut təqdim edilmir, iddiaçı 2007-ci ildən ona məxsus olan əmlakda niyə digər şəxslərin 16 il ərzində təmir edib yaşamasının da səbəblərini izah etmir. Buna görə hesab edir ki, həm iddia ərizəsində göstərilən məlumatların natamamlığından həm də sübutların azlığından bu cür iddia özündə həqiqəti əks etdirməyən məlumatları daşıyır. Qeyd etmək istəyir ki, məhz iddianı verən şəxs iddiasının əsaslı olmağını ilk öncə sübuta yetirməlidir. İddiaçının müqavilə və çıxarışın ləğvi məsələsinin qoyması isə etibarsızlıqla bağlı kəsici iddia müddətinin keçirilməsi ilə bağlıdır. Nəsimi-25 MMMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən İddiaçı arvadı X6 adına Cavabdeh2 MTK tərəfindən inşa edilmiş yaşayış binasında 31 saylı mənzil almışdır və həmin mənzilə dair ödənişlər tam olaraq bitdikdən sonra xx.xx.2012-ci il tarixdə ona borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı 2008-ci ildən, Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, A.Əliyev küçəsində inşa edilmiş çoxmərtəbəli binada öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı tərəfindən Cavabdeh2 MTK-ya və Nəsimi-25 MMMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, o - İddiaçı Cavabdeh2 MTK-ya məxsus yaşayış binasında ona və ailə üzvlərinə məxsus olan əmlakların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün həmin yaşayış binasında yaradılmış "xxxx" MMMC-nin (VÖEN **********) sədri X10 tərəfindən ondan 2550 manat pul alınmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli qəbzlərə əsasən, onlara qeyri qanuni olaraq 1500 və 1050 manat məbləğində pul ödənilmişdir. Lakin, tərəflərindən götürülən öhdəliklər yerinə yetirilməmiş, ona və ailə üzvlərinə məxsus əmlaklara çıxarış verilməsi üçün lazım olan sənədlərin verilməsində problemlər yaradılmışdır. Bu səbəbdən göstərilən məbləğ 10 (on) iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə, həmin məbləğin alınması ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən məhkəməyə müraciət olunacağı və məhkəməyə müraciət edilməsi ilə əlaqədar çəkiləcək məhkəmə xərcləri (dövlət rüsumu, Mediasiya xidməti, hüquqi yardıma görə xidmət haqqı), görə qanunla nəzərdə tutulmuş qaydada onlardan tələb ediləcəyi barədə cavabdehləri xəbərdar etmişdir. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən, İddiaçı ünvan 6 ünvanında yerləşən 24 nömrəli mənzili i-093 nömrəli xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsində istifadədə olan 0,1282 ha torpaq sahəsində yerləşən ev 9A nömrəli, 9 mərtəbəli binada, 72,75 kv.m ümumi, 50,25 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 385 nömrəli reyestr kitabının 35900 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi:xx.xx.2007) İİ-ЖГ seriyalı, 312440 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 arasında xx.xx.1980-cı il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. X13 tərəfindən ünvan 7 ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, İddiaçı məxsus olan akı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsində yerləşən 24 nömrəli mənzilin ipotekaya qoyulmasına etiraz etmir. Cavabdeh2 MTK-nın vəkili Vəkil3 məhkəməyə ünvanladığı iddia müddətinin tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə bildirmişdir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. MMnin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, guya onunla Cavabdeh2 MTK arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanmışdır və qəbzləri də vardır. Həmin müqaviləni məhkəməyə təqdim edərək, cavabdeh bildirir ki, guya o, xx.xx.2007-ci ildə Cavabdeh2 MTK-dan Bakı şəhəri, Nəsimi rayonu, B.Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzili 47.400 manat ödəməklə almışdır. Həmin müqavilənin hansı şəraitdə bağlanması barədə dəqiq məlumatıları yoxdur, çünki MTK-nın həmin zaman rəhbəri olmuş şəxslər dünyadan köçüblər. Amma müəyyən məlumatlar əldə edə bilmişlər. Məlumatlar bundan ibarətdir ki, iddiaçı qeyd edilən bina tikilərkən oradan iki ədəd azotaqlı mənzil almaq istəsə də, bunların ödənişlərini edə bilməmişdir, daha doğrusu, öhdəliklərini icra etməmişdir. Bu üzdən, sonradan fikrini dəyişmiş, hal-hazırda yaşadığı mənzili almışdır. Ola bilər ki və ehtimal olunur ki, 34 saylı mənzillə bağlı müqavilə o zaman bu səbəbdən bağlanmış olsun. Lakin sonradan onunla MTK arasında qarşılıqlı razılaşma olduğundan o, hal-hazırda yaşadığı mənzili əldə etmiş, bununla da 34 saylı mənzillə bağlı münasibətlərə son qoyulmuşdur. MTK 34 saylı mənzillə bağlı olan müqaviləni ləğv və məhv etsə də, iddiaçı bunu ləğv etməmiş, indiyə kimi özündə saxlamışdır. MTK iddiaçının bu müqavilədən gələcəkdə sui-istifadə edə biləcəyini zənn etməmişdir. Hüquq elmində həmin müqavilədən istifadə olunmasının adı "xxxx"dir. Belə ki, iddiaçı MTK-dan ayrı mənzili almasına baxmayaraq və 34 saylı mənzilin isə 2007-ci ildən başqa bir sahibinin olduğunu bildiyi halda, əsassız olaraq sözügedən mənzillə bağlı tələb irəli sürür. Özü də,16 ildən sonra. Belə ki, xx.xx.2023-cü ildə pretenziya qaydasında öncədən cavabdehə müvafiq tələblə müraciət etmiş və daha sonra isə, xx.xx.2023-cü ildə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirirlər ki və iş materialları ilə də təsdiq olunur ki, 34 saylı mənzilin 2007-ci ildən başqa bir sahibi və istifadəçisi vardır. Belə ki, sözügedən mənzili 2007-ci ildə Cavabdeh3 ad-soyadlı şəxs "xxxx"-dan həmin tarixli müqavilə əsasında almış və 2020-ci ildə isə həmin müqaviləni MTK sənədləşməsi ilə və notariat qaydasında imtina ərizəsi ilə doğma oğlu Cavabdeh1 adına keçirmişdir. 2007-ci ildə mənzil onlar tərəfindən təmir olunmuş, orada yaşamağa başlamışlar. Hal-hazıradək də mənzildə yaşayış olmasına və iddiaçının qonşu olması ilə əlaqədar bundan xəbəri olmasına baxmayaraq 16 il ərzində iddiaçı MTK-ya, Cavabdeh1 və ya Cavabdeh3 qarşı heç bir tələb irəli sürməmişdir. Göründüyü kimi, üstündən 16 il keçəndən sonra, yəni qanunvericiliklə bağlı müəyyən edilmiş bütün müddətlər buraxıldıqdan sonra iddiaçı belə bir tələb irəli sürə bilməz, ona görə ki, o, qanunvericiliklə müəyyən edilmiş müddətini ötürmüşdür. Əgər mənzil həqiqətən də iddiaçıya məxsus olsa idi və müqavilə həqiqətən də qanuni olsa (qüvvədə olsa) idi, o, indiyə kimi əlaqədar orqanlara müraciətlər edər, eləcə də məhkəməyə üz tutardı. Lakin, onun indiyə kimi (16 il ərzində) hansısa bir orqana müraciət və şikayət etdiyini təsdiq edən bir sübutu, bir dəlili belə yoxdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, MKZ-XO-24.1.2024-001 nömrəli kredit üzrə öhdəliklərin yerinə yetirilməsi haqqında arayışın surətindən görünür ki, İddiaçı "xxxx" ASCnin İ-093 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 34 saylı mənzilin alınması üçün 108 (bir yüz səkkiz) ay müddətinə kreditin istifadəsinə görə illik 6 (altı) % ödəmək şərtilə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 33 000 (otuz üç min) manat məbləğində ipoteka krediti verilmişdir. Arayışın tarixinə İ-093 saylı “04” may 2007-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəlikləri, o cümlədən əsas borcun, faiz borcunun ödənilməsi və digər ödənişlərin aparılması üzrə öhdəliklərini yerinə yetirmişdir. Cavabdeh2 MTK və Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli Cavabdeh2 MTK-da mənzil alan payçılarla bağlanmış müqavilənin surətindən görünür ki, kooperativ ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 84 kv.m. olan 34 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 34.960 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK tərəfindən Cavabdeh3 təqdim edilmiş xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 MTK-ya məxsus yaşayış binasının 34 saylı mənzilinə görə Cavabdeh3 MTK-ya heç bir borcu yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 015986 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır və qanunvericiliklə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cavabdeh2 MTK-nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 MTK tərəfindən tikilmiş, Bakı şəhəri, Nəsimi rayonu, B. Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində ayrı-ayrı sakinlər 2007-ci il tarixindən təmir işlərinə başlamış, 2008-ci il tarixindən isə həmin binada sakinlərin yaşayışına icazə verilmiş, ayrı-ayrı mənzillərin sakinləri təmir etdikləri yaşayış sahələrinə köçərək 2008-ci il tarixindən burada yaşamağa başlamışlar. Cavabdeh2 MTK-nın xx.xx.2024-cü il tarixli aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksi 2004-2007-ci illərdə inşa edilmiş, 2007-ci ildə mənzillərin təmir işlərinin başlanılmasına icazə verilmiş və mənzillərini təmir edən bir sıra sakinlər 2008-ci ilin sonundan yaşayışa icazə verildikdən sonra burada yaşamağa başlamışlar. Həmin binanın sakinləri – X15, X24, X5 və X3 öz imzaları ilə aktı təsdiq etmişlər. Cavabdeh2 MTK-nın xx.xx.2007-ci il tarixli, 02 saylı protokolundan çıxarışın surətindən görünür ki, X25 vəfatı ilə əlaqədar olaraq Şimşək” MTK-nın sədrliyinə xitam verilməsi, Babayev A.O. Şimşək” MTK-nın sədri təyin edilməsi və bu haqda BŞİHA-nin kooperativ mənzil – təsərrüfatı idarəsinə məlumat verilməsi qərara alınmışdır. Cavabdeh2 MTK-nın xx.xx.2007-ci il tarixli, 09 nömrəli əmrinin surətindən görünür ki, A.Babayevin əmri ilə X18, X2, X19, X9, X20 və X4 Cavabdeh2MTK-dan xx.xx.2008-ci il tarixindən tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə xitam verilməsi və 21 gün kompensasiya ödənilməsi əmr edilmişdir. Cavabdeh2 MTK-nın Dövlət Statistika Komitəsinin Qiymət idarəsinin rəisi Natella Quliyevaya ünvanlanmış xx.xx.2008-ci il tarixli, 4 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh2 MTK-nın rəhbərliyi bildirmişdir ki, MTK-ya tikinti quraşdırma işlərini 01 yanvar 2008-ci il tarixdən başa çatdırmışdır və heç bir fəaliyyəti yoxdur. Cavabdeh2 MTK-nın xx.xx.2006-cı il tarixli, 02 saylı protokolundan çıxarışın surətindən görünür ki, Məhərrəmova Təranənin Cavabdeh2 MTK-nın sədrliyinə xitam verilməsi, X26 Cavabdeh2 MTK-nın sədri təyin edilməsi və bu haqda BŞİHA-nin kooperativ mənzil – təsərrüfatı idarəsinə məlumat verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi xx.xx.2024-cü il tarixli, **********336400 nömrəli məktubla bildirmişdir ki, Cavabdeh2 (VÖEN **********) dövlət qeydiyyatına alındığı xx.xx.2004-cü il tarixdə rəhbəri X7 olmuşdur. İlk iddia üzrə Cavabdeh2 MTK-nın nümayəndəsi Vəkil3 xx.xx.2024-cü il tarixli, iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə bildirmişdir ki, iddiaçı qeyd olunan mübahisə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş iddia müddətini ötürmüşdür və bu səbəbdən də onun iddiası təmin edilməməlidir. İşin hallarından da göründüyü kimi iddiaçı iddia edir ki, Cavabdeh2 ilə 29 may 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Hüseynov X16 payçı qəbul olunmuş və Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində, tikilməkdə olan binanada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzil 47.400 manat ödənilməklə İddiaçı satılmışdır və o, həmin müqavilə üzrə öz öhdəliyini tam icra etmiş, mnzilin dəyərini tam şəkildə ödəmiş, lakin Cavabdeh2 MTK mənzili ona yox, başqa şəxsin sahibliyinə və istifadəsinə vermişdir, yəni Cavabdeh2 MTK İddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliyi icra etməmişdir. İddiaçı daşınmaz əmlakla bağlı müqavilə üzrə cavabdehin öz öhdəliklərini icra etmədiyi andan etibarən 6 il ərzində (ümumi iddia müddətini tətbiq etsək, 10 il ərzində) iddia qaldırmalı idi. Lakin indiki halda iddiaçı cavabdehin öz öhdəliklərini icra etmədiyi gündən (iddiaçının ehtimalına əsasən) 16 il sonra iddia qaldırmışdır, hansı ki bu hal onun iddia müddətini ötürdüyünü deməyə əsas verir. Digər tərəfdən, iddiaçının vəkili məhkəməyə təqdim etdiyi ərizədə AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə istinad edərək (mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu iddialara iddia müddəti şamil edilmir) bu iddiaya iddia müddətinin şamil edilmədiyini qeyd etmişdir. İddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün o, mülkiyyətçi hesab edilmir. Həmçinin, AR Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İndiki halda, iddiaçı sözügedən mənzilin heç bir zaman sahibi olmamış, həmin mənzil 2007-ci ildən etibarən Cavabdeh1 və onun ailəsinin sahibliyində və istifadəsində, daha sonra mülkiyyətində olmuşdur. Digər tərəfdən, iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə sözügedən mənzilə sahiblik və istifadə hüququnun tanınmasını xahiş etməklə bir daha etiraf etmişdir ki, onun həmin mənzil üzərində heç bir sahiblik və istifadə hüququ yoxdur. Bu baxımdan AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsi bu işə tətbiq edilə bilməz və bu iddia üzrə iddia müddəti ötdüyü üçün iddia təmin edilməməlidir. Cavabdeh2 MTK (E.Şirinova şəxsində) və X36 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ MTK ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 87,4 kv.m. olan 27 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 40.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK (A.Babayev şəxsində) və X32 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ MTK ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 87,4 kv.m. olan 76 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 34.400 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK (T.A.Məhərrəmova şəxsində) və X11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ MTK ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 87,4 kv.m. olan 34 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 20.100 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK (A.Babayev şəxsində) və X21 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ MTK ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 98,3 kv.m. olan 27 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 31.456 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK (T.A.Məhərrəmova şəxsində) və Məmmədov İlham arasında bağlanmış xx.xx.2005-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ MTK ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 87,4 kv.m. olan 20 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 20.100 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK (T.Məhərrəmova şəxsində) və X40 arasında bağlanmış xx.xx.2005ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ MTK ünvan 2 ünvanında yerləşmiş Şimşək MTK-nın tikilməkdə olan binasında 2 otaqlı, ümumi sahəsi 38,7 kv.m. olan 6 saylı mənzili payçıya verməyi və payçı da mənzil qarşılığında kooperativə 20.100 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK-nın bina layihəsindən görünür ki, binanın 1 blokunda 1 otaqlı ümumi sahəsi 71,0 kv.m, 2 otaqlı ümumi sahəsi 87,4 kv.m, 2 otaqlı ümumi sahəsi 98,3 kv.m, 3 otaqlı ümumi sahəsi 136,4 kv.m, 3 otaqlı ümumi sahəsi 137,4 kv.m, 3 otaqlı ümumi sahəsi 137,4 kv.m və 4 otalı 192 kv.m mənzillər müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/365-5/300-5/302 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 MTK ilə Cavabdeh3 adlarından olan xx.xx.2007-ci il tarixli müqavilədə tarix göstəricisi olan “29 yanvar” əlyazması ilə həmin müqavilədəki digər əlyazmalara müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Cavabdeh2 MTK ilə İddiaçı adlarından olan xx.xx.2007ci il tarixli müqavilədə “Cavabdeh2 MTK-nın sədri T.Məhərrəmova” qrafası qarşısındakı imza X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Cavabdeh2 MTK ilə Cavabdeh3 adlarından olan xx.xx.2007-ci il tarixli müqavilədə, Cavabdeh2 MTK ilə İddiaçı adlarından olan xx.xx.2007-ci il tarixli müqavilədə və xx.xx.2008-ci il tarixli 06 nömrəli arayışda olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Cavabdeh2 MTK ilə Cavabdeh3 adlarından olan xx.xx.2007-ci il tarixli müqavilədə, Cavabdeh2 MTK ilə İddiaçı adlarından olan xx.xx.2007-ci il tarixli müqavilədə və xx.xx.2008-ci il tarixli 06 nömrəli arayışda olan əlyazılar və imzalara hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa icra olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X26 Cavabdeh2 MTK-nin sədri vəzifəsinə təyin edilməsi bağlı sənədlərin, X26 Cavabdeh2 MTK-nin sədri vəzifəsini icra etdiyi dövrdə imzaladığı sənədlərin və X26 Cavabdeh2 MTK-nin sədri vəzifəsindən azad edilməsi ilə bağlı sənədlərin əsli və ya təsdiq edilmiş surəti, həmçinin 2007-2008-ci illərə aid olan mədaxil qəbzlərinin qeydiyyatı jurnalları, 2007-2008-ci illərə aid olan müqavilələrin qeydiyyatı jurnallarının Cavabdeh2 Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə təqdim edilməsi təmin edilməsi qərara alınmış və Cavabdeh2 MTK xx.xx.2024-cü il tarixli arayışı ilə bildirmişdir ki, Cavabdeh2 MTK-nın inşa etdiyi binada idarəçiliyi 5 il bundan öncə MMMC-yə keçməsi ilə əlaqədar olaraq, Cavabdeh2 MTK bütün rəsmi sənədləri 2019-cu ildə "xxxx" MMMC-yə təhvil vermişdir. Təhvil-təslimlə verilən sənədlər içərisində tələb olunan sənədlər yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 2010-cu il 25 oktyabr tarixli Qərarı). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İlkin iddia tələbi - Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə, xx.xx.2008-ci il tarixli maliyyə arayışı, Cavabdeh2 ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh1 ilə bağlanmış 03 dekabr 2020-ci il tarixli müqavilə, həmin tarixli 75 saylı maliyyə arayışı, həmin tarixli 75 saylı protokoldan 645725 saylı çıxarışın etibarsız hesab olunması və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbin heç bir hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, ilkin iddia üzrə iddiaçı onun Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmasını irəli sürmüşdür. İddia tələbinin digər hissələri bu hissədən qaynaqlandığı üçün məhkəmə əsas etibarilə iddianın iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması hissəsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 xx.xx.2007-ci il tarixli müqavilə və ödənişlərin həyata keçirilməsi nəticəsində verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışı əsasında mübahisəli mənzilə elə həmin tarixdən etibarən sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirməsi işin mübahisəsiz halıdır. Bununla belə İddiaçı ailə üzvünün həmin binada mübahisəli mənzillə qonşuluqda olan 31 saylı mənzildən də eyni vaxtdan istifadə edərək yaşaması işin mübahisəsiz halıdır. Bununla belə İddiaçı xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə və həmin dövrdə mübahisəli mənzilin dəyərinin ödənilməsini ehtimal etməyə əsas verən kassa məxaric orderlərinə əsasən mübahisəli mənzilə hüquqlarının tanınmasını təsdiq etmək adi məntiqə uyğun deyildir. İddiaçı bildirir ki, o, mübahisəli mənzilin dəyərini tam şəkildə ödəmiş, lakin mənzil ona təhvil verilməmişdir. Bununla belə iddiaçı mənzilə dair bağlanmış müqaviləni tapa bilməməsi səbəbindən bu illər ərzində hüquqlarının bərpası üçün müraciət edə bilməmişdir. Məhkəmə bu dəlili ona görə əsaslı hesab edə bilməz ki, şəxsin öz hüquqlarının bərpasını onda hüquqlarını əks etdirən sənədin olub-olmamasından asılı olmayaraq tələb edə bilər, yəni sanki müqavilənin kağız daşıyıcıda tapılmaması onun hüquqlarının bərpası üçün bu və ya digər orqana müraciətinə mane ola bilməzdi. İddiaçının irəli sürdüyü digər dəlil onun həmin mənzilin dəyərini tam şəkildə ödəməsi ilə bağlı təqdim edilən kassa mədaxil qəbzləridir ki, kassa mədaxil qəbzləri ödənişin həyata keçirilməsini təsbit etsə də, mövcud təcrübəyə əsasən kooperativlərin üzvlüyünə qəbul olunma üçün pay haqqının tam şəkildə ödənilməsi həmin hüquqi şəxs tərəfindən verilən maliyyə arayışı ilə tam təsdiq olunmalıdır. Hazırda isə belə bir maliyyə arayışı iddiaçıya təqdim olunmamışdır. Ümumiyyətlə isə iddiaçının təqdim etdiyi müqavilədə MTK-nın səlahiyyətli şəxsinin imzasının müəyyən edilməməsini, habelə həmin müqavilədə göstərilən yaşayış sahəsi ölçüsünün eyni binanın layihəsində nəzərdə tutulan yaşayış sahəsi ölçüləri ilə uyğun gəlməməsini də məhkəmə nəzərə alır. Bununla belə iddiaçının həqiqətən də kassa mədaxil qəbzlərində göstərilən məbləğin mübahisəli mənzilin dəyərinin ödənilməsi məqsədilə köçürülməsini müəyyən etmir və iddiaçı həmin məbləğlərə münasibətdə ona dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlı ola bilərdi. Bununla da məhkəmə iddia tələbinin əsas hissəsinin - İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınmasına dair hissəsinin əsaslığını müəyyən etmədiyindən prosessual qənaət prinsipi baxımından tələbin digər hissələrinə əlavə olaraq qiymət verilməsini zəruri hesab etmir. Belə ki, məhkəmə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bulvar Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada yaşayış sahəsi 52 kv.m, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı 34 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinin əsaslılığını müəyyən ediləcəyi təqdirdə tələbin digər hissələrini əsaslı hesab edə bilərdi. İddiaçı mübahisəli mənzilə hüquqları təsbit edilmədiyindən, onun tələbi əsasında Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə, xx.xx.2008-ci il tarixli maliyyə arayışı, Cavabdeh2 ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh1 ilə bağlanmış 03 dekabr 2020-ci il tarixli müqavilə, həmin tarixli 75 saylı maliyyə arayışı, həmin tarixli 75 saylı protokoldan 645725 saylı çıxarışın etibarsız hesab olunması mümkün deyildir. Məhkəmə qarşılıqlı iddia tələbini irəli sürülmüş dəlillər əsasında araşdıraraq bu nəticəyə gəlir ki, həmçinin qarşılıqlı iddia tələbi özlüyündə əsaslı hesab oluna bilməz. Belə ki, qarşılıqlı iddia tələbinin dəlilləri, yəni iddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərinin həmin mənzilə aid olub-olmaması, həmin qəbzlərin iddiaçının ailə üzvünə məxsus digər mənzilin ödənişlərinə aid edilməsi ehtimalı, müqavilədə qeyd edilən yaşayış sahəsi ilə eyni ölçülərə malik yaşayış sahəsinin binanın layihəsində nəzərdə tutulması və habelə 16 il ərzində iddiaçının tələb irəli sürməməsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh2 MTK arasında Bakı şəhəri, Nəsimi rayonu, B. Məmmədyarov (indiki A.Əliyev) küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində inşa edilmiş binada 34 saylı mənzilə dair bağlandığı iddia edilən 29 may 2007-ci il tarixli müqavilənin etibarsız hesab olunmasına əsas verən hallar deyildir. Belə ki, müqavilənin etibarsızlığı əsasları qanunvericiliklə müəyyən olunmuşdur. Hazırki halda irəli sürülən dəlillər həmin müqavilənin etibarsızlığına əsas vermir. Həmçinin İddiaçı həmin müqavilədən irəli gələrək ona vurulan ziyanın ödənilməsi tələbini irəli sürmək hüququ qanunla qorunur. Məhkəmə iş üzrə Cavabdeh2 ilk iddia tələbinə qarşı iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ilk iddia özlüyündə əsaslı olmadığından ona münasibətdə əlavə olaraq iddia müddətinin tətbiqinə zərurət yoxdur. Məhkəmə həmçinin ilk iddianın əsasını təşkil edən müqavilənin X7 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmasına dair ekspert rəyi ilə bağlı bildirir ki, cavabdeh Şimşək MTK tərəfindən təqdim edilmiş sübutların əlavə edilməsi barədə vəsatətində göstərilmişdir ki, iddiaçının təqdim etdiyi müqavilənin bağlandığı tarixdə kooperativin sədri Tələt Hüseynli olmuşdur, yəni T.Məhərrəmovanın həmin müqaviləni bağlamağa hüququ olmamışdır və buna istinadən iddiaçı tərəfin özünün də məhkəmə iclaslarında verdiyi izahatlarında həmin müqavilədəki imzanın Təranə Məhərrəmova tərəfindən deyil, Tələt Hüseynli tərəfindən imzalanmasına fikirlər səsləndirilmişdir. Lakin hətta belə olduğu təqdirdə də məhkəmə həmin müqavilənin etibarsızlığını müəyyən edə bilməmişdir, o baxımdan ki, həmin müqavilədəki imzanın Tələt Hüseynliyə məxsusluğunu müəyyən etmək üçün həmin şəxsin imza nümunələri olan başqa sənədlər məhkəməyə təqdim edilməmişdir və hazırda həmin şəxsin yeni imza nümunələrinin əldə edilməsi mümkün deyildir, belə ki, Tələt Hüseynli vəfat etmişdir. Həmçinin, qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair hüquqlarını müəyyən edən xx.xx.2007-ci il tarixli müqavilənin həmin dövr üçün səlahiyyətləri müəyyən edilməyən A.Babayev tərəfindən imzalanmasına dair ilk iddia tələbində irəli sürülən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, həmin an etibarilə Cavabdeh3 həmin şəxsin belə səlahiyyətə malik olub-olmamasını müəyyən etmək imkanında olan şəxs olmamışdır. Cavabdeh3 onun üçün etibarlı hüquqi nəticələrə əsas olan müqaviləni imzalayan zaman qarşı tərəfin belə səlahiyyətə malik olmasına güvənərək bu münasibətə daxil olmuşdur.Həmin vaxtdan etibarən Cavabdeh3 mübahisəli əmlaka sahiblik və istifadə hüquqlarını həyata keçirmiş və bu illər ərzində onun hüquqlarına qarşı hər hansı pretenziya irəli sürülməmişdir. Məhkəmə tərəflərin hətta qanunvericilikdə müəyyən edilmiş ümumi iddia müddətində də artıq bir dövrü əhatə edən (2007-2024-cü illər) uzun illər ərzində mövcud vəziyyəti qəbul edərək davranmasını nəzərə alaraq hesab edir ki, İddiaçı pozulmasını irəli sürdüyü hüquqlarının başqa əsaslarla bərpa etməkdə haqlı ola bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsızlığı, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız sayılması" tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsızlığı, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq Dövlət xəzinədarlığı Agentliyi, Kod:21005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-844/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-844/2024
01.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver