Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-878/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə qaydalarının müəyyən edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, azyaşlı övladı X1 ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 9, 39 saylı mənzilə köçürülməsi, habelə mənzilin bütün sahəsindən və kommunal xidmətlərdən sərbəst istifadə olunmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə qaydalarının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2038-ci il tarixinədək Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi ev 9, mənzil 39 saylı mənzildən istifadə qaydaları mənzilin yataq otaqlarından sahəsi 19,4 kv.m olan yataq otağı qarşılıqlı iddia üzrə cavabdehin fərdi istifadəsində, digər, 15,6 kv.m sahəsi olan yataq otağı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh fərdi istifadəsində, mənzilin digər sahələri isə ümumi istifadədə olmasına, mənzildən istifadə ilə əlaqədar elektrik, su, isti su, qızdırma, qaz, telefon, internet, habelə binanın saxlanması üçün kooperativə ödənilən haqq və digər kommunal xidmətlərin aylıq haqqının mülkiyyətçi Cavabdeh və İddiaçı arasında mütənasib olaraq bərabər bölünməsinə və İddiaçı tərəfindən hər təqvim ayı bitdikdən sonra 2 (iki) gün ərzində öz payına düşən hissəsinin Cavabdeh ödənməsi qaydasında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir.
4. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək tərəflər arasında notarial qaydada barışıq sazişi bağlanaraq icra olunduğunu, mübahisəyə məhkəmədə baxılmasına zərurət aradan qalxdığını, buna görə də iddiadan imtina etdiklərini bildirmiş, iş üzrə iddiadan imtina edilməsi və icraata xitam verilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.
5. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili-nümayəndəsi Nümayəndə2 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək qarşılıqlı iddiadan imtina etdiklərini bildirmiş və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, barışıq sazişini, tərəflərin təqdim etdikləri digər ərizələri və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin və qarşılıqlı iddia tələblərindən imtinaları qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırıcı hissə:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.1, 52.5-ci maddə. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-191.2-ci maddə. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0, 261.0.4-cü maddə. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 114.1, 114.1.4-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ilkin iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 50 (əlli) manat rüsum ödənilmişdir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə iddiaçı Cavabdeh tərəfindən 100 (yüz) manat rüsum ödənilmişdir.
10. Məhkəmə ilkin və qarşılıqlı iddia üzrə tərəflərin iddia tələblərindən imtina etmələrini tədqiq edərək qeyd edir ki, tərəflər arasında notarial qaydada razılıq əldə edilmişdir. Onların iddia tələblərindən imtina etməsi qanunazidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin və qarşılıqlı iddia tələblərindən imtinaları məhkəmə tərəfindən qəbul edilməlidir.
11. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı vəkilinümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkilinümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli ərizələri təmin edilməli, İlkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin və qarşılıqlı iddia tələblərindən imtinaları qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçılara izah edilməlidir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Nəticə:
12. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İlkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili-nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli ərizələri təmin edilsin. İlkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin və qarşılıqlı iddia tələblərindən imtinaları qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı (qəbz №: **********), qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın (qəbz №: **********71). İddiaçılara izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova