Məhkəmə qərarları › İş №e-2(006)-93/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-93/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-93/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, məhkəmənin icraatında olan hazırki e-2(006)-93/2023 saylı mülki iş üzrə Cavabdeh iddia predmeti olan mənzildən çıxarılması üçün əsas olan Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-7668 saylı, xx.xx.2020-ci il tarixli icra qeydi və onun əsasında həyata keçirilmiş alqı-satqı, həmçinin nəticə etibarı ilə iddiaçı "PSG Finans” BOKT MMC-nin adına verilmiş daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-789/2022 saylı qətnaməsi əsasında ləğv edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəyə minmişdir. Başqa sözlə, iddiaçı "PSG Finans” BOKT MMC-nin mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququna dair çıxarış ləğv edildiyi üçün onun artıq həmin mənzildə yaşayan şəxslərin çıxarılması və onların istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinin təmin edilməməsi də qaçılmazdır. Belə olan halda iddiaçı "PSG Finans” BOKT MMC-nin hazırki mübahisənin əsasını təşkil edən kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə cavabdehə qarşı “borcun qaytarılması və onun ipoteka predmeti olan mənzilə yönəldilməsi” barədə ayrıca iddia qaldırmaqdan başqa çıxış yolu yoxdur. Hüquqi perspektiv baxımından o iddianın məhkəmə tərəfindən təmin edilməsi ehtimalı olduqca yüksəkdir. Lakin həmin qətnamə çıxmadan hazırki mübahisənin davam etdirilməsinin hüquqi əhəmiyyəti heçə enir. Buna görə də, iddiaçı hazırki mübahisə üzrə iddia ərizəsini geri götürmək istəyir. Göstərilənlərə əsasən məhkəmədən hazırki mübahisə üzrə iddia ərizəsinin geri qaytarılması və işin baxılmamış saxlanılması xahiş edilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasını iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı ərizənin qaytarılması qaydasını müəyyən edən 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş edildiyindən, iddia ərizəsi, habelə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul vəsaiti ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar