Məhkəmə qərarları › İş №e-2(006)-899/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-899/2025

08.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-899/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların nikahları Yasamal rayon qeydiyyat şöbəsində 661 №-li aktla qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 iki övladları dünyaya gəlmişdir. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətlərinə son qoyulmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Belə ki, Nəsimi rayon məhkəməsinin 2(006)- 3440/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında 05 iyul 2008-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 661 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanması, Cavabdeh2 xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bildirilir ki, İddiaçı, 2008-ci ildə ailə qurduqdan sonra, ünvan 1 ünvanına gəlin köçmüş, bütün cehiz və şəxsi əşyaları həmin evə yerləşdirilmiş, bugünə qədər də övladları ilə sözügedən evdə yaşayır və həmin ünvana qeydiyyata düşmüşdür. Qeyd edilir ki, ünvan 2 ünvanında bir həyətdə bir neçə ev vardır. Həmin həyətdə bir ev də İddiaçı, əri Cavabdeh2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 ilə birlikdə yaşamışlar. Cavabdeh2 2024-cü il də evdən çıxıb getmiş, iddiaçı övladları ilə bugünə qədər həmin evdə yaşayırlar. Cavabdeh2 isə həmin həyətdə öz valideynləri, iddiaçının qayınatası Cavabdeh3 Əlihümbət oğlu, qayınanası Cavabdeh1 ilə birlikdə yaşayır. Həmin ünvanda olan həyət evlərinin əksəriyyəti bugünə qədər dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra cavabdehlər iddiaçıya və iki övladına sözügedən ünvanda yaşamalarına maneələr törətməyə başlamışdır. Belə ki, cavabdehlər müxtəlif vaxtlarda müxtəlif hadisələr törədərək, maneə yaradaraq, evdə yaşayışı imkansız hala gətirib çıxardırlar. İddiaçı ümumi həyətdə yuyub asılqana asdığı iddiaçıya məxsus paltarları cırır, qayçı və bıçaqla kəsib doğrayır, yararsız hala salır. Belə ki, cavabdehlər bir gün evə gələn elektrik enerjisini kəsir, bir gün suyunu kəsir, bir gün kondisionerin xəttini kəsir. Bildirilir ki, iddiaçının yaşadığı evə gedən kommunal və digər xətlər cavabdehlərin yaşadığı evin yaxınlığından keçdiyi üçün onlar evə gələn bütün xətləri mütəmadi olaraq kəsir, zədələyirlər. Bundan əlavə tərəflər arasında nikah məhkəmə qaydasında pozulmasına baxmayaraq, Cavabdeh2 iddiaçının evdə olmadığı saatlarda, iddaçının icazəsi olmadan onun yaşadığı evə qanunsuz olaraq girirərək iddiaçıya məxsus əşyaları götürür, özbaşınalıq edir. Cavabdeh2 sonuncu dəfə 2024-cü ilin sentyabr ayının əvvəllərində İddiaçı yaşadığı, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov don. 1. 63 evə onun iradəsinə zidd olaraq daxil olmağa çalışmış, iddiaçı ilə onun arasında münaqişə baş vermiş, iddiaçı X9 İşlər Nazirliyinin 102 çağrı mərkəzinə müraciət etmişdir. Bundan sonra Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən iddiaçının şikayəti və izahatı alınmışdır. Hüquq mühafizə orqanları tərəfindən Cavabdeh2 izahatı alınmış, ona xəbərdarlıq edilmiş, onlar ümumiyyətlə münaqişəli ailə kimi hüquq mühafizə orqanlarında qeydiyyata alınmışdır. Göründüyü kimi tərəflər arasında olan ailə münasibətlərinə məhkəmə qaydasında pozulmasına baxmayaraq, Cavabdeh2 və onun valideynləri iddiaçıya sözgedən evdə yaşamağa meneələr yaradır, evdə yaşamağı imkansız hala gətirib çıxarırlar. iddiaçı işləyir, hər gün işdən evə gələndə evdə müxtəlif maneələrin yarandığını görür. İşığın, suyun, qazın, evdə olan məişət əşyalarına gələn elektrik xətlərinin kəsilməsi, suyun kəsilməsi və sair kimi maneələr yaradırlar. İddiaçı işdən qayıdanda bu maneələri aradan qaldırmaq üçün uzun müddət vaxt, pul sərf etmək məcburiyyətində qalır. Bundan əlavə cavabdehlərin bugünə kimi hərəkətləri iddiaçını maddi və vaxt cəhətddən ziyana salır. Göründüyü kimi iddiaçının ünvan 1 ünvanına yaşamasına cavabdehlərin yuxarıda qeyd edilən hərəkətlərlə maneə yaratması qanunsuzdur. Bu səbəbdən ünvan 1 ünvanına iddiaçının yaşamasına maneələr törətməsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlihümbət oğluna və Cavabdeh1 qadağan edilməlidir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar qanunsuz əməllərinə son qoymamışdır, ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən İddiaçı ünvan 1 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə giribçıxmasına maneələrin törədilməsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlihümbət oğluna və Cavabdeh1 qadağan edilməsi, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlihümbət oğlundan, Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, qarşı tərəfin evdən çıxmaq təklifini qəbul edərdi, ancaq onun gedəcək heç bir yeri və kirayə qalmağa pulu yoxdur. Həmçinin, onun mübahisəsi odur ki, qarşı tərəf ev plana getdiyi təqdirdə qızlarına o evdən pay vermək istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq, giriş qapının açarlarının xarab olduğunu, uşaqların açarı taxa bilmədiyini, işdən gəldikdən sonra düzəltmək istədikdə qayınatasının ona qışqırdığını, üzərinə hücum etdiyini, baldızının həmin anları videoya çəkdiyini, xəsarət aldığını və bununla bağlı polisə müraciət etdiyini, qapının kilidini dəyişməkdə məqsədinin qapının açarlarının xarab olmasını, polisdə açarın bir nüsxəsini qarşı tərəfə də təqdim etdiyini, hər üç cavabdehin də ona evə giriş-çıxışına maneələrin törətmələrini, lakin buna sübut edə bilmədiyini, bundan başqa havalar soyuq olduğu zaman qazın dərəcəsini minimuma qoyduqlarını, kommunal xərclərlə bağlı qarşı tərəfə müraciət etdiyini bildirmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin iyun ayının 15-ində iddiaçı özünə məxsus olan evin açarlarını dəyişmək istədikdə cavabdehlər ona maneə olub. Daha sonra aralarında mübahisə olub və iddiaçıya müəyyən xəsarətlər yetirilib. Polisə müraciət edildikdən sonra iddiaçı müayinəsi ilə bağlı ekspertizaya müraciət olunması ilə bağlı qərar qəbul edilib. Həmin evin açarları həm cavabdehdə, həm də iddiaçıda vardır. Evin açarlarını dəyişməyə məcbur olmuşlar. Çünki cavabdehdə açarlar var və evə gedib-gələ bilir. Digər mübahisə telefonla bağlıdır. Birgə nikah dövründə cavabdeh tərəfindən iddiaçıya telefon alınmışdır. O telefondan əlavə cavabdeh oğluna saat almışdı və onların kreditlərini ödəyirdi. Nikah pozulduqdan sonra həmin əmlakları oğlundan tələb etmişdir. Lakin birgə nikah dövründə birgə vəsait hesabına alındığına görə məhkəmə iddianı tələbini təmin etməmişdir. Keçən məhkəmə iclasında belə bir barışıq təklif olundu ki, Lalə xanım evdən çıxsın və gələcəkdə ev plana düşsə, onunla MTK müqavilə bağlanmasına cavabdeh tərəfindən heç bir etiraz olunmasın. Tərəflər arasında barışıq əldə olunmadı. Problem odur ki, hal-hazırda Lalə xanımın yaşamağa evi yoxdur. Uşaqlar yaşadığı ünvandakı yaxın ərazidə məktəbə gedirlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qarşı tərəf dediklərini sübut etmək istəyirsə, həyətdə 4 kamera vardır və videogörüntüləri təqdim edərək dediklərini sübuta yetirə bilərdi. İddiaçının başqa bir yerdə yaşamağa evi vardır. Qardaşının da adına Xırdalanda 2 otaqlı ev vardır. Bəli, iddiaçı tərəfindən döyülmə ilə bağlı polisə şikayət edilmiş, lakin polis əməkdaşları iddiaçının döyülməsini sübuta yetirə bilməyiblər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə, qardaşının adına ev aldığını, ipoteka götürdüyünü və hal-hazırda ödənişi iddiaçının özünün ödədiyini, iddiaçının təqdim etdiyi videoda iştirak etmədiyini, həmin zaman işdə olduğunu, onun da həmin evdə yaşadığını, amma hal-hazırda anası və atasının evində müvəqqəti yaşadığını, kommunal xərclərin hr birini onun ödədiyini, iddiaçının kommunal xərclərlə bağlı ona müraciət etmədiyini bildirmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq keçən məhkəmə iclasında da iddiaçıya evdən çıxmasını və ev plana getdiyi təqdirdə ona da pay verilməsinin təklif edildiyini, bununla bağlı artıq pilot layihənin mövcud olduğunu və tərəflər arasında münasibətlərin çox gərgin olmasını bildirmişdir. 7.Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 8.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3440/2024 saylı qətnaməsinə əsasən birinci iddia tələbinin təmin edilməsi, Cavabdeh2 və İddiaçı arasında 05 iyul 2008-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 661 nömrə ilə qeyd edilmiş nikahın pozulması, ikinci iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, Cavabdeh2 xx.xx.2024-cü il tarixdən başlayaraq (məhkəmənin müvəqqəti alimentin tutulmasına dair e- 16(006)-326/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla) xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və qətnamənin aliment hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. 11.Mülki işin materiallarında olan G-02-2-25 nömrəli, 27 yanvar 2025-ci il tarixli qısamüddətli mühafizə orderinin surətindən görünür ki, vətəndaş Cavabdeh2 və vətəndaş İddiaçı bir-birinə qarşı məişət zəminində fiziki zorakılıq – zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması və məişət zəminində psixi zorakılıq – qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərinin edilməsi qadağan edilmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, onun xx.xx.1024-cü il tarixli müraciətinə baxılmış, araşdırma zamanı müraciətdə göstərilən xüsusatların mülki hüquq xarakterli məsələ olduğu məlum olmuş və Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olmadığı üçün qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır. 13.Mülki işin materiallarında olan İddiaçı və qonşular Cəfərova Lusə, Eminova Lamiyə, İsmayılova Təranə tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda xx.xx.2025-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh2 və atası Cavabdeh3 evinin su xəttinə aid olan kanalizasiya sistemini yararsız hala salıblar ki, mətbəxindəki sudan və paltaryuyandan istifadə edə bilməsin. 14.Mülki işin materiallarında olan İddiaçı və qonşular Eminova Lamiyə, İsmayılova Təranə, İsmayılova Aysel tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda xx.xx.2024-cü il tarixdən bu yana davamlı olaraq keçmiş həyat yoldaşı Cavabdeh2 və ailəsi ümumi istifadə etdikləri həyət qapısını saat 18:00-dan sonra içəri tərəfdən bağlayırlar. Həyətə giriş çıxışına limit qoyub maneəçilik törədirlər. 15.Mülki işin materiallarında olan İddiaçı və qonşular Eminova Lamiyə, Cəfərova Lusə, İsmayılova Təranə tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda keçmiş həyat yoldaşı Cavabdeh2 xx.xx.2025ci il tarixində Wifi-nı kəsmişdir. 16.Mülki işin materiallarında olan İddiaçı və qonşular Cəfərova Lusə, Eminova Lamiyə, İsmayılova Təranə tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda xx.xx.2024-cü il tarixdə gün ərzində qazın Azəriqaz tərəfində fasilə ilə kəsildiyni düşünərək evdə uşaqlara yemək bişirə bilməmişdir. Artıq axşam olduqda qazın bərpa olunmadığını görüb qonşu ilə əlaqə saxlamış və əslində qazın heç kəsilmədiyini, evinə gələn qaz xəttinin Cavabdeh2 tərəfindən bağlandığını görmüşdür. 17.Mülki işin materiallarında olan İddiaçı və qonşular Cəfərova Lusə, Eminova Lamiyə, İsmayılova Təranə tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda xx.xx.2024-cü il tarixində keçmiş həyat yoldaşı Cavabdeh2 və atası Cavabdeh3 həyətdəki hamamdan istifadə etdiyi zaman suyu kəsir və isti suyu qızdırıcıdan bağlayırlar. 18.Mülki işin materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsi tərəfindən qəbul edilən “məhkəmə tibbi ekspertizası təyin etmək barədə” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə, birgə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, ev 63 ünvanında qayınanası Cavabdeh1, qayınatası Cavabdeh3 tərəfindən döyülmüş, bununla bağlı material üzrə məhkəmə tibb ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə Tibb Ekspertizası və X3 Nəsimi Rayon Şöbəsinin Ekspertlərinə həvalə edilmişdir. 19.Mülki işin materiallarına əlavə edilmiş fotoşəkillər və fləşkart. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 20.Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı və Cavabdeh2 arasında 2008-ci il tarixdə nikah bağlanmış, birgə nikahdan iki övladları olmuş, nikah bağlandıqdan sonra iddiaçı cavabdehlə birlikdə ünvan 4 ünvanında yaşamış və həmin evdə qeydiyyata düşmüş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə ünvan 4 ünvanında yaşamağa davam etmişdir. 21.Hazırda iddiaçı eyni həyətdə, lakin başqa evdə yaşayan keçmiş həyat yoldaşı, yəni Cavabdeh2 və onun atası Cavabdeh3 və anası Cavabdeh1 tərəfindən sözügedən evdə yaşamasına, həmin evə sahiblik və istifadə etməsinə, evə girib-çıxmasına maneələr törədildiyini iddia edərək, həmin maneələrin cavabdehlərə qadağan edilməsini və əlavə olaraq məhkəmə xərclərinin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 22.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki: “Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. 25.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun: 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”. 26.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). 27.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. 28.Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahları pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə daha əvvəl yaşadığı ünvanda yaşamağa davam etmişdir və iddiaçı hazırda həmin ünvanda rəsmi olaraq qeydiyyatdadır. Yəni iddiaçının hazırda yaşadığı evdən istifadə etməklə davam etməkdədir. İddiaçının iddia etdiyi kimi cavabdehlər tərəfindən həmin ünvanda yaşamasına müxtəlif maneələr törədilməsi işin sübuta yetirilmiş hallarıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının həyətə daxil olmasına mane olmaq üçün həyət qapısının bağlanması, iddiaçı daxil olmaq istədikdə ona müdaxilə edilməsi, su kanalizasiya sisteminin yararsız hala salınması, qaz xəttinin kəsilməsi, cavabdehlər tərəfindən iddiaçıya hədə-qorxu gəlinməsi halları iş materialları (qonşular tərəfindən tərtib edilmiş aktlar, videogörüntülər və s.) əsasında öz təsdiqini tapmışdır. 29.Müəyyən edilmişdir ki, iddiaçı yaşadığı evə daxil olmaq istədiyi zaman keçmiş qayınanası və qayınatası, yəni hazırki iş üzrə cavabdehlər Ə.Zərifə və Ə.Əli tərəfindən döyülmüş, bununla bağlı polisə müraciət edilmiş və iddiaçı döyüldüyünə görə onunla bağlı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Həmçinin, tərəflər arasında məişət zəmnində münaqişəli vəziyyət yaranmış və nəticədə, hər iki tərəf müxtəlif cür təhqir-təhdid etməklə yanaşı, qarşılıqlı psixoloji təzyiq göstərildiyinə görə qısamüddətli mühafizə orderi verilmişdir. 30.Qeyd edilənlərdən göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, qeyd edilən bütün hallar cavabdehlər tərəfindən iddiaçının ünvan 4 ünvanında sərbəst yaşamasına, evə sahiblik və evdən istifadə etməsinə, evə sərbəst girib-çıxmasına maneələr törədilməsinə əsas verir. Həmçinin, iddiaçı ilə Cavabdeh2 əvvəl ər-arvad münasibətlərində olduğundan və nikah pozulduğundan, eyni həyətdə nikah pozulduqdan sonra yaşamağa davam etdiklərindən bu hal sonuncu cavabdehdə müəyyən qədər qıcıq yaradaraq dahada emosional davranışlara gətirib çıxarmışdır (hər iki tərəfin telefon danışıqlarından müəyyən edilir). Bu da iddiaçıya cavabdehlər tərəfindən müxtəlif suni və fiziki mənada məhdudiyyətlər yaradaraq sözügedən sahədən maneəsiz istifadəsinə maneə yaratmışdır. 31.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə, yəni İddiaçı ünvan 1 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə girib-çıxmasına maneələrin törədilməsi (yalnız iddiaçının yaşadığı sahəyə münasibətdə) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qadağan edilməsi hissəsinə münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. 32.Məhkəmə iddia tələbinin “hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun cavabdehlərdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməklə rədd edilməlidir. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 34.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 35.Hazırki iş üzrə iddiaçı iddia qaldırılması üçün vəkilə 320 manat pul ödədiyini iddia edərək, həmin pulun cavabdehlərdən tutulmasını tələb etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. 36.Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə tam təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 38.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 6 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə girib-çıxmasına maneələrin törədilməsi (yalnız iddiaçının yaşadığı sahəyə münasibətdə) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qadağan edilməli, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 6 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə girib-çıxmasına maneələrin törədilməsi (yalnız iddiaçının yaşadığı sahəyə münasibətdə) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar