Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-865/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – Vəkil, Cavabdehin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı olmaqla, cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “bankın restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı olmaqla, cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “bankın restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2014-cü il tarixli 4846nkBKX/14 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə edilmiş bütün ödənişlər, eləcə də Fərmana əsasən silinməli olan məbləğlərin yenidən hesablanaraq əsas borcdan çıxılması və 01 mart 2019-ci il tarixinə mövcud olan əsas borcdan qalan qalıq məbləğlə bağlı restrukturizasiya şərtləri əsasında yeni müqavilənin bağlanması və MKR məlumatlarında düzəliş edilərək sözügedən borc üzrə gecikdirilmiş günlərin silinərək “0” qeyd olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 manat məbləğində pulun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, tərəflərin izahatını dinləyib hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 38 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı olmaqla, cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “bankın restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-865/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-865/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver