Məhkəmə qərarları › İş №e-2(006)-907/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-907/2025

14.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-907/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 3-29-59/3-1-1269K/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, həmçinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 3-29-59/3-1-1269K/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi; iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi; iddiaçıya hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya verilməsi; həmçinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı (bundan sonra - İddiaçı) əmək müqaviləsinə əsasən işəgötürən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – Cavabdeh) tərəfindən xx.xx.2017-ci il tarixli əmrlə xx.xx.2017-ci il tarixindən 22 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Daha sonra, iddiaçı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixindən 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Daha sonra, iddiaçı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixliəmrlə xx.xx.2022-ci il tarixindən 163 nömrəli tam orta məktəbə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Cavabdeh xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixindən iddiaçının əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermişdir. İddiaçı orta məktəblərdə təlimtərbiyə işləri üzrə direktor müavini olmaqla yanaşı, uzun illər musiqi müəllimi kimi də çalışırdı. İddiaçı 1992-ci ildən başlayaraq fasiləsiz olaraq müxtəlif məktəblərdə musiqi müəllimi kimi fəaliyyət göstərmişdir. Hesab edir ki, iddiaçının yerinə yetirdiyi işlər daimi xarakterli idi və onunla müddətli əmək müqaviləsi bağlanmamalı idi. Bu azmış kimi, bağlanmış əmək müqaviləsinin müddətinin 5 ildən çox davam etməsinə baxmayaraq, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən müddətin qurtarması əsas götürülmüşdür. İddiaçı 5 ildən çox və fasiləsiz olaraq çalışmış, cavabdehlə əmək münasibətlərində olmuşdur. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi müddətli deyil, müddətsiz hesab olunmalıdır. Bununla da, əmək müqaviləsinin müddətin qurtarması bağlanması qanunsuz hesab olunmalı, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunmalı və iddiaçı işə bərpa olunmalıdır. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin əsaslandırıldığı hallar: İddiaçı ilə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında əmək müqaviləsinə əsaslanan əmək münasibətləri mövcud olmuşdur. Əmək müqaviləsinə əsasən iddiaçı Bakı şəhərində yerləşən müxtəlif orta məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. İddiaçının tutduğu vəzifə üzrə icra olunan işlərin daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar bəlli olmasına və bununla da AR Əmək Məcəlləsinin 45.4-cü maddəsinə uyğun iddiaçı ilə müddətsiz əmək müqaviləsinin bağlanmalı olmasına baxmayaraq, cavabdeh bu müqaviləni müddətli əmək müqaviləsi kimi sistemə yerləşdirmişdir. Məhkəməyə təqdim olunan əmək kitabçasından və əmək müqaviləsi bildirişlərindən (№ xxxxxxx000601; № xxxxxxx000603; № xxxxxxx000606; № xxxxxxx000608) belə anlaşılır ki, iddiaçının işə başlama tarixi xx.xx.2017-ci il tarixi hesab olunur. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixindən başlayaraq cavabdeh ilə əmək müqaviləsinə əsasən Bakı şəhəri 22 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra, bu müqavilə xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Təqdim edilmiş əmək kitabçasından belə anlaşılır ki, iddiaçı xx.xx.2019-cu il tarixindən başlayaraq cavabdehlə əmək müqaviləsinə əsasən əmək fəaliyyətini 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində davam etdirmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində aşağıdakı müddəa qeyd olunmuşdur: “Bu əmək müqaviləsi “47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)” bəndinə qeyd olunan səbəbə görə xx.xx.2019 tarixindən xx.xx.2023cü il tarixinədək 4 il 5 ay müddətinə bağlanmışdır”. Buradan belə nəticə çıxarmaq olar ki, tərəflər arasında bağlanmış əmək müqviləsinin hər iki tərəfi – iddiaçı və cavabdeh aralarında olan əmək münasibətlərinin fasiləsiz olaraq xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 4 il 5 ay müddətində davam etdiyinə razılaşır. Əslində isə, əmək münasibətləri xx.xx.2019-cu il tarixindən deyil, xx.xx.2017-cil tarixindən başlamışdır. İddiaçı cavabdehlə olan əmək müqavilələrinə əsasən Bakı şəhərinin müxtəlif orta məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Başqa sözlərlə, iddiaçı cavabdehlə fasiləsiz olaraq 2022-ci ilin aprel ayının 04-ə kimi çalışmış, bu müddət 5 ildən çox davam etdiyindən, tərəflər arasında əmək münasibətləri müddətsiz hesab olunmalıdır. Məhz bu müddət ərzində cavabdeh yuxarıda qeyd olunan bir neçə əmək müqaviləsi bildirişlərində iddiaçının müqaviləsinin qurtardığı tarixləri müəyyən etsə də, hər dəfə əmək müqaviləsinin müddətini uzatmışdır. Bu müqavilənin bağlanmasından təxminən 1 ay yarım keçməsindən sonra, cavabdeh xx.xx.2022-ci il tarixli “K-998” nömrəli əmrin 1-ci paraqrafına əsasən müqaviləyə xitam verərək iddiaçı ilə “K-998” nömrəli əmrin 2-ci paraqrafına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 163 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməklə müddətli əmək müqaviləsi bağlamışdır. Yəni, yenidən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində nəzərdə tutulmuş müddətləri bəyan etmişdir. Daha sonra isə, cavabdeh xx.xx.2023-cü il tarixli əmrə əsasən bağlanmış əmək müqaviləsinin müddətini xx.xx.2024-cü il tarixinə kimi uzatmışdır. Göründüyü kimi, sadalanan faktlar bir daha təsdiq edir ki, iddiaçının tutduğu vəzifədən irəli gələn əmək funksiyaları daimi xarakterlidir və tərəflər arasında mövcud olan əmək münasibətləri faktiki olaraq fasiləsiz davam etmişdir. Bununla da, hesab edir ki, cavabdehin AR Əmək Məcəlləsinin 68.2. “b” – “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən iddiaçı ilə əmək münasibətlərinə xitam verməsinə əsası olmamışdır. Məhkəməyə məhkəməyə təqdim olunan sənədlərdən belə anlaşılır ki, iddiaçı xx.xx.2024-cü il tarixindən başlayaraq 56 təqvim günü müddətində əmək məzuniyyətində olub, xx.xx.2024-cü il tarixindən işə çıxmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində əmək məzuniyyətində olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə əmr qəbul etmişdir. Daha sonra, cavabdeh xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixli əmrin ləğv olunması barədə əmr qəbul edilmişdir. Hesab edir ki, bütün bu sadalalan faktlar cavabdeh tərəfindən iddiaçıya olan qərəzli münasibətdir. xx.xx.2025-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən təqdim olunan Arayışdan məlum olur ki, iddiaçı xx.xx.2024-cü il tarixindən başlayaraq 56 təqvim günü müddətində əmək məzuniyyətində olub, xx.xx.2024-cü il tarixindən işə çıxmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan “müddətli əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlıq xx.xx.2024-cü il tarixində idarə müdiri səlahiyyətlərini icra edən Xəyalə Əhmədzadə tərəfindən imzalanmışdır. Bu xəbərdarlıqda cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xx.xx.2024-cü il tarixində xitam veriləcəyinə dair məlumat öz əksini tapmışdır. Bununla da, cavabdeh AR Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunan tələbi pozmuşdur: Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinin müddətinin uzadılması barədə” əmrin 1-ci bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində də əmək müqaviləsinin xx.xx.2024-cü il tarixinədək bağlandığı qeyd olunmuşdur. Sistemə xx.xx.2023-cü il tarixində daxil edilmiş xxxxxxx000702 nömrəli əmək müqaviləsi bildirişində də müddətli əmək müqaviləsinin qurtardığı tarix kimi xx.xx.2024-cü il tarixi qeyd olunub. Beləliklə, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən müddətli əmək müqaviləsinin bitməsinə azı 1 həftə qalmış, yəni xx.xx.2024-cü il tarixində iddiaçıya müvafiq xəbərdarlıq təqdim olunmalı idi. Lakin, məhkəməyə təqdim olunan xəbərdarlıq xx.xx.2024-cü il tarixlidir. Bununla da, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən iddiaçı barəsində “əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.” maddi norma tətbiq olunmalı idi. Bunun əksinə olaraq, cavabdeh əmək məzuniyyətində olan iddiaçı ilə əmək müqaviləsinə xitam verir, daha sonra həmin əmri ləğv edir, daha sonra isə iddiaçının işə çıxdığı ilk iş günündə xəbərdarlıq qəbul edərək 3 gün sonra əmək müqaviləsinə xitam verir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlər arasında diqqəti çəkən daha bir sənəd sistemə xx.xx.2024-cü il tarixində daxil edilmiş xxxxxxx000703 nömrəli əmək müqaviləsi bildirişidir. Bu bildiriş iddiaçının əmək məzuniyyətində olduğu zaman sistemə işlənib və bu bildirişə əsasən müddətli əmək müqaviləsinin qurtardığı tarix kimi - xx.xx.2024cü il tarixi qeyd olunub. Deməli, belə qənaətə gəlmək olar ki, cavabdeh AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə zidd olaraq iddiaçı ilə əmək müqaviləsini daha bir il müddətinə deyil, əksinə cəmi 56 gün – xx.xx.2024-cü il tarixinə, yəni iddiaçının əmək məzuniyyətindən qayıdacağı və işə çıxacağı ilk iş gününə kimi uzatmışdır. Bu zaman cavabdeh iddiaçı ilə bu məsələni müzakirə etməmiş, onun bu dəyişikliyə razı olubolmamasını aydınlaşdırmamışdır. Bununla da, cavabdeh AR Əmək Məcəlləsinin 2-ci bəndində qeyd olunan tərəflərin hüquq bərabərliyi prinsipini pozmuş, həmin Məcəllənin 47-ci maddəsinin f) bəndində nəzərdə tutulan tələbi yerinə yetirməmişdir. Fərz edilsə ki, iddiaçı bu dəyişikliyə - yəni müqavilənin xx.xx.2024-cü il tarixinə kimi uzadılmasına razılıq vermişdir, bu halda da cavabdeh təşkilat həmin tarixə 1 həftə qalmış iddiaçını xəbərdar etməli idi. İddiaçının həmin ərəfədə əmək məzuniyyətində olmasını nəzərə alaraq, cavabdeh əvvəlcə iddiaçını əmək məzuniyyətindən geri çağırmalı, onun işdə olmasını təmin etməli, daha sonra isə ona “müddətli əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlığı təqdim etməli idi. Lakin, bütün bunlar baş verməmiş, əksinə iddiaçı cavabdehin onun işdən azad etmək istəyi barəsində bixəbər olmuş, iddiaçının qanunla qorunan hüquqları kobud surətdə pozulmuş, belə demək olarsa, fakt qarşısında qoyulmuşdur. Cavabdeh tərəfindən sistemə xx.xx.2024-cü il tarixində daxil edilmiş xxxxxxx0007X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən, xx.xx.2024-cü il tarixli əmrə əsasən iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilib. Burada da, cavabdeh əmək qanunvericiliyinin tələblərini lazımınca yerinə yetirməmiş, əmək müqaviləsinə qəbul etdiyi əmrdən 3 gün sonra xitam vermişdir. Hesab edir ki, cavabdeh öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə edərək qanunsuz və əsassız bir əmr qəbul etmişdir. Bu qanunsuz əmr 33 ildən çoxdur mövcud sistemdə işləyən, bu sahədə kifayət qədər təcrübəsi olan işçinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, məhkəmədən cavabdeh tərəfindən verilmiş 3-29-59/3-1- 1269K/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, iddiaçıya hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya verilməsi, həmçinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: İddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməməlidir. Belə ki, İddiaçı 04 aprel 2017-ci il tarixində Bakı şəhəri 22 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və onunla bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Lakin əmək müqaviləsinin müddətinin sonu 05 aprel 2019-cu il tarixi müəyyən edilməsinə baxmayaraq İddiaçı ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 yanvar 2019-cu il tarixli K-148 nömrəli əmri ilə xitam verilmişdir. Sonra iddiaçı ilə 01 fevral 2019-cu il tarixdən 01 iyul 2019-cu il tarixədək 08 nömrəli müqavilə bağlanılmış və o, 106 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra həmin müqavilə 01 iyul 2021-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30 iyun 2021-ci il tarixli K-376 nömrəli əmri ilə 08 nömrəli 01 fevral 2019-cu il tarixli əmək müqaviləsinin müddəti 01 iyul 2022-ci il tarixədək uzadılmışdır. 01 iyul 2022-ci il tarixində əmək müqaviləsinə dəyişiklik edilmiş və müddətli əmək müqaviləsi 30 iyun 2023-cü il tarixinə qədər uzadılmışdır. Lakin həmin əmək müqaviləsinin müddəti bitmədən İddiaçı ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11 avqust 2022-ci il tarixli K-998 nömrəli əmri ilə xitam verilmişdir. Daha sonra İddiaçı ilə 15 avqust 2022-ci il tarixində yeni müqavilə bağlanılmış və o, 15 avqust 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Bundan sonra onun əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İddiaçı 01 iyul 2024-cü il tarixindən 56 günlük məzuniyyət müddətində olduğuna görə onunla bağlanmış müddətli əmək müqaviləsinə 26 avqust 2024-cü il tarixində xitam verilmişdir. Beləliklə İddiaçı əmək münasibətləri fasiləsiz 5 il müddətində davam etməmişdir. Yəni 04 aprel 2017-ci il tarixində bağladığı əmək müqaviləsi 04 aprel 2017-ci il tarixdən 31 yanvar 2019-cu il tarixədək davam etmişdir. Daha sonra o, işdən azad olunmuş və 106 nömrəli tam orta məktəbə təyin edilmişdir. 01 fevral 2019-cu il tarixdən 12 avqust 2022-ci il tarixədək İddiaçı 106 nömrəli tam orta məktəbdə çalışmışdır və sonra işdən azad edilmişdir. 15 avqust 2022-ci il tarixindən 26 avqust 2024-cü il tarixədək 163 nömrəli tam orta məktəbdə çalışmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. Yəni Bakı Şəhəri üzrə Təhsil İdarəsi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlayarkən, heç bir qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin bitməsidir. İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Tərəflər arasında bağlanılan əmək müqavilələrindən görünür ki, bütün əmək müqavilələri müddətli bağlanılıb. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Tərəflər arasında bağlanılmış bütün əmək müqavilələrində müqavilənin hansı müddətə bağlanılması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Təqdim edilmiş müqavilələrdən və digər sənədlərdən görünür ki, müddətli əmək müqaviləsi 5 ildən artıq davam etməyib, müqaviləyə xitam verilib, müqavilələr arasında müddət fərqi yaranıb. İddiaçı ilə 04 aprel 2017-ci il tarixində bağlanan əmək müqaviləsi 04 aprel 2017-ci il tarixdən - 31 yanvar 2019-cu il tarixədək, 01 fevral 2019-cu il tarixdən - 12 avqust 2022-ci il tarixədək, 15 avqust 2022-ci il tarixdən - 26 avqust 2024-cü il tarixədək davam etmişdir. Bundan əlavə İddiaçı 12 avqust 2022-ci il tarixində öz ərizəsi nəzərə alınmaqla işdən azad edilib və 15 avqust 2022-ci il tarixindən işə başlayıb. İddia ərizəsinə edilən dəqiqləşmə ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Yəni burda İşəgötürən tərəfindən işçinin əmək haqqının qəsdən gecikdirilməsi nəzərdə tutulur. İddiaçı əmək müqaviləsinə 26 avqust 2024cü il tarixində xitam verildiyinə görə “işçi” statusu ona şamil edilmir. İddiaçı öz ərizəsində onun əmək müqaviləsinin müddətinin 01 iyul 2024-cü il tarixində başa çatdığını və müəyyən xəbərdarlığın ona bir həftə əvvəl verilməli olduğunu iddia edir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsini müəyyən dəyişiklik qüvvəyə minənədək, yəni 12 avqust 2024-cü il tarixinə qədər işəgötürənin üzərinə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçini xəbərdarlıq etmək öhdəliyi qoyulmamışdır. Nəsimi Rayon Məhkəməsinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 05 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Lakin cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu məsələyə münasibəti öyrənilməmişdir və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi 27 yanvar 2025-ci il tarixində, saat 12:45-ə təyin edilmiş məhkəmə iclasının sonunadək iştirak etmişdir və bu məsələ məhkəmə iclasında müzakirə edilməmişdir, iddiaçı bu barədə vəsatət təqdim etməmişdir və bu barədə qərardad məhkəmənin elektron kabinetinə əlavə edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri əmək haqqının hesablanaraq ona ödənilməsi, iddiaçıya hər gecikdirilmiş gün üçün əməkhaqqının bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya verilməsi, həmçinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Nümayəndə əlavə olaraq bildirdi ki, iş üzrə cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tərəfindən xx.xx.2025-ci il tarixində elektron məhkəmə portalına etiraz yerləşdirmiş, həmçinin İddiaçı tərəfindən iş üzrə tələb olunan bəzi sübutlar təqdim olunmuşdur. Etirazda qeyd olunan məsələlər, təqdim olunan sübutlar, həmçinin də, iddia ərizəsi və ona dəqiqləşdirmədə qeyd olunanların əsasında bildirir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasından bəlli olur ki, iddiaçı - xx.xx.1992-ci il tarixindən 102 nömrəli tam orta məktəbdə musiqi müəllimi olaraq təhsil sahəsindəki fəaliyyətinə başlamış və xx.xx.1996-ci il tarixində köçürülənədək bu vəzifəni icra etmişdir, - xx.xx.1996-ci ildə BBTİ-nin (Bakı Baş Təhsil İdarəsi) də əmri ilə musiqi və nəğmə müəllimi vəzifəsinə təyin olunmuş və xx.xx.2017-ci ilədək bu vəzifəni icra etmişdir, - xx.xx.2017-ci ildə 22 nömrəli tam orta məktəbdə təlim-tərbiyə üzrə direktor müavini vəzifəsinə təyin olunmuş və xx.xx.2019-cu ilədək bu vəzifəni icra etmişdir, - xx.xx.2019-cu il tarixindən 106 nömrəli tam orta məktəbə məktəbdə təlim-tərbiyə üzrə direktor müavini vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixinədək (həftənin cümə günü) bu vəzifəni icra etmişdir, - xx.xx.2022-ci il tarixindən (bazar ertəsi) 163 nömrəli tam orta məktəbə təlim-tərbiyə üzrə direktor müavini vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cü il tarixinədək bu vəzifəni icra etmişdir. Qeyd olunanlar bunu sübut edir ki, iddiaçı 32 il ərzində fasiləsiz olaraq Bakı şəhərinin müxtəlif məktəblərində müəllim və təlim-tərbiyə üzrə direktor müavini vəzifələrində işləmişdir. Bununla da, AR Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenum Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan, həmçinin də Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmçinin, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu səbəbdən də, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2017-ci il tarixindən İddiaçı ilə 25 il fasiləsiz davam edən əmək münasibətlərini başqa vəzifəyə təyin olunma fonunda müddətli əmək münasibətlərinə keçirmək cəhdləri qanunsuzdur. Belə ki, AR Konstitusiya Məhkəməsinin 31 yanvar 2024- cü il tarixli Plenum Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunduğu kimi, “Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.” Bununla da, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyindən aydın olur ki, 25 il fasiləsiz işlədikdən sonra İşçi olaraq İddiaçı ilə İşəgötürən olaraq Cavabdehin müddətli əmək münasibətlərinə keçmək cəhdi məhz özünün üstünlüyü və İddiaçının zəif tərəf olmasının bariz nümunəsidir. Cavabdeh öz etirazında etiraf edir ki, “İddiaçı ilə 04 aprel 2017-ci il tarixində bağlanan əmək müqaviləsi 04 aprel 2017-ci il tarixdən - 31 yanvar 2019-cu il tarixədək, 01 fevral 2019-cu il tarixdən –12 avqust 2022-ci il tarixədək, 15 avqust 2022-ci il tarixdən - 26 avqust 2024-cü il tarixədək davam etmişdir”. Qeyd olunan müddətlərlə bağlı İddiaçıya bir nüsxədə imzaladılaraq yalnız Cavabdehdə mövcud olan və hər iki tərəfin imzası olan, cari işin gedişatı zamanı məhkəməyə təqdim olunan Əmək müqavilələrinin müddətlərinə nəzər yetirdikdə, onların: - xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, - xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək, rəqəmlə 5 ay, yazı ilə 1 il müddətinədək, - xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 10 ay 16 gün müddətinə bağlandığı bəlli olur. Hər üç müqavilənin 8-ci bəndinə əsasən, (1) əmək müqaviləsinə dəyişikliklər, əlavələr və düzəlişlərin aparılması tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir, (2) bu dəyişikliklər müqavilənin tərkib hissəsi hesab edilir, (3) əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişiklik, əlavə və düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Bununla da bəlli olur ki, İddiaçının sonuncu imzaladığı xx.xx.2022-ci il tarixli müqavilə xx.xx.2023-cü il tarixinədək 10 ay 16 gün müddətinə bağlanmışdır. Həmçinin, AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə yalnız 12 avqust 2024- cü il tarixində edilən dəyişiklikdən sonra, “əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə” minməyə başladı. Həmin maddənin bundan əvvəlki redaksiyasında deyilirdi: “əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.” Bununla da bəlli olur ki, 12 avqust 2024-cü il tarixinədək İddiaçının İşçi olaraq elektron informasiya sisteminə çatımlılığı, yəni orada hər hansı bir formada əmək müqaviləsinə əlavə və ya dəyişiklikləri gücləndirilmiş elektron imzası ilə imzalaması nə qanunvericilik, nə də texniki cəhətdən mövcud və mümkün olmuşdur. Belə olan halda, tərəflər arasındakı münasibətləri müəyyən edən imzalı sənəd kimi xx.xx.2022-ci il tarixli müqavilə hesab olunur. Cavabdeh öz etirazında iddia edir ki, münasibətlərə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə 12 avqust 2024-cü il tarixində edilən dəyişiklik şamil olunmamalıdır. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə 12 avqust 2024-cü il tarixində edilən dəyişikliklərədək həmin maddənin redaksiyasında deyilirdi: “Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.” Nəzərə alaraq ki, 12 avqust 2024-cü il tarixində Əmək Məcəlləsinə və elektron informasiya sisteminə edilən dəyişikliyədək, işçilərin bu sistemdə hər-hansı müqaviləni imzalamaq, ona əlavə və dəyişikliklər etmək imkanı olmamışdır, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi həm köhnə, həm də təzə redaksiyada onu ehtiva edir ki, müqavilənin müddətinin bitməsinə 7 gün qalmış və ya müddətin bitməsindən sonrakı 7 gün ərzində xəbərdarlıq edilməzsə həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır, sonuncu imzalı əmək müqaviləsi tərəflər arasında xx.xx.2022-ci il tarixində 10 ay 16 gün müddətinə bağlanmışdır. Belə olan halda, sonuncu müqavilənin bitməsi tarixi Cavabdehin iddia etdiyi kimi xx.xx.2024-cü il tarixi deyil, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsində göstərilən 10 ay 16 gün müddətinə uzadıldığı üçün xx.xx.2024-cü il tarixi hesab olunmalıdır. Bu halda isə, İşəgötürən olaraq cavabdeh müddətin uzadılmaması barədə xəbərdarlığı İddiaçıya ən geci xx.xx.2025-cü il tarixinədək verə bilərdi. Əmək kitabçası ilə bağlı edilən qeydlər, kitabçanın 3-cü qrafasının Cavabdeh tərəfindən 2017-ci il tarixindən etibarən doldurulması qaydası və Əmək kitabçasının məhkəməyə təqdim edilmiş surəti, yuxarıda 2-ci bənddə əmək müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı pozuntular və əmək müqavilələrinin məhkəməyə təqdim edilmiş surətləri, AR Əmək Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Qaydaları ilə müəyyən olunan tələblərin Cavabdeh tərəfdən kobud şəkildə və davamlı pozulması onu deməyə əsas verir ki, Cavabdeh İddiaçı ilə mövcud olan əmək münasibətlərinin istənilən mərhələsində qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla əslində öz strukturu daxilində insan resursları məsələlərinin necə səhlənkarlıqla həyata keçirildiyini yazılı sübutlarla təsdiq etmiş olur. b. Həmçinin, 2017-ci il tarixində Əmək kitabçasının 3-cü qrafasına “Bakı şəhəri üzrə Təhsil İdarəsi” yazılı möhürün vuruıması və Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində təqdim edilmiş etirazda 1992-ci ildən yox, 2017-ci il tarixindən yaranmış münasibətlərə istinad etməsi özünün hüquqi varislik qaydasında Bakı Baş Təhsil İdarəsinin davamçısı olduğundan xəbərsiz olduğunu deməyə əsas verir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X5 iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki: -İddiaçı xx.xx.2017-ci il tarixdən Bakı şəhəri 22 saylı tam orta məktəbə 1 il müddətinə 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. -xx.xx.2018-ci il taixdə Bakı şəhəri 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış xx.xx.2017-ci il tarixli 31 nömrəli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. -xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən ləğv edilmişdir. -İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı şəhəri 106 saylı tam orta məktəbə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. -xx.xx.2019-cu il taixdə Bakı şəhəri 106 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. -xx.xx.2020-ci il taixdə Bakı şəhəri 106 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. -xx.xx.2021-ci il taixdə Bakı şəhəri 106 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. -xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 106 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. -İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri 163 saylı tam orta məktəbə xx.xx.2023-cü il tarixədək 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. -xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. -xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsinə Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-148 saylı xx.xx.2019 saylı əmrinə əsasən İddiaçı Bakı şəhəri 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdən Bakı şəhəri 106 saylı tam orta məktəbə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı 106 nömrəli orta məktəbdə tutduğu direktor müavini vəzifəsindən xx.xx.2022-ci il tarixdən azad edilib, Bakı şəhəri 163 nömrəli orta məktəbə xx.xx.2022-ci il tarixdən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməyini xahiş etmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-998 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən Bakı şəhəri 106 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin M-998 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı Bakı şəhəri 163 nömrəlo orta məktəbə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixinədək (10 ay 16 gün müddətinə) bağlanmışdır. Bakı şəhəri 163 saylı tam orta məktəbin xx.xx.2022-ci il tarixli 91 nömrəli əmrindən çıxarışın surətinə əsasən İddiaçı xx.xx.2022-ci ildən məktəbdə vakant olan təlim-tərbiyə işləri üzrə müavinliyinə, xx.xx.2023-cü ilədək müddətli təyin edilməsi əmr edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixinədək (1 il 10 ay 17 gün) uzadılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli intizam tənbehinin verilməsi barədə əmrin surətindən görünür ki, Müəssisəyə rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Bakı şəhəri 163 nömrəli tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi, analoji halların gələcəkdə təkrarlanmaması məqsədilə İddiaçı müvafiq tədbirlərin görülməsini təmin etməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-5/2H- 98580/2024 saylı məktubuna əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəsifəsini icra edən X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN 023853 nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın surətin göndərilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN seriyalı ******* saylı qərarın surətinə əsasən X3 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində şərti olaraq cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)-5081/2024 saylı qərarının surətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilməsi və iş baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 74k nömrəli əmrinə əsasən Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-ci il tarixdən həmin məktəbin müvəqqəti direktor vəzifəsini icrasından azad edilmişdir. Bakı şəhəri 163 saylı tam orta məktəbin direktor vəzifəsinin icrası xx.xx.2024-cü il tarixdən 3 (üç) ay müddətinə həmin məktəbin tarix müəllimi X1 həvalə edilməsi və ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) 50%-i miqdarında əlavə əmək haqqı ödənilməsi əmr edilmişdir. Bakı şəhəri 163 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi 56 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Əməliyyat və Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 56 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2024-cü il tarixindən iş günü hesab edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 824 k saylı əmrinə əsasən Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlınmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 926 k saylı əmrinə əsasən İdarənin xx.xx.2024-cü il tarixli 824 k saylı əmri ləğv edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı onunla nağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin -29- 59/3-1-1269k/2024 saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir Bakı 06 saylı Mediasiya Təşkilatının 22 oktyabr 2024-cü il tarixli MŞB/06-01856 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışına əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştriak etməmişdir. İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı gəlir məlumatlarına əsasən, o, Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanmış müqavilə əsasında musiqi müəllimi vəzifəsində işləyir, əmək haqqı 741 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə 73.1. (əvvəlki redaksiya) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarı “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən suiistifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.”

Məhkəmənin mövqeyi: İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş “əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrin ləğv edilərək işə bərpa olunmasını və işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının, habelə əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsini xahiş edir və iddiasını, yerinə yetirdiyi işlərin daimi xarakterli olması, buna görə onunla müddətli əmək müqaviləsinin bağlanmasına yol verilməməsi, bağlanmış əmək müqaviləsinin müddətinin 5 ildən çox davam etməsinə baxmayaraq, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunsuz olaraq müddətin qurtarmasının əsas götürülməsi, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən müddətli əmək müqaviləsinin bitməsinə azı 1 həftə qalmış, yəni xx.xx.2024-cü il tarixində iddiaçıya müvafiq xəbərdarlıq təqdim edilməli olmasına baxmayaraq, xəbərdarlıq tarixinin xx.xx.2024-cü ilə aid olması ilə əsaslandırır. Cavabdehin nümayəndəsi isə İddiaçı ilə bağlanmış 04 aprel 2017-ci il tarixli əmək müqaviləsinin 04 aprel 2017-ci il tarixdən 31 yanvar 2019-cu il tarixədək davam etməsi, daha sonra işdən azad olunaraq 106 nömrəli tam orta məktəbə, daha sonra yenidən işdən azad olunaraq 15 avqust 2022-ci il tarixindən 163 nömrəli tam orta məktəbdə çalışması, bununla da müddətli əmək müqaviləsinin 5 ildən artıq davam etməməsi, müqavilələrə xitam verilməklə, onlar arasında müddət fərqinin yaranmasına, habelə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qarışlıqlı razılıq əsasında müddətli təyin edilməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş edir. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnanı Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi iddiaçı xx.xx.2017-ci il tarixdən direktor müavini vəzifəsində işləmiş, hər dəfə müqavilə müddəti bitdikcə müvafiq uzadılmalar həyata keçirilmiş, işin xarakterindən isə onun daimi əsaslar olmadan icra edilməsi üçün hər hansı hal müəyyən edilməmişdir. Əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin müvəqqəti xarakter daşıması mübahisə edilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterli direktor müavini vəzifəsi üzrə təyinatın iddiaçıya münasibətdə müddətsiz deyil, müddətli qaydada tətbiq olunmasının səbəbinin nədə ifadə olunması ilə bağlı məhkəmənin sualına cavab olaraq müvafiq vəzifənin birmənalı olaraq müddətli olmamasını, hazırda digər məktəblərdə daimi əsaslarla direktor müavini vəzifəsində işləyən şəxslərin olduğunu, eyni vəzifə üzrə həm müddətli, həm də müddətsiz əmək müqavilələrinin bağlandığını bildirmiş, lakin əmək funksiyalarının eyni olması şübhə doğurmayan vəzifə üzrə əmək müqavilələrinin bağlanmasında yol verilən belə differensasiyaya ağlabatan izah verməməklə, hazırkı işdə tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanmasının həyata keçirilməsinə istinad etmişdir ki, məhkəmə baxılan işdə müvafiq razılığın, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmasını inandırıcı və real hesab etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərin bu qaydada davam etməsi müvafiq münasibətlərdə zəif tərəf olaraq işçinin özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işini itirməsindən ehtiyat edərək, işəgötürənə müddətlə bağlı diktə etmək imkanından məhrum olması ilə bağlı olduğundan belə razılaşmaların işəgötürənin təsiri altında bağlanması istisna edilmir. Belə ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, təhsil sahəsində kifayət qədər təcrübəsi olan iddiaçının direktor müavini kimi məsul vəzifədə müvəqqəti işləməklə bağlı könüllü iradəsinin olması barədə cavabdehin dəlilləri, yol verdiyi pozuntulara haqq qazandırmaq xarakteri daşımaqla məhkəmə tərəfindən əsaslı hesab edilmir. İddiaçının eyni əmək funksiyasını icra etdiyi sahədə (direktor müavini) uzun müddət, yəni 7 ildən artıq müddətdə işləməsi də müvafiq vəzifənin müvəqqəti xarakter daşıması halını aradan qaldırmış olur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2017-ci ildən işəgötürən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə müddətli əmək müqaviləsi bağlayaraq 1 il müddətinə Bakı şəhəri 22 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinin müddətinin sonu 05 aprel 2019-cu il tarixi müəyyən edilməsinə baxmayaraq məktəb dəyişikliyi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 yanvar 2019-cu il tarixli əmri ilə xitam verilmiş, sonra iddiaçı ilə 01 fevral 2019cu il tarixdən 01 iyul 2019-cu il tarixədək müqavilə bağlanılmış və o, 106 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra həmin müqavilənin müddəti əvvəlcə 01 iyul 2021-ci il, sonra 01 iyul 2022-ci il, daha sonra 30 iyun 2023-cü il tarixinədək uzadılmışdır. Lakin həmin əmək müqaviləsinin müddəti bitmədən yenidən məktəb dəyişikliyi ilə əlaqdədar əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 12 avqust 2022-ci il tarixində (həftənin cümə günü) xitam verilmiş, İddiaçı ilə sonuncu dəfə 15 avqust 2022-ci il tarixində (bazar ertəsi) yeni müqavilə bağlanılaraq 30 iyun 2023-cü il tarixədək 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Bundan sonra onun əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Qeyd edilməlidir ki, cavabdeh sözügdən müqavilələrin müddətinin uzadılmadığını, onlara xitam verilməklə sonradan yeni müqavilələr bağlanılaraq əmək münasibətlərinin 5 ildən artıq davam etməsinə baxmayaraq, bu münasibətlərin fasiləsizliyi ilə bağlı Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin dispozisiya şərtinin ödənilmədiyini əsaslandırmağa çalışır. Halbuki göründüyü kimi iddiaçı ilə xx.xx.2017-ci il tarixdən bağlanmış bütün əmək müqavilələrində işəgötürən qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi çıxış etmiş, yalnız iddiaçının əmək funksiyalarının icra yerinin (məktəbin) dəyişdirilməsi zərurəti ilə əlaqədar mövcud əmək müqavilələrinə xitam verilərək, 1 iş günü belə fasilə verilmədən növbəti iş günü eyni tərəflər arasında, eyni vəzifə üzrə əmək müqavilələri bağlanmışdır. Bu baxımdan məsələyə formal yanaşmayaraq, eyni işəgötürən və eyni işçi arasında eyni vəzifə üzrə müqavilələrin bağlanmasını məhkəmə fasiləsiz əmək münasibətləri kimi qiymətləndirərək, ƏM-nin 45-ci maddənin 5-ci hissəsinin dispozisiya şərtlərinin ödənilməsi qənaətinə gəlir. Beləliklə, tərəflər arasında əmək münasibətlərinin xx.xx.2017-ci il tarixdə yaranması nəzərə alındıqda, 5 il sonra xx.xx.2022-ci il tarixdən etibarən müqavilə öz mahiyyəti etibarilə müddətsiz olaraq bağlanmış hesab edilir. Buna baxmayaraq həmin tarixdən sonra yenə müddətli əmək müqavilələri bağlanmış və sonuncu əmək müqaviləsinə də müddətin bitməsi əsası ilə xitam verilməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göründüyü kimi, əmək funksiyasının şərtlərinə görə iddiaçının yerinə yetirdiyi iş daimi xarakterə malik olmasına və bunun qabaqcadan bəlli olmasına baxmayaraq cavabdeh müddətli əmək müqaviləsi bağlamaqda haqlı olmadığı kimi, həmin müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçdikdən (çevrildikdən) sonra müddətin bitməsi əsası ilə xitam verilməsinə dair əmr verməkdə də haqlı olmamışdır. O da qeyd olunmalıdır ki, iddiaçının Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 5 ildən artıq fasiləsiz əmək münasibətlərində olması nəzərə alınmasa belə, cavabdehin əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verməsi həm də ona görə əsassız olmuşdur ki, sonuncu müqavilənin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, həmin tarixdən iddiaçıya əmək məzuniyyəti verməklə, işəgötürən Bakı Şəhəri üzrə Təhsil İdarəsi işçi ilə əmək münasibətlərini davam etdirməklə bağlı mövqeyini nümayiş etdirmiş, yəni, işəgötürənin mövqeyinə görə əgər müddətli hesab etdiyi müqavilə müddəti bitmişdirsə, işəgötürən istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsini son haqq-hesab qaydasında təmin etmək imkanına malik olmasına baxmayaraq, bunu etməmiş, işçiyə davam edən əmək münasibətləri çərçivəsində öz məzuniyyət hüququndan istifadə etməsini təmin etmiş, bununla da müqavilə əvvəlki müddətə uzadılmışdır. İşdə olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Əməliyyat və Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından da görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 56 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2024-cü il tarixindən iş günü hesab edilir. O da qeyd olunmalıdır ki, işəgötürənin müqaviləyə xitam vermək niyyəti var idisə, işçiyə məzuniyyət vermədən həmin dövrdə (xx.xx.2024-cü il tarixədək) Əmək Məcəlləsinin qüvvədə olan redaksiyasına görə müqavilə müddəti bitdikdən sonra 1 həftə ərzində xitamı tələb etməli olduğu halda, bunu da etməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə yeni redaksiyanın tələbi baxımından xitam veriləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərməklə, (hərçənd iddiaçıya çatdırılması təsdiq olunmur, iddiaçı isə müvafiq xəbərdarlığı almadığını bildirir. Xəbərdarlığı isə əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə əvvəl göndərməli olduğu halda, əmrin verildiyi gün xəbərdarlıq imzalanmışdır) xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə nail olmuşdur ki, bu halda da qanunvericiliyin tələblərinə riayət edilmədiyi aydın görünür. Belə ki, birincisi əmrdə Təhsil İdarəsinin əmək müqaviləsinə nəyə görə əmrin verildiyi gün deyil, 3 gün sonra xitam verdiyinin səbəbi məlum deyil (halbuki əmrin verildiyi gün işçinin iş günü olmuşdur), ikincisi, işəgötürənin mövqeyinə görə Əmək Məcəlləsinin yeni redaksiyası tətbiq edilməli olduğu halda belə, müddətin bitməsinə azı bir həftə qalmış xəbərdarlıq edilməsi ilə bağlı imperativ tələbə əməl edilmədiyi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin "b” bəndi ilə xitam verilməsi ilə qanunvericiliyinin tələbləri pozulduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin “məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı “məcburi iş buraxmaya görə əmək haqqı tutulması” tələbini cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi ilə əsaslandırmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qəbul edilmiş əmr ləğv edilməklə, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilərkən o da nəzərə alınmalıdır ki, tərəflərin izahatlarına, habelə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanmış müqavilə əsasında 252 nömrəli məktəbdə musiqi müəllimi vəzifəsində işləyir, əmək haqqı 741 manat, müqavilənin müddəti 6 ay təşkil edir. Odur ki, iddiaçının xx.xx.2024cü il tarixdən hazıradək eyni işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında işləməklə əmək haqqı alması nəzərə alındıqda, ona hazırkı vəzifə üzrə ödənilən məbləğlə əvvəlki vəzifəsi üzrə ödənilməli olan əmək haqqı məbləği arasındakı fərq hesablanmaqla (hazırda qüvvədə olan əmək müqaviləsinin müddətinin bitməsinədək olan dövr üçün), işə bərpa olunduğu günədək məcburi iş buraxma günlərinə görə iddiaçıya əmək haqqı ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin “əmək haqqının gecikdirilməsinə görə faiz ödəncin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə hazırki işin faktiki hallarına əsasən qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz hesab edildiyindən, cavabdeh tərəfindən iddiaçının əmək haqqının verilməsinin gecikdirilməsi işin mübahisəsiz halıdır. Bu gecikdirmənin işəgötürənin təqsiri üzündən baş verməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məxəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin məcburi iş buraxma üçün əmək haqqı ilə bağlı tələblərə tətbiqi həmin normanın mahiyyətindən irəli gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Qərarında da fərdi əmək mübahisəsinin yarandığı hallarda da həmin normanın tətbiqi ilə bağlı ifadə etdiyi mövqe məcburi iş buraxma üçün əmək haqqı tələblərinə deyil, işçinin işlədiyi dövr üçün ödənilməli olan, yəni işçinin gördüyü işə görə ödənilməli olan, lakin işəgötürənin təqsiri üzündən ödənilməyən əmək haqqının ödənilməsi ilə bağlı mübahisələrə tətbiq edilməlidir. ƏM-nin 172-ci maddəsinin mahiyyətindən göründüyü kimi işəgötürənin təqsiri dedikdə, işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallar ilə bağlı işçinin əmək haqqının ödənilməsinin gecikdirildiyi hallar nəzərdə tutulmuşdur. Həmçinin işəgötürənin özündən asılı olmayan səbəblərə görə işçiyə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə işəgötürənin məsuliyyəti istisna edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən, yəni işdən çıxarılmasında özünü haqlı hesab edərkən işəgötürən tərəfindən işçiyə əmək haqqının ödənilməsindən söhbət gedə bilməz. Yəni belə bir şəraitdə İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmək haqqının verilməsinin gecikdirilməsinin cavabdehin iradəsindən və imkanlarından asılı olan hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar məhkəmə tərəfindən qəbul edildiyindən məcburi iş buraxmaya görə əmək haqqının gecikdirilməsində cavabdeh təqsirli hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən 3-29-59/3-1- 1269K/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmr ləğv edilməli, İddiaçı Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək (hazırkda qüvvədə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddətinin bitməsinədək olan dövr üçün ona hazırkı vəzifə üzrə ödənilən məbləğlə əvvəlki vəzifəsi üzrə ödənilməli olan əmək haqqı məbləği arasındakı fərq hesablanmaqla) məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi (iddia qismən təmin edildiyindən) cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi ödənilmiş 60 manatın 30 manatı Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilməli, qalan 30 manatı İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən 3-29-59/3-1-1269K/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmr ləğv edilsin. İddiaçı Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək (hazırkda qüvvədə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddətinin bitməsinədək olan dövr üçün ona hazırkı vəzifə üzrə ödənilən məbləğlə əvvəlki (bərpa olunduğu) vəzifəsi üzrə ödənilməli olan əmək haqqı məbləği arasındakı fərq hesablanmaqla) məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya xərci kimi ödənilmiş 60 manatın 30 manatı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilsin, qalan 30 manatı İddiaçı aid edilsin. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar